Sumqayıt şəhər 11 nömrəli tam orta məktəb

Sumqayıt  şəhər 11 nömrəli tam orta məktəb Məktəbin fəaliyyəti ilə bağlı Dövlət proqramı çərçivəsində məktəb 2014- cü ildə əsaslı təmir olunmuşdur.

Məktəb 1958- ci ildə istifadəyə verilib. İlk 30 ili rusdilli məktəb kimi fəaliyyət göstərib.1989- cu ildən məktəbdə Azərbaycan bölməsi fəaliyyət göstərir . Bu ildən ( 2017 ci il ) məktəbə 2009-2010- cu tədris ilində " Ən yaxşı müəllim " müsabiqəsinin qalibi İlahə xanım Həsənli rəhbərlik edir. Hazırda Azərbaycan və rus bölmələri üzrə məktəbdə 3180şagird,166 pedaqoji işçi və 32 texniki işçi var.. Məktəb 2 korpusdan (1- ci korpus 4, 2- ci korpus isə 1 mərtəbədən) ibarətdir. Məktəbdə geniş və işıqlı sinif otaqları, akt zalı,idman zalı,idman meydançası, informatika otaqları, fizika, kimya,biologiya laboratoriyaları,zəngin kitabxana və yeməkxana var. Yarım əsrə bərabər tarixi olan məktəbimizin kollektivi təhsildə gedən islahatları dəstəkləyir, dövlətin təhsilə olan diqqət və qayğısını yüksək qiymətləndirir, islahat yollarında inamla addımlayırlar.

17/08/2026

📢 Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır

🗓️ 20 avqust saat 15:00-dan etibarən 2026–2027-ci tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktivləşdiriləcək. Proses 2–9-cu və 11-ci sinif şagirdlərini əhatə edəcək.

💻 Şagirdlərin elektron yerdəyişməsi sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

📌 Nəzərinizə çatdırırıq ki, internetə çıxış imkanı olmayan vətəndaşlar yerdəyişmə prosesi ilə bağlı aidiyyəti üzrə Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə, Agentliyin Vətəndaşlara Xidmət Mərkəzinə, eləcə də ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.

11/08/2026

📢 Təhsil sənədləri artıq myGov-da!

💻 Təhsil haqqında dövlət nümunəli sənədlər artıq mygov platformasında əlçatandır.

🎓 2026-cı il məzunları təhsil müəssisələri tərəfindən imzalanmış elektron təhsil sənədlərini mygov (web) → “Təhsil məlumatlarım” → “Elektron təhsil sənədlərim” bölməsindən əldə edə bilərlər.

📌 Elektron sənədin üzərindəki QR kodu oxudaraq və ya edu.gov.az saytının “Sənəd yoxlama” bölməsində sənədin nömrəsi və doğum tarixini daxil etməklə sənədin həqiqiliyini yoxlamaq mümkündür.

📱 Yaxın günlərdə elektron təhsil sənədləri mygov mobil tətbiqində də əlçatan olacaq.

🎯Təhsil sənədləri artıq rəqəmsal formatda — daha rahat və əlçatan.

 !Məktəbimizin 8 d sinif şagirdi Nəsrullayev Aqşin  "Uluslararası Karadeniz Judo Şampiyosı"üzrə keçirilən idman yarışmas...
07/08/2026

!
Məktəbimizin 8 d sinif şagirdi Nəsrullayev Aqşin "Uluslararası Karadeniz Judo Şampiyosı"üzrə keçirilən idman yarışmasında 1ci yerə layiq görülmüşdür.
Şagirdimiz Aqşini təbrik edirik və uğurlarının davamlı olmasını arzu edirik.
Sinif rəhbəri:Sadıqova Olqa

07/08/2026

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrində tədris-köməkçi heyətinin işə qəbulu üzrə müsabiqəyə sənəd qəbulu elan edilir.

DİQQƏT !!! Müsabiqə qaydalarına görə namizəd yalnız bir vəzifə üzrə müsabiqədə iştirak edə bilər. Bir neçə vəzifə üzrə qeydiyyat etibarsız sayılacaq və şəxsin qeydiyyatdan keçdiyi bütün vakansiyalar üzrə namizədliliyi nəzərə alınmayacaq.

Qeydiyyat linki:

🔹 Laborant, kitabxanaçı və psixoloq vəzifələri üzrə qeydiyyat: https://forms.cloud.microsoft/r/9mBhgvt5bk

🔹 Müsabiqə proqramı və vakansiyalar: https://studenteduaz-my.sharepoint.com/:f:/g/personal/absheron-xizi_student_edu_az/IgAxawwmfa0uTbN-NOqc5Fu-Afgfko9elHo4hhPOyhLYsWM?e=BFAckT

Müsabiqə iki mərhələdən – sənəd qəbulu və test imtahanı mərhələlərindən ibarətdir.

Sənəd qəbulu mərhələsində təqdim edilmiş sənədlərin müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılacaq. Test imtahanında yalnız namizədin müraciət etdiyi vakant vəzifənin tələblərinə uyğun olan şəxslər iştirak edə biləcəklər.

Şəhid ailəsi üzvləri qanunvericiliyin tələblərinə uyğun olaraq müsabiqədənkənar işə qəbul ediləcəklər.

İmtahan prosesi zamanı namizədlərə ümumilikdə 60 sual təqdim olunacaq:

* 15 sual – informasiya-kommunikasiya texnologiyaları (İKT) üzrə;
* 15 sual – qanunvericilik üzrə;
* 30 sual – vakant vəzifənin tələblərinə uyğun olaraq.

İmtahan prosesinə 120 dəqiqə vaxt ayrılacaq. İmtahan zamanı səhv cavablar düzgün cavablara təsir göstərmir.

30 bal və daha yüksək nəticə göstərmiş namizədlər müsabiqədə uğur qazanmış hesab ediləcəklər.

Təyinatlar namizədlərin topladıqları balların ardıcıllığı nəzərə alınmaqla həyata keçiriləcəkdir.

Bir vakant vəzifə üzrə iki və ya daha çox namizəd eyni bal topladığı halda, aşağıdakı meyarlara uyğun namizədlərə üstünlük veriləcək:

1. Müharibə iştirakçılarına və onların ailə üzvlərinə;
2. Təhsil səviyyəsi daha yüksək olan şəxslərə;
3. İş stajı daha çox olan şəxslərə;
4. Vakant vəzifənin yerləşdiyi əraziyə daha yaxın ərazidə yaşayan şəxslərə

Müsabiqədən uğurla keçmiş, lakin vakant vəzifəyə yerləşdirilməmiş namizədlər cari tədris ilinin sonunadək ehtiyat kadr kimi saxlanılır.

Qeyd edirik ki, qeydiyyat 15 avqusta qədər davam edəcək.

 !Məktəbimizin 7e sinif şagirdi Əsgərov Riyad 17 -22 iyul tarixlərində  Sinqapurda  keçirilən ,40 ölkədən 2285 şagirdin ...
24/07/2026

!
Məktəbimizin 7e sinif şagirdi Əsgərov Riyad 17 -22 iyul tarixlərində Sinqapurda keçirilən ,40 ölkədən 2285 şagirdin qatıldığı SİMOC 2026 beynəlxalq riyaziyyat olimpiadasında uğurla iştirak etmişdir.
Şagirdimiz Riyadı təbrik edirik və uğurlarının davamlı olmasını arzu edirik.
Sinif rəhbəri : Hacıyeva Leyla

22/07/2026

Azərbaycan mətbuatı: milli oyanışdan qlobal informasiya məkanına
Azərbaycan milli mətbuatı xalqımızın milli oyanış, maariflənmə və dövlətçilik tarixinin ayrılmaz tərkib hissəsidir. 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin nəşr etdirdiyi "Əkinçi" qəzeti ilə əsası qoyulan milli mətbuat təkcə informasiya mənbəyi deyil, həm də cəmiyyətin inkişafına, milli kimliyin formalaşmasına və azadlıq ideyalarının yayılmasına xidmət edən mühüm ictimai institut kimi tarixə düşmüşdür. Cəmi iki il fəaliyyət göstərməsinə baxmayaraq, "Əkinçi" milli jurnalistikanın ideya və peşəkarlıq məktəbini yaratmış, sonrakı nəsillərə yol göstərmişdir. Məhz buna görə də 22 İyul – Milli Mətbuat Günü təkcə peşə bayramı deyil, həm də milli düşüncənin və söz azadlığının tarixini ehtiva edən əlamətdar gündür.
"Əkinçi"dən sonra nəşr olunan "Ziya", "Kəşkül", "Şərqi-Rus", "Həyat", "Füyuzat", "Molla Nəsrəddin", "Açıq söz" və digər qəzet-jurnallar Azərbaycan ictimai fikrinin formalaşmasında, ana dilinin inkişafında, milli özünüdərk prosesinin sürətlənməsində mühüm rol oynadılar. Bu nəşrlər xalqın maariflənməsinə, milli istiqlal ideyalarının yayılmasına və ziyalı təbəqəsinin formalaşmasına misilsiz töhfələr verdilər. Azərbaycan mətbuatı müxtəlif tarixi dövrlərdə çətin sınaqlarla üzləşsə də, milli maraqlara sədaqətini və cəmiyyət qarşısında məsuliyyətini qorumağı bacarmışdır.
Müstəqillik illərində Azərbaycan mediasının inkişafı yeni mərhələyə qədəm qoydu. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində senzuranın ləğvi, söz və məlumat azadlığının təmin olunması, medianın hüquqi bazasının formalaşdırılması ölkədə azad jurnalistikanın inkişafı üçün mühüm zəmin yaratdı. Prezident İlham Əliyevin rəhbərliyi dövründə isə medianın iqtisadi dayanıqlığının gücləndirilməsi, qanunvericiliyin müasirləşdirilməsi, jurnalistlərin sosial müdafiəsinin yaxşılaşdırılması və dövlət-media münasibətlərinin yeni keyfiyyət mərhələsinə yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirildi. Medianın İnkişafı Agentliyinin yaradılması, "Media haqqında" Qanunun qəbul edilməsi və media subyektlərinə tətbiq olunan vergi güzəştləri bu siyasətin mühüm nəticələrindəndir.
Azərbaycan mediası xüsusilə Vətən müharibəsi dövründə tarixi missiyasını yüksək peşəkarlıqla yerinə yetirdi. 44 günlük müharibə zamanı jurnalistlər informasiya cəbhəsində Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdıraraq dezinformasiyaya qarşı prinsipial mübarizə apardılar. Müharibədən sonrakı dövrdə də azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinin, ölkəmizin sülh təşəbbüslərinin və regional əməkdaşlıq siyasətinin beynəlxalq auditoriyaya çatdırılmasında milli media fəal iştirak edir. Bu, Azərbaycan jurnalistikasının dövlətçilik maraqlarına sadiqliyini və yüksək peşə məsuliyyətini bir daha nümayiş etdirir.
Müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafı media qarşısında yeni çağırışlar formalaşdırır. Süni intellekt, rəqəmsal platformalar, sosial media və informasiya təhlükəsizliyi artıq jurnalistikanın gündəlik fəaliyyətinin ayrılmaz hissəsinə çevrilmişdir. Bu şəraitdə operativliklə yanaşı, məlumatın dəqiqliyi, etibarlılığı və etik prinsiplərə sadiqlik daha böyük əhəmiyyət kəsb edir. Dezinformasiyaya qarşı mübarizə, media savadlılığının artırılması və peşəkar jurnalistikanın qorunması təkcə media qurumlarının deyil, bütövlükdə cəmiyyətin qarşısında duran mühüm vəzifələrdəndir.
Son illər Şuşada keçirilən Qlobal Media Forumları Azərbaycanın beynəlxalq media dialoqunun əsas platformalarından birinə çevrilmişdir. Dünyanın müxtəlif ölkələrindən media rəhbərlərinin, jurnalistlərin və ekspertlərin iştirakı ilə keçirilən forumlarda dezinformasiyaya qarşı mübarizə, süni intellekt dövründə media etikası, qlobal informasiya təhlükəsizliyi və sülh jurnalistikası kimi aktual mövzular müzakirə olunur. Bu platforma Azərbaycanın beynəlxalq media gündəliyində artan rolunu, ölkəmizin qlobal informasiya məkanında etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir.
Bu il milli mətbuatımızın 151 illik yubileyinin qeyd olunması Azərbaycan jurnalistikasının keçdiyi şərəfli yolun dövlət səviyyəsində yüksək qiymətləndirilməsinin bariz ifadəsidir. Həsən bəy Zərdabinin əsasını qoyduğu maarifçilik missiyası bu gün də öz aktuallığını qoruyur. Azərbaycan mediası milli maraqları əsas tutaraq cəmiyyətin düzgün məlumatlandırılması, dövlət-vətəndaş münasibətlərinin möhkəmləndirilməsi, milli həmrəyliyin gücləndirilməsi və beynəlxalq informasiya mübarizəsində ölkəmizin mövqeyinin müdafiəsi istiqamətində mühüm vəzifələr yerinə yetirir.
Milli mətbuatın gələcəyi peşəkarlıq, obyektivlik, yüksək vətəndaş məsuliyyəti və müasir texnologiyalara açıq olmaqdan keçir. Güclü media yalnız xəbəri çatdıran deyil, həm də ictimai etimadı formalaşdıran, milli dəyərləri qoruyan və dövlətçilik maraqlarını müdafiə edən strateji institutdur. Azərbaycan jurnalistikası 151 illik zəngin irsinə söykənərək yeni dövrün çağırışlarına adekvat cavab verməli, qlobal informasiya məkanında ölkəmizin sözünü daha inamla və peşəkarlıqla çatdırmalıdır.

Əli Nəcəfxanlı, əməkdar jurnalist

17/07/2026

📢 İcma əsaslı məktəbəqədər təhsil qrupları üçün müəllim (tərbiyəçi) vakansiyası elan olunur!

👩‍🏫 Uşaqların erkən inkişafına töhfə vermək, öz icmanızda fəaliyyət göstərmək və gələcək nəsillərin təhsilinə dəstək olmaq istəyirsinizsə, sizi komandamıza qoşulmağa dəvət edirik!

📌 2026–2027-ci tədris ili üçün müəllim (tərbiyəçi) seçiminə başlanılır.

✅ Bu ildən etibarən müraciətlər yalnız elektron platforma üzərindən qəbul ediləcək.

Müraciət etmək üçün:

🔹 İşə qəbul portalına daxil olun;
🔹 Özünüzə şəxsi kabinet yaradın;
🔹 Məlumatlarınızı sistemə daxil edin;
🔹 Uyğun vakansiyanı seçərək müraciətinizi tamamlayın.

🎥 Şəxsi kabinetin yaradılması və müraciət qaydası ilə bağlı təlimat videosu hazırlanıb. Müraciət etməzdən əvvəl videonu izləməyiniz tövsiyə olunur.

Seçim zamanı aşağıdakı namizədlərə üstünlük veriləcək:

✔️ Məktəbəqədər təhsil, ibtidai təhsil, pedaqogika, psixologiya və digər uyğun ixtisaslar üzrə ali və ya orta ixtisas təhsili olanlara;
✔️ Məktəbəqədər yaşlı uşaqlarla işləmək təcrübəsinə malik olanlara;
✔️ Vakansiya elan olunan yaşayış məntəqəsində və ya həmin icmada yaşayan namizədlərə;
✔️ Ünsiyyət, təşkilatçılıq və komanda ilə işləmək bacarığı yüksək olanlara;

⚠️ Xahiş edirik, müraciət zamanı bütün məlumatlarınızı düzgün və tam şəkildə daxil edin. Yanlış və ya natamam məlumatlar müraciətinizin etibarsız hesab edilməsinə səbəb ola bilər.

🔗 İşə qəbul portalının linki: https://vakansiya.ilk5il.az

🎥 Təlimat videosu: https://youtu.be/aq5DUIYCXXs

📢 Elanı paylaşaraq daha çox insanın bu fürsətdən yararlanmasına dəstək ola bilərsiniz!

 !5g sinif şagirdi Cəfər AlmədədliSinif rəhbəri:Həbibli Ülviyyə
06/07/2026

!
5g sinif şagirdi Cəfər Almədədli
Sinif rəhbəri:Həbibli Ülviyyə

01/07/2026

Uğurlarımız…Paylaşmaqdan qürur duyuruq

01/07/2026

Address

2-ci Məhəllə, Polad Həşimov Küçəsi
Sumqayıt

Alerts

Be the first to know and let us send you an email when Sumqayıt şəhər 11 nömrəli tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category