28/05/2026
🇦🇿 28 May – Müstəqillik Günü münasibətilə Tovuz Dövlət Peşə Təhsil Mərkəzində silsilə tədbirlər keçirilmişdir.
Bayram münasibətilə mərkəzdə həm müəllimlər, həm də tələbələr arasında dama yarışı təşkil olunmuş, iştirakçılar yarışda böyük maraq və fəallıq göstərmişlər. Yarışın keçirilməsində əsas məqsəd gənclərdə milli ruhun, sağlam rəqabət mühitinin və intellektual düşüncənin inkişaf etdirilməsidir.
Eyni zamanda “28 May əbədi yaşar tarix” adlı tədbir təşkil olunmuşdur. Tədbirdə çıxış edənlər Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, müstəqilliyimizin əhəmiyyətindən və bu günün xalqımız üçün daşıdığı dəyərdən bəhs etmişlər. Tələbələr tərəfindən vətənpərvərlik mövzusunda şeirlər səsləndirilmişdir. 🇦🇿