A.Səfərov adına 114 nömrəli məktəb.

A.Səfərov adına 114 nömrəli məktəb. 114 nömrəli məktəbin qeyri-rəsmi səhifəsi. Baş verən məlum hadisələrdən sonra məktəbimizə şəhid Abil Səfərovun adı verildi.

1966-cı ildə 114 nömrəli məktəb istifadəyə verildi. 2006-cı ildə 300 yerlik 3 mərtəbəli 15 sinif otağı,2011-ci ildə 800 nəfərlik 3 mərtəbəli 40 sinif otağından ibarət yardımçı binalar tikilib istifadəyə verilmişdir. Məktəbin əsas binası 2011- ci ildə, yardımçı binalardan biri isə 2014-cü ildə əsaslı təmir olunmuşdur. 114 nömrəli tam orta məktəb şagird kontingentinin çoxluğuna və fəaliyyətinə görə Suraxanı rayonunun ən tanınmış məktəblərindən birinə çevrildi. Məktəbin pedaqoji kollektivi 157 müəllimdən ibarətdir.Qeyd etmək lazımdır ki, fəaliyyət göstərən müəllimlərimiz arasında məktəbin məzunları da kifayət qədərdir. Hal-hazırda məktəbdə 2148 şagird təhsil alır. Şagirdlərimiz rayon, şəhər tədbirlərində, fənn olimpiadalarında məktəbin şərəfini ləyaqətlə qoruyurlar. Məktəbdə Ulu Öndər Heydər Əliyevin həyat fəaliyyətini əks etdirən zəngin "Lektoriya Zalı" fəaliyyət göstərir. 2009-2010 cu tədris ilində məktəbimiz "50 Yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olmuşdur. 2014-2015 ci tədris ilindən məktəb "Sağlam təhsil-sağlam millət "layihəsinə qoşulub.Məktəbdə üç "sağlam təhsil sinfi" fəaliyyət göstərir. Növbəti tədris ili layihəsində siniflərin sayının artırılması nəzərdə tutulub. Məktəbdə 3 məktəbəqədər hazırlıq qrupu və 1 günüuzadılmış qrup fəaliyyət göstərir.

13/06/2023
Məktəbin uğurları davam edir!:Məktəbin 11 - ci sinif məzunları Əliyev Həsənbala Fuad oğlu, Oruczadə Vasif Vidadi oğlu,  ...
03/09/2020

Məktəbin uğurları davam edir!:
Məktəbin 11 - ci sinif məzunları Əliyev Həsənbala Fuad oğlu, Oruczadə Vasif Vidadi oğlu, İsmayıllı İsmayıl Hüseyn oğlu və 9 - cu sinif məzunu Aslanlı Dilşad Rəşad qızı buraxılış imtahanlarında yüksək nəticə göstərdiklərinə görə onlara Fərqlənmə Attestat təqdim olundu. Məzunlarımıza daha böyük uğurlar arzulayırıq!

Uğurlarımız davam edir!Məktəbin məzunu Əliyev Həsənbala Fuad oğlu 4 - cü qrup üzrə qəbul imtahanında tam nəticə göstərər...
03/09/2020

Uğurlarımız davam edir!
Məktəbin məzunu Əliyev Həsənbala Fuad oğlu 4 - cü qrup üzrə qəbul imtahanında tam nəticə göstərərək 400 bal toplayıb. Ümumilikdə 691 bal toplayaraq məktəbimizə daha bir uğur qazandırdı.Həsənbalanı və məktəbimizin kollektivini bu münasibətlə təbrik edirəm. Yolu açıq olsun!

STEM LAYİHƏSİNƏ START VERİLDİ
04/10/2019

STEM LAYİHƏSİNƏ START VERİLDİ

Oktyabrın 1 - də məktəbimizdə daha bir layihəyə start verildi. Məktəbin informatika müəllimləri Nazxanım Tahirova və Əsədova Sədaqət STEM layihəsi çərçivəsində ilk məşgələləri keçirdilər.

Yeni iliniz mübarək!
31/12/2017

Yeni iliniz mübarək!

25/11/2017

Bakı məktəbləri donur...

Paytaxtın əksər məktəbində istilik problemi var. Xüsusilə də, Bakıətrafı kənd və qəsəbələrdə məktəblərə istilik verilmir. Məsələn, Hövsan qəsəbəsindəki 76 saylı məktəbin müəllimlərinin sözlərinə görə, təzyiq o qədər aşağıdır ki, verilən istilik şam istisindən fərqlənmir. Yarım saat əlini qızdırıcıya yapışdırmalısan ki, istiliyi hiss edəsən. Yeni Suraxanı qəsəbəsindəki 89, Əmircan qəsəbəsində 114 saylı orta məktəbdə də şagirdlərə altdan geyinib, üstən qıfıllanmağı tapşırıblar. 116, 308, 169, 138 saylı məktəblərin valideynləri də sinif otaqlarının soyuq olmasından şikayətçidirlər.

"UŞAQLAR GƏLƏCƏYİMİZDİR!" ADLI 1 İYUN – “UŞAQLARIN BEYNƏLXALQ MÜDAFİƏSİ GÜNÜ”NƏ HƏSR OLUNUŞ MUSİQİ FESTİVALIİyunun 1 - ...
04/06/2017

"UŞAQLAR GƏLƏCƏYİMİZDİR!" ADLI 1 İYUN – “UŞAQLARIN BEYNƏLXALQ MÜDAFİƏSİ GÜNÜ”NƏ HƏSR OLUNUŞ MUSİQİ FESTİVALI

İyunun 1 - də "Məktəbin illik fəaliyyət planı" na əsasən "Uşaqlar gələcəyimizdir!" adlı 1 İyun – “Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunuş möhtəşəm musiqi festivalı keçirildi. İbtidai sinif müəllimlərinin rəhbərliyi ilə təşkil olunmuş festivalda şagirdlər biri - birindən maraqlı musiqi nömrələri ilə çıxış etdilər.

04/06/2017
15/10/2016

CEYRAN NOVRUZOVA KAMAL
Vəzifə: Direktor
Fənn: Cəbr, Fakültativ məşğələlər, Həndəsə
Bitirdiyi təhsil müəssisəsi: A.D.P.U
Təvəllüd: 28.10.1956
İlk fəaliyyət ili: 16.07.1982

Address

Əmircan Qəsəbəsi, Z. Tağıyev Küç . 14
Suraxanı
AZ1042

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

Tel. 452-38-84

Alerts

Be the first to know and let us send you an email when A.Səfərov adına 114 nömrəli məktəb. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category