Tərtər Peşə Məktəbi

Tərtər Peşə Məktəbi terterpesemektebi Peşə Təhsili

15/08/2026

📢 Peşə təhsili müəssisələrinə tələbə qəbulunun I mərhələsinin cavabları açıqlandı!

📌23 iyul tarixindən etibarən www.portal.edu.az platforması vasitəsilə 39 735 nəfərdən 150 354 müraciət daxil olub. Ümumilikdə 24 161 nəfər müsabiqədən keçib.

❗Müsabiqədən uğurla keçən namizədlər 25 avqust 18:00 tarixinədək qeyd olunan sənədləri qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidir.

📌 Əvvəlki illərin məzunları üçün attestatın əsli, cari ilin məzunları üçün isə elektron attestatların çap olunmuş nüsxəsi təqdim olunur.

ℹ️ Müsabiqədən keçən şəxsin qəbul olunduğu peşə təhsili müəssisəsində qeyd edilən tarixlərdə qeydiyyatdan keçməməsi və ya sənədlərini tam təqdim etməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

12/08/2026

📢 12 avqust – Beynəlxalq Gənclər Günüdür!

11/08/2026

📢 Təhsil sənədləri artıq myGov-da!

💻 Təhsil haqqında dövlət nümunəli sənədlər artıq mygov platformasında əlçatandır.

🎓 2026-cı il məzunları təhsil müəssisələri tərəfindən imzalanmış elektron təhsil sənədlərini mygov (web) → “Təhsil məlumatlarım” → “Elektron təhsil sənədlərim” bölməsindən əldə edə bilərlər.

📌 Elektron sənədin üzərindəki QR kodu oxudaraq və ya edu.gov.az saytının “Sənəd yoxlama” bölməsində sənədin nömrəsi və doğum tarixini daxil etməklə sənədin həqiqiliyini yoxlamaq mümkündür.

📱 Yaxın günlərdə elektron təhsil sənədləri mygov mobil tətbiqində də əlçatan olacaq.

🎯Təhsil sənədləri artıq rəqəmsal formatda — daha rahat və əlçatan.

11/08/2026
05/08/2026
01/08/2026

1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü

Ana dili xalqın milli kimliyini, tarixini və mənəvi irsini yaşadan ən böyük sərvətdir. Dilimizi qorumaq, düzgün istifadə etmək və gələcək nəsillərə olduğu kimi ötürmək hər birimizin məsuliyyətidir.

Gələcəyinizi bizimlə qurun!
31/07/2026

Gələcəyinizi bizimlə qurun!

💻 Gələcəyin peşəsinə ilk addımını Tərtər Peşə Məktəbində at!Kompüter Sistem İnzibatçısı ixtisası üzrə qəbul davam edir!B...
31/07/2026

💻 Gələcəyin peşəsinə ilk addımını Tərtər Peşə Məktəbində at!

Kompüter Sistem İnzibatçısı ixtisası üzrə qəbul davam edir!

Bu ixtisası seçməklə:
✅ Kompüter sistemlərinin quraşdırılması və idarə olunmasını
✅ Şəbəkələrin qurulmasını və idarə edilməsini
✅ Server xidmətlərinin təşkili
✅ Proqram təminatının quraşdırılması və yenilənməsini
✅ İnformasiya təhlükəsizliyinin əsaslarını
✅ Texniki nasazlıqların diaqnostikası və aradan qaldırılmasını öyrənəcəksiniz.

📌 Qəbul şərtləri: 🎓 9-cu sinif bazası 📜 Dövlət nümunəli diplom ⏳ Təhsil müddəti: 1 il

29/07/2026

📈 Peşə təhsilinə maraq artmaqda davam edir.

🎓 Son 4 ildə peşə təhsili müəssisələrinə faktiki tələbə qəbulu 48%, dövlət sifarişli yerlərin sayı isə 52% artıb.

💼 Artan qəbul planı daha çox gəncin peşə təhsili imkanlarından yararlanmasına və əmək bazarının ehtiyaclarına uyğun ixtisaslar üzrə təhsil almasına şərait yaradır.

🕐 Son müraciət tarixi: 10 avqust, 18:00
🔗 Qeydiyyat: https://portal.edu.az/
🔗 Qəbul planı: https://shorturl.at/yWxTW
🔗 Ətraflı: https://vet.edu.gov.az/

Address

E. Məmmədov 04
Terter
5900

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Tərtər Peşə Məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category