Sumqayıt şəhər Ş.İ.Xətai adına 30 nömrəli tam orta məktəb

Sumqayıt şəhər Ş.İ.Xətai adına 30 nömrəli tam orta məktəb

Share

Sumqayıt şəhər Ş.İ.Xətai adına 30 nömrəli tam orta məktəb

Photos from Sumqayıt şəhər Ş.İ.Xətai adına 30 nömrəli tam orta məktəb's post 02/03/2026

02–07 mart 2026-cı il tarixlərində keçiriləcək “İdman Həftəsi” çərçivəsində məktəbimizdə bir sıra maarifləndirici tədbirlər silsiləsi davam edir. Məktəbin ibtidsi siniflərində şagirdlərin fiziki və zehni aktivliyini artırmaq məqsədi ilə səhər gimnastikası , müxtəlif stolüstü oyunlar və digər idman hərəkətləri nümayiş etdirilmişdir. Tədbirlərdən hazırlanan fotoşəkilləri və videoçarxları sizlərə təqdim edirik.

Photos from Sumqayıt şəhər Ş.İ.Xətai adına 30 nömrəli tam orta məktəb's post 02/03/2026

02–07 mart 2026-cı il tarixlərində keçiriləcək “İdman Həftəsi” çərçivəsində məktəbimizdə bir sıra maarifləndirici tədbirlər həyata keçirilmişdir. Həftənin əsas məqsədi şagirdlər arasında sağlam həyat tərzinin təşviqi, fiziki aktivliyin artırılması və idmana marağın gücləndirilməsi olmuşdur.
Həftənin ilk günü II–XI sinif şagirdlərinin iştirakı ilə səhər gimnastikası təşkil edilmişdir. Səhər məşqləri şagirdlərin günə enerjili başlamasına, fiziki hazırlıq səviyyələrinin yüksəlməsinə və sağlamlıqlarının möhkəmlənməsinə xidmət etmişdir.
I–XI siniflərdə idman növləri haqqında maarifləndirici söhbətlər keçirilmiş, müxtəlif idman növlərinin əhəmiyyəti, faydaları və sağlamlığa təsiri izah olunmuşdur.
Psixoloqun iştirakı ilə keçirilən tədbirdə şagirdlərə özünəinam, stresin idarə olunması və komanda ruhunun əhəmiyyəti barədə məlumat verilmişdir

Photos from Sumqayıt şəhər Ş.İ.Xətai adına 30 nömrəli tam orta məktəb's post 27/02/2026

27.02.2026-cı il tarixində məktəbimizdə 1 Mart-Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirildi. Ümumdünya Mülki Müdafiə Günü 1 Mart 1972-ci ildə Beynəlxalq Müdafiə Təşkilatının yaradılması şərəfinə qeyd edilən xüsusi bir gündür. Bu günün qeyd edilməsində əsas məqsəd əhalinin mühafizəsini təşkil etmək, fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığını təmin etməkdir. Məktəbimizdə bu gün keçirilən tədbirdə şagirdlərə fövqəladə hallar zamanı davranış qaydaları və mülki müdafiə vasitələrindən istifadə metodları izah edildi. Şagirdlər əleyqazdan və digər alətlərdən istifadə etmək bacarıqlarını nümayiş etdirdilər . Tədbirdən hazırlanmış fotoşəkilləri sizlərə təqdim edirik.

27/02/2026

Prezidentin Xocalıdan verdiyi mühüm mesajlar – ədalətin təntənəsi və dövlət iradəsi

26 fevral 2026-cı il tarixdə Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorial Kompleksinin açılışında səsləndirdiyi fikirlər təkcə anım xarakteri daşımır, eyni zamanda Azərbaycan dövlətinin son onilliklərdə keçdiyi yolun siyasi-fəlsəfi ümumiləşdirilməsi kimi çıxış edir. Ölkə başçısı çıxışında Xocalı faciəsini yalnız tarixi yaddaş deyil, beynəlxalq hüquq və ədalət müstəvisində qiymətləndirərək, bu cinayətin məsuliyyətinin birbaşa Ermənistan dövlətinin üzərində olduğunu bir daha qətiyyətlə vurğuladı.
Dövlət başçısının çıxışında xüsusi yer tutan məqamlardan biri Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən sistemli işlərin dəyərləndirilməsi oldu. Bu kontekstdə Heydər Əliyev Fondunun və “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının rolu ön plana çəkildi. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə aparılan bu mübarizənin nəticəsi olaraq artıq 20-yə yaxın ölkənin Xocalı soyqırımını rəsmən tanıması Prezident tərəfindən mühüm siyasi nailiyyət kimi qiymətləndirildi.
Çıxışın əsas siyasi xəttini “ədaləti öz gücümüzlə təmin etdik” tezisi təşkil edirdi. Prezident İlham Əliyev Vətən müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində həm ərazi bütövlüyünün, həm də suverenliyin tam bərpa olunduğunu qeyd edərək, Xocalı şəhərinin azad edilməsini tarixi ədalətin mühüm mərhələsi kimi təqdim etdi. Bu yanaşma Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemində artıq passiv gözləyən deyil, təşəbbüskar və nəticəyaradan aktor olduğunu göstərir.
Xocalıda ucaldılan Memorial Kompleksin məhz bu torpaqda açılması Prezidentin çıxışında rəmzi-siyasi məna daşıyan əsas mesajlardan biri idi. Dövlət başçısı bu memorialın vaxtilə Bakıda inşa olunmasının nəzərdə tutulduğunu xatırladaraq, lakin qəti qərarın Xocalının azad olunacağına olan inamla ertələndiyini bildirdi. Bu fakt Azərbaycan siyasi iradəsinin strateji səbr və məqsədyönlülik üzərində qurulduğunu bir daha nümayiş etdirir.
Prezident İlham Əliyevin çıxışında beynəlxalq münasibətlərə dair mühüm xəbərdarlıq da yer aldı. O, Vətən müharibəsindən sonra belə Ermənistanın və onun havadarlarının revanşist niyyətlərdən əl çəkmədiyini, lakin Azərbaycanın qətiyyətli mövqeyinin bu cəhdlərin qarşısını aldığını vurğuladı. “Bizim iradəmizə qarşı çıxanın başı əziləcək” ifadəsi Azərbaycan dövlətinin təhlükəsizlik və suverenlik məsələlərində kompromissiz mövqeyinin açıq bəyanı kimi səsləndi.
Xocalı Memorialının açılışı zamanı Xocalı sakinlərinin iştirakına xüsusi diqqət yetirən Prezident, onların 30 illik ağrıya baxmayaraq dövlətə və ədalətə olan inamlarını itirmədiklərini qeyd etdi. Bu məqam çıxışda xalq–dövlət–ordu birliyinin ideoloji əsaslarını daha da möhkəmləndirən mühüm xətt kimi önə çıxdı və Azərbaycan cəmiyyətinin mənəvi dayanıqlığını əks etdirdi.
Nəhayət, Prezident İlham Əliyev çıxışını gələcəyə yönələn strateji mesajla tamamladı: Azərbaycan heç vaxt günahsız mülki əhaliyə qarşı müharibə aparmayıb və aparmayacaq. Bu mövqe ölkəmizin beynəlxalq imicinin əsas sütunlarından biri kimi təqdim olundu. Xocalıdan verilən bu mesajlar göstərdi ki, Azərbaycan üçün sülh zəiflik deyil, güc və ədalət üzərində qurulmuş şüurlu seçimdir.

Mətanət Məhərrəmova, Qızıl Aypara Cəmiyyəti Sumqayıt Regional Mərkəzinin koordinatoru, "Tərəqqi" medallı

Photos from Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi's post 26/02/2026
Photos from Sumqayıt şəhər Ş.İ.Xətai adına 30 nömrəli tam orta məktəb's post 25/02/2026

25.02.2026- cı il tarixində məktəbimizin tarix və musiqi müəllimlərinin təşkilatçılığı ilə Xocalı soyqırımının 34-cü anım gününə həsr olunmuş ədəbi-bədii tədbir keçirilmişdir. Tədbir zamanı şagirdlər Xocalı soyqırımı haqqında geniş məlumat vermis, faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Bundan başqa 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilmiş Xocalının bu günü və oradakı abadlıq və quruculuq işləri tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır. Şagirdlərin söylədikləri şeirlər onlarda vətənpərvərlik hissinin nə qədər güclü olduğunu bir daha sübut etmişdir. Tədbirdən hazırlanan fotoşəkilləri və videoçarxı sizlərə təqdim edirik.

24/02/2026

Pirəkəşkül kənd tam orta məktəbinin şagirdi Nilufər Şükürova dünyanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan NYU Şanxay universitetinə tam təqaüdlə qəbul alan ilk azərbaycanlı şagird olub.

Bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Məlumata görə, N.Şükürova güclü intellektual bacarıqları və qlobal akademik mühitə töhfə vermək potensialı ilə seçilib. Universitet tələbələrinin yarısı Çindən, digər yarısı isə dünyanın müxtəlif ölkələrindən seçilir.

Onun təqaüdü 82 000 ABŞ dolları məbləğindədir.

Onu da qeyd edək ki, Nilufər Şükürova Ivy Hub Tədris Mərkəzinin tələbəsi olub və beynəlxalq universitetə qəbul hazırlığını həmin mərkəzdə alıb.

az

Photos from Sumqayıt şəhər Ş.İ.Xətai adına 30 nömrəli tam orta məktəb's post 24/02/2026

Novruz bayramı milli dəyərlərimizi,milli ornamentlərimizi özündə əks etdirən bir bayramdır.Azərbaycan xalqı novruzun gəlişini böyük bir səbirsizliklə gözləyir. "Novruz" sadəcə bir bayram deyil o təbiətin oyanışı,yeni başlanğıcların müjdəsi,ümidin, yenilənmənin rəmzidir.
Novruz bayramından əvvəl qeyd edilən dörd çərşənbə( Su,Od,Yel,Torpaq)təbiətin oyanışını və yazın gəlişini simvolizə edən qədim türk inanclarına əsaslanan el mərasimləridir.Hər çərşənbə özünəməxsus adətlərlə,xüsusən tonqal qalanması,süfrələrin bəzədilməsi və su ilə bağlı inanclarla qeyd edilir.Bu ənənələr 4 həftə ərzində ardıcıllıqla baş verir.24.02.2026 cı il tarixində məktəbimizdə Su çərşənbəsi ilə bağlı tədbir keçirilmişdir.Bu tədbirdə çəkilmiş foto şəkilləri diqqətinizə çatdırırıq.

Photos from Sumqayıt şəhər Ş.İ.Xətai adına 30 nömrəli tam orta məktəb's post 23/02/2026

2026-cı ilin fevral ayında məktəbin 9-cu sinifləri ilə keçirilən Həyat bilgisi dərslərində "İnsan hüquqları","Hüquqlarımız beynəlxalq səviyyədə qorunur" adlı dərslərdə şagirdlər "Bərabərlilik hüququ","Yaşamaq hüququ","Azadlııq hüququ","Mülkiyyət hüququ" nu açıqlayan təqdimatlar hazırladılar.Təqdimatlar nümayiş olunduqdan sonra Həyat bilgisi müəllimi Babayeva Seyran şagirdlərə Xocalı soyqırmını vurğulayaraq insanlara qarşı törədilən vəhşiliklər haqqında məlumat verərək bu haqda videoçarx nümayiş olundu.

23/02/2026

Tarixi ədalətin bərpası: Xocalı faciəsindən dirçəlişə gedən yol

“Biz Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik.”

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan tarixində elə hadisələr var ki, onlar təkcə bir dövrün deyil, bütöv bir xalqın yaddaşını formalaşdırır. Xocalı faciəsi məhz belə hadisələrdəndir. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə baş verən bu dəhşətli soyqırımı aktı XX əsrin sonlarında insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixə həkk olundu. İllər keçsə də, Xocalının fəryadı sükuta qərq olmadı – əksinə, tarixi ədalətin bərpası uğrunda mübarizənin əsas sütununa çevrildi.

Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə Xocalıya hücum edərək dinc əhaliyə qarşı misli görünməmiş qəddarlıq nümayiş etdirdi. Şəhəri tərk etməyə çalışan sakinlər Naxçıvanlı və Pircamal kəndləri yaxınlığında pusquya salındı. Qadınlar, uşaqlar, qocalar amansızlıqla qətlə yetirildi, yüzlərlə insan əsir və girov götürüldü. Rəsmi statistikaya görə, 613 nəfər qətlə yetirildi: onların 63-ü uşaq, 106-sı qadın, 70-i ahıl idi. Səkkiz ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini itirdi, 130 uşaq valideynlərindən birini itirdi. 487 nəfər yaralandı, 1275 nəfər əsir götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlumdur. Bu faktlar təkcə rəqəm deyil — hər biri yarımçıq qalmış bir ömür, yarımçıq qalmış bir taledir.

Xocalı işğal illərində xarabalığa çevrildi. Minlərlə yaşayış evi, məktəblər, kitabxanalar, mədəniyyət ocaqları dağıdıldı, tarixi abidələr və qəbiristanlıqlar vandalcasına məhv edildi. Məqsəd yalnız ərazini işğal etmək deyildi — milli yaddaşı silmək idi.

Ulu Öndər Heydər Əliyev Xocalı soyqırımına dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilməsini təmin etdi. 1994-cü ildə Milli Məclisin qəbul etdiyi “Xocalı soyqırımı günü haqqında” qərar, 1997-ci ildə hər il fevralın 26-da sükut dəqiqəsinin elan edilməsi milli yaddaşın qorunmasına xidmət edən mühüm addımlar oldu. Xocalı faciəsi “Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında” BMT Konvensiyasının bütün hüquqi elementlərinə tam uyğun gəlir. Bu, etnik mənsubiyyətinə görə dinc əhalinin qəsdən və sistemli şəkildə məhv edilməsi idi. Məhz buna görə də Xocalı soyqırımı bir sıra ölkələrin parlamentləri tərəfindən tanındı, beynəlxalq təşkilatların sənədlərində öz əksini tapdı. Bu istiqamətdə Heydər Əliyev Fondunun vitse-prezidenti **Leyla Əliyeva**nın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası xüsusi rol oynadı. Kampaniya Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm tribuna oldu.

2020-ci ildə 44 günlük Vətən müharibəsi ilə Azərbaycan yeni reallıq yaratdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu işğal altında olan torpaqları azad etdi. Bu Qələbə təkcə hərbi-siyasi uğur deyil, həm də tarixi ədalətin bərpası idi. Xocalı şəhidlərinin qisası döyüş meydanında alındı.

2023-cü ilin sentyabrında Qarabağda həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Xocalı separatçılardan tam təmizləndi. Oktyabrın 15-də Ali Baş Komandan, Prezident İlham Əliyev Xocalı şəhərində Azərbaycan Dövlət Bayrağını ucaltdı. Bu an Xocalı tarixində yeni mərhələnin – dirçəliş mərhələsinin başlanğıcı oldu.

Bu gün Xocalı artıq yalnız faciənin deyil, dirçəlişin də simvoludur. Şəhər və kəndlərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, müasir infrastruktur yaradılır. Xocalı Soyqırımı Memorial Kompleksi bu yaddaşın əbədiləşdirilməsi ilə yanaşı, gələcək nəsillərə həqiqətlərin ötürülməsinə xidmət edəcək. Hava limanı, enerji obyektləri, istehsal müəssisələri, yaşayış binaları — bütün bunlar Xocalının iqtisadi və sosial həyatının bərpasının göstəricisidir.

Artıq yüzlərlə ailənin doğma yurduna qayıtması Xocalının taleyində yeni bir səhifə açıb. Bir vaxtlar qan, göz yaşı və fəryadla yazılan səhifələr bu gün zəhmət, quruculuq və ümidlə yenidən yazılır. Xocalıda yanan hər bir işıq, açılan hər bir qapı, səslənən hər bir uşaq gülüşü həyatın qələbəsidir.

Xocalı faciəsi Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcək. Bu yaddaş bizim milli şüurumuzun bir parçasıdır, tarix qarşısında məsuliyyətimizdir. Ancaq bu yaddaş təkcə kədər və matəm deyil. Bu yaddaş eyni zamanda müqavimətin, sınmayan iradənin, haqqın gec-tez qalib gələcəyinə olan inamın mənbəyidir. Xocalının taleyi göstərdi ki, zorakılıq və vəhşilik üzərində qurulan yalanlar əbədi ola bilməz.

Bu gün Xocalı azaddır. Bu gün Xocalıda həyat yenidən başlayır. Tarixi ədalət bərpa olunub, yarımçıq qalmış talelərin haqq səsi eşidilib. Şəhidlərin ruhu qarşısında borcumuz yalnız xatırlamaq deyil, həm də qurmaq, yaşatmaq və gələcək nəsillərə həqiqəti ötürməkdir. Xocalının dirçəlişi Azərbaycan dövlətinin gücünün, xalqın birliyinin və sarsılmaz iradəsinin bariz təzahürüdür. Bu torpaq bir daha sübut etdi: yaddaşımız ağrılı olsa da, yolumuz ümidlidir, gələcəyimiz isə qürurludur.

Təbrik Quliyev, Sumqayıt şəhər Ağsaqqallar şurasının sədri, Kimya elmləri üzrə fəlsəfə doktoru, Prezidentin fərdi təqaüdçüsü

Want your school to be the top-listed School/college in Sumqayıt?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Mekteb30-1982@mail. Ru
Sumqayıt