N.Salamov adına 97 nömrəli tam orta məktəb

N.Salamov adına 97 nömrəli tam orta məktəb N.Salamov adına 97 saylı orta məktəb 1937-ci ildə istifadəyə verilmişdir.
2008-ci ildə yeni

17/02/2020

MSK-nın qarşısında icazəsiz etiraz aksiyası beynəlxalq təşkilatların hesabatlarında nələrinsə qeyd olunmasına xidmət etməkdir. Bir qrup şəxsin qanunsuz olaraq Mərkəzi Seçki Komissiyasının (MSK) qarşısında aksiya keçirməyə cəhd göstərməsi xarici qüvvələrə xidmət edir.
Azərbaycanda azad, ədalətli və demokratik parlament seçkiləri keçirilib: “Seçkilərin nəticəsində uduzanlar, xalqın səsini qazana bilməyənlər, təbii ki, müxtəlif bəyanatlar verir. Hətta qohum-əqrabası ona səs verməyənlər, üç adamı ətrafında birləşdirə bilməyənlər bir şou düzəldirlər. Bu şounun da məqsədi bəzi beynəlxalq təşkilatların hesabatlarında nələrinsə qeyd olunmasına xidmət etməkdir. Onlar başda Əli Kərimli olmaqla xarici qüvvələrə işləyirlər. Həmin şəxslər əvvəldən buna çalışırdılar. Namizədliklərini irəli sürdülər ki, müxtəlif bəhanələr gətirsinlər, desinlər ki, guya bunları qeydə almayıblar və s.”.
Azərbaycanda indiyə qədər budəfəki seçkilərdə olduğu qədər namizəd qeydə alınmamışdı:“Hamı üçün bərabər şərait yaradılmışdı. Əgər kimsə təbliğat-təşviqat kampaniyası apara bilmirsə, üç adamı ətrafına yığa bilmirsə, insanlar arasında bir söz deyə bilmirsə, MSK-nın qarşısında nə işi var? MSK rəsmi nəticələri bəyan edib. Sən get əvvəlcə uduzduğun dairədə araşdır və camaat da sənə desin ki, biz səni seçməmişik. Xalqın arasına çıxa bilməyənlər indi gəlib MSK-nın qabağına çıxır. Onların məqsədi xarici qüvvələrə xidmət edib pul qazanmaqdır”.

"FİZİKA VƏ COĞRAFİYA FƏNNİNDƏN TƏQDİMAT DƏRS KEÇİRİLDİ02 may tarixində məktəbin fizika müəllimi S.Bunyatova və coğrafiya...
27/06/2019

"FİZİKA VƏ COĞRAFİYA FƏNNİNDƏN TƏQDİMAT DƏRS KEÇİRİLDİ
02 may tarixində məktəbin fizika müəllimi S.Bunyatova və coğrafiya müəllimi S.Teymurova tərəfindən 7b sinfində "Atmosfer təzyiqi" mövzusunda təqdimat dərs keçirildi. Təqdimat dərsdə şagirdlər müxtəlif təcrübələr apardılar. Öyrəndiklərini möhkəmləndirmək üçün maraqlı tapşırıqlar və məsələlər həll etdilər. Dərsdə məktəbin direktoru N.Hüseynova, tərbiyə işləri üzrə direktor müavini F.Haqverdiyeva və fənn müəllimləri iştirak etdilər.

"FİZİKA FƏNNİNDƏN TƏQDİMAT DƏRS KEÇİRİLDİ"03 may tarixində məktəbin fizika müəllimi S.Bunyatova tərəfindən 9a sinfində "...
27/06/2019

"FİZİKA FƏNNİNDƏN TƏQDİMAT DƏRS KEÇİRİLDİ"
03 may tarixində məktəbin fizika müəllimi S.Bunyatova tərəfindən 9a sinfində "İzotopların tətbiqləri" mövzusunda təqdimat dərs keçirildi. Dərsdə şagirdlər qruplar şəklində "İzotopların kimyaya" və "İzotopların biologiyaya" tətbiqi mövzusunda təqdimatlar keçirdilər. Təqdimat dərsdə məktəbin direktoru və fənn müəllimləri iştirak etdilər.

"10A SİNFİNDƏ TƏQDİMAT DƏRS KEÇİRİLDİ"03 may tarixində məktəbin fizika müəllimi S.Bunyatova tərəfindən 10a sinfində "Azə...
27/06/2019

"10A SİNFİNDƏ TƏQDİMAT DƏRS KEÇİRİLDİ"
03 may tarixində məktəbin fizika müəllimi S.Bunyatova tərəfindən 10a sinfində "Azərbaycanda alternativ enerji mənbələrindən istifadə" mövzusunda təqdimat dərs keçirildi. Qruplar Azərbaycanda alternativ enerji mənbələri və təbiətə müsbət təsirləri haqqında slaydlar nümayiş etdirdilər.

"3B SİNİF ŞAGİRDLƏRİ EKSKURSİYADA"18 may tarixində məktəbin 3b sinif şagirdləri sinif rəhbəri Ş.Təhməzova və valideynlər...
22/05/2019

"3B SİNİF ŞAGİRDLƏRİ EKSKURSİYADA"
18 may tarixində məktəbin 3b sinif şagirdləri sinif rəhbəri Ş.Təhməzova və valideynləri ilə birlikdə "Tarixi Etnoqrafiya qoruğu"na, "Tullantı sənaye muzeyi"nə və Suraxanı rayonunda yerləşən "Neftçilər parkı"na ekskursiya etdilər

"2A SİNFİ MAY GƏZİNTİSİNDƏ"04 may tarixində 2a sinifi gəzintiyə aparıldı. Əvvəlcə onlar şəhidlər xiyabanını ziyarət etdi...
22/05/2019

"2A SİNFİ MAY GƏZİNTİSİNDƏ"
04 may tarixində 2a sinifi gəzintiyə aparıldı. Əvvəlcə onlar şəhidlər xiyabanını ziyarət etdilər. Sonra iki dəfə Sovet İttifaqı qəhrəmanı Həzi Aslanovun xatirəsi yad edildi, büstü qarşısına tər qərənfillər qoydular. Onun haqqında şagirdlərə məlumat verildi, türk əsgərlərinin xatirəsinə ucaldılmış abidə və məscidlə tanış oldular. Dağüstü parkı gəzdilər, funikülyora mindilər. "Park Bulvar"da filmə tamaşa etdilər. Gəzinti boyu xatirə şəkilləri çəkildi. May gəzintisindən bütün kollektiv çox məmnun oldular.

"3B SİNİFİ ATƏŞGAH MƏBƏDİNDƏ"13 may tarixində məktəbin 3b sinif rəhbəri Ş.Təhməzova öz sinif şagirdləri ilə birlikdə Sur...
22/05/2019

"3B SİNİFİ ATƏŞGAH MƏBƏDİNDƏ"
13 may tarixində məktəbin 3b sinif rəhbəri Ş.Təhməzova öz sinif şagirdləri ilə birlikdə Suraxanı rayonunda yerləşən "Atəşgah məbədi"ndə ekskursiyada oldular. Şagirdlər ətraflı məlumatlandırıldı.

"10A SİNİFİNDƏ DƏYİRMİ MASA KEÇİRİLDİ"13 may tarixində məktəbin tərbiyə işləri üzrə F.Haqverdiyevanın təşkilatçılığı ilə...
22/05/2019

"10A SİNİFİNDƏ DƏYİRMİ MASA KEÇİRİLDİ"
13 may tarixində məktəbin tərbiyə işləri üzrə F.Haqverdiyevanın təşkilatçılığı ilə 10a sinif şagirdləri "İslamın görkəmli şəxsiyyətlərinin mənəviyyatı, vətən təşəbbüsü, elm və təhsil haqqında ibrətamiz fikirləri" mövzusunda dəyirmi masa keçirtdilər.

06/05/2019

Address

Əmircan Qəsəbəsi, Məktəbli Küç, 1
Suraxanı

Telephone

012-452-40-51

Website

Alerts

Be the first to know and let us send you an email when N.Salamov adına 97 nömrəli tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to N.Salamov adına 97 nömrəli tam orta məktəb:

Shortcuts

Share

Category