23/07/2019
Uşaqla düzgün münasibət qurmaq üçün ilk növbədə ananın psixi durumu normada olmalıdır. Xüsusilə evdar xanimlar rutin həyat tərzindən tez-tez şikayətlənirlər: ev işləri, yemək, uşaqlar...
Ancaq günümüzü maraqlı etmək öz əlimizdədir.
1. Evdə dəyişikliklər edin. İstifadə etmədiyiniz lazımsız əşyaları həyatınızdan çıxarın. Hər lazımsız əşya həyatınızda bir parça yer tutur.
2. Musiqi dinləyin. Xüsusilə, ev işləri görən zaman. Keçmişdə baş vermiş p*s olayları düşünməyin, bu sizə heç bir şey verməyəcək.
3. Alış-verişə gedin. Hətta alinması lazim olan təkcə sabundursa yenə də böyük marketlərə girin. Vitrinlərə baxın. Sevdiyiniz, çoxdan yemək istədiyiniz şokoladı alın. Eyni zamanda hava qəbul etmiş olacaqsınız.
4. Kitab və ya jurnal oxuyun. Həm də nəsə öyrənmiş olacaqsınız. Beyin nəsə yeni bir şey öyrənəndə daha çox endorfin ifraz edir- bu da xoşbəxtlik hormonudur.(uşaqlarınıza da örnək olmuş olacaqsınız )
5. Əgər işləmək imkanınız yoxdursa evdə məşğuliyyətlər tapın. Məsələn, əl işləri hazırlayın və ya çoxdan arzuladığınz bir dili öyrənin. Gələcəkdə maliyyə qazanmaq üçün köməyinizə çata bilər.
6. Axşam ailənizlə yeməkdən sonra gəzintiyə çıxın, fərqli məkanlara gedin. Arabir hardasa oturub 1 fincan çay içmək cibinizə zərər gətirməz. Birdə şəkil çəkdirməyi unutmayın 😊
7. Özünüzə kiçik hədiyyələr alın. (qələm, fincan ,bloknot )
Unutmayın, nə qədər çox pozitivə köklənsəniz bir o qədər özünüz xoşbəxt hiss edecəksiniz.
( hə bir də instagramda bahalı yerlərdə xoşbəxt görünənlərə çox da fikir verməyin, hamısı gerçək xoşbəxliklər deyil )