Tərtər rayon V.Məmmədov adına Səhlabad kənd tam orta məktəbi

Tərtər rayon V.Məmmədov adına Səhlabad kənd tam orta məktəbi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Tərtər rayon V.Məmmədov adına Səhlabad kənd tam orta məktəbi, School, Terter.

Özbəkistanla Azərbaycan arasında münasibətlər çox möhkəm– həm mənəvi, həm də maddi təməl üzərində qurulubPrezident İlham...
25/08/2026

Özbəkistanla Azərbaycan arasında münasibətlər çox möhkəm– həm mənəvi, həm də maddi təməl üzərində qurulub

Prezident İlham Əliyev 2026-cı il avqustun 23-də Özbəkistana dövlət səfəri zamanı mətbuata bəyanat verib.
Ölkə başçısı bildirib ki, biz də Özbəkistana, Özbəkistanın qardaş xalqına eyni xoş və qardaşlıq hisslərini bəsləyirik. Düşünürəm ki, bugünkü səfərin nəticələri də bunu bir daha təsdiqləyir. Lakin ilk növbədə bir daha qeyd etmək istərdim ki, mən Daşkəndə ilk dəfə səfər etmirəm və hər dəfə buraya gələndə sürətli inkişafın şahidi oluram. Bunu hər sahədə görmək mümkündür: həm böyük layihələrdə, həm də detallarda. Bu gün Daşkənd və bütün Özbəkistan yüksəliş dövrünü yaşayır. Bu isə mənim əziz qardaşım Şavkat Miromonoviçin Özbəkistanın potensialının gücləndirilməsinə, beynəlxalq arenadakı mövqeyinin möhkəmləndirilməsinə və ən mühüm sosial-iqtisadi məsələlərin həllinə yönəlmiş fəaliyyətinin nəticəsidir.
Prezident qeyd edib ki, Şavkat Miromonoviç Özbəkistana rəhbərlik etməyə başlayanda vəziyyət tamamilə başqa cür idi. Özbəkistan vətəndaşları bunu yaxşı bilirlər, biz də bunu bilirik.
Diqqətə çatdırılıb ki, bir milyardlıq ticarət dövriyyəsi hədəfindən hansısa uzaq bir xəyal kimi deyil, yəqin ki, bir neçə ildən sonra çatacağımız nəticə kimi danışırıq.
Mərkəzi Asiya və Azərbaycan böyük potensiala, eyni zamanda, bundan da böyük inkişaf imkanlarına malik vahid geosiyasi və geoiqtisadi regiondur.
Bu böyük, hətta deyərdim ki, yenidən yaradılmış və artıq kifayət qədər inteqrasiya olunmuş regionun inkişafının ümumi müsbət dinamikası da bu halda Özbəkistan və Azərbaycan arasında sıx qarşılıqlı əlaqələrdən asılıdır.
Ölkə başçısı bildirib ki, Azərbaycan-Özbəkistan arasında iqtisadiyyatın bütün sahələrində əməkdaşlıq uğurla davam edir.
Bu gün danışdığımız layihələrdən hər birinin öz dəyəri var və Şavkat Miromonoviç qeyd etdiyi kimi, onların hamısı birlikdə münasibətlərin bənzərsiz xarakterini yaradır. Biz, praktik olaraq, enerji, nəqliyyat, investisiya layihələri, turizm, dağ-mədən sahəsində əməkdaşlıq, avtomobil sənayesi, kənd təsərrüfatı və emal sektorlarından tutmuş bütün istiqamətləri əhatə etmişik. Hətta bu gün ikitərəfli formatda rəsmi tədbirlərin sonunda yeni layihələrin təməlini qoyarkən və ya yeni layihələrə başlayarkən belə, bu layihələrin sadalanması əməkdaşlığımızın nə qədər çoxşaxəli olduğunu nümayiş etdirmək üçün kifayətdir. Bəli, mən hələ bankçılıq sahəsindəki əməkdaşlığımızı, aparıcı Azərbaycan bankının Özbəkistan bazarına və SOCAR-ın Özbəkistanın pərakəndə satış bazarına daxil olmasını xatırlatmağı unutmuşam. Neft və qaz kəşfiyyatı ilə bağlı layihələrdə isə biz artıq prinsipcə son mərhələdəyik və gələn il istismar quyularının qazılmasına başlamağa çox ümid edirik. Ümidvaram ki, bundan sonra kəşfiyyat-qazma və kəşfiyyat işləri yaxşı nəticələr verəcək.
Prezident deyib:
– İkitərəfli münasibətlər çox möhkəm - həm mənəvi, həm də maddi təməl üzərində qurulub.
Bu sintezə dünya siyasətində nadir hallarda rast gəlinir və o, mövcuddur. Hər iki ölkənin hökumətlərinin inkişaf, daha yaxşı həyat şəraiti yaratmaq, səyləri birləşdirmək üçün çalışması bizim uğur qazanacağımızın ən mühüm amilidir.
Əlbəttə, Prezident Şavkat Miromonoviç Mirziyoyevin Qarabağa investisiya cəlb edilməsində müstəsna rolunu bir daha qeyd etmək istərdim. İlk yardım - Füzulidə Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəbin tikintisi və Xankəndidə tikiş fabrikinə investisiyalar Özbəkistandan gəldi. İlk böyük sənaye müəssisəsi də Özbəkistanla bağlıdır. Həm Qarabağ bölgəsində, həm də bir çox digər bölgələrdə əlavə qarşılıqlı fəaliyyət planları mövcuddur. Həmçinin diqqətəlayiqdir ki, bu gün bir çox layihənin, - düşünürəm ki, on, bəlkə də daha çox, - açılışı və ya təməlinin qoyulması ilə bağlı tədbirlər zamanı regional layihələr də olub.
Qeyd olunub ki, irəliləmək üçün çox dəqiq fəaliyyət planımız var və hər bir layihə konkret məzmunla zəngindir.
Layihələr təkcə Bakı və Daşkənddə deyil, baxmayaraq ki, əsas diqqət şübhəsiz ki, bu şəhərlərə yönəlib, həmçinin digər bölgələrdə də həyata keçirilir. Dünən keçirilən regionlararası əməkdaşlıq forumu böyük praktik maraq doğurur. Yəni indi bir çoxlarının sevdikləri təbirlə desək, səyləri birləşdirərək sinerji yaradırıq. İrəliləmək üçün çox dəqiq fəaliyyət planımız var və hər bir layihə konkret məzmunla zəngindir. Buraya artıq üçdə biri layihələrlə təmin olunmuş investisiya fondunu, Azərbaycanın turizm infrastrukturuna və avtomobil sənayesinə investisiya layihələrini də əlavə etsək, bu artıq milyardlara investisiya deməkdir.
İnvestisiyalar isə bir qayda olaraq, dost ölkələrə, bizim vəziyyətimizdə qardaş ölkələrə və adətən əlverişli investisiya mühitinin olduğu yerlərə yatırılır.
Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib:
(https://azertag.az/xeber/daskendde_azerbaycan_ve_ozbekistan_ali_dovletlerarasi_suranin_3_cu_iclasi_kechirilib__yenilenecek__video-4378597)

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib. Prezident Şavkat Mirziyoyev ali dərəcəli “Dostluq” ordenini dövlətimizin başçısına təqdim edib.
Prezident İlham Əliyev “Heydər Əliyev” ordenini Özbəkistanın dövlət başçısına təqdim edib:
(https://azertag.az/xeber/daskendde_azerbaycan_ve_ozbekistan_prezidentlerinin_teltifolunma_merasimi_kechirilib__yenilenecek__video-4378745)
Səfər zamanı iki ölkə arasında imzalanan sənədlər:
(https://azertag.az/xeber/daskendde_azerbaycan_ozbekistan_senedlerinin_imzalanmasi_ve_mubadilesi_merasimi_olub__yenilenib__video-4378773)
Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında ikitərəfli münasibətlər:
(https://mfa.gov.az/az/category/asiya-ve-okeaniya/ozbekistan)

26 Avqust – Laçın Şəhəri Günü: İşğaldan Böyük Qayıdışa və Yaşıl İntibaha Doğru26 Avqust Azərbaycan Respublikasının təqvi...
25/08/2026

26 Avqust – Laçın Şəhəri Günü: İşğaldan Böyük Qayıdışa və Yaşıl İntibaha Doğru
26 Avqust Azərbaycan Respublikasının təqvimində sadəcə bir gün deyil, milli qürurumuzun, tarixi ədalətin və dirçəlişin təcəssümüdür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən təsis edilən Laçın Şəhəri Günü, 30 ilə yaxın davam edən həsrətin son bulduğu və zəfərin təntənəsinin yaşandığı xüsusi bir tarixdir.
Tarixə nəzər salsaq, 1923-cü ildə Abdallar kəndi Laçın adlandırılaraq şəhər statusu almış, 1930-cu il avqustun 8-də isə mərkəzi Laçın şəhəri olan Laçın rayonu inzibati ərazi vahidi kimi təşkil edilmişdir. Şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəd olan, 1 şəhər, 1 qəsəbə və 125 kənddən ibarət Laçının ümumi sahəsi 1835 kvadratkilometrdir. Rayon 72 min hektar yaylaq sahəsinə və 34 min hektar zəngin meşə massivinə malikdir.
Lakin böyük strateji əhəmiyyətə malik Laçın rayonu 1992-ci il mayın 18-də AXC-Müsavat cütlüyünün hakimiyyət hərisliyi və çirkin siyasi oyunları nəticəsində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Laçının işğalı coğrafi baxımdan Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında əlaqə yaradaraq sonrakı itkilərimizin əsasını qoydu. İşğal nəticəsində rayon əhalisi etnik təmizləməyə məruz qaldı, 300-dən artıq hərbi və mülki şəxs həlak oldu və itkin düşdü. Təcavüzkar tərəfindən 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət obyektı, 5 musiqi məktəbi, 133 idarə, 54 dünya və 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalaraq talan və məhv edildi. Rəsmi İrəvan Cenevrə konvensiyaları üzrə öhdəliklərini kobud şəkildə pozaraq coğrafi adları dəyişdirdi, təbii resursları taladı və Suriyadan olan erməniləri qanunsuz məskunlaşdıraraq demoqrafik tərkibi dəyişməyə cəhd göstərdi.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə edilən şanlı Qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən 2020-ci il 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri tam nəzarətə götürüldü. Laçının işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8418 hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif olundu.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun.”
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2025-ci il 13 iyun tarixli Qərarı ilə “Laçın şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı” təsdiq edilmişdir. Planda tətbiq edilən “15 dəqiqəlik şəhər” prinsipi sakinlərin və qonaqların rahat hərəkətini təmin edir. Bütövlükdə Laçında 1000-dən çox yaşayış evi tikilib və bərpa edilib. Şəhərdə yeni yaşayış məhəllələri, 510 şagird yerlik 2 nömrəli tam orta məktəb, uşaq bağçaları, xəstəxana və sosial obyektlər istifadəyə verilib.
2023-cü ilin 28 may tarixindən başlayan Büyük Qayıdış çərçivəsində 2026-cı ilin iyul ayına olan məlumata əsasən Laçın şəhərinə 614 ailə (2264 nəfər), Zabux kəndinə 217 ailə (823 nəfər), Sus kəndinə 59 ailə (215 nəfər), Bəylik kəndinə isə 89 ailə (363 nəfər) daimi məskunlaşıb. Köçürülən kəndlərdə müasir evlər, məktəblər, bağçalar inşa edilib, küçələrin işıqlandırılmasında günəş panellərindən və yaşıl energidən geniş istifadə olunur.
Laçın rayonu zəngin yaşıl enerji potensialına malikdir. Rayonda Güləbird, Mişni, Alxaslı, Zabux, Qarıqışlaq, Aşağı Malıbəyli, Mirik, Ağbulaq-1, Ağbulaq-2 və Şeylanlı su elektrik stansiyaları istismara verilib. Ümumi gücü 65,5 MVt olan 9 SES ilə rayonun mövcud elektrik tələbatı 100% yaşıl enerji hesabına ödənilir, artıq qalan enerji ölkə sisteminə ötürülür.
Rayonun nəqliyyat və loqistika infrastrukturu sürətlə yenilənir. 75,8 kilometrlik Kəlbəcər-Laçın avtomobil yolunda 17 tunel və 23 körpü inşa olunur. 2021-ci ildə təməli qoyulan və dəniz səviyyəsindən 1700 metr hündürlükdə yerləşən ölkəmizin ən hündür aeroportu – Laçın Beynəlxalq Hava Limanı 28 may 2025-ci ildə istifadəyə verilib.
Məşğulluğun təmin edilməsi məqsədilə yaradılan “Laçın Aqro-Sənaye Parkı”nda mebel fabriki, prefabrik modul evlər müəssisəsi, “PIRSHAGHI” ayaqqabı fabrikinin filialı, “LATIFA” tikiş fabriki, heyvan kəsimi məntəqəsi və digər müəssisələr fəaliyyət göstərir. Qarabağ zonasında ilk nərəyetişdirmə təsərrüfatı olan “Həkəri Balıq Təsərrüfatı” və regional audiovizual mərkəz kimi fəaliyyət göstərən “Hoçazfilm” yaradıcılıq studiyası da istifadəyə verilib.
Turizm sahəsində Zerti kəndində 120 otaqlı “Laçın” İstirahət Kompleksi açılıb, Həkəri çayı sahilində bulvar, çimərlik, əyləncə mərkəzi və saatda 800 sərnişinə xidmət edəcək kanat yolunun inşası həyata keçirilir. 11 iyul 2026-cı ildə isə 700 min nəfəri içməli su ilə təmin edəcək 100 milyon kubmetrlik “Həkəriçay” su anbarının təməli qoyulub.
MDB Humanitar Əməkdaşlıq Şurasının qərarı ilə Laçın şəhəri “MDB-nin mədəniyyət paytaxtı – 2025” elan olunmuş və 3 iyun 2025-ci ildə bununla bağlı rəsmi açılış mərasimi keçirilmişdir. Dövlət başçısının azad olunmuş Laçına ardıcıl səfərləri, beynəlxalq zirvə görüşlərinin məhz burada təşkil edilməsi bölgənin strateji və mədəni əhəmiyyətini nümayiş etdirir. Bu gün Laçın öz doğma sakinləri ilə birlikdə yenidən dirçəlir və cənnət məkana çevrilir.

24/08/2026

2025 - 2026-cı tədris ilində məzunlarımızın nəticələri
1.Salmanova Validə Zaur qızı-Bakı Dövlət Universiteti;Biotexnologiya
2.Aslanova Nərmin Vasif qızı-Azərbaycan Dövlət Neft və Sənaye Universiteti;İnformasiya Texnologiyaları
3.İsmayılova Aydan Elşad qızı-Azərbaycan Dövlət Pedaqoji Universiteti;Xüsusi Pedaqogika
4.Kərimov İsmayıl Faiq oğlu-Sumqayıt Dövlət Universiteti:Filologiya(Azərbaycan dili və ədəbiyyatı üzrə)
5.Kərimli Nəzrin Əli qızı-Mingəçevir Dövlət Universiteti;Filologiya(Azərbaycan dili və ədəbiyyatı üzrə)
6.Məhərrəmli Nigar Pərviz qızı-Bakı Slavyan Universiteyi;Tərcümə(Azərbaycan dili-çex dili üzrə)
7.Aslanlı Zərifə Gülmurad qızı-Azərbaycan Kooperasiya Universiteti;Sosial İş
8.Qayıbov Əli Mehmanoviç oğlu-Gəncə Dövlət Universiteti;Marketinq
9.Cabbarov Qəhrəman Çərkəz oğlu-Dövlət Sərhəd Xidmətinin Akademiyası
Məzunlarımızı təbrik edirik. Uğurlar arzulayırıq.

Bu ilki məzunumuz Cabbarov Qəhrəman Çərkəz oğlu Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Akademiyasına qəbul olunar...
24/08/2026

Bu ilki məzunumuz Cabbarov Qəhrəman Çərkəz oğlu Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Akademiyasına qəbul olunaraq uğur qazanmışdır. Məzunumuzu təbrik edirik. Uğurlar arzulayırıq.

AZƏRBAYCAN-ÖZBƏKİSTAN ƏLAQƏLƏRİ YENİ TƏRİXİ MƏRHƏLƏDƏAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkist...
24/08/2026

AZƏRBAYCAN-ÖZBƏKİSTAN ƏLAQƏLƏRİ YENİ TƏRİXİ MƏRHƏLƏDƏ
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi hərtərəfli və məzmunlu müsahibə iki qardaş ölkə arasında günü-gündən möhkəmlənən strateji tərəfdaşlığın, sarsılmaz müttəfiqliyin aydın təzahürüdür. Dərin tarixi köklərə, ortaq mədəniyyətə, dil və mənəvi dəyərlərə söykənən Azərbaycan-Özbəkistan əlaqələri bu gün özünün ən yüksək inkişaf mərhələsini yaşayır.
Dövlət başçımızın vurğuladığı kimi, iki ölkə arasında siyasi dialoq müstəsna dərəcədə yüksək səviyyədədir. Son beş ildə reallaşan 15 qarşılıqlı ali səfər bu dinamikanın bariz göstəricisidir. Azərbaycan Prezidenti cənab İlham Əliyev və Özbəkistan Prezidenti cənab Şavkat Mirziyoyev arasındakı səmimi dostluq, qarşılıqlı etimad və hörmət dövlətlərarası münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəlməsində müstəsna rol oynayır. İmzalanan “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə”, eləcə də Ali Dövlətlərarası Şuranın səmərəli fəaliyyəti bu birliyin hüquqi və institusional təməlini daha da bərkitmişdir.
İqtisadi, ticari və investisiya sahələrində qazanılan nailiyyətlər də böyük qürur hissi doğurur. 2025-ci ildə ticarət dövriyyəsinin 3 dəfədən çox artaraq 795 milyon dollara çatması, 2026-cı ilin ilk aylarında da bu artım dinamikasının uğurla davam etməsi həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir. 500 milyon dollar nizamnamə kapitalı olan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti, 15 iclası keçirilmiş Hökumətlərarası Komissiya, neft-qaz və yaşıl enerji layihələri (“Yaşıl Dəhliz Birliyi” MMC) iqtisadi potensialımızı birləşdirir.
İşğaldan azad edilmiş Füzuli rayonunda 100 hektarlıq “Dostluq bağı”nın salınması, Özbəkistanın təşəbbüsü ilə inşa edilən Mirzə Uluqbəy adına modern məktəb, “Chevrolet” və “Isuzu” avtomobillərinin birgə istehsalı, eləcə də Daşkənddə “PASHA Holding” tərəfindən inşa edilən “The Ritz-Carlton” hoteli və “Sea Breeze Uzbekistan” kompleksi qardaşlığımızın əməli sübutudur.
Mədəni-humanitar sahədə, media, təhsil və regional əməkdaşlıq istiqamətində atılan addımlar xalqlarımızı daha da yaxınlaşdırır. Bakının mərkəzində “Özbəkistan” parkının təməlinin qoyulması, 10-dan çox şəhərimizin qardaşlaşması və 2026-cı ildə QHT-lər üçün ilk dəfə birgə qrant müsabiqəsinin elan edilməsi bu əlaqələri yeni məzmunla zənginləşdirir. Eyni zamanda, Türk Dövlətləri Təşkilatı çərçivəsində sıx inteqrasiya və Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində tamhüquqlu iştirakı ilə formatın “C6”ya çevrilməsi regionda sülhün, sabitliyin və davamlı tərəqqinin təmin olunmasına böyük töhfə verir.
Azərbaycan və Özbəkistan sarsılmaz qardaşlıq iradəsi ilə parlaq gələcəyə doğru birgə addımlamaqda devam edir!

21/08/2026

Yeni təmayül tədris modeli üzrə fəaliyyət göstərəcək Tərtər şəhəri Rafiq Nuriyev adına 6 nömrəli tam orta ümumtəhsil məktəbinin tarix müəllimi Bəxtiyar Səmədov:
🎓 Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunudur.
🏆 Diaqnostik Qiymətləndirmə nəticəsi – 56 bal
🏆 Sertifikasiya nəticəsi – 57 bal
🎯 Son 3 ildə çoxsaylı şagirdi yüksək nəticə göstərərək tələbə adını qazanıb.
Yeni təmayül tədris modeli çərçivəsində məktəblərimizə innovativ düşüncəli, peşəkar və nəticəyönümlü müəllimlər cəlb olunur.
🎯 Yeni Təmayül Tədris Modelinin əsas məqsədi şagirdlərin fərdi potensial və maraqlarının nəzərə alınması, seçdikləri istiqamət üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsi, müasir və səmərəli təlim metodlarının tətbiqi, akademik nailiyyətlərinin yüksəldilməsi və ali təhsil müəssisələrinə qəbul imkanlarının artırılmasıdır.

21/08/2026

Yeni Təmayül Tədris Modeli üzrə fəaliyyət göstərəcək Tərtər şəhəri Rafiq Nuriyev adına 6 nömrəli tam orta ümumtəhsil məktəbi riyaziyyat müəllimi İlqar Nəcəfov:
🎓 Bakalavr: Azərbaycan Dövlət Pedaqoji Universiteti
🏆 Sertifikasiya nəticəsi: 55 bal
🎯 Son 3 ildə 100-dən çox şagirdinin yüksək nəticə göstərərək tələbə adını qazanmasına töhfə verib.
Yeni Təmayül Tədris Modeli çərçivəsində məktəblərimizə innovativ düşüncəli, peşəkar və nəticəyönümlü müəllimlər cəlb olunur.
🎯 Modelin əsas məqsədi şagirdlərin fərdi potensial və maraqlarını nəzərə almaq, seçdikləri istiqamət üzrə bilik və bacarıqlarını inkişaf etdirmək, müasir və səmərəli təlim metodlarını tətbiq etmək, akademik nailiyyətlərini yüksəltmək və ali təhsil müəssisələrinə qəbul imkanlarını artırmaqdır.

15/08/2026

Ötən həftə paylaşımlarımdan birinə dair200reaksiya almışam! Hər kəsə dəstəyə görə təşəkkür edirəm!🎉

Naxçıvanda həyata keçirilən strateji layihələr Muxtar Respublikanı regionun əvəzolunmaz nəqliyyat və enerji mərkəzinə çe...
14/08/2026

Naxçıvanda həyata keçirilən strateji layihələr Muxtar Respublikanı regionun əvəzolunmaz nəqliyyat və enerji mərkəzinə çevirir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 avqust 2026-cı il tarixdə Naxçıvan Muxtar Respublikasına növbəti – 17-ci səfəri və səfər çərçivəsində Azərbaycan Televiziyasına verdiyi geniş müsahibə ölkəmizin dayanıqlı inkişafının, artan hərbi qüdrətinin və strateji hədəflərinin nümayişi baxımından müstəsna əhəmiyyət kəsb edir. Müzəffər Ali Baş Komandanın Naxçıvana hər bir səfəri böyük mənaya və gözəl nəticələrə malik olmaqla yanaşı, Muxtar Respublikanın hərtərəfli tərəqqisinə yeni təkan verir.
Dövlətimizin başçısı müsahibəsində Naxçıvanın müdafiə potensialının gücləndirilməsinin hər zaman prioritet məsələ olduğunu xüsusi vurğulamışdır. Ölkə rəhbərinin Sərəncamı ilə yaradılmış Əlahiddə Ordu və son vaxtlar formalaşdırılan yeni Komando qüvvələri ən müasir hərbi texnika ilə təchiz edilərək Azərbaycan Silahlı Qüvvələrinin ayrılmaz və qüdrətli tərkib hissəsinə çevrilmişdir. Naxçıvanın spesifik coğrafi yerləşməsi və təhlükəsizlik amilləri nəzərə alınaraq atılan bu addımlar göstərir ki, Azərbaycan Silahlı Qüvvələri bölgədə əsas söz sahibidir və Muxtar Respublikanın hərbi potensialı gündən-günə möhkəmləndirilir.
Müsahibədə xüsusi diqqət çəkən əsas məqamlardan biri də Zəngəzur dəhlizinin reallaşması və Naxçıvanın strateji nəqliyyat-logistika mərkəzinə çevrilməsidir. Prezident İlham Əliyev qeyd etmişdir ki, Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək bu dəhlizin açılması ölkəmizin tarixi təşəbbüsüdür. İkinci Qarabağ müharibəsindən dərhal sonra başlanılan infrastruktur layihələri çərçivəsində Horadiz–Ağbənd avtomobil yolu demək olar ki, tam hazırdır. Eyni zamanda, Naxçıvan ərazisində 194 kilometrlik dəmir yolu xəttinin yenidən qurulması nəzərdə tutulur. Bu infrastruktur yeniləndikdən sonra yolun yükaşırma qabiliyyəti 15 milyon tona çatdırılacaqdır. Bununla da Naxçıvan həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizlərinin mərkəzində yerləşən, Avrasiya məkanında əvəzolunmaz tranzit habına çevriləcəkdir.
Səfər çərçivəsində Muxtar Respublikanın sosial-iqtisadi tərəqqisi və iş yerlərinin yaradılması istiqamətində də böyük miqyaslı layihələrin təməli qoyulmuşdur. Ərazi nöqteyi-nəzərindən Sumqayıtdan sonra ölkəmizdə ikinci böyük sənaye parkı olan Naxçıvan Sənaye Parkının və 300 meqavat gücündə yeni İstilik Elektrik Stansiyasının inşasına start verilmişdir. Artıq uzun illərdir qazlaşdırmanın 100 faiz təmin olunduğu Naxçıvanda mövcud generasiya güclərinin artırılması, yeni Günəş və su elektrik stansiyalarının tikintisi, habelə 100 meqavatlıq batareya saxlanc qurğusunun quraşdırılması bölgənin daxili tələbatını tam ödəyəcək və böyük həcmdə "yaşıl enerji"nin ixracına imkan yaradacaqdır.
Dövlət başçısı qeyd etmişdir ki, görülən bütün böyük quruculuq işlərinin təməlində milli kimliyimiz, tariximiz və mənəvi dəyərlərimiz dayanır. Qədim Atabəylər dövlətinin paytaxtı olmuş Naxçıvanda dahi memar Əcəmi Naxçıvaninin abidəsinin ucaldılması, Möminə xatun məqbərəsinin və digər tarixi-mədəni abidələrin bərpası bu diyarın zəngin irsinə verilen yüksək dəyərin bariz nümunəsidir. Bununla yanaşı, Naxçıvan şəhərinin yeni Baş planının hazırlanması, nəqliyyat sisteminin ekoloji təmiz elektrik avtobusları ilə yenilənməsi, 26 yaşayış məntəqəsini əhatə edən 420 kilometrlik yol şəbəkəsinin təmiri və kənd təsərrüfatı üçün suvarma layihələrinin icrası əhalinin rifahını daha da yüksəldəcəkdir.
Prezident İlham Əliyev vurğulamışdır ki, Naxçıvan, Şərqi Zəngəzur və Qarabağ vahid inkişaf konsepsiyası və müasir idarəetmə modeli əsasında qurulur. İşğaldan azad olunmuş torpaqlarımızda özünü doğruldan Prezidentin Xüsusi Nümayəndəliyi institutunun və kadr-struktur islahatlarının Naxçıvanda tətbiq edilməsi bu qədim diyarın təhlükəsizliyini, idarəetmənin təkmilləşməsini və firavan gələcəyini tam təmin edəcəkdir.

12/08/2026

Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində vakant olan inzibati-təsərrüfat və tədris-köməkçi (təsərrüfat işləri üzrə direktor müavini, təsərrüfat müdiri, uşaq birliyi təşkilatı rəhbəri, kitabxana müdiri, gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, psixoloq, Katibə-makinaçı, laborant) vəzifələr üzrə işə qəbul müsabiqəsinə start verilir.

Müsabiqə iki mərhələdən – sənəd qəbulu və test imtahanından – ibarət olmaqla həyata keçiriləcəkdir.

Müsabiqədə iştirak etmək istəyən namizədlər elan olunmuş vakant vəzifələrdən yalnız biri üzrə müvafiq linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

İxtisas tələbi müəyyən edilmiş vəzifələr üzrə yalnız həmin tələblərə cavab verən namizədlər qeydiyyatdan keçməlidirlər.

Qeydiyyat linkləri:
1. Kitabxana müdiri: https://forms.gle/s5f5Lpmu6q2q53Fc7
2. Katib-makinaçı: https://forms.gle/Sz64ZvoKmEQLtt6c9
3. Laborant: https://forms.gle/RT2xSkQibzEY6qgDA
4. Psixoloq: https://forms.gle/gM5zUH3br7aQJT4g6
5. Təsərrüfat müdiri: https://forms.gle/ryYd4J9qNBX6KVuG9
6. Təsərrüfat işləri üzrə direktor müavini: https://forms.gle/WMhdDNvmsNLvRK81A
7. Uşaq birliyi təşkilatının rəhbəri: https://forms.gle/fYmF9Pe9FwQVfYGW7
8. Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri: https://forms.gle/VYxYg5i85xMGYWs1A

Vəzifələr üzrə ixtisas tələbləri ilə tanış olmaq üçün müvafiq linkə keçid edə bilərsiniz: https://drive.google.com/file/d/1zcZBmKW3ciHaCa-SZv7bH_VyGRL6wqw_/view?usp=sharing

Vakant vəzifələrə keçid etmək üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz: https://drive.google.com/file/d/1zdkvrkAMGuXr0CZYP3LKemz76x8A2llT/view?usp=sharing

Təqdim edilmiş məlumatların yanlış və ya saxtalaşdırılmış olduğu hər hansı mərhələdə aşkar edilərsə, namizədin nəticəsi ləğv ediləcəkdir
Qeydiyyat və sənədlərin qəbulu 21 avqust 2026-cı il, saat 11:00-dək aparılacaq.
İmtahanın keçirilmə tarixi və yeri barədə məlumat uyğun namizədlərə qeydiyyat zamanı qeyd etdikləri mobil nömrələr vasitəsilə, həmçinin Qarabağ Regional Təhsil İdarəsinin rəsmi “Facebook” səhifəsində elan ediləcəkdir.
Test mərhələsində namizədlərə ümumilikdə 60 sual təqdim olunacaq. Suallar aşağıdakı qaydada bölüşdürülür:
vəzifə bilikləri üzrə – 40 sual;
qanunvericilik üzrə – 10 sual;
informasiya-kommunikasiya texnologiyaları üzrə – 10 sual.
Test imtahanında hər bir düzgün cavab 1 (bir) balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Test imtahanında 30 və daha yüksək bal toplayan namizədlər imtahandan uğurla keçmiş hesab edilirlər.
Test imtahanının nəticələri imtahanın keçirildiyi tarixdən etibarən 10 (on) iş günündən gec olmayaraq elan ediləcək. Müsabiqənin nəticələrindən narazı qalan namizədlər nəticələr elan edildikdən sonra 3 (üç) iş günü müddətində apellyasiyaya müraciət edə bilərlər.

İmtahandan uğurla keçmiş namizədlər topladıqları ballara əsasən mövcud vakant vəzifələrə yerləşdirilirlər. Daha yüksək nəticə göstərmiş namizədlər vakant vəzifələri ilk növbədə seçmək hüququna malikdirlər. Vakant vəzifələrin seçimi namizədlərin nəticələrinə uyğun olaraq balların azalan sırası ilə həyata keçirilir.
Bir vakant vəzifəyə iki və ya daha çox namizədin eyni bal topladığı halda aşağıdakı ardıcıllıqla üstünlük verilir:
müharibə iştirakçılarına və onların ailə üzvlərinə;
təhsil səviyyəsi daha yüksək olan şəxslərə;
iş stajı daha çox olan şəxslərə;
müəssisəyə daha yaxın ərazidə yaşayan şəxslərə.
Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsi üzrə namizədlərə Vahid Tarif-İxtisas Sorğu Kitabçasında nəzərdə tutulan ixtisas tələbləri və dərəcələr üzrə müəyyən edilmiş ardıcıllıqla üstünlük verilir.
Müsabiqədən uğurla keçmiş, lakin vakant vəzifəyə yerləşdirilməmiş namizədlər cari tədris ilinin sonunadək ehtiyat kadr kimi saxlanılırlar.
Vakant vəzifəyə yerləşdirilməsi nəzərdə tutulan namizəd ona təklif edilən vəzifədən imtina etdiyi təqdirdə, müvafiq təlimata uyğun olaraq ehtiyat kadrlar siyahısından çıxarılır.

Qeyd: İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində elan edilmiş vakant yerlər üzrə müsabiqələrdə yalnız “Böyük Qayıdış”a dair I Dövlət Proqramına əsasən həmin ərazilərdə yaşayış yeri ilə təmin edilmiş vətəndaşlar iştirak edə bilərlər

Address

Terter

Opening Hours

Monday 00:00 - 23:59
Tuesday 00:00 - 23:59
Wednesday 00:00 - 23:59
Thursday 00:00 - 23:59
Friday 00:00 - 23:59
Saturday 00:00 - 23:59
Sunday 00:00 - 23:59

Website

Alerts

Be the first to know and let us send you an email when Tərtər rayon V.Məmmədov adına Səhlabad kənd tam orta məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category