Tovuz rayonu Qaralar kənd ümumi orta ümumtəhsil məktəbi

Tovuz rayonu Qaralar kənd ümumi orta ümumtəhsil məktəbi Tovuz rayonu Qaralar kənd ümumi orta ümumtəhsil məktəbi 1951-ci ildə şəxsi evdə fəaliyyətə başlamışdır

17/08/2026

📢 Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır

🗓️ 20 avqust saat 15:00-dan etibarən 2026–2027-ci tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktivləşdiriləcək. Proses 2–9-cu və 11-ci sinif şagirdlərini əhatə edəcək.

💻 Şagirdlərin elektron yerdəyişməsi sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

📌 Nəzərinizə çatdırırıq ki, internetə çıxış imkanı olmayan vətəndaşlar yerdəyişmə prosesi ilə bağlı aidiyyəti üzrə Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə, Agentliyin Vətəndaşlara Xidmət Mərkəzinə, eləcə də ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.

14/08/2026
14/08/2026

İnzibati-təsərrüfat və tədris-köməkçi vəzifələrə işə qəbulu üzrə müsabiqə elan edilir.

Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrində vakant olan təsərrüfat işləri üzrə direktor müavini, təsərrüfat müdiri, uşaq birliyi təşkilatı rəhbəri, kitabxanaçı, kitabxana müdiri, gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, psixoloq,katibə, kargüzar, laborant vəzifələrinə işə qəbul üzrə müsabiqə elan edilir.

Müsabiqə iki mərhələdən (sənədlərin qəbulu və test imtahanı) ibarət olacaq.

Qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən şəxslər 14 avqust 2026-cı il tarixindən 18 avqust 2026-cı il tarixinədək, saat 10:00-dan 17:00-a kimi (yalnız iş günlərində) Qazax-Tovuz Regional Təhsil İdarəsinə yaxınlaşmaqla qeydiyyatdan keçə bilərlər.

Tələb olunan sənədlər:
- şəxsiyyəti təsdiq edən sənədin surəti;
- təhsil haqqında sənədin surəti (attestat, diplom);
- əmək kitabçasının surəti (olduğu halda);
- hərbi biletin sürəti (gçhr vəzifəsi üzrə müraciət etdikdə).

Təqdim edilən məlumatların düzgünlüyünə görə namizəd məsuliyyət daşıyır. Hər hansı mərhələdə təqdim edilmiş məlumatların yanlış və ya saxtalaşdırılmış olduğu aşkarlanarsa,
bu zaman namizədin nəticəsi ləğv edilir.

Müvafiq vəzifələrin tutulmasına dair tələblər:

https://drive.google.com/file/d/1NbIu1uV4zqpZCKB5N7KlmGyIiyBSDybs/view?usp=sharing

Test imtahanında namizədlərə “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”na müvafiq olaraq vəzifənin tələbləri üzrə 30 sual, qanunvericilik üzrə ( "Təhsil haqqında" Azərbaycan Respublikasının qanunu, "Uşaq hüquqları haqqqında" Azərbaycan Respublikasının qanunu ) 15 sual, İKT (informasiya və kommunikasiya texnologiyaları) bacarıqlarının yoxlanılması üzrə 15 sual olmaqla ümumilikdə 60 test tapşırığı təqdim edilir.
İKT (informasiya və kommunikasiya texnologiyaları) bacarıqlarının yoxlanılması üzrə müsabiqə proqramı: https://drive.google.com/file/d/1Guu3HXOaNSnT3yj2koNPasNUipDTz7OW/view?usp=sharing

Test imtahanında hər bir suala düzgün cavab 1 (bir) balla qiymətləndirilir və səhv cavablar düzgün cavablara təsir göstərmir. Test imtahanında 30 bal və daha yüksək nəticə göstərən namizədlər uğur qazanmış hesab edilir. İmtahandan uğurla keçmiş namizədlər topladıqları bala əsasən mövcud vakant vəzifələrə yerləşdirilir. Bir vakant yerə iki və daha artıq sayda eyni bal toplamış namizəd olduqda aşağıdakı ardıcıllıqla namizədlərə üstünlük verilir:

- müharibə iştirakçıları və onların ailə üzvləri;
- təhsil səviyyəsi daha yüksək olan şəxslər;
- iş stajı daha çox olan şəxslər;
- müəssisəyə daha yaxın ərazidə yaşayan şəxslər.

Müsabiqədən uğurla keçmiş, lakin vakant vəzifəyə yerləşdirilməmiş namizədlər cari tədris ilinin sonunadək ehtiyat kadr kimi saxlanılır. Vakant vəzifəyə yerləşdirilməsi nəzərdə tutulan namizəd tərəfindən ona təklif edilən vəzifədən imtina edildiyi təqdirdə, o, ehtiyat kadrlar siyahısından çıxarılır.

Aşağıdakı keçid vasitəsilə vakant yerlərin siyahısı ilə tanış ola bilərsiniz:
https://drive.google.com/file/d/1DkNlj2EpMBEc_GmnRcRZS2qMaKur8PYT/view?usp=sharing

Qeyd: Namizəd yalnız bir vakant vəzifə üzrə qeydiyyatdan keçə bilər. Qeydiyyatdan keçmək və sənədlərin surətini təqdim etmək üçün Qazax-Tovuz Regional Təhsil İdarəsinin inzibati binasına
(ünvan: Tovuz rayonu Düz Cırdaxan kəndi) yaxınlaşmağınız xahiş olunur.

11/08/2026

📢 Ümumi təhsil müəssisələrinin məzunlarına elektron attestatlar təqdim olunur

🎓 2025–2026-cı tədris ilindən etibarən ümumi təhsil müəssisələrinin məzunlarına təhsil haqqında dövlət sənədləri ilk dəfə elektron formatda təqdim olunur. Belə ki, 2026-cı il məzunları attestatlarını artıq myGov platformasından əldə edə bilərlər.

📊 Yeni tətbiq çərçivəsində təxminən 300 min məzunun attestatı elektron sənəd formasında hazırlanıb. Təhsil müəssisələrinin rəhbərləri tərəfindən elektron imza ilə təsdiqlənmiş attestatlar artıq myGov platformasında əlçatandır.

💻 Məzunlar elektron attestatlarını myGov (web) → “Təhsil məlumatlarım” → “Elektron təhsil sənədlərim” bölməsindən əldə edə bilərlər. Valideynlər isə övladlarına aid təhsil sənədlərinə “Övladlarımın təhsil sənədləri və məlumatları” bölməsi vasitəsilə baxa bilərlər.

🔎 Elektron attestatın üzərindəki QR kodu oxutmaqla və ya edu.gov.az saytının “Sənəd yoxlama” bölməsində sənədin nömrəsi və doğum tarixini daxil etməklə attestatın həqiqiliyini yoxlamaq mümkündür.

📌 Qeyd edək ki, elektron attestatların yaxın günlərdə myGov mobil tətbiqində də əlçatan olması təmin ediləcək.

🎯 Elektron attestatların tətbiqi məzunlara təhsil sənədlərini daha rahat, operativ və əlçatan şəkildə əldə etmək imkanı yaradır.

06/08/2026
16/07/2026

📢 İşə qəbul üzrə vakansiyalara müraciət müddəti uzadıldı !

İcma Əsaslı Məktəbəqədər Təhsil layihəsi üzrə tərbiyəçi-müəllim vakansiyalarına müraciət etmək istəyən namizədlər üçün müraciət müddəti 20.07.2026-cı il, saat 10:00-dək uzadılıb.

Müraciət etmək üçün:

https://vakansiya.ilk5il.az

Təlimat videosu:

https://youtu.be/aq5DUIYCXXs

⏳ Son fürsəti qaçırmayın! Gələcəyin təhsilinə birlikdə töhfə verək.



13/07/2026

📢 Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi tam orta təhsil müəssisələrinə müəllimlərin qəbuluna başlanılır.

Qazax–Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərəcək yeni təmayül tədris modelinin tətbiq ediləcəyi aşağıdakı ümumi təhsil müəssisələrinə fənn müəllimlərinin qəbuluna başlanılır:

📍 Ağstafa şəhəri Səadət Şükürova adına 3 nömrəli tam orta ümumtəhsil məktəbi
📍 Qazax rayonu Əli Əhmədov adına Qarapapaq kənd ümumi orta ümumtəhsil məktəbi
📍 Şəmkir şəhəri Əhməd Cavad adına tam orta ümumtəhsil məktəbi
📍 Tovuz rayonu Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta ümumtəhsil məktəbi
📍 Tovuz şəhəri Aleksandr Puşkin adına tam orta ümumtəhsil məktəbi

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi bu təhsil müəssisələrində tədris prosesi yüksək akademik göstəricilərə və peşəkar səriştəyə malik müəllimlər tərəfindən həyata keçiriləcək.

📌 Gələcək nəslin keyfiyyətli təhsil almasına töhfə vermək və bu layihənin bir hissəsi olmaq istəyən müəllimlər aşağıdakı qeydiyyat linki vasitəsilə müsahibədə iştirak üçün müraciət edə bilərlər:

🔗 https://forms.gle/cvKoLxdSeAi54DGF9

ℹ️ Müsahibədə MİQ, diaqnostik qiymətləndirmə (DQ) və ya sertifikatlaşdırma üzrə qiymətləndirmə göstəricisi 85% və daha yüksək olan ali təhsilli müəllimlər iştirak edə bilərlər.

Address

Qaralar Kəndi
Tovuz

Opening Hours

Monday 08:30 - 14:15
Tuesday 08:30 - 14:15
Wednesday 08:30 - 14:15
Thursday 08:30 - 14:15
Friday 08:30 - 14:15
Saturday 08:30 - 14:15
Sunday 08:30 - 14:15

Telephone

+994516255915

Website

Alerts

Be the first to know and let us send you an email when Tovuz rayonu Qaralar kənd ümumi orta ümumtəhsil məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Tovuz rayonu Qaralar kənd ümumi orta ümumtəhsil məktəbi:

Shortcuts

Share

Category