D.Məmmədzadə adına 232 nömrəli tam orta məktəb

D.Məmmədzadə adına 232 nömrəli tam orta məktəb Məktəb

Maarifləndirici görüş  Bu gün məktəbimizdə Suraxanı Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin Əməkdaşı Sevinc Hüseynova ...
13/05/2026

Maarifləndirici görüş
Bu gün məktəbimizdə Suraxanı Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin Əməkdaşı Sevinc Hüseynova məktəbin direktoru Günel Fətəliyeva və Uşaq Birliyin Təşkilatı Rəhbəri Mədinə İskəndərova sinifləri gəzərək şagirdlərlə maarifləndirici görüş keçirilmişdir. Görüşdə Sevinc Hüseynova iştirak etmişdir. Tədbirin əsas məqsədi şagirdlərin hüquqi biliklərinin artırılması, qanunlara hörmət ruhunda tərbiyə olunması və zərərli vərdişlərdən uzaq durmalarının vacibliyinin diqqətə çatdırılması olmuşdur.
Görüş zamanı şagirdlərlə hüquq pozuntularının qarşısının alınması, məktəblilər arasında nizam-intizam qaydaları, kibertəhlükəsizlik, erkən nikah və digər aktual mövzular ətrafında söhbətlər aparılmışdır. Şagirdləri maraqlandıran suallar cavablandırılmış, onlara faydalı tövsiyələr verilmişdir.
Maarifləndirici görüş şagirdlər tərəfindən böyük maraqla qarşılanmış və tədbirin onların dünyagörüşünün formalaşmasına müsbət təsir etdiyi vurğulanmışdır. Məktəb rəhbərliyi tərəfindən qonağa təşəkkür edilmişdir.

Gəmi və Daş muzeyinə ekskursiya 6 "B" sinif şagirdləri Gəmi və Daş muzeyinə ekskursiya etdilər. Təbiət fənnindən əldə et...
13/05/2026

Gəmi və Daş muzeyinə ekskursiya
6 "B" sinif şagirdləri Gəmi və Daş muzeyinə ekskursiya etdilər. Təbiət fənnindən əldə etdikləri bilikləri əyani şəkildə müşahidə etdilər. Müxtəlif gəmilərin maketləri, gəminin texniki konstruksiyalarını, gəminin sınaqdan keçirilməsi qaydasını, iş prinsipi və s. ətraflı məlumat aldılar.
Daş muzeyində qədim tarixi Qobustan qayalarında həkk olunmuş qayaüstü rəsmləri, e.ə ll və l minilliyə aid qədim eksponatları maraqla izlədilər.
Məqsəd şagirdlərdə milli tarixi abidələrlə bağlı maarifləndirmək, onlarda dünyagörüşünü artırmaq, həmçinin məktəbdənkənar bu fəaliyyət şagirdlər arasında ünsiyyət, empatiya hissinin güclənməsi, sağlam mühitin formalaşmasına dəstək oldu.

“Təbiətə İsmarıc” layihəsi    8"b" sinif şagirdləri sinif rəhbərinin təşkilatçılığı ilə məktəb həyətində “Təbiətə İsmarı...
13/05/2026

“Təbiətə İsmarıc” layihəsi
8"b" sinif şagirdləri sinif rəhbərinin təşkilatçılığı ilə məktəb həyətində “Təbiətə İsmarıc” adlı layihə həyata keçirdilər. Layihənin məqsədi şagirdlərdə təbiətə sevgi, ətraf mühitə qayğı və ekoloji düşüncə formalaşdırmaq olmuşdur.
Şagirdlər təbiətə aid hikmətli sözlər və maarifləndirici şüarlar hazırlayaraq məktəb həyətində nümayiş etdirmişlər. Tədbir zamanı təbiətin qorunmasının vacibliyi, ağacların və suyun insan həyatı üçün əhəmiyyəti haqqında məlumat verilmişdir.
Layihə şagirdlər tərəfindən maraqla qarşılanmış, onların yaradıcılıq və əməkdaşlıq bacarıqlarının inkişafına müsbət təsir göstərmişdir. Tədbirin sonunda xatirə şəkilləri çəkilmişdir.

“Mənim Dərs Metodum” müsabiqəsinin iştirakçıları təltif edildiMüəllimlər arasında təşkil edilmiş “Mənim Dərs Metodum” ad...
13/05/2026

“Mənim Dərs Metodum” müsabiqəsinin iştirakçıları təltif edildi
Müəllimlər arasında təşkil edilmiş “Mənim Dərs Metodum” adlı müsabiqənin məqsədi kreativ yanaşma nümayiş edilən, həyatda tətbiq imkanları göstərilən, mövzunu aydın izah tərzilə çatdıran, şagirdlərin maraq və fəallığını artıran, vizual və texniki təqdimat keyfiyyəti ilə fərqlənən dərsləri müşahidə edərək, onlardan verilən meyarlara ən uyğun gələnlərini seçərək digər həmkarlarla da təcrübə mübadiləsi aparmaq idi. Müsabiqəyə qoşulan müəllimlər tədris ili ərzində öz dərslərini nümayiş etdirdilər. Müsabiqənin sonunda ən yaxşı metodlar seçilərək təşəkkürnamə və fəxri fərmanla təltif edildi

İnteqrasiyalı dərs 1"A" sinfində həyat bilgisi fənni ilə  coğrafiya fənni arasında inteqrasiyalı dərs quruldu. Dərsi Sev...
13/05/2026

İnteqrasiyalı dərs
1"A" sinfində həyat bilgisi fənni ilə coğrafiya fənni arasında inteqrasiyalı dərs quruldu. Dərsi Sevinc Məmmədova və Aytən Məmmədova , Vüsalə Məmmədova təşkil etdi. Dərs müasir kurikulum standartlarına uyğun olaraq fənlərarası inteqrasiya şəklində qurulmuşdur. Şagirdlərə canlı və cansız aləmin vəhdəti izah olunmuş, coğrafi təbəqədə baş verən proseslərin (günəş enerjisi, suyun dövranı və s.) canlılara təsiri sadə dildə şərh edilmişdir. Mövzunun daha yaxşı mənimsənilməsi məqsədilə müxtəlif plakatlardan və vizual vəsaitlərdən istifadə olunmuşdur. Şagirdlər təbiətin bir tam olduğunu və canlıların cansız mühitlə sıx bağlılığını dərk etmiş, dərsin interaktivliyi şagirdlərin mövzuya marağını artırmışdır.

Ümummilli lider Heydər Əliyevin 103 illiyinə həsr olunmuş bilik yarışı   Məktəbin fəaliyyət planına əsasən məktəb kitabx...
12/05/2026

Ümummilli lider Heydər Əliyevin 103 illiyinə həsr olunmuş bilik yarışı
Məktəbin fəaliyyət planına əsasən məktəb kitabxanasında Ümummilli Lider Heydər Əliyevin 103 illik yubileyi münasibətilə 9-cu sinif şagirdləri arasında bilik yarışı təşkil olundu.

Məqsəd şagirdlərdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə maraq yaratmaq, onların tarix biliklərini zənginləşdirmək və vətənpərvərlik ruhunu gücləndirməkdir

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olundu. Ardınca Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirildi. Tədbirin məqsədi və yarışın qaydaları şagirdlərə çatdırıldı.

Yarış 3 raund üzrə keçirildi və hər bir raundun sualları Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif istiqamətlərini əhatə etdi.

Sonda münsiflər heyətinin qərarı ilə qaliblər müəyyənedildi. I, II və III yerləri tutan şagirlər fəxri fərmanlarla təltif olundular.

“Milli Kosmik Poçt Kartı” müsabiqəsi ilə bağlı maarifləndirici görüş keçirildi  Məktəbimizdə şagirdlərlə “Milli Kosmik P...
08/05/2026

“Milli Kosmik Poçt Kartı” müsabiqəsi ilə bağlı maarifləndirici görüş keçirildi
Məktəbimizdə şagirdlərlə “Milli Kosmik Poçt Kartı” müsabiqəsi barədə maarifləndirici və motivasiyaedici görüş təşkil olundu. Görüş zamanı müsabiqənin məqsədi, iştirak qaydaları, yaradıcılıq istiqamətləri və təqdim olunacaq işlərin hazırlanma meyarları haqqında ətraflı məlumat verildi.

Şagirdlər kosmos, elm və innovasiya mövzusunda böyük maraq göstərərək öz ideyalarını bölüşdülər. Görüş interaktiv müzakirələr və motivasiyaedici çıxışlarla yadda qaldı.

Qürurla bildiririk ki, məktəbimizi müsabiqədə 50 şagird təmsil edəcək. İnanırıq ki, şagirdlərimizin yaradıcı düşüncəsi və bacarıqları bu müsabiqədə uğurlu nəticələrlə yadda qalacaq.

Bütün iştirakçılarımıza uğurlar arzulayırıq!

“Şagirdlərin qəlbindəki Heydər Əliyev obrazı” mövzusunda inşa yazı müsabiqəsi keçirildi   Məktəbin Uşaq Birliyi Rəhbəri ...
07/05/2026

“Şagirdlərin qəlbindəki Heydər Əliyev obrazı” mövzusunda inşa yazı müsabiqəsi keçirildi
Məktəbin Uşaq Birliyi Rəhbəri İskəndərova Mədinə tərəfindən 9-cu sinif şagirdləri arasında “Şagirdlərin qəlbindəki Heydər Əliyev obrazı” mövzusunda inşa yazı müsabiqəsi keçirildi. Müsabiqənin əsas məqsədi şagirdlərdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə dair bilikləri artırmaq, onun ideyalarına hörmət hissini gücləndirmək və vətənpərvərlik ruhunu daha da möhkəmləndirmək idi.
Tədbir əvvəlcədən planlaşdırılmış şəkildə təşkil olundu. Şagirdlərə mövzu haqqında ətraflı məlumat verildi və onlara sərbəst, yaradıcı yanaşma ilə fikirlərini ifadə etmək tövsiyə edildi. Müsabiqədə iştirak edən şagirdlər Heydər Əliyevin dövlətçilik siyasəti, xalqına olan sevgisi və Azərbaycan üçün gördüyü işlər haqqında düşüncələrini inşa şəklində qələmə aldılar.
Yazılar münsiflər heyəti tərəfindən qiymətləndirildi. Qiymətləndirmə zamanı mövzunun düzgün açılması, fikirlərin ardıcıllığı, dil və üslub xüsusiyyətləri nəzərə alındı. Fərqlənən şagirdlər məktəb rəhbərliyi tərəfindən təltif olundu.
Keçirilən müsabiqə şagirdlərin dünyagörüşünün genişlənməsinə, yazı bacarıqlarının inkişafına və milli dəyərlərə bağlılığın güclənməsinə müsbət təsir göstərdi.

Azərbaycan-İtaliya enerji tərəfdaşlığı- TAP-ın genişləndirilməsi prioritet istiqamət kimiAzərbaycan və İtaliya arasındak...
05/05/2026

Azərbaycan-İtaliya enerji tərəfdaşlığı- TAP-ın genişləndirilməsi prioritet istiqamət kimi

Azərbaycan və İtaliya arasındakı münasibətlər müasir beynəlxalq münasibətlər sistemində strateji tərəfdaşlığın ən uğurlu nümunələrindən biri hesab olunur. Bu əlaqələr sadəcə iki dövlətin maraqlarını deyil, həm də Avropanın enerji təhlükəsizliyi arxitekturasını əsaslı şəkildə formalaşdıran amildir. 2026-cı il mayın 4-də İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana gerçəkləşdirdiyi rəsmi səfər bu tərəfdaşlığın yeni və daha dinamik mərhələyə qədəm qoyduğunun bariz sübutu oldu. Prezident İlham Əliyevin mətbuat bəyanatında vurğuladığı məqamlar göstərir ki, Bakı və Roma arasındakı bağlar sarsılmaz hüquqi təmələ 2014-cü və 2020-ci illərdə imzalanmış iki strateji tərəfdaşlıq bəyannaməsinə söykənir. Bu sənədlər münasibətlərin həm siyasi, həm də iqtisadi onurğa sütununu təşkil edir.
Azərbaycan-İtaliya münasibətlərinin mərkəzində hər zaman energetika sahəsindəki etibarlı tərəfdaşlıq dayanmışdır. Uzun illərdir ki, Azərbaycan İtaliyanın enerji bazarı üçün əvəzolunmaz təchizatçılardan biri kimi çıxış edir. Bu gün Azərbaycan İtaliyanın həm neft, həm də təbii qaz təchizatında ikinci yerdə qərarlaşaraq, bu ölkənin enerji təhlükəsizliyində həlledici paya malikdir. Keçən ilin statistik göstəriciləri bu tərəfdaşlığın miqyasını aydın göstərir: Azərbaycanın ixrac etdiyi cəmi 25 milyard kubmetr təbii qazın 9,5 milyard kubmetri məhz İtaliya bazarına yönəldilmişdir. Bu, İtaliya bazarının Azərbaycan üçün birinci dərəcəli əhəmiyyət kəsb etdiyinin rəsmi təsdiqidir.
Lakin mövcud həclərlə kifayətlənmək niyyətində olmayan hər iki tərəf qaz ixracının artırılmasını əsas prioritet kimi müəyyən etmişdir. Prezident İlham Əliyev və Baş nazir Ciorcia Meloni arasında aparılan danışıqların mərkəzi mövzularından biri məhz bu həcmlərin artırılması yolları olmuşdur. Bu hədəfə çatmağın yeganə və ən effektli yolu isə Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik Boru Kəmərinin genişləndirilməsidir.
TAP layihəsi istismara verildiyi gündən Avropanın enerji xəritəsini dəyişmişdir. Bu gün isə onun ötürücülük qabiliyyətinin artırılması gündəmdədir. Prezident İlham Əliyev qeyd etmişdir ki, kəmər artıq müəyyən dərəcədə genişləndirilib, lakin bu proses davamlı olmalıdır. TAP-ın genişləndirilməsi təkcə daha çox qazın nəql edilməsi demək deyil; bu, həm də İtaliyanın Cənubi Avropanın enerji qovşağına çevrilməsi istiqamətində atılan strateji addımdır. Azərbaycanın təbii qaz resurslarının Avropaya, xüsusən də İtaliya bazarına daha böyük həcmdə çatdırılması hər iki tərəfin iqtisadi maraqlarına tam cavab verir. Bu proses həm də İtaliya iqtisadiyyatının rəqabət qabiliyyətini artırır, çünki sabit və etibarlı enerji təchizatı sənayenin inkişafı üçün fundamental şərtdir.
Nəticə olaraq qeyd etmək olar ki, Azərbaycan-İtaliya enerji tərəfdaşlığı bu gün özünün ən parlaq dövrünü yaşayır. TAP-ın genişləndirilməsi prioritet istiqamət olmaqla, bu əməkdaşlıq həm də iqtisadiyyatın digər sahələrini, investisiyaları və humanitar əlaqələri öz arxasınca sürükləyir. Ciorcia Meloninin 2026-cı ilin mayındakı səfəri bu strateji ittifaqın nə qədər dərin və məzmunlu olduğunu, qarşılıqlı hörmətə söykəndiyini bir daha dünya ictimaiyyətinə nümayiş etdirdi. Bakı və Roma arasındakı bu dostluq və tərəfdaşlıq bundan sonra da hər iki xalqın rifahına və Avropanın sabitliyinə xidmət edəcəkdir.

Fətəliyeva Günel
Suraxanı rayonu, 232 nömrəli tam orta məktəbin direktoru

01/05/2026
Qarabağın tarixi haqqında həqiqətlər və qəhrəmanlıq səlnaməsi” mövzusunda dəyirmi masa   Məktəb kitabxanasında 7”A” sini...
01/05/2026

Qarabağın tarixi haqqında həqiqətlər və qəhrəmanlıq səlnaməsi” mövzusunda dəyirmi masa
Məktəb kitabxanasında 7”A” sinif şagirdlərinin iştirakı ilə “Qarabağın tarixi haqqında həqiqətlər və qəhrəmanlıq səlnaməsi” mövzusunda dəyirmi masa keçirildi. Məqsəd Qarabağın qədim tarixi, münaqişə dövrü və qəhrəmanlıq salnaməsi haqqında şagirdlərə geniş məlumat vermək idi.

İlk öncə Kitabxana müdiri Aytən Məmmədova çıxışında Qarabağın zəngin tarixə malik olduğunu, bu torpağın Azərbaycan xalqının qədim yurdlarından biri kimi böyük əhəmiyyət daşıdığını vurğuladı və Azıx mağarasının bu ərazilərin qədim yaşayış məskəni olduğunu sübut edən mühüm tarixi abidə olduğunu qeyd etdi.

Kitabxana müdirinin çıxışından sonra şagirdlər qədim dövrdən müasir dövrə qədər Qarabağın tarixini əhatə edən təqdimatlarla çıxış etdilər, müxtəlif tarixi mərhələlər haqqında məlumatlar təqdim etdilər.

Tədbir çərçivəsində Qarabağın tarixi, münaqişə dövrü və Azərbaycan əsgərlərinin qəhrəmanlığını əks etdirən videoçarx nümayiş olundu..

Daha sonra tarix müəllimi Zərxanım Zülfüqarova çıxış edərək Qarabağ münaqişəsinin tarixi köklərinə toxundu. O qeyd etdi ki, XIX əsrdə Rusiya imperiyası tərəfindən həyata keçirilən köçürmə siyasəti bölgənin demoqrafik vəziyyətinə ciddi təsir göstərmişdir. Bu siyasət nəticəsində İran və Osmanlı imperiyası ərazilərindən ermənilərin Qarabağ və ətraf bölgələrə köçürülməsi həyata keçirilmiş, və gələcək münaqişələrin yaranmasına zəmin yaratmışdır.

Sonda UBR Mədinə İskəndərova çıxış edərək bildirdi ki, tariximizi dərindən öyrənmək, onu qorumaq və gələcək nəsillərə düzgün çatdırmaq hər birimizin borcudur. Eyni zamanda qeyd olundu ki, bu cür tədbirlər şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır.

Address

Suraxanı Rayonu
Suraxanı

Alerts

Be the first to know and let us send you an email when D.Məmmədzadə adına 232 nömrəli tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to D.Məmmədzadə adına 232 nömrəli tam orta məktəb:

Shortcuts

Share

Category