Sumqayıt şəhəri 18 saylı məktəb

Sumqayıt şəhəri 18 saylı məktəb Sumqayıt şəhəri Layihə üzrə 720 yerlikdir.

Sumqayıt şəhəri Fəxrəddin Piriyev adına 18 saylı məktəb
Yaranma tarixi: 1968-ci il
Direktor: Abdullayeva Leyla Arif qızı
Şagirdlərin sayı: 637 nəfər
Müəllimlərin sayı: 69 nəfər
Ünvan: birləşmiş məhəllə (7-8-12 məhəllə)
Əlaqə telefonları: (018) 655-30-70
Məktəb 2 növbəlir. İngilis və rus dilləri xarici dil kimi tədris olunur.

12/03/2022

Bu gün şəhid Rüfət Mustafayevin mövlud günüdür. Onun 26 yaşı tamam olacaqdı.

Mustafayev 12 mart 1996-cı ildə Sumqayıt şəhərində anadan olub. O, 18 nömrəli məktəbdə təhsil alıb. Daha sonra təhsilini Azərbaycan Texniki Universitetinin “Maşınqayırma və robototexnika” fakültəsində davam edib. 2019-cu ildə həqiqi hərbi xidmət keçmək üçün ordu sıralarına getmişdir.

Vətən müharibəsi başlayan gündən əsgər Rüfət Mustafayev də qatılmışdır. 2020-ci il oktyabrın 9-dan 10-a keçən gecə Ağdərə istiqamətində gedən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən idarə etdiyi minik avtomobili ilə minaya düşərək komandiri Polkovnik-leytenant Cəfərov Zaur ilə birlikdə qəhrəmancasına şəhid olmuşdur. O, Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib.

Rüfət ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

08/11/2021
Şəhid MUSTAFAYEV RÜFƏT ZÖHRAB oğlu12.03.1996-cı ildə Sumqayıt şəhərində anadan olmuşdur. Əslən Qubadlının Xocamsaxlı kən...
21/04/2021

Şəhid MUSTAFAYEV RÜFƏT ZÖHRAB oğlu
12.03.1996-cı ildə Sumqayıt şəhərində anadan olmuşdur. Əslən Qubadlının Xocamsaxlı kəndindən olan Rüfət evin yeganə uşağı idi.
Sumqayıt şəhər F.Piriyev adina 18 sayli orta məktəbi bitirmişdir.
Vətən müharibəsində Suqovuşan ərazisində şəhidliyə ucalmışdır.
13 oktyabr 2020-ci ildə Sumqayit şəhər Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Vətən müharibəsindəki hərbi vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Vətən Uğrunda və Suqovuşanın alınmasına görə medalları ilə təltif edilmişdir.
Allah rəhmət eləsin...

Address

Sumqayıt

Telephone

(018) 655-30-70

Website

Alerts

Be the first to know and let us send you an email when Sumqayıt şəhəri 18 saylı məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share