Tərtər şəhər Əsəd Məmmədov adına 1 nömrəli tam orta məktəb

Tərtər şəhər Əsəd Məmmədov adına 1 nömrəli tam orta məktəb Təhsil

https://www.facebook.com/share/p/1EzQcKqpsS/
12/08/2026

https://www.facebook.com/share/p/1EzQcKqpsS/

Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində vakant olan inzibati-təsərrüfat və tədris-köməkçi (təsərrüfat işləri üzrə direktor müavini, təsərrüfat müdiri, uşaq birliyi təşkilatı rəhbəri, kitabxana müdiri, gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, psixoloq, Katibə-makinaçı, laborant) vəzifələr üzrə işə qəbul müsabiqəsinə start verilir.

Müsabiqə iki mərhələdən – sənəd qəbulu və test imtahanından – ibarət olmaqla həyata keçiriləcəkdir.

Müsabiqədə iştirak etmək istəyən namizədlər elan olunmuş vakant vəzifələrdən yalnız biri üzrə müvafiq linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

İxtisas tələbi müəyyən edilmiş vəzifələr üzrə yalnız həmin tələblərə cavab verən namizədlər qeydiyyatdan keçməlidirlər.

Qeydiyyat linkləri:
1. Kitabxana müdiri: https://forms.gle/s5f5Lpmu6q2q53Fc7
2. Katib-makinaçı: https://forms.gle/Sz64ZvoKmEQLtt6c9
3. Laborant: https://forms.gle/RT2xSkQibzEY6qgDA
4. Psixoloq: https://forms.gle/gM5zUH3br7aQJT4g6
5. Təsərrüfat müdiri: https://forms.gle/ryYd4J9qNBX6KVuG9
6. Təsərrüfat işləri üzrə direktor müavini: https://forms.gle/WMhdDNvmsNLvRK81A
7. Uşaq birliyi təşkilatının rəhbəri: https://forms.gle/fYmF9Pe9FwQVfYGW7
8. Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri: https://forms.gle/VYxYg5i85xMGYWs1A

Vəzifələr üzrə ixtisas tələbləri ilə tanış olmaq üçün müvafiq linkə keçid edə bilərsiniz: https://drive.google.com/file/d/1zcZBmKW3ciHaCa-SZv7bH_VyGRL6wqw_/view?usp=sharing

Vakant vəzifələrə keçid etmək üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz: https://drive.google.com/file/d/1zdkvrkAMGuXr0CZYP3LKemz76x8A2llT/view?usp=sharing

Təqdim edilmiş məlumatların yanlış və ya saxtalaşdırılmış olduğu hər hansı mərhələdə aşkar edilərsə, namizədin nəticəsi ləğv ediləcəkdir
Qeydiyyat və sənədlərin qəbulu 21 avqust 2026-cı il, saat 11:00-dək aparılacaq.
İmtahanın keçirilmə tarixi və yeri barədə məlumat uyğun namizədlərə qeydiyyat zamanı qeyd etdikləri mobil nömrələr vasitəsilə, həmçinin Qarabağ Regional Təhsil İdarəsinin rəsmi “Facebook” səhifəsində elan ediləcəkdir.
Test mərhələsində namizədlərə ümumilikdə 60 sual təqdim olunacaq. Suallar aşağıdakı qaydada bölüşdürülür:
vəzifə bilikləri üzrə – 40 sual;
qanunvericilik üzrə – 10 sual;
informasiya-kommunikasiya texnologiyaları üzrə – 10 sual.
Test imtahanında hər bir düzgün cavab 1 (bir) balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Test imtahanında 30 və daha yüksək bal toplayan namizədlər imtahandan uğurla keçmiş hesab edilirlər.
Test imtahanının nəticələri imtahanın keçirildiyi tarixdən etibarən 10 (on) iş günündən gec olmayaraq elan ediləcək. Müsabiqənin nəticələrindən narazı qalan namizədlər nəticələr elan edildikdən sonra 3 (üç) iş günü müddətində apellyasiyaya müraciət edə bilərlər.

İmtahandan uğurla keçmiş namizədlər topladıqları ballara əsasən mövcud vakant vəzifələrə yerləşdirilirlər. Daha yüksək nəticə göstərmiş namizədlər vakant vəzifələri ilk növbədə seçmək hüququna malikdirlər. Vakant vəzifələrin seçimi namizədlərin nəticələrinə uyğun olaraq balların azalan sırası ilə həyata keçirilir.
Bir vakant vəzifəyə iki və ya daha çox namizədin eyni bal topladığı halda aşağıdakı ardıcıllıqla üstünlük verilir:
müharibə iştirakçılarına və onların ailə üzvlərinə;
təhsil səviyyəsi daha yüksək olan şəxslərə;
iş stajı daha çox olan şəxslərə;
müəssisəyə daha yaxın ərazidə yaşayan şəxslərə.
Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsi üzrə namizədlərə Vahid Tarif-İxtisas Sorğu Kitabçasında nəzərdə tutulan ixtisas tələbləri və dərəcələr üzrə müəyyən edilmiş ardıcıllıqla üstünlük verilir.
Müsabiqədən uğurla keçmiş, lakin vakant vəzifəyə yerləşdirilməmiş namizədlər cari tədris ilinin sonunadək ehtiyat kadr kimi saxlanılırlar.
Vakant vəzifəyə yerləşdirilməsi nəzərdə tutulan namizəd ona təklif edilən vəzifədən imtina etdiyi təqdirdə, müvafiq təlimata uyğun olaraq ehtiyat kadrlar siyahısından çıxarılır.

Qeyd: İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində elan edilmiş vakant yerlər üzrə müsabiqələrdə yalnız “Böyük Qayıdış”a dair I Dövlət Proqramına əsasən həmin ərazilərdə yaşayış yeri ilə təmin edilmiş vətəndaşlar iştirak edə bilərlər

Azərbaycan-Qırğızıstan münasibətlərində tarixi mərhələ: dostluq, müttəfiqlik və yeni strateji uğurlarAzərbaycan Respubli...
03/08/2026

Azərbaycan-Qırğızıstan münasibətlərində tarixi mərhələ: dostluq, müttəfiqlik və yeni strateji uğurlar
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 iyul 2026-cı il tarixində Qırğız Respublikasına reallaşan dövlət səfəri iki qardaş ölkə arasındakı strateji tərəfdaşlığın və sarsılmaz dostluq əlaqələrinin yeni müstəviyə yüksəldiyini bir daha nümayiş etdirdi. Səfər çərçivəsində dövlət başçılarının mətbuata bəyanatları, imzalanan mühüm sənədlər və keçirilən təntənəli mərasimlər Azərbaycan ilə Qırğızıstan arasında münasibətlərin ən yüksək zirvəyə çatdığını sübut edir.
Ölkə başçısı bəyanatında xüsusi olaraq vurğulamışdır ki, iki dövlət arasında mövcud olan müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və Azərbaycan bu məsuliyyəti şərəflə daşımağa tam hazırdır. Beynəlxalq platformalarda, iqtisadi-ticari sahədə və təhlükəsizlik məsələlərində qarşılıqlı dəstəyin bundan sonra da davam etdiriləcəyi bildirilib. Səfər zamanı imzalanan geniş zərfli sənədlər, xüsusilə Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni mərhələnin əsasını qoyan Çolpon-Ata Bəyannaməsi ikitərəfli və çoxtərəfli fəaliyyətimizin əhatə dairəsini daha da genişləndirir.
İqtisadi əməkdaşlıq sahəsində əldə olunan mühüm nailiyyətlərdən biri birgə Azərbaycan-Qırğız İnvestisiya Fondunun maliyyə vəsaitinin iki dəfə artırılaraq 200 milyon dollara çatdırılmasıdır. Bu addım yeni iş yerlərinin yaradılmasına, birgə istehsal layihələrinin gerçəkləşməsinə və iqtisadi potensialın güclənməsinə xidmət edəcəkdir. İqtisadi və turizm əlaqələrinin bariz nümunəsi kimi İssık-Kul gölünün sahilində Azərbaycan dövlətinin vəsaiti hesabına inşa edilən ilk beşulduzlu “Bakı” hotelinin (Baku Resort & Spa) açılışı böyük qürur hissi ilə qarşılanmışdır.
İki ölkə arasında humanitar və mədəni əlaqələr də yüksələn xətlə inkişaf edir. Qırğızıstanın işğaldan azad edilmiş Ağdam bölgəsində böyük qırğız epoxasının şərəfinə “Manas” adını daşıyan məktəb inşası dahi xalqlarımızın qardaşlıq rəmzidir. Qarabağın bərpasına göstərilən bu dəstək Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. Eynilə Bakıda görkəmli yazıçı Çingiz Aytmatovun abidəsinin və onun adını daşıyan parkın, eləcə də Bişkekdə Qırğızıstan-Azərbaycan dostluğu parkının açılması ortaq tarixi-mədəni köklərimizin ayrılmaz parçasıdır.
Səfər çərçivəsində baş tutan ali təltifetmə mərasimi dövlətlərarası ehtiramın ən ali təzahürü oldu. Prezident İlham Əliyev Qırğız Respublikasının ali dövlət mükafatı – 1-ci dərəcəli “Manas” ordeni ilə, Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov isə Azərbaycanın ən yüksək dövlət təltifi – “Heydər Əliyev” ordeni ilə təltif edildilər. Eyni zamanda Azərbaycanın Mərkəzi Asiya Məşvərət görüşlərinə tamhüquqlu üzv qəbul olunması regional inteqrasiyanı və strateji tərəfdaşlığı daha da möhkəmləndirir. Bu tarixi səfər göstərir ki, ortak köklərə və sarsılmaz dostluğa söykənən Azərbaycan-Qırğızıstan münasibətləri gələcəyə doğru daha inamla addımlayır.

Ana dilimizi qorumaq üçün böyük addımlar atan Ümummilli Liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla da...
31/07/2026

Ana dilimizi qorumaq üçün böyük addımlar atan Ümummilli Liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir

Ana dili hər bir xalqın milli kimliyini, mənəvi varlığını və tarixi yaddaşını yaşadan, onu müstəqil millət kimi formalaşdıran ən mühüm sütundur. Azərbaycan dilinin dövlət dili kimi təşəkkül tapması, zənginləşməsi və beynəlxalq aləmdə layiqli mövqe tutması xalqımızın keçdiyi çətin, lakin şərəfli tarixi mübarizə yolunun məntiqi nəticəsidir. Hər il avqust ayının 1-də ölkəmizdə qeyd edilən Azərbaycan əlifbası və Azərbaycan dili günü bu müqəddəs irsə cavabdehlik və milli qürur hissinin təcəssümünə çevrilmişdir.

Tarixə nəzər salsaq görərik ki, Sovet imperiyası dövründə milli dillərin sıxışdırılması və rus dilinin hakim mövqeyə gətirilməsi siyasəti xüsusilə güclənmişdi. Belə bir mürəkkəb və təhlükəli şəraitdə ana dili məsələsini gündəmə gətirmək böyük siyasi cəsarət və qətiyyət tələb edirdi. Bütün süni məhdudiyyətlərə və təzyiqlərə rəğmən, Ümummilli Lider Heydər Əliyev hələ 1970-ci illərdən başlayaraq Azərbaycan dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda ardıcıl mübarizə aparmış, ziyalıları və bütövlüklə xalqı bu ideya ətrafında səfərbər etmişdir. Bu mübarizənin tarixi nəticəsi kimi 1978-ci il aprelin 2-də Heydər Əliyevin bilavasitə təşəbbüsü və təklifi ilə Azərbaycan SSR Konstitusiyasına "Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir" maddəsi daxil edildi. Bu, həmin dövr üçün misilsiz bir tarixi qələbə idi.

Müstəqillik dövründə də Ulu Öndər dövlət dili siyasətini prioritet sahə kimi diqqətdə saxlamışdır. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilən müstəqil Azərbaycan Respublikasının Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu hüquqi olaraq möhkəmləndirildi. Daha sonra, 2001-ci il iyunun 18-də imzalanmış “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman və həmin il avqustun 9-da təsis edilən “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsbit edilməsi haqqında” Fərman ölkədə dil siyasətinin zəfər mərhələsi oldu. 2002-ci ildə qəbul edilən "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanun isə dilimizin tətbiqi, qorunması və inkişaf etdirilməsi üçün möhkəm qanunvericilik bazası yaratdı.

Ulu Öndər Heydər Əliyev həmişə vurğulayırdı ki, "Müxtəlif dillərə mənsub olan insanlar Azərbaycan dilini sadəcə eşidərək onun nə qədər şeirə bənzədiyini, xoş ahəngli olduğunu dəfələrlə qeyd ediblər. Biz dilimizlə fəxr etməliyik. Dil hər bir millətin milliliyinin əsasıdır. Xalqı xalq edən, milləti millət edən onun ana dilidir." Ulu Öndərin fikrincə, öz dilini bilməyən və sevməyən insan öz tarixini də yaxşı bilə bilməz, bu səbəbdən hər bir gənc ana dilini ən incəliklərinə qədər öyrənməli və ondan qürurla istifadə etməlidir.
Ana dilimizin saflığının qorunması və tətbiq sahələrinin genişləndirilməsi istiqamətində Ümummilli Liderin əsasını qoyduğu bu strategiya hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında", "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında" və "Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri haqqında" sərəncamlar ana dilimizin zənginləşməsinə və onun həyatımızın bütün sahələrində geniş tətbiqinə böyük təkan vermişdir.

Qloballaşma dövründə dilimizin saflığının qorunması Prezident İlham Əliyevin xüsusi diqqət yetirdiyi strateji məsələlərdəndir. Dövlət başçısının "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nı, həmçinin elektron məkanda dilin istifadəsi və saflığının qorunması ilə bağlı imzaladığı fərmanlar bu sahəyə dövlət qayğısının bariz nümunəsidir. Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının yubiley tədbirindəki çıxışında bu məsələnin vacibliyini belə ifadə etmişdir: "Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır. Dövlət, alimlər, yazıçılar, jurnalistlər bu məsələyə çox böyük diqqət verməlidirlər. Biz xalq kimi, millət kimi öz dilimizi qorumasaq, onda yavaş-yavaş bizim milli kimliyimiz də sarsıla bilər. Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur."

Aparılan məqsədyönlü siyasət, qəbul edilən normativ-hüquqi aktlar və orfoqrafiya normalarının təkmilləşdirilməsi nəticəsində Azərbaycan dili bu gün mürəkkəb və dərin fikir çalarlarını aydın ifadə etmək qüdrətinə malik, dünya dilləri arasında özünəməxsus yeri olan kamil bir dildir. Müstəqil dövlətin olmadığı zamanlarda belə bizi bir xalq kimi qoruyub saflığını saxlayan ana dilimizi göz bəbəyi kimi qorumaq, onu gələcək nəsillərə təmiz və zəngin şəkildə ötürmək hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur.

23/07/2026

Tərtər şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbinin məzunu Günay Əlizadə əzmi, zəhməti və biliyi sayəsində böyük uğurlara imza at

23/07/2026

16 yaşlı Günay dünya universitetlərinə qəbul şansı və yüksək təqaüd qazandı - Azərbaycanı seçdi

Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri iki ölkə arasında strateji tərəfdaşlığın inkişafında və Cənubi Qafqazda...
23/07/2026

Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri iki ölkə arasında strateji tərəfdaşlığın inkişafında və Cənubi Qafqazda davamlı sülhün bərqərar olunmasında yeni tarixi mərhələnin əsasını qoydu

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 iyul 2026-cı il tarixində Almaniya Federativ Respublikasına rəsmi səfəri iki ölkə arasındakı münasibətlərin keyfiyyətcə yeni müstəviyə yüksəldiyini bir daha nümayiş etdirdi. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Almaniya Federativ Respublikasının Federal Kansleri Sayın Fridrix Merts tərəfindən “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə” və Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair Birgə Bəyannamə imzalanmışdır.

Dövlətimizin başçısı verdiyi mətbuat bəyanatında əminliyini bildirmişdir ki, imzalanmış sənədlər və start verilən strateji dialoq əlaqələrimizi yeni səviyyəyə qaldıracaq, iqtisadi münasibətlərin genişləndirilməsinə mühüm töhfə verəcəkdir. Sənədlərin tezliklə həyatda öz əksini tapması üçün bir neçə xüsusi işçi qrupunun yaradılması da nəzərdə tutulur.

İkitərəfli gündəliyin kifayət qədər geniş olduğunu vurğulayan Prezident İlham Əliyev Almaniyanın Avropa İttifaqının aparıcı ölkəsi kimi Cənubi Qafqazda rolunun artdığını və Azərbaycan-Almaniya əlaqələrinin bütövlükdə bölgəmizdə əməkdaşlığa, sülhə və əmin-amanlığa töhfə verəcəyini diqqətə çatdırmışdır. Hazırda Azərbaycanda 200-dən çox Almaniya şirkətinin uğurla fəaliyyət göstərdiyini bildirən ölkə rəhbəri, bu səfərdən sonra onların sayının daha da artacağını, qarşılıqlı sərmayə qoyuluşu və alman şirkətlərinin ölkəmizdə fəaliyyətinin genişləndirilməsi üçün konkret təkliflərin irəli sürüldüyünü qeyd etmişdir.

Enerji sahəsindəki əməkdaşlığın miqyasından bəhs edən dövlətimizin başçısı bildirmişdir ki, bu ildən başlayaraq Azərbaycan öz təbii qazını Almaniyaya ixrac etməyə başlamışdır və hazırda Azərbaycan qazı Avropa İttifaqına üzv 10 ölkəyə çatdırılır. Neft ixracı və gələcəkdə "yaşıl enerji"nin Avropa məkanına çatdırılması əzmi enerji sahəsindəki tərəfdaşlığı daha genişmiqyaslı edir. Eyni zamanda, bağlantılar və tranzit imkanları baxımından nəqliyyat infrastrukturunu təkmilləşdirən Azərbaycan keçən il Orta Asiya məşvərət formatına tamhüquqlu üzv olmaqla Orta Asiya ilə Avropa arasında artan körpü rolunu oynayır.

Cənubi Qafqazdakı sülh prosesinə toxunan Prezident İlham Əliyev Almaniya hökumətinin danışıqlar prosesindəki rolunu, o cümlədən xarici işlər nazirləri səviyyəsində keçirilən görüşlərə ev sahibliyi etməsini yüksək qiymətləndirmişdir. Bildirilmişdir ki, Vaşinqtonda, Ağ Evdə ABŞ Prezidenti cənab Trampın iştirakı və imzası ilə Birgə Bəyannamənin imzalanması, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və sülh sazişinin paraflanması faktiki olaraq 30 il davam edən münaqişəyə son qoymuşdur. Azərbaycan bu razılaşmadan dərhal sonra praktiki addımlara keçərək Ermənistanın enerji təhlükəsizliyinə töhfə kimi benzin və dizel yanacağı təchizatına başlamış, həmçinin Azərbaycan ərazisindən Ermənistana 40 min tondan çox tranzit yükün keçidini təmin etmişdir.

BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini öz gücü ilə icra edərək ərazi bütövlüyünü və suverenliyini bərpa edən Azərbaycan regionda davamlı sülhün təmin olunması üçün ardıcıl addımlar atır. Sonda Avropa İttifaqı-Azərbaycan əlaqələrinə toxunan dövlətimizin başçısı bu il Aİ Şurasının Prezidenti cənab Koştanın və Avropa Komissiyasının Prezidenti xanım Fon der Lyayenin Azərbaycana səfərlərinin böyük siyasi mənası olduğunu və Almaniyanın bu əməkdaşlıq çərçivəsində aparıcı rol oynamağa davam edəcəyini vurğulamışdır.

Əzm, zəhmət və uğur Tərtər şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbinin istedadlı məzunu Günay Əlizadə ilə bağlı qürur...
23/07/2026

Əzm, zəhmət və uğur
Tərtər şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbinin istedadlı məzunu Günay Əlizadə ilə bağlı qürur dolu bir xəbəri sizinlə bölüşmək istəyirik.
Bu il məktəbimizi əla qiymətlərlə bitirən, cəmi 16 yaşlı qızımız Günay Əlizadə əzmi, zəhməti və biliyi sayəsində böyük uğurlara imza atıb.
O, ABŞ-ın bir çox nüfuzlu universitetlərinə – Simmons University, Saint Louis University, Suffolk University, Hofstra University və Arizona State University, eləcə də Avropanın tanınmış ali təhsil ocaqları olan Vilnius University, TalTech – Tallinn University of Technology və LCC International University və.s universitetlərinə qəbul qazanıb.
Günay bir sıra universitetlərdən yüksək məbləğdə təqaüdlərə də layiq görülüb. Saint Louis University tərəfindən ümumilikdə 128 000 ABŞ dolları, digər universitetlər tərəfindən isə 70–80 min ABŞ dollarına qədər təqaüd təklifləri alıb.
Bununla yanaşı, o, yüksək nəticə göstərərək, ADA-nın Beynəlxalq Münasibətlər ixtisasına qəbul olunub və təhsilini Azərbaycanda davam etdirməyi seçib.
Bu uğurlar Günayın illərlə davam edən zəhmətinin, məqsədyönlülüyünün və özünə olan inamının bəhrəsidir. Bu yolda onun inkişafına töhfə verən bütün müəllimlərinə, məktəb kollektivinə və hər zaman dəstək olan hər kəsə sonsuz təşəkkürümüzü bildiririk.
Günayımıza yeni həyat mərhələsində daha böyük nailiyyətlər arzulayır, onun gələcəkdə də ölkəmizi beynəlxalq arenalarda layiqincə təmsil edəcəyinə ürəkdən inanırıq. Yolun daim açıq, uğurların bol olsun!
Qarabağ Regional Təhsil İdarəsi
Tərtər və Ağdərə rayonları üzrə təhsil sektoru

22/07/2026

📚 Yeni təmayül tədris modeli tətbiq ediləcək ümumi təhsil müəssisələrinə şagird və müəllim qəbulu davam edir.

Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən aşağıdakı ümumi təhsil müəssisələrində 2026–2027-ci tədris ili üzrə X və XI siniflərə şagird qəbulu elan edilir.

🔹 Ağcabədi şəhəri M.Aranlı adına 11 nömrəli tam orta ümumtəhsil məktəbi
🔗 https://forms.gle/wvrm4dXrMXrmyN1S8

🔹 Bərdə şəhəri Elgiz Kərimov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbi
🔗 https://forms.gle/eooAcWJPuGwroZfQA

🔹 Horadiz şəhəri Mahir Səfərov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi
🔗 https://forms.gle/yT9uGzXBN3xLwRJS8

🔹 Xankəndi şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbi
🔗 https://forms.gle/qiJFYzeCbAcZro3P7

🔹 Tərtər şəhəri Rafiq Nuriyev adına 6 nömrəli tam orta ümumtəhsil məktəbi
🔗 https://forms.gle/ykyU7hxrWDmYNHX98

👨‍🏫 Müəllimlərin nəzərinə!

Qeyd olunan təhsil müəssisələrində tədris prosesi yüksək akademik göstəricilərə malik, peşəkar və motivasiyalı pedaqoji heyət tərəfindən təşkil olunacaq.

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərdə fəaliyyət göstərmək və gələcəyin uğurlu nəslinin formalaşmasına töhfə vermək istəyən müəllimlər müsahibədə iştirak etmək üçün aşağıdakı keçid vasitəsilə qeydiyyatdan keçə bilərlər:

📌 Ağcabədi, Bərdə, Füzuli və Tərtər məktəbləri üzrə müəllim qeydiyyatı:
🔗 https://forms.gle/oXwqLnKyWupNbWDC9

📌 Xankəndi şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbi üzrə müəllim qeydiyyatı:
🔗 https://forms.gle/gbpH9sUAHqndCGYQ6

22/07/2026

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Address

Terter

Telephone

+994222361915

Website

Alerts

Be the first to know and let us send you an email when Tərtər şəhər Əsəd Məmmədov adına 1 nömrəli tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category