Abşeron - Xızı Regional Təhsil İdarəsi

Abşeron - Xızı Regional Təhsil İdarəsi Abşeron – Xızı Regional Təhsil İdarəsinin rəsmi "Facebook" səhifəsi

🥇 Abşeron rayon İOEUGİŞM-in yetirməsi– 2 qat dünya çempionu Ayxandan növbəti qələbə!Abşeron rayon İOEUGİŞM-in yetirməsi ...
20/08/2026

🥇 Abşeron rayon İOEUGİŞM-in yetirməsi– 2 qat dünya çempionu Ayxandan növbəti qələbə!

Abşeron rayon İOEUGİŞM-in yetirməsi Cavadov Ayxan Slovakiyanın Bratislava şəhərində keçirilən U20 Dünya Çempionatında qızıl medal qazanaraq ölkəmizi layiqincə təmsil edib.

🏆 Bu möhtəşəm qələbə ilə Ayxan artıq 2 qat Avropa, 2 qat dünya çempionudur!

👏 İdmançımızı ürəkdən təbrik edir, gələcək yarışlarda daha böyük uğurlar arzulayırıq!

📚 Yeni təmayül tədris modeli üzrə fəaliyyət göstərəcək müəllimlərimizi tanıyaqAbşeron-Xızı Regional Təhsil İdarəsinin ta...
19/08/2026

📚 Yeni təmayül tədris modeli üzrə fəaliyyət göstərəcək müəllimlərimizi tanıyaq

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində tətbiq olunan yeni təmayül tədris modeli tam orta təhsil səviyyəsində məktəbin akademik rolunun gücləndirilməsinə, şagirdlərin ali təhsilə hazırlığının məktəb daxilində daha səmərəli təşkilinə, onların maraq və qabiliyyətlərinə uyğun istiqamətlər üzrə inkişafının dəstəklənməsinə xidmət edir.
Bu modelin uğurla həyata keçirilməsində peşəkar və təcrübəli müəllimlərin rolu xüsusi əhəmiyyət daşıyır.
👩‍🏫 Yeni təmayül tədris modeli üzrə fəaliyyət göstərəcək müəllimimiz Şuşanova Firuzəni təqdim edirik.

Onun bilik və təcrübəsi şagirdlərin akademik inkişafına mühüm töhfə verəcək.

📌 İngilis dili müəllimidir
📌 Sertifikasiya balı – 51
📌 15 illik pedaqoji təcrübəyə malikdir
📌 TESOL beynəlxalq sertifikatına sahibdir
📌 Dövlət İmtahan Mərkəzində marker müəllim kimi fəaliyyət göstərib
📌 İngilis dili üzrə kitab müəllifidir
📌 Yüzlərlə şagirdin uğurlu nəticə əldə etməsində pay sahibidir
📌 Şagirdləri yüksək bal nəticələri ilə ali məktəblərə qəbul olunublar


📚 Yeni təmayül tədris modeli üzrə fəaliyyət göstərəcək müəllimlərimizi tanıyaqAbşeron-Xızı Regional Təhsil İdarəsinin ta...
19/08/2026

📚 Yeni təmayül tədris modeli üzrə fəaliyyət göstərəcək müəllimlərimizi tanıyaq
Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində tətbiq olunan yeni təmayül tədris modeli tam orta təhsil səviyyəsində məktəbin akademik rolunun gücləndirilməsinə, şagirdlərin ali təhsilə hazırlığının məktəb daxilində daha səmərəli təşkilinə, onların maraq və qabiliyyətlərinə uyğun istiqamətlər üzrə inkişafının dəstəklənməsinə xidmət edir.
Bu modelin uğurla həyata keçirilməsində peşəkar və təcrübəli müəllimlərin rolu xüsusi əhəmiyyət daşıyır.
👩‍🏫 Yeni təmayül tədris modeli üzrə fəaliyyət göstərəcək müəllimimiz Həmzəliyeva Xəyalə Maarif qızını təqdim edirik. Onun bilik və təcrübəsi şagirdlərin akademik inkişafına mühüm töhfə verəcək.
📌 Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin bakalavr, Sumqayıt Dövlət Universitetinin magistr məzunudur
📌 2009–2014-cü illərdə Sumqayıt Dövlət Universitetində fəaliyyət göstərib
📌 2015–2016-cı illərdə Sumqayıt şəhər 40 nömrəli, 2017–2018-ci illərdə 6 nömrəli məktəbdə müəllim kimi çalışıb
📌 2019–2025-ci illərdə MİQ imtahanında 54 bal toplayaraq Evdə Fərdi Təhsil məktəbində fəaliyyət göstərib
📌 Hazırda Sumqayıt şəhər 37 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimidir
📌 Müxtəlif tədris mərkəzlərində uzun illər repetitor kimi fəaliyyət göstərib
📌 Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının üzvüdür
📌 1 kitab, 1 jurnal və çoxsaylı məqalə və şeirlərin müəllifidir
📌 Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsinin qalibi (“HƏR AN üçün bacarıqlar – fərdi təhsildə Finlandiya modeli”)
📌 Müəllimlərin sertifikasiya imtahanında 52 bal toplayıb


📚 Yeni təmayül tədris modeli üzrə fəaliyyət göstərəcək müəllimlərimizi tanıyaqAbşeron-Xızı Regional Təhsil İdarəsinin ta...
19/08/2026

📚 Yeni təmayül tədris modeli üzrə fəaliyyət göstərəcək müəllimlərimizi tanıyaq

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində tətbiq olunan yeni təmayül tədris modeli tam orta təhsil səviyyəsində məktəbin akademik rolunun gücləndirilməsinə, şagirdlərin ali təhsilə hazırlığının məktəb daxilində daha səmərəli təşkilinə, onların maraq və qabiliyyətlərinə uyğun istiqamətlər üzrə inkişafının dəstəklənməsinə xidmət edir.

Bu modelin uğurla həyata keçirilməsində peşəkar və təcrübəli müəllimlərin rolu xüsusi əhəmiyyət daşıyır.

👩‍🏫 Yeni təmayül tədris modeli üzrə fəaliyyət göstərəcək müəllimimiz Vəfa Cəfərovanı təqdim edirik. Onun bilik və təcrübəsi şagirdlərin akademik inkişafına mühüm töhfə verəcək.

📌 Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunudur
📌 Sertifikasiya balı – 59
📌 Yeni təhsil proqramı (kurikulum) əsasında qiymətləndirmə vasitələrinin hazırlanması və meyarlar üzrə yoxlanılmasında marker kimi fəaliyyət göstərib
📌 ARTİ-nin təşkil etdiyi “Müasir metodist” layihəsində uğur qazanıb



🎓Respublika Fənn Olimpiadalarının qalibləri ali təhsil müəssisələrinə birbaşa qəbul olunublar.Sumqayıt şəhər Təbiət Elml...
19/08/2026

🎓Respublika Fənn Olimpiadalarının qalibləri ali təhsil müəssisələrinə birbaşa qəbul olunublar.

Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunları Respublika Fənn Olimpiadalarında əldə etdikləri yüksək nailiyyətlərinə görə Dövlət İmtahan Mərkəzinin imtahanlarında iştirak etmədən birbaşa ali təhsil müəssisələrinə qəbul olunublar.

🏅 Gimnaziyanın məzunları həm respublika, həm də beynəlxalq səviyyəli olimpiadalarda böyük uğurlar qazanıblar:

• Tarverdili Davud — Respublika Fənn Olimpiadalarında 4 qızıl medal (2023–2026), Balkan Riyaziyyat Olimpiadasında bürünc medal, Yeniyetmələrin Balkan Olimpiadasında 2 gümüş medal, Jautikov Olimpiadasında bürünc medal, Əl-Xarəzmi Olimpiadalarında qızıl və bürünc medallar, APMO-da həvəsləndirici mükafat, İMO-da həvəsləndirici mükafat, EMC-də 2-ci dərəcəli diplom

• İlham Əliyev — biologiya üzrə Respublika Fənn Müsabiqəsində qızıl, gümüş və bürünc medallar, Avicenna Biologiya Olimpiadasında bürünc medal

• Hüseyn Tağızadə — biologiya üzrə Respublika Fənn Olimpiadalarında gümüş və bürünc medallar, Avicenna Biologiya Olimpiadasında gümüş medal

• Haqverdi İlyas — riyaziyyat və fizika üzrə RFM-də gümüş medallar, informatika üzrə RFO-da gümüş və bürünc medallar, “Azercell Cup” proqramlaşdırma müsabiqəsində bürünc medal

• Cabbarlı Nurlan — informatika üzrə RFM qızıl medal, fizika üzrə RFM bürünc medal, informatika üzrə RFO-da ardıcıl bürünc medallar

• Rəhimli Adəm — riyaziyyat və kimya üzrə RFM və RFO-da qızıl, gümüş və bürünc medallar, “Heydər Əliyev 100” kimya olimpiadasında qızıl medal, beynəlxalq seçim mərhələlərində finala qədər yüksəliş

• Ağayev Bəxtiyar — RFO-da 4 il ardıcıl I yer, EuPhO 2026-da bürünc medal, IPhO 2026-da gümüş medal, APhO-da həvəsləndirici yer, astronomiya olimpiadalarında qızıl və gümüş medallar, Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasında bürünc medal

Əli Süleymanzadə
🥈2025-2026 RFO informatika gümüş medal

Bütün məzunlarımızı ürəkdən təbrik edir, gələcək təhsil həyatlarında daha böyük uğurlar arzulayırıq!

🎓 Respublika Fənn Olimpiadalarının qalibləri ali təhsil müəssisələrinə birbaşa qəbul olunublar.Sumqayıt şəhər 23 nömrəli...
19/08/2026

🎓 Respublika Fənn Olimpiadalarının qalibləri ali təhsil müəssisələrinə birbaşa qəbul olunublar.

Sumqayıt şəhər 23 nömrəli tam orta ümumtəhsil məktəbinin məzunları yüksək nailiyyətləri ilə fərqlənərək Dövlət İmtahan Mərkəzinin imtahanlarında iştirak etmədən birbaşa ali təhsil müəssisələrinə qəbul olunublar.

👏 Nəsir Bəşirov – ADA Universiteti
🏅 RFO İnformatika: 2 qızıl, 2 gümüş medal
🌍 İnfo Cup beynəlxalq olimpiadası – bürünc
🌍 EJOI – “honourable mention”

👏 Fikrət Əsədzadə – ADA Universiteti
🏅 RFO İnformatika: 3 gümüş, 1 bürünc medal
🌍 İnfo Cup – iştirakçı

👏 Muhəmmədəli Əhmədzadə – ADA Universiteti
🏅 RFO İnformatika: 1 qızıl, 2 gümüş, 1 bürünc medal
🌍 EJOI – bürünc
🌍 İATİ – bürünc

👏 Eşqin Səfərli – Bakı Ali Neft Məktəbi
🏅 RFO Kimya: 2 gümüş, 1 bürünc medal
🌍 ICHO – iştirakçı
🌍 İstedadlıların hazırlığı beynəlxalq olimpiadası – iştirakçı

👏 Qafar Quluzadə – Bakı Dövlət Universiteti
🏅 RFO Azərbaycan dili və ədəbiyyatı: 2 gümüş, 2 bürünc medal

🏆 Respublika və beynəlxalq olimpiadalarda qazandıqları bu nailiyyətlər onların yüksək bilik və zəhmətinin göstəricisidir.

✨ Bütün məzunlarımızı ürəkdən təbrik edir, gələcək təhsil həyatlarında uğurlar arzulayırıq!

17/08/2026

📢 Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır

🗓️ 20 avqust saat 15:00-dan etibarən 2026–2027-ci tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktivləşdiriləcək. Proses 2–9-cu və 11-ci sinif şagirdlərini əhatə edəcək.

💻 Şagirdlərin elektron yerdəyişməsi sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

📌 Nəzərinizə çatdırırıq ki, internetə çıxış imkanı olmayan vətəndaşlar yerdəyişmə prosesi ilə bağlı aidiyyəti üzrə Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə, Agentliyin Vətəndaşlara Xidmət Mərkəzinə, eləcə də ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.

🌟 600+ nəticə göstərən məzunlarımızla qürur duyuruq!2025–2026-cı tədris ilində Abşeron-Xızı Regional Təhsil İdarəsinin t...
17/08/2026

🌟 600+ nəticə göstərən məzunlarımızla qürur duyuruq!

2025–2026-cı tədris ilində Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrindən 370 məzun 600 baldan yuxarı nəticə göstərərək yüksək nailiyyət əldə edib.

📍 Sumqayıt şəhəri – 234 məzun
📍 Abşeron rayonu – 136 məzun

Bu uğur məzunlarımızın əzmi, müəllimlərimizin fədakar əməyi və valideynlərimizin dəstəyi ilə qazanılıb.

Bütün məzunlarımızı ürəkdən təbrik edir, onların qarşıdakı təhsil və həyat yollarında yeni uğurlar arzulayırıq! 🎓✨

📚 “Yeni təmayül tədris modeli” ilə bağlı təbliğat görüşləri davam edirAbşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyind...
17/08/2026

📚 “Yeni təmayül tədris modeli” ilə bağlı təbliğat görüşləri davam edir

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 2026–2027-ci tədris ilindən etibarən tətbiqi nəzərdə tutulan yeni təmayül tədris modeli ilə bağlı maarifləndirici görüşlər davam etdirilir.

📌 Qeyd edək ki, yeni model çərçivəsində 2026–2027-ci tədris ilindən etibarən 10 və 11-ci siniflər üzrə şagird qəbulu həyata keçiriləcək.
Təbliğat görüşlərinin növbəti günlərdə digər təhsil müəssisələrində də davam etdirilməsi nəzərdə tutulur. 🎯📖

11/08/2026

Address

Sülh Küçəsi 3
Sumqayıt

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994186420088

Alerts

Be the first to know and let us send you an email when Abşeron - Xızı Regional Təhsil İdarəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category