Tovuz Dövlət Sosial-İqtisadi Kolleci

Tovuz Dövlət Sosial-İqtisadi Kolleci Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 avqust 2002-ci il tarixli Qərarına əsasən Tovuz Kənd Təsərrüfatı Texnikumunun bazasında yaradılmışdır.

14/08/2026
24/07/2026
https://www.facebook.com/share/p/1BXzazRhaa/
22/07/2026

https://www.facebook.com/share/p/1BXzazRhaa/

Bakı “Dünyanın ən yaxşı tələbə şəhərləri” reytinqində ilk 100-lüyə daxil olub

Dünyanın nüfuzlu reytinq təşkilatlarından olan Quacquarelli Symonds (QS) tərəfindən 2026-cı il üzrə “Best Student Cities” (Dünyanın ən yaxşı tələbə şəhərləri) reytinqi açıqlanıb. Dünyanın müxtəlif ölkələrindən 150 şəhərin qiymətləndirildiyi reytinqdə Bakı ötən illə müqayisədə 22 pillə irəliləyərək 95-ci yerdə qərarlaşıb.

Bakı bu mövqeni Böyük Britaniyanın Aberdin, Çinin Quançjou və Cənubi Afrika Respublikasının Yohannesburq şəhərləri ilə bölüşür.

Reytinq nəticələrinə əsasən, Bakı Cənubi Qafqaz regionunda ən yüksək nəticə göstərərək regionun lider tələbə şəhəri olub. Eyni zamanda, şəhər Mərkəzi Asiyanın bir sıra aparıcı şəhərlərini də geridə qoyub. Belə ki, reytinqdə Astana 119-cu, Bişkek 137-ci, Daşkənd isə 146-cı mövqedə yer alır.

QS-in “Best Student Cities” reytinqi şəhərləri ali təhsil və tələbə həyatı üçün əlverişlilik baxımından kompleks şəkildə qiymətləndirir. Qiymətləndirmə zamanı şəhərdə fəaliyyət göstərən universitetlərin QS Dünya Universitetləri Reytinqindəki göstəriciləri, məzunların məşğulluq imkanları, təhlükəsizlik və yaşayış mühiti, təhsil və yaşayış xərclərinin əlverişliliyi, beynəlxalq tələbələrin sayı və müxtəlifliyi, eləcə də həmin şəhərdə təhsil almış tələbələrin rəyləri nəzərə alınır.

https://www.facebook.com/share/1MheJmHsbA/
19/07/2026

https://www.facebook.com/share/1MheJmHsbA/

Tələbələrin yerdəyişməsi prosesinin elektron sənəd qəbulu mərhələsi başa çatıb.

Tələbələrin yerdəyişməsi üzrə elektron sənəd qəbulu 19 iyul saat 18:00-da yekunlaşıb.

Növbəti 30 gün ərzində təhsil müəssisələri yerdəyişmə ilə bağlı yekun qərarı tələbələrin elektron kabinetinə göndərəcəklər. Tələbələrə elektron kabinetlərini mütəmadi olaraq yoxlamaları tövsiyə olunur.

Tələbələr təhsil müəssisəsinin yekun qərarını 3 gün ərzində təsdiq etməli və ya qərardan imtina etməlidirlər.
Bu müddət ərzində təsdiqlənməyən və ya imtina edilməyən müraciətlər avtomatik olaraq qüvvədən düşmüş hesab olunur.

Çalışmanın yaş həddinə çatmış müəllimlərlə görüş və vidalaşma tədbiri keçirilib.Tovuz Dövlət Sosial-İqtisadi Kollecində ...
15/07/2026

Çalışmanın yaş həddinə çatmış müəllimlərlə görüş və vidalaşma tədbiri keçirilib.
Tovuz Dövlət Sosial-İqtisadi Kollecində əmək fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş yaş həddinə çatması ilə başa vuran müəllimlərlə görüş və vidalaşma tədbiri keçirilib.
Tədbirdə kollecin direktoru Nigar Səfxanova uzun illər ərzində təhsil sahəsində səmərəli fəaliyyət göstərən müəllimlərin kollecin inkişafına, gənc nəslin təlim-tərbiyəsinə və peşəkar kadrların yetişdirilməsinə verdikləri dəyərli töhfələri yüksək qiymətləndirib. O, müəllimlərə göstərdikləri fədakar əməyə görə dərin minnətdarlığını ifadə edərək, gələcək həyatlarında möhkəm can sağlığı, xoşbəxtlik və uğurlar arzulayıb. Direktor qeyd edib ki, onların zəngin pedaqoji təcrübəsi və peşəkarlığı hər zaman kollektiv üçün nümunə və dəyərli irs olaraq qalacaq.
Tədbirdə ETİHİ Tovuz Rayon Komitəsinin sədri Flora xanım iştirak edərək uzun illər təhsil sahəsində fəaliyyət göstərmiş müəllimlərin əməyini yüksək qiymətləndirərək, onların cəmiyyət və təhsil sistemi üçün göstərdikləri xidmətlərin böyük hörmətə layiq olduğunu bildirib, gələcək həyatlarında onlara möhkəm can sağlığı və firavan günlər arzulayıb.
Səmimi şəraitdə keçən görüşdə çıxış edən müəllimlər də onlara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.

https://www.facebook.com/share/1ELE2iVutN/
13/07/2026

https://www.facebook.com/share/1ELE2iVutN/

Tələbələrin yerdəyişməsi prosesinə başlanılır

2026–2027-ci tədris ili üzrə ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin yerdəyişməsi prosesinin elektron sənəd qəbulu mərhələsinə başlanılır.

Elektron müraciətlərin qəbulu 2026-cı il iyulun 13-ü saat 10:00-da başlayacaq və iyulun 19-u saat 18:00-da başa çatacaq. Yerdəyişmə prosesində iştirak etmək istəyən tələbələr portal.edu.az səhifəsində qeydiyyatdan keçərək şəxsi kabinet yaratmalı, daha sonra sistemə daxil olub elektron müraciət formasını doldurmalı və təsdiq etməlidirlər.

Tələbələrin yerdəyişməsi ilə bağlı zəruri məlumatlarla aşağıdakı keçidlər vasitəsilə tanış ola bilərsiniz:

Tələbələrin yerdəyişməsi qaydaları: https://e-qanun.az/framework/56513
Ən çox verilən suallar və cavabları: https://eatda.edu.az/melumatlar/telebelerin-yerdeyismesi-ile-bagli-en-cox-verilen-suallar-ve-onlarin-cavablari
Tələb olunan sənədlər: https://eatda.edu.az/melumatlar/telebelerin-yerdeyismesi-teleb-olunan-senedler

26 İyun – Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsinə qarşı Beynəlxalq Mübarizə Günü münasibətilə Tovuz...
07/07/2026

26 İyun – Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsinə qarşı Beynəlxalq Mübarizə Günü münasibətilə Tovuz Dövlət Sosial-İqtisadi Kollecində tələbələrin iştirakı ilə onlayn maarifləndirici görüş keçirilib.
Görüş Tərbiyə işləri üzrə direktor müavini Lamiyə Namazova tərəfindən təşkil olunub. Tədbirdə narkotik vasitələrin insan sağlamlığına, psixoloji vəziyyətinə və cəmiyyətə vurduğu zərərlərdən, gənclərin bu təhlükədən qorunmasında maarifləndirmənin əhəmiyyətindən bəhs edilib. Eyni zamanda tələbələr sağlam həyat tərzinə təşviq olunaraq, zərərli vərdişlərdən uzaq durmağın vacibliyi vurğulanıb.
Görüş interaktiv müzakirə şəraitində davam edib, tələbələri maraqlandıran suallar cavablandırılıb və mövzu ilə bağlı maarifləndirici məlumatlar təqdim olunub.

Address

Qovlar şəhəri Azadlıq Prospekti 18
Tovuz
6035

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when Tovuz Dövlət Sosial-İqtisadi Kolleci posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Tovuz Dövlət Sosial-İqtisadi Kolleci:

Shortcuts

Share