Azərbaycanın İlk və Ən Uğurlu Gənclər Mərkəzi | Sumqayıt Filialı Rəsmi Səhifəsi Bu da gənclərin karyera qurmalarında müstəsna rol oynayır.
“IB Club” şərait yaradır:
Özünüzə inam qazanasınız
Özünüzü test edəsiniz
Əhatənizi genişləndirəsiniz
...Yeni bacarıq və biliklər qazanasınız
FƏRQli gənclik yaşayasınız
“IB CLUB”-a üzv olmaqla qazanacaqlarınız:
1.Danışıq Klubu
Günümüzdə gənclərin uğurlu karyeraya sahib ola bilməyi üçün əsas üstünlük verdiyi sahə dil öyrənməkdir. Və səbəbdən, “IB Club” bu sahədə Gənclərin özünü inkişaf etdirmə
ləri üçün Gənclərə dil biliklərini inkişaf etdirmə imkanı yaradıb. Xarici Dillərin, O cümlədən Ingilis, Rus Və Alman dillərinin mükəmməl öyrənilməsi üçün mərkəz mütəmadi olaraq ödənişsiz danışıq klubları təşkil edir. IB Club-da-un Xarici dillər üzrə danışıq dərsləri cədvəli və keçirilmə ardıcıllıqları aşağıdakılardır:
- Həftədə 45 Dəfə Ingilis Dilində Conversation Club
-Həftədə 35 Dəfə Rus Dili Danışıq Klubu
- Həftədə 12 Dəfə Alman Dili Danışıq Klubu
İngilis, Alman Və Rus Dili Səviyyənizi Inkişaf Etdirə, Xarici Ölkələrdəki Həyat Səviyyəsi, Onların Mədəniyyəti Və S. Haqda Məlumat Ala, Digər Iştirakçılarla Sizi Maraqlandıran Mövzuları Müzakirə Edə Biləcəksiniz.
2. Seminarlar
IB Club artıq həftəlik olaraq, müxtəlif sahənin Uğurlu, Peşəkar şəxslərini gənclərlə görüşdürməyə başlamışdır. Belə ki, Gənclər hər həftə müxtəlif sahənin mütəxəssislərindən Şəxsi İnkişaf, Karyera, Biznes, Marketing və digər sahələri əhatə edən seminarları dinləyirlər. IB Club-da seminar keçmiş Şəxslər içərisində Yazıçı Çingiz Abdullayev, Elxan Elatlı, Marketoloq İlkin Manafov, Rafiq Vəliyev, Cəbrayıl Vəliyev, Təlimçi Telman İbrahimov, Şəmsi Bayramzadə, Eyvaz Qocayev, Psixoloqu Hüseyn Xəlilov, Psixoloq Elnur Rüstəmov, Murad İsayev, astroloq Firudin Qurbansoy, Aktyor Fərda Xudaverdiyev kimi məşhurların da adı var.. Gənclər seminarlar vasitəsilə, onları maraqlandıran suallara mütəxəssis rəyini öyrənmək imkanı əldə edirlər. Hər həftə bu istiqamətdə keçirilən Seminarlar IB Club-a üzv olan Gənclər üçün ödənişsiz olaraq keçirilir.
3.Kitabxana:
Mərkəz gələcəyi düşünərək gənclərin maarifləndirilməsi üçün hər kəsə faydalı ola biləcək kitabxana yaradıb və bu kitabxana hər gün böyüməyə davam edir. Kitabxanamızda 4 dildə; azərbaycan, ingilis, rus, türk dillərində iqtisadi, bədii, dil səviyyəsinin və şəxsi keyfiyyətlərin inkişafı ilə bağlı kitablar vardır. Üzvlər 15 gün müddətində istədikləri kitabı götürüb oxuya bilərlər. Bununla Gənclərimiz dünya ədəbiyyatı ilə daha yaxından tanış olur, oxuduqları kitabları bir-birləri ilə paylaşaraq kitab oxuma mədəiyyətini inkişaf etdirirlər.
4.Praktika:
IB Club tərəfindən yaradılan imkan nəticəsində, Klub üzvləri klubun əməkdaşlıq etdiyi şirkətlərdə təcrübə proqramlarında iştirak edir, praktikadan keçirlər. Eyni zamanda “IB Club” İldə 3 dəfə IB Club-da vakansiya elan edir və IB Club Team-i yaradır. IB Club Team 3 ay müddətində, fəaliyyət göstərərək, idarəetmə, menecerlik və digər sahələrdə praktika keçirlər. Aktiv və uğurlu olan üzvlər praktikadan sonra Staff səviyyəsinə qalxa bilirlər. Qeyd edək ki, Hal-hazırda “IB Club”un işçi heyəti də bu praktikadan uğurla keçmiş gənclərdən təşkil olunmuşdur.
5.Biznes layihələrinizi reallaşdırmaq:
Mərkəz gənclərin layihələrini, biznes ideyalarını reallaşdırmaq üçün onlara şərait yaradır. Artıq bir çox gənc bu fürsətdən istifadə edib və şəxsi layihələrini reallaşdırmış, bizneslərini qurmuşdur. Eyni zamanda təşəbbüskar gənclərə professional şəkildə öz ideyalarını həyata keçirmələrinə dəstək olmaq üçün müxtəlif mövzulu traininglər keçirilir, komanda görüşləri təşkil edilir. Iştirakçılar komanda şəklində öz ideyaları üzərində çalışır eyni zamanda gələcək həyatlarında yaxından bir birlərinə dəstək olacaq dostluqlar da qazanırlar. Siz də biznes layihələrinizi həyata keçirə bilər, şirkətin avadanlıq və təcrübələrindən yararlana bilərsiniz.
6. IB Gənclər Məclisi.
“IB Gənclər Məclisi” uğurlu, fərqli, yenilikçi gənclərin bacarıqlarını, dünyagörüşlərini, biliklərini və kəşflərini gənclərlə bölüşə biləcəyi bir məclisdir.Bu Məclisdə balaca bir uğurla həyatına rəng qatmış, bir bacarığı ilə böyük uğurlar qazanmış Gənclər tanınır. Bu Məclis yenilikçi, fərqli gənclərin məkanıdır. “IB Gənclər Məclisi” il ərzində 3 dəfə həyata keçirilməklə, gənclərin inkişafı üçün fürsətlər yaradır. Məclis bir IB Club Məhsuludur.
“IB Gənclər Məclisi”nin məqsədi Azərbaycanda gənclər arasında yeni mədəniyyəti formalaşdırmaq və uğurlu gəncləri tanıtmaqla gənclər sektoruna töhfə verməkdir. Bu məqsədlə, IB Gənclər Məclisi Uğur əldə etmiş gəncləri və gənc ruhlu şəxsləri, gənclərlə görüşdürüb onların kəşf edilməyən tərəflərini gənclərə nümayiş etdirməsinə imkan yaradır. IB Gəclər Məclisi Uğurlu Gənclərin qazandığı uğurları, yaratdığı fərqlilikləri bölüşüb, gənclərə öyrədəcək, dəyişiklik yaradacaq, onları həyatda uğur qazanmağa motivasiya edəcək bir məkan formalaşdırmaqla, Gənclərin inkişafına təkan verir.
7. Əyləncə tədbirləri:
- Movie days,
- Karaoke Day,
- Mafia Oyunları,
- İntellektual Oyunlar,
- Gəzintilər-Kamplar,
- Party-lər.
Üzvlər arasında müxtəlif intellektual səviyyənin inkişafına yönəlmiş oyunlar oynanılır ki, Bu da auditoriya qarşısında çıxış edə bilmək, öz fikrini sərbəst ifadə etmək, kritik düşünə bilmək, komplekslərin atılması, komanda şəklində işləmək və s. xüsusiyyətlərin inkişafına köməklik göstərir. Müxtəlif dillərdə səsləndirilən filmlər isə üzvlərin birlikdə film izləmələrinə və xarici dillərin daha yaxşı mənimsənilməsinə şərait yaradır. Mərkəz daimi olaraq gənclərin dincəlib, əylənərək öyrəndiyi, stresslərdən azad ola biləcəkləri gəzintilər təşkil edir. Gəzintilərin, kampların və party-lərin əsas məqsədi klub üzvlərinin əylənərək öyrənməsinə, birlikdə vaxt keçirməsinə, mehriban, səmimi bir mühitin yaranmasına, ən əsası həftə sonlarını maraqlı və səmərəli keçirmələrinə şərait yaratmaqdır.
8. Endirimlər.
Üzvlərimiz “IB Club” kartları vasitəsilə şəhərimizin müxtəlif kafe, restoran və əyləncə mərkəzlərində endirimlər əldə edə bilirlər.
- “Verba Trainings”-in təlimlərində – 20-50%
- “Desperado Musiqi Məktəbi”ndə - 20%
- “LIB Dil Kursları”nda 20%
- Eland Education - Dil kursları - 15 %
- "Qanun" nəşriyyatında 30%,
Siz də “IB Club” kartınızla Fərqlənin!
İnkişaf Etmək, əylənərək öyrənmək istəyən hər bir gənc “IB Club” üzvü olaraq xidmətlərimizdən yararlana bilər.
Üzv olmaq üçün "IB Club" kartı əldə etməyiniz lazımdı. "IB Club" kartının 1 illik ödənişi 50 AZNdir.
12/03/2024
🌟 Hey, dostlar!
Xarici dildə danışıq bacarıqlarınızı artırmaq üçün büdcə dostu möhtəşəm təklifimiz var!
Biz çox kiçik büdcə ilə cəmi ✨29 azn✨ ödəyərək həftənin hər günü İngilis dili, Rus dili, Alman dili Danışıq Klublarının onlayn dərslərində iştirak etmək şansını təklif edirik!
Yalnız Gəncə və Sumqayıt gəncləri üçün nəzərdə tutulan bu xüsusi paketdən yararlanmağa tələsin
Qeydiyyat ilk 40 müraciətçi üçün və yalnız ayın sonuna kimi keçərlidir!
🗓️ Qeydiyyat üçün indi DM yazın!
🚀
09/07/2023
İllər üzrə cədvəlin dizaynı və conversation sayları dəyişdi, dəyişməyən tək şey isə üzvlərimizin göstərdiyi maraq və danışıq dərslərimizin keyfiyyətidir😎
Sizə təqdim etdiyimiz cədvəllərin sıralaması belədir:
2020-2021
2021-2022
2022-2023
Ən çox hansı illərdə bizim aktiv üzvümüz olmusunuz?
🔴Daha öncədən bizim üzvümüz olanlar rəylərdə özlərini biruzə versinlər🤭
🎉 Dəyərli dostlar, artıq IB Club 13 yaşına daxil oldu. 13 il boyu bizə dəstək olan və bizimlə aktiv şəkildə çalışan Sizlərə təşəkkür edirik.
🥳 Ad günümüz mübarək!
ÖYRƏN | ƏYLƏN | YAŞA
20/03/2022
"IB Club" gənclərin inkişaf mərkəzi olaraq sizləri Novruz bayramı münasibətilə təbrik edir, sizə can sağlığı, bahar əhval-ruhiyyəsi, bol ruzi və səadət dolu günlər arzu edirik. 🥳
Bayramınız mübarək 🔥
21/05/2021
• Uzun müddətdən sonra IB Club və Bacarıstan Skill Academy tərəfindən həyata keçiriləcək “İnkişaf Marafonu 2” layihəsi ilə qarşınızdayıq! 🤩
“İnkişaf Marafonu 2” 29-30 may tarixlərində keçiriləcək müxtəlif mövzulardan ibarət onlayn vebinarlar silsiləsidir. Spikerlərimiz isə bir-birindən maraqlı mövzular ilə çıxış edəcək və öz sahələrində peşəkar şəxslərdir.
ℹ️ Spikerlər və marafon haqqında ətraflı məlumat üçün bizi izləməyə davam edə bilərsiniz.