Tovuz şəhəri Elxan Məmmədov adına tam orta ümumtəhsil məktəbi

  • Home
  • Azerbaijan
  • Tovuz
  • Tovuz şəhəri Elxan Məmmədov adına tam orta ümumtəhsil məktəbi

Tovuz şəhəri Elxan Məmmədov adına tam orta ümumtəhsil məktəbi Tovuz şəhər Elxan Məmmədov adına tam orta ümumtəhsil məktəbi

Regional idarə tərəfindən keçirilmiş monitorinqdə yüksək nəticə göstərərək maksimum bal toplayan Hüseynova Zeynəb məktəb...
19/03/2026

Regional idarə tərəfindən keçirilmiş monitorinqdə yüksək nəticə göstərərək maksimum bal toplayan Hüseynova Zeynəb məktəb rəhbəri Nizami Qasımov tərəfindən təşəkkürnamə ilə təltif olunmuşdur.
Şagirdimizin əldə etdiyi bu uğur onun zəhmətinin, məsuliyyətinin və bilik səviyyəsinin göstəricisidir. Eyni zamanda, bu nailiyyət müəllimlərin əməyi və məktəbdə yaradılan sağlam təhsil mühitinin nəticəsidir.

13.03.2026 tarixində məktəbimizdə pedaqoji şuranın növbəti iclası keçirilmişdir.İclas zamanı tədrisin keyfiyyətinin yüks...
19/03/2026

13.03.2026 tarixində məktəbimizdə pedaqoji şuranın növbəti iclası keçirilmişdir.
İclas zamanı tədrisin keyfiyyətinin yüksəldilməsi, şagird nailiyyətlərinin artırılması və müəllimlərin peşəkar fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində geniş müzakirələr aparılmışdır. Müasir təlim metodlarının tətbiqi, qiymətləndirmə mexanizmlərinin effektiv təşkili və təhsil prosesində innovativ yanaşmaların rolu xüsusi vurğulanmışdır.
Şura üzvləri tərəfindən səsləndirilən təkliflər dinlənilmiş, qarşıda duran vəzifələr müəyyən edilmiş və müvafiq qərarlar qəbul olunmuşdur.
Məktəb kollektivi olaraq qarşıya qoyulan hədəflərə nail olmaq üçün birgə və məqsədyönlü fəaliyyətin davam etdiriləcəyi qeyd edilmişdir.

Məktəbimizdə Novruz bayramı coşqu ilə qeyd olunduMəktəbimizdə xalqımızın qədim və əziz bayramı olan Novruz münasibətilə ...
18/03/2026

Məktəbimizdə Novruz bayramı coşqu ilə qeyd olundu
Məktəbimizdə xalqımızın qədim və əziz bayramı olan Novruz münasibətilə rəngarəng tədbir təşkil olundu. Tədbirdə şagirdlərimiz milli adət-ənənələrimizi əks etdirən səhnəciklər, şeirlər, mahnılar və rəqslərlə çıxış edərək bayram əhval-ruhiyyəsini daha da yüksəltdilər.
Səməni, xonça və Novruzun rəmzləri ilə bəzədilmiş guşələr tədbirə xüsusi gözəllik qatdı. Kosa və Keçəlin iştirakı isə tədbirə şən ab-hava bəxş etdi və hər kəsin üzündə təbəssüm yaratdı.
Bu cür tədbirlər şagirdlərdə milli dəyərlərimizə sevgi və bağlılığı daha da gücləndirir.
Bayramınız mübarək! Qoy Novruz hər evə ruzi, bərəkət və sevinc gətirsin!

Tovuz şəhəri Elxan Məmmədov adına tam orta ümumtəhsil məktəbinin 7 A və 7 B siniflərində Nodar Dumbadzenin “Mən, nənəm, ...
14/03/2026

Tovuz şəhəri Elxan Məmmədov adına tam orta ümumtəhsil məktəbinin 7 A və 7 B siniflərində Nodar Dumbadzenin “Mən, nənəm, İliko və İllarion” əsəri, 5 A və 5 B siniflərində isə Mark Tvenin “Tom Soyerin macəraları” əsəri ilə bağlı oxu dəqiqələri təşkil olundu.
Şagirdlər əsərlərdən maraqlı parçalar oxuyaraq qəhrəmanların xarakterləri, əsərlərin mövzusu və verdiyi tərbiyəvi mesajlar haqqında fikirlərini bölüşdülər. Oxu dəqiqələri şagirdlərdə mütaliə vərdişlərinin inkişafına, ədəbiyyata marağın artırılmasına və fikirlərini sərbəst ifadə etmələrinə müsbət təsir göstərdi.

Məktəbimizdə WUF13 sessiyasının Azərbaycanda keçirilməsi ilə bağlı maarifləndirici tədbir təşkil olundu. Tədbir məktəbim...
13/03/2026

Məktəbimizdə WUF13 sessiyasının Azərbaycanda keçirilməsi ilə bağlı maarifləndirici tədbir təşkil olundu. Tədbir məktəbimizin coğrafiya müəllimləri Əliyeva Vüsalə və Abbasova Turanə tərəfindən keçirildi.
Tədbir zamanı şagirdlərə WUF13 sessiyasının əhəmiyyəti, bu mötəbər beynəlxalq tədbirin Azərbaycanda keçirilməsinin ölkəmiz üçün önəmi və şəhərlərin davamlı inkişafı mövzuları haqqında məlumat verildi. Şagirdlər mövzuya böyük maraq göstərərək müzakirələrdə fəal iştirak etdilər.
Belə maarifləndirici tədbirlər şagirdlərin dünyagörüşünün genişlənməsinə və qlobal məsələlər barədə məlumatlı olmasına mühüm töhfə verir.

Məktəbimizdə biologiya müəllimi Kəsmənli Gülər tərəfindən şagirdlər üçün “Sağlam həyat tərzi və reproduktiv sağlamlıq” m...
13/03/2026

Məktəbimizdə biologiya müəllimi Kəsmənli Gülər tərəfindən şagirdlər üçün “Sağlam həyat tərzi və reproduktiv sağlamlıq” mövzusunda maarifləndirici tədbir keçirildi.
Tədbir zamanı şagirdlərə sağlam həyat tərzinin əhəmiyyəti, düzgün qidalanma, şəxsi gigiyena qaydaları və reproduktiv sağlamlığın qorunması barədə ətraflı məlumat verildi. Şagirdlərin mövzu ilə bağlı sualları cavablandırıldı, onların sağlam və məsuliyyətli həyat tərzi formalaşdırmasının vacibliyi vurğulandı.
Belə maarifləndirici tədbirlərin keçirilməsi şagirdlərin sağlam gələcəyinin formalaşmasında mühüm rol oynayır.

13/03/2026

Tovuz şəhəri Elxan Məmmədov adına tam orta ümumtəhsil məktəbinin 6A sinfində Azərbaycan dili dərsində şagirdlərin əməkdaşlığı müşahidə olundu.
Dərs zamanı şagirdlər mövzular üzərində birlikdə çalışaraq fikir mübadiləsi apardılar, tapşırıqları qarşılıqlı kömək və əməkdaşlıq şəraitində yerinə yetirdilər. Bu cür fəaliyyət şagirdlər arasında ünsiyyət bacarıqlarının inkişafına, biliklərin daha möhkəm mənimsənilməsinə və monitorinqə hazırlıq prosesinə müsbət təsir göstərir.

Məktəbimizdə dərs dinləmələri davam edir. Bu çərçivədə İnformatika müəllimi Bayramova Xuramanın dərsi dinlənilmişdir.Dər...
12/03/2026

Məktəbimizdə dərs dinləmələri davam edir. Bu çərçivədə İnformatika müəllimi Bayramova Xuramanın dərsi dinlənilmişdir.
Dərs zamanı müəllimin mövzunu şagirdlərə aydın və maraqlı şəkildə izah etməsi, informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etməsi diqqəti cəlb etmişdir. Şagirdlərin fəal iştirakı və mövzuya marağı dərsin səmərəliliyini daha da artırmışdır.
Dərs dinləməsinin məqsədi müəllimlərin pedaqoji fəaliyyətinin izlənilməsi, tədrisin keyfiyyətinin artırılması və qarşılıqlı təcrübə mübadiləsinin təmin olunmasıdır.

“Tanınmış şəxsiyyətlər” mövzusunda maarifləndirici görüşBu gün məktəbimizdə “Tanınmış şəxsiyyətlər” mövzusu çərçivəsində...
12/03/2026

“Tanınmış şəxsiyyətlər” mövzusunda maarifləndirici görüş
Bu gün məktəbimizdə “Tanınmış şəxsiyyətlər” mövzusu çərçivəsində görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun yaradıcılığına həsr olunmuş maarifləndirici söhbət keçirildi. Tədbirdə məktəbimizin kitabxana müdiri Musayeva Xalidə və uşaq birliyi rəhbəri Yusifova Rahidə şagirdlərə bəstəkarın həyat yolu, Azərbaycan musiqi mədəniyyətinə verdiyi töhfələr və yaratdığı əsərlər haqqında maraqlı məlumatlar verdilər.
Şagirdlər görkəmli bəstəkarın yaradıcılığı ilə yaxından tanış oldular, onun musiqisinin Azərbaycan mədəniyyətindəki əhəmiyyətini öyrəndilər. Görüş şagirdlərdə milli musiqimizə və dəyərlərimizə marağın daha da artırılmasına xidmət etdi.

İmtahan öncəsi məktəbimizdə XI sinif şagirdləri ilə məktəb rəhbəri Nizami Qasımov görüşərək onlarla söhbət apardı. Görüş...
10/03/2026

İmtahan öncəsi məktəbimizdə XI sinif şagirdləri ilə məktəb rəhbəri Nizami Qasımov görüşərək onlarla söhbət apardı. Görüş zamanı şagirdlərə buraxılış vərəqləri paylanıldı. Məktəbin psixoloqu Tağıyeva Rahilə imtahan dövründə stressin idarə olunması ilə bağlı tövsiyələr verdi. Sinif rəhbərləri isə şagirdlərə motivasiyaedici sözlər söylədilər.
Şagirdlərimizə qarşıdakı buraxılış imtahanlarında uğurlar arzu edirik.

05.03.2026 – İdman həftəsinin IV günüMəktəbimizdə keçirilən İdman həftəsi çərçivəsində IV gün də maraqlı və əyləncəli ya...
05/03/2026

05.03.2026 – İdman həftəsinin IV günü
Məktəbimizdə keçirilən İdman həftəsi çərçivəsində IV gün də maraqlı və əyləncəli yarışlarla yadda qaldı. Gün ərzində şagirdlərin iştirakı ilə “Şən startlar” estafet yarışı, basketbol və badminton yarışları, həmçinin qol güləşi yarışı təşkil olundu.
Şagirdlər yarışlarda böyük həvəslə iştirak edərək öz çevikliklərini, güclərini və komanda ruhunu nümayiş etdirdilər. Yarışlar sağlam rəqabət və yüksək əhval-ruhiyyə şəraitində keçdi.
Keçirilən idman yarışlarının təşkilində fiziki tərbiyə müəllimi fəal iştirak etmişdir. Bu cür tədbirlər şagirdlərdə sağlam həyat tərzinin təbliği və idmana marağın artırılması baxımından böyük əhəmiyyət daşıyır.

AFFA-nın təşkil etdiyi 5-ci sinif qızlar arasında futbol yarışında məktəbimizin komandası yüksək oyun nümayiş etdirərək ...
05/03/2026

AFFA-nın təşkil etdiyi 5-ci sinif qızlar arasında futbol yarışında məktəbimizin komandası yüksək oyun nümayiş etdirərək I yerə layiq görülmüşdür.
Şagirdlərimiz yarış boyunca böyük əzm, komanda ruhu və idman bacarıqları nümayiş etdirərək bu möhtəşəm qələbəni qazanıblar. Bu uğur məktəbimizin idmana olan diqqətinin və şagirdlərimizin zəhmətinin gözəl nəticəsidir.
Qalib komandamızı ürəkdən təbrik edir, onlara gələcək yarışlarda daha böyük nailiyyətlər arzulayırıq

Address

Musa Musayev Küçəsi
Tovuz

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 08:30 - 14:00

Telephone

+994223150604

Website

Alerts

Be the first to know and let us send you an email when Tovuz şəhəri Elxan Məmmədov adına tam orta ümumtəhsil məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Tovuz şəhəri Elxan Məmmədov adına tam orta ümumtəhsil məktəbi:

Shortcuts

Share

Category