Tovuz rayon Yusif Alıyev adına Hacıhəsənli kənd tam orta ümumtəhsil məktəbi

  • Home
  • Azerbaijan
  • Tovuz
  • Tovuz rayon Yusif Alıyev adına Hacıhəsənli kənd tam orta ümumtəhsil məktəbi

Tovuz rayon Yusif Alıyev adına Hacıhəsənli kənd tam orta ümumtəhsil məktəbi Education

19/03/2026
Novruz bayramı tədbiriMəktəbimizdə keçirilən Novruz tədbiri şagirdlərin fəal iştirakı ilə yadda qalan anlarla zəngin old...
19/03/2026

Novruz bayramı tədbiri

Məktəbimizdə keçirilən Novruz tədbiri şagirdlərin fəal iştirakı ilə yadda qalan anlarla zəngin oldu. Şagirdlər milli adət-ənənələrimizi əks etdirən çıxışlar, səhnəciklər və rəqslərlə bayram abu-havası yaratdılar.

Tədbirdə baharın gəlişi, birlik və həmrəylik ideyaları ön plana çəkildi. Səməni, kosa-keçəl obrazları və müxtəlif əl işləri tədbirə xüsusi rəng qatdı.

Belə tədbirlər şagirdlərdə milli dəyərlərə sevgi və hörmət hissini daha da gücləndirir.

Məktəbimizdə XI sinif şagirdləri və onların valideynləri ilə buraxılış imtahanı öncəsi görüş keçirildi. Görüş məktəbin d...
13/03/2026

Məktəbimizdə XI sinif şagirdləri və onların valideynləri ilə buraxılış imtahanı öncəsi görüş keçirildi.

Görüş məktəbin direktoru Aslan Əsgərovun iştirakı ilə təşkil olunmuşdur. Tədbir zamanı XI sinif şagirdlərinə qarşıdan gələn buraxılış imtahanı ilə bağlı qaydalar, məsuliyyətləri və diqqət yetirilməli məqamlar haqqında ətraflı məlumat verildi.

Söhbət zamanı şagirdlərə imtahan prosesində nizam-intizamın qorunmasının vacibliyi və düzgün hazırlaşmağın əhəmiyyəti izah olundu. Daha sonra XI sinif şagirdlərinə buraxılış imtahanında iştirak üçün buraxılış vərəqələri təqdim edildi.

Sonda məktəb rəhbərliyi bütün şagirdlərə qarşıdan gələn imtahanlarda uğurlar arzulayaraq onların yüksək nəticələr əldə edəcəklərinə inandığını bildirdi.

📌 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə İdman həftəsi06.03.2026Məktəbdə 5 Mart – Bədən Tərbiyəsi və İdman ...
07/03/2026

📌 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə İdman həftəsi

06.03.2026

Məktəbdə 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar İdman həftəsilə bağlı keçirilmiş yarışlarda fərqlənən şagirdlər məktəb rəhbərliyi tərəfindən fəxri fərmanlarla mükafatlandırıldı.

Şagirdlərimizi təbrik edir və onlara daha böyük uğurlar arzulayırıq!

📌 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə İdman həftəsi05.03.2026Məktəbdə 5 Mart – Bədən Tərbiyəsi və İdman ...
07/03/2026

📌 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə İdman həftəsi

05.03.2026

Məktəbdə 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar İdman həftəsilə bağlı tədbirlər davam etdirilir.

Həftə çərçivəsində şagirdlər arasında qol güləşi üzrə yarış təşkil olundu.

📌 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə İdman həftəsi04.03.2026Məktəbdə 5 Mart – Bədən Tərbiyəsi və İdman ...
07/03/2026

📌 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə İdman həftəsi

04.03.2026

Məktəbdə 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar İdman həftəsilə bağlı tədbirlər davam etdirilir.

Həftə çərçivəsində şagirdlər arasında stolüstü oyunlar təşkil olundu.

Məktəbimizin şagirdləri Kings olimpiadasının final mərhələsində iştirak edərək yüksək nəticə əldə etdiklərinə görə diplo...
04/03/2026

Məktəbimizin şagirdləri Kings olimpiadasının final mərhələsində iştirak edərək yüksək nəticə əldə etdiklərinə görə diplomlarla təltif olunub.

Şagirdlərimizə uğurlar arzulayırıq, onların valideynlərinə və müəllimlərinə təşəkkür edirik!

📌 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə İdman həftəsi03.03.2026Məktəbdə 5 Mart – Bədən Tərbiyəsi və İdman ...
04/03/2026

📌 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə İdman həftəsi

03.03.2026

Məktəbdə 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar İdman həftəsilə bağlı tədbirlər davam etdirilir.

Həftə çərçivəsində şagirdlər arasında rəsm müsabiqəsi təşkil olundu.

📌 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə İdman həftəsi03.03.2026Məktəbdə 5 Mart – Bədən Tərbiyəsi və İdman ...
04/03/2026

📌 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə İdman həftəsi

03.03.2026

Məktəbdə 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar İdman həftəsi ilə bağlı tədbirlər davam etdirilir.

Həftə çərçivəsində şagirdlərlə idman növləri haqqında maarifləndirici söhbətlər aparıldı, idmançıların yarışa hazırlığında psixoloji yanaşmanın əhəmiyyəti müzakirə edildi.

📌 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə İdman həftəsi02.03.2026Məktəbdə 5 Mart – Bədən Tərbiyəsi və İdman ...
04/03/2026

📌 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə İdman həftəsi

02.03.2026
Məktəbdə 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar İdman həftəsinə start verilmişdir.

Həftə çərçivəsində şagirdlər səhər idmanı etmiş, müxtəlif fiziki hərəkətlər və məşqlər yerinə yetirmişlər. Tədbirin əsas məqsədi şagirdlər arasında sağlam həyat tərzinin təbliği, idmana marağın artırılması və fiziki fəallığın təşviq edilməsidir.

1 Mart – Beynəlxalq Mülki Müdafiə Günüdür
01/03/2026

1 Mart – Beynəlxalq Mülki Müdafiə Günüdür

1 Mart – Beynəlxalq Mülki Müdafiə Günü münasibətilə  məktəbimizdə tədbir keçirildi. Tədbirin keçirilməsində əsas məqsəd ...
27/02/2026

1 Mart – Beynəlxalq Mülki Müdafiə Günü münasibətilə məktəbimizdə tədbir keçirildi. Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərə fövqəladə hallar zamanı düzgün davranış qaydalarını aşılamaq, onların təhlükəsizlik sahəsində bilik və bacarıqlarını artırmaq, eləcə də mülki müdafiənin cəmiyyət üçün əhəmiyyətini izah etmək olmuşdur.

Məktəb rəhbərliyi tərəfindən şagirdlərə mülki müdafiənin mahiyyəti, əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində görülən tədbirlər, təbii fəlakətlər və texnogen qəzalar zamanı davranış qaydaları haqqında ətraflı məlumat verildi. Şagirdlərə zəlzələ, yanğın, sel və digər fövqəladə hallar zamanı özlərini və ətrafdakıları necə qorumalı olduqları izah edildi, ilkin tibbi yardımın göstərilməsi qaydalarına toxunuldu.

Tədbir çərçivəsində mövzu ilə bağlı maarifləndirici materiallar təqdim olundu, şagirdlərin sualları cavablandırıldı və qarşılıqlı fikir mübadiləsi aparıldı. Sonda qeyd edildi ki, hər bir vətəndaş mülki müdafiə qaydalarını bilməli və fövqəladə vəziyyətlərə hazır olmalıdır. Bu cür maarifləndirici tədbirlər şagirdlərin təhlükəsizlik mədəniyyətinin formalaşmasına mühüm töhfə verir.

Address

Tovuz

Opening Hours

Monday 08:30 - 15:00
Tuesday 08:30 - 15:00
Wednesday 08:30 - 15:00
Thursday 08:30 - 15:00
Friday 08:30 - 15:00
Saturday 08:30 - 15:00

Telephone

+994516511737

Website

Alerts

Be the first to know and let us send you an email when Tovuz rayon Yusif Alıyev adına Hacıhəsənli kənd tam orta ümumtəhsil məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category