Səid Rüstəmov adına uşaq incəsənət məktəbi

Səid Rüstəmov adına uşaq incəsənət məktəbi Bizim məktəbdə keçirilən tədbirlər haqqında məlumat veriləcəkdir.

06/05/2019
29/01/2019
S.Rüstəmov adına 3№-li uşaq incəsənət məktəbi və Mərkəzi Uşaq Kitabxanası Şərqdə ilk opera yazan qadın bəstəkar, Xalq ar...
22/01/2019

S.Rüstəmov adına 3№-li uşaq incəsənət məktəbi və Mərkəzi Uşaq Kitabxanası Şərqdə ilk opera yazan qadın bəstəkar, Xalq artisti,Azərbaycan əməkdar incəsənət xadimi Şəfiqə Axundovanın 95 illiyi ilə əlaqədar tədbir keçirmişlər.Tədbirdə məktəbin şsgirdlərinin ifasında bəstəkarın mahnıları səslənmişdir.

20 fevral 2016-cı il tarixində Səid Rüstəmov adına 3№-li uşaq incəsənət məktəbində V.A.Motsartın yaradıcılığına həsr olu...
20/02/2016

20 fevral 2016-cı il tarixində Səid Rüstəmov adına 3№-li uşaq incəsənət məktəbində V.A.Motsartın yaradıcılığına həsr olunmuş
tədbir keçirildi.Tədbirdə məktəbin müəllimi Təranə Alişova V.A.Motsartın həyat və yaradıcılığı haqqında məruzə etdi.Sonra məktəbin şagirdlərinin ifasında bəstəkarın əsərlərindən ibarət musiqi nömrələri səsləndi.

4 saylı ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşı E.Hüseynova S.Rüstəmov adına 3№-li uşaq incəsənət məktəbin...
15/02/2016

4 saylı ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşı E.Hüseynova S.Rüstəmov adına 3№-li uşaq incəsənət məktəbində olmuş və “Yaşıllıqların mühafizəsi,ətraf mühitin qorunması “ mövzusunda müəllim kollektivi ilə ğörüş keçirmişdir.Tədbiri məktəbin direktoru Əziz Əzizov açmış və bu mövzuda şöbənin əməkdaşı geniş müzakirələr aparmışdır.

Əli Kərim adına Sumqayıt şəhər Poeziya Klubu və Dünya Gənc Türk Yazarlar Birliyinin keçirdiyi tədbirdə S.Rüstəmov adına ...
11/02/2016

Əli Kərim adına Sumqayıt şəhər Poeziya Klubu və Dünya Gənc Türk Yazarlar Birliyinin keçirdiyi tədbirdə S.Rüstəmov adına 3№-li
uşaq incəsənət məktəbinin skripkaçalanlar ansamblı da iştirak etmiş və rəngarəng proqramla çıxış etmişlər.Ansambl Fəxri Fərmanla mükafatlandırılmışdır.

Sumqayıt şəhərində yeniyetmələrin ilk vokal müsabiqəsi keçirilmişdir.Müsabiqədə S.Rüstəmov adına 3№-li uşaq imcəsənət mə...
28/01/2016

Sumqayıt şəhərində yeniyetmələrin ilk vokal müsabiqəsi keçirilmişdir.Müsabiqədə S.Rüstəmov adına 3№-li uşaq imcəsənət məktəbinin şagirdi Riad Cəbrayılov ( müəllim: Afət Zeynalova) da iştirak etmişdir.Bu müsabiqədə Riad II yerə layiq görülmüşdür.27 yanvar 2016-cı il tarixində Azərbaycan Gənclər Fondu,Mədəniyyət və Turizm Nazirliyi,Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi,həmçinin "Sağlam Düşüncə" Gənclər Təşkilatının dəstəyi ilə keçirilən "Sumqayıt yeniyetmələrinin ilk vokal müsabiqəsi" layihəsinin Qala konserti keçirilmişdir.

19 yanvar 2016-cı il tarixində S.Rüstəmov adına 3 №-li uşaq incəsənət məktəbində “Sumqayıt doğma evimizdir,onun şan -şöh...
21/01/2016

19 yanvar 2016-cı il tarixində S.Rüstəmov adına 3 №-li uşaq incəsənət məktəbində “Sumqayıt doğma evimizdir,onun şan -şöhrətini özünə qaytarmaq,daha da gözəl,müasir şəhərə çevirmək hər birimizin borcudur” adlı mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə şəhərin icra hakimiyyətindən,prokuroluq orqanindan,
polis idarəsindən, ağsaqqalar şurasından və narkoloji dispanserdən nümayəndələr iştirak etmişdilər.

19 yanvar 2016-cı il tarixində 20 yanvar faciəsinin 26-cı ildönümünə   həsr edilmiş  tədbir keçirildi.Məktəbin müəllimi ...
21/01/2016

19 yanvar 2016-cı il tarixində 20 yanvar faciəsinin 26-cı ildönümünə həsr edilmiş tədbir keçirildi.Məktəbin müəllimi Ağayeva Sara öz çıxışında ilk növbədə şəhidlərimizi bir dəqiqəlik sükutla yad etməyi kollektivdən xahiş etdi.Sonra yanvarın 19-dan 20-nə keçən gecə dinc əhaliyə qarşı misli görünməmiş vəhşiliklərin əbədi olaraq xalqların qəlbində kədər və hüzn günü kimi qalmasından,xalqın öz şərəf və ləyaqətini qoruyaraq qalxması ilə yüzlərlə gəncin və qocanın ,qadının şəhid olmasından danışdı .Müstəqillik uğrunda canlarını qurban edən bu cəsur insanlar bu gün hər bir azərbaycanlının ürəyində əbədi bir heykəl yaratmışdır.
Tədbirdə Bayramova Şəbnəmin ifasında “Vətən”,Əsgərova Ləmanın ifasnda “Şəhidlər”,Musayeva Nərminin ifasında “20 yanvar”,Əzizli Fidanın ifasında “Şəhidlər xiyabanı” şerləri, Vəlicanov Ruhilin ifasında Vasif Adıgözəlovun”Qərənfil” mahnısı səsləndi.Tədbirin sonunda məktəbin şagirdlərinin ifasında “Şəhidlər” mahnısını ifa edildi..

15 yanvar 2016-cı ildə S.Rüstəmov adına 3 №-li uşaq incəsənət məktəbində görkəmli bəstəkarımız F.Əmirovun yaradıcılığına...
16/01/2016

15 yanvar 2016-cı ildə S.Rüstəmov adına 3 №-li uşaq incəsənət məktəbində görkəmli bəstəkarımız F.Əmirovun yaradıcılığına həsr olunmuş konsert keçirilmişdir.Məktəbin müəllimi Alışova Təranə bəstəkarın həyat və yaradıcılığı haqqında geniş məlumatla çıxış etmişdir.Sonra şagirdlərin ifasında bəstəkarın əsərləri səslənmişdir.

Bakı şəhərində rəqs kollektivlərinin II Respublika müsabiqəsi keçirilib.Həmin müsabiqədə S.Rüstəmov adına 3№-li uşaq inc...
28/12/2015

Bakı şəhərində rəqs kollektivlərinin II Respublika müsabiqəsi keçirilib.Həmin müsabiqədə S.Rüstəmov adına 3№-li uşaq incəsənət məktəbinin rəqs kollektivi də iştirak edib və həvəsləndirici diplomla mükafatlandırılıb.Ansamblın rəhbəri məktəbimizin müəllimi Vüqar Cəfərovdur.22 fevral 2015-ci il tarixində Azərbaycan Dövlət Filarmoniyasında müsabiqə iştirakçılarının konserti keçirilib.

Address

Sumqayıt
AZ5000

Alerts

Be the first to know and let us send you an email when Səid Rüstəmov adına uşaq incəsənət məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Səid Rüstəmov adına uşaq incəsənət məktəbi:

Shortcuts

Share

Category