16/05/2018
💡Məlum olduğu kimi dil iki formada mövcuddur yazılı və şifahi. hər hansı bir dildə düzgün danışmaq, yanaşı, düzgün yazmağı da bacarmaq lazımdır. Düzgün yazı orfoqrafiya da deyilir. hər dilin özünə məxsus orfoqrafiya qaydaları vardır. Rus dilinin orfoqrafiyası da düzgün yazılış qaydalarının vahid sistemidir. Bu norma və qaydalar rusca yazıların hamısı üçün məcburidir. həmin norma və yazı qaydalarını pozmaq—böyük səhv buraxmaq deməkdir. Rus dilinə yiyələnmədə orfoqrafiyanın böyük əhəmiyyəti vardır. Ümumiyyətlə, savadlı yazmaq olduqca vacib bir işdir. Məktəbdə sizin rusca nə dərəcədə bilməyiniz, savadlılığınız düzgün yazmaq bacarığınız ilə sıx surətdə bağlıdır.
Rus dilinin yazı qaydalarının əsasını üç prinsip təşkil edir: morfoloji, fonetik və ənənəvi. Rusca yazıda ən aparıcı prinsip morfoloji prinsipdir. Bu prinsip ondan ibarətdir ki, sözün bu və ya digər mənalı hissələri bütün hallarda, tələffüzdən asılı olmayaraq, eyni cür yazılır. Misal üçün, вод kökü onun işləndiyi bütün sözlərdə o ilə yazılır, lakin gah o səsi ilə (məsələn, воды), gah da a səsi ilə (məsə¬lən вада), hətta bəzi hallarda ы səsinə yaxın bir səslə tələffüz olunur. Başqa bir misal: зуб sözünün sonluğunda п tələffüz olunur. Lakin bütün hallarda bu söz б ilə yazılır (məsələn, зуб-зубы-зуба-зубные və s). Onu da nəzərə almaq la¬zımdır ki, rusca sözlərin əksər yazılışı bu prinsipə əsaslanır.
Fonetik prinsip ondan ibarətdir ki, sözlər (və ya onun ayrı-ayrı hissələri) necə tələffüz edilirsə, elə də yazılır. Rus dilində з ilə bitən pristavkaların (sözenlərinin) yazılışı buna misal ola bilər (низ-без-через-чрез və s).
Ənənəvi və ya tarixi prinsipə əsasən yazılan sözlər isə rus dilində demək olar ki, azdır. Lakin çoxlarına bu çətinlik törədir. Buraya o yazılışlar daxildir ki, onun (hərf və ya işarənin) qədimdə müəyyən məna əhəmiyyəti vardı, bizim dövrümüzdə isə, yəni müasir orfoqrafiyada isə ənənəyə görə saxlanılıb. Misal üçün, qadın cinsli isimlərdə incəlik işarəsinin («myaqkiy znak»ın) yazılışı bu qəbildəndir (həmin işarə bəzi zərflərdən də sonra yazılır).
▶️Düzgünyazmaq üçün hansı şərtləri bilmək lazımdır?🤔
⚪Birinci şərt odur ki, yazılası sözdəki səslər və səs birləşmələri düzgün tələffüz edilməlidir. Düzgün olmayan tələffüz əksər hallarda düzgün olmayan səhv yazılışa gətirib çıxarır. Misal üçün, ы əvəzinə и tələffüz edib yazırlar: сын yazmaq əvəzinə син, сыр yazmaq əvəzinə сир, посылка əvəzinə посилка, дыни əvəzinə дини, рыба yerinə риба, часы yerinə часи və s. yazmaq olmaz.
⚪Ikinci şərt: siz, sözlərin mənasını başa düşərək yazmalısınız. Bunsuz düzgün yazı mümkün deyildir. Sözün düzgün anlanmaması, başa düşülməməsi səhv tələffüzə gətirib çıxarır, beləliklə də söz düzgün yazılmır, ümumiyyətlə o, (söz) bütünlüklə təhrif edilmiş olur. Lüğətlər isə bu xüsusda sizin əsas köməkçinizdir. Rus dilinin orfoqrafiya lüğətindən həmişə istifadə etməyə çalışmaq lazımdır.
⚪Üçüncü şərt: sözlərin cümlədə düzgün əlaqəsidir. Siz qram¬matik formaları, qayda və qanunları əməli şəkildə, nitqinizdə düzgün işlətməlisiniz. Misal üçün, весенним və весен¬нем sözləri tələffüzcə bir-birinə yaxındır, lakin formaca müxtəlifdir. Birinci söz rus dilində yerlik halda, ikinci söz isə çıxışlıq halda işlənmişdir. Əgər sifətin hallara görə dəyişməsiki yaxşı bilməsəniz, yazıda səhv etmiş olarsınız.
09/05/2018
💡Böyük Vətən müharibəsi illərində (1941-1945) Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət nümunələri göstərmişdir. Qısa müddətdə respublikada 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi yaradılmışdı. 1941-1945-ci illərdə Azərbaycanın 600 mindən çox igid oğlu və qızı cəbhəyə yollanmışdı. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçmişdir. Həmvətənlərimizin təqribən 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 30 nəfəri “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilmişdir.Azərbaycandan olan 170 min əsgər və zabit SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunmuşdur. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı Qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz şücaətləri ilə xalqımızın tarixinə yeni səhifələr yazmışlar.
Akademik Yusif Məmmədəliyevin rəhbərliyi altında aviasiya benzini alınmasının yeni texnologiyası yaradılmışdı. Neftçilərimizin fədakar əməyi sayəsində Azərbaycan tarixində neft hasilatı üzrə rekord göstərici əldə edilmiş, 1941-ci ildə 23,5 milyon ton “qara qızıl” çıxarılmışdı. Bu, SSRİ-də çıxarılan bütün neftin 71,4 faizini təşkil edirdi. Bütövlükdə müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları vermişdilər. İnamla demək olar ki, Bakı nefti faşizm üzərində qələbənin əsas amillərindən biri olmuşdur. Təkcə onu demək kifayətdir ki, hər beş təyyarədən dördü, hər beş tankdan dördü,hər beş avtomobildən dördü Bakıdan göndərilən yanacaqla işləyirdi. Böyük Vətən müharibəsi Azərbaycan xalqının kütləvi qəhrəmanlıq və fədakarlığını nümayiş etdirdi.
07/05/2018
💡Alman dili --- hind-avropa dilləri ailəsinin german dilləri qrupuna daxildir və 5 ölkənin rəsmi dili və ya dillərindən biridir(Almaniya,Avstriya,İsveçrə,Lixtenşteyn,Lüksemburq). 90 milyon adamın ana dilidir.Dünyada təxminən 100-120 milyon insan alman dilində danışır ki,bu da bu dili dünyada ən çox danışılan 10 dil edir.Bu mənada alman dili ispan,ingilis,rus,yapon, portuqal dilləri ilə müqayisədə geri qalır. Avropa Birliyində isə ən çox danışılan 2 dildir. Avropadan kənar Argentina və Brazilyanın bəzi bölgələrində almanca istifadə olunur. Dünyanın ən uzun sözü də alman dilinə məxsusdur .▶️
📢
🏬 Sumqayıt şəhəri, Sülh Plaza, 7-ci mərtəbə, 706-cı otaq.
☎️ (050) 254-50-57
📧[email protected]
04/05/2018
more proverbs and use them in conversation. will be inspiration for your topic.
🏬 Sumqayıt şəhəri, Sülh Plaza, 7-ci mərtəbə, 706-cı otaq.
☎️ (050) 254-50-57
📧[email protected]
02/05/2018
💡Dünyada ümumilikdə 6 mindən artıq dil, o cümlədən müxtəlif dialektlər mövcuddur. Onların bir çoxu barədə maraqlı fakt söyləmək olar.
Məsələn ➡️
⚪ Eston dilində ismin 14 halı var.
⚪ Kambocada kximer əlifbası 76 hərfdən ibarətdir.
⚪ Vyetnamda əsasən sedanq dilindən istifadə olunur. Bu dildə 50 sait var.
⚪ Fransa ilə İspaniya arasındakı ərazilərdə yaşayan basklar yaxın ölkələrin dillərinə bənzəməyən və ümumiyyətlə, heç bir hind-Avropa dil ailəsinə aid olmayan bask dilində danışırlar.
⚪ Çin yazısında heç bir durğu işarəsi yoxdur.
⚪ Abxaz dili cəmi iki saitə və 60 samitə malikdir.
⚪ İndoneziya dilində sözün təkrarı cəm bildirir.
⚪ Bir vaxtlar çox oxşar olan xorvat və serb dilləri eyni dil sayılırdı. Lakin xorvatlar latın, serblər isə kiril əlifbası ilə yazırlar.
⚪ İngiltərədə fransız dili hələ 6 əsr əvvəl rəsmi dil kimi tanınırdı.
⚪ İllinoys ştatının qanunları danışıqda ingilis dilindən istifadəni qadağan edir. Bu ştatda rəsmi dil amerikan dili sayılır.
01/05/2018
🏬 Sumqayıt şəhəri, Sülh Plaza, 7-ci mərtəbə, 706-cı otaq.
☎️ (050) 254-50-57
📧[email protected]
28/04/2018
▶️ Start Education Center MMC sizləri Adobe Illustrator kurslarına dəvət edir!
🔴 Adobe Illustrator — Bir çox dizayner və rəssam tərəfindən vektor qrafikasının emal edilməsi üçün istifadə edilən proqramlardan biridir. Bu tətbiq reklam agentliklərində və poliqrafiya sahəsində çalışan təşkilatlarda işlədilən proqramların siyahısında ön sıralardadır.
Bu proqram vasitəsi ilə reklam materiallarının yaradılması, elektron layihələrin çapa hazırlanması, veb səhifələrinin dizaynının qurulması və digər bu kimi əməliyyatların yerinə yetirilməsinə çox az vaxt sərf edərək daha keyfiyyətli nəticə əldə edəcəksiniz. Adobe Illustrator kursumuzu tamamlayan məzunlarımız artıq sərbəst formada iş kartları (vizitka) loqotipləri, braşurları, reklam lövhələrini, promo reklam məhsullarını , kitab üzlüklərini, açıqcaları blankları və digər bu kimi qrafik obyektlər hazırlayacaqlar.
⚪Proqrama daxildir:Qruplar üzrə dərslərə hazırlıq
⚪Dərs saatları: Həftədə "2" dəfə "1" saat
⚪Ətraflı məlumat üçün daima aktiv səhifəmizə yaza bilərsiniz
🏰 Sumqayıt şəhəri, Sülh Plaza, 7-ci mərtəbə, 706-cı otaq.
☎️ (050) 254-50-57
📧[email protected]
25/04/2018
📘 "Start Education Center" Dizayn Kurslarına (3DS MAX) dəvət edir!
⚪Proqrama daxildir:Qruplar üzrə dərslərə hazırlıq
⚪Dərs saatları: Həftədə "2" dəfə "1" saat
⚪Ətraflı məlumat üçün daima aktiv səhifəmizə yaza bilərsiniz
🏰 Sumqayıt şəhəri, Sülh Plaza, 7-ci mərtəbə, 706-cı otaq.
☎️ (050) 254-50-57
📧[email protected]
23/04/2018
"Dövlət Qulluğuna" Hazırlıqdan yeni qrupların qeydiyyatı başlandı!
⚪Proqrama daxildir:Qruplar üzrə dərslərə hazırlıq
⚪Dərs saatları: Həftədə "2" dəfə "2" saat
⚪Ətraflı məlumat üçün daima aktiv səhifəmizə yaza bilərsiniz
🏰 Sumqayıt şəhəri, Sülh Plaza, 7-ci mərtəbə, 706-cı otaq.
☎ (050) 254-50-57.
📧 [email protected]
21/04/2018
📚Start Education Center MMC və Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi maliyyə və mühasibat sahəsində karyeralarını qurmaq istəyən şəxsləri " Avtomatlaşdırılmış mühasibatlıq proqramı (1 C (8.1,2,3)) " Kurslarına dəvət edir.
🔵 Proqrama daxildir: Qruplar üzrə hazırlıq
🔵 Kursun müddəti: 3 ay ( 50 saat)
🔵 Ətraflı məlumat üçün əlaqə nömrələrinə zəng vurun.
🏰Sumqayıt şəhəri, Sülh Plaza, 7-ci mərtəbə, 706-cı office.
☎️ (050) 254-50-57
📧[email protected]
21/04/2018
▶️ Aprelin 20-də Start Education Center-də Rəssamlıqdan "Açıq Dərs" Keçirilmişdir. İncəsənət dolu gözəl bir gündə bizimlə olan bütün tələbələrə gələcək həyatlarında uğur və müvəffəqiyyətlər arzu edirik!
⚪Ətraflı məlumat üçün daima aktiv səhifəmizə yaza bilərsiniz
🏰 Sumqayıt şəhəri, Sülh Plaza, 7-ci mərtəbə, 706-cı otaq.
☎️ (050) 254-50-57
📧[email protected]
19/04/2018
Fransız Dili kurslarına Qeydiyyat Başlandı !
⚪Proqrama daxildir:Qruplar üzrə dərslərə hazırlıq
⚪Dərs saatları: Həftədə "2" dəfə "1.5" saat
⚪Ətraflı məlumat üçün daima aktiv səhifəmizə yaza bilərsiniz
🏰Sumqayıt şəhəri, Sülh Plaza, 7-ci mərtəbə, 706-cı otaq.
☎️ (050) 254-50-57
📧[email protected]