Cəbrayıl rayon 4 nömrəli tam orta ümumtəhsil məktəbi

Cəbrayıl rayon 4 nömrəli tam orta ümumtəhsil  məktəbi Cəbrayıl rayon 4 nömrəli tam orta ümumtəhsil məktəb Sumqayıt şəhər Metallurq küçəsi-10 ünvanında yerləşir

15 sentyabr 2026- cı il tarixdə Cəbrayıl rayonu 4 nömrəli tam orta ümumtəhsil məktəbində "Bilik Günü" tədbiri keçirilmiş...
15/09/2026

15 sentyabr 2026- cı il tarixdə Cəbrayıl rayonu 4 nömrəli tam orta ümumtəhsil məktəbində "Bilik Günü" tədbiri keçirilmişdir. Tədbiri məktəbin direktor əvəzi D.Ağayeva giriş sözü ilə açdı,kollektivin bütün müəllimlərini və şagirdləri yeni tədris ilinin başlanması münasibəti ilə təbrik etdi.Dövlət Himni səsləndirildi və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Bütün siniflərdə ilk dərs saatları "Şəhərsalma və Memarlıq ili"nə həsr olunub.
Yeni tədris iliniz mübarək olsun!



11/09/2026
İLK PEDAQOJİ ŞURA İCLASI KEÇİRİLDİ2026–2027-ci tədris ilinin başlanması ilə əlaqədar məktəbdə yeni tədris ilinin ilk Ped...
11/09/2026

İLK PEDAQOJİ ŞURA İCLASI KEÇİRİLDİ

2026–2027-ci tədris ilinin başlanması ilə əlaqədar məktəbdə yeni tədris ilinin ilk Pedaqoji Şura iclası keçirildi.

İclasda 2025–2026-cı tədris ilinin yekunları, IV, VI, IX və XI siniflər üzrə keçirilmiş imtahanların nəticələri ətraflı təhlil olundu, əldə olunan nailiyyətlər və qarşıda duran vəzifələr müzakirə edildi.

Pedaqoji Şura iclasında 2026–2027-ci tədris ili üzrə Məktəbin İllik Fəaliyyət Planı, əsas fəaliyyət istiqamətləri və prioritetlər nəzərdən keçirildi, rəhbər və inzibati heyətin iş planlarının təsdiqi ilə bağlı məsələlər müzakirə olundu.
Bununla yanaşı, məktəbdə təhlükəsizliyin təmin edilməsi, təhlükəsizlik tədbirlərinin təşkili və yeni tədris ilində təhsil prosesinin daha səmərəli qurulması istiqamətində qarşıda duran məsələlər müzakirə edildi.
Pedaqoji Şura iclasında yeni tədris ilinin uğurlu təşkili, təhsilin keyfiyyətinin yüksəldilməsi və şagird nailiyyətlərinin daha da artırılması istiqamətində qarşıya qoyulan vəzifələr müəyyənləşdirildi.
Yeni tədris ilinin bütün müəllim və şagirdlərimiz üçün uğurlu, məhsuldar və nailiyyətlərlə zəngin olmasını arzulayırıq!


03/09/2026
24/08/2026

Dövlət İmtahan Mərkəzi(DİM) ali məktəblərə keçirilmiş qəbul imtahanlarının nəticələrini elan edib.Məktəbimizin 4 nəfər məzunu respublikanın müxtəlif ali məktəblərinə qəbul olub.
1.Abbaslı Nəzrini Qulam qızı-Bakı Dövlət Universiteti,Maliyyə
2.Məmmədova Aysun Taleh qızı-Sumqayıt Dövlət Universiteti,Riyaziyyat və İnformatika müəllimliyi
3.Əsədullayev Nurlan Babək oğlu-Sumqayıt Dövlət Universiteti,İnformasiya texnologiyaları
4.Həsənli Elmir Elnur oğlu-Gəncə Aqrar Universiteti,Torpaqşünaslıq və aqrokimya

Tələbə adını qazanan məzunlarımızı kollektivimiz adından təbrik edir,gələcək həyatlarında uğurlar arzulayırıq!

Təhsilverənlərin sertifikasiya imtahanında məktəbimizin texnologiya müəllimi Mətanət Şıxəliyeva  yüksək nəticə göstərərə...
26/06/2026

Təhsilverənlərin sertifikasiya imtahanında məktəbimizin texnologiya müəllimi Mətanət Şıxəliyeva yüksək nəticə göstərərək, 51 bal toplamışdır.
Mətanət müəlliməni kollektivimiz adından təbrik edir, ona möhkəm can sağlığı, işlərində uğurlar arzulayırıq.


26/06/2026

26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü

15/06/2026

15 İyun - Azərbaycan xalqının Milli Qurtuluş Günü

“Son Zəng” tədbiri keçirilib13 iyun 2026-cı il tarixində Cəbrayıl rayonu 4  nömrəli tam orta ümumtəhsil məktəbində 2025–...
13/06/2026

“Son Zəng” tədbiri keçirilib

13 iyun 2026-cı il tarixində Cəbrayıl rayonu 4 nömrəli tam orta ümumtəhsil məktəbində 2025–2026-cı tədris ilinin başa çatması və XI sinif şagirdlərinin məktəb həyatı ilə vidalaşması münasibətilə “Son Zəng” tədbiri keçirilib.
Tədbirdə məktəb rəhbərliyi, müəllimlər,İH-nin nümayəndəsi Əlyar Fərzəliyev, valideynlər və şagirdlər iştirak ediblər. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub. Çıxış edənlər məzunları məktəb həyatının uğurla başa çatması münasibətilə təbrik edib, onlara qarşıdakı imtahanlarda və müstəqil həyat yollarında uğurlar arzulayıblar. Bildirilib ki, məktəb illəri hər bir insanın həyatında mühüm mərhələdir. Bu illər ərzində şagirdlər yalnız bilik və bacarıqlar qazanmır, həm də vətənpərvərlik, məsuliyyət, əməksevərlik, dostluq, hörmət və insanlıq kimi dəyərlərə yiyələnirlər. Tədbirdə çıxış edən məktəb rəhbərliyi 11 il ərzində şagirdlərin təlim-tərbiyəsində zəhməti olan müəllimlərə, övladlarının təhsilinə dəstək göstərən valideynlərə təşəkkürünü bildirib. Qeyd olunub ki, məzunların gələcəkdə layiqli vətəndaş, savadlı mütəxəssis və cəmiyyət üçün faydalı şəxsiyyət kimi formalaşması məktəb kollektivinin əsas arzularındandır.
Əziz məzunlar, yolunuz açıq, gələcəyiniz parlaq olsun!


Address

Azərbaycan
Sumqayıt

Telephone

+994186551756

Website

Alerts

Be the first to know and let us send you an email when Cəbrayıl rayon 4 nömrəli tam orta ümumtəhsil məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Cəbrayıl rayon 4 nömrəli tam orta ümumtəhsil məktəbi:

Shortcuts

Share

Category