Sumqayıt şəhər Bülbül adına 2 nömrəli UİM

Sumqayıt şəhər Bülbül adına 2 nömrəli UİM

Share

Məktəb 1971-ci ildən fəaliyyətə başlayıb.

02/05/2024
Photos from Sumqayıt şəhər Bülbül adına 2 nömrəli UİM's post 29/02/2024

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinə tabeli Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət məktəbində xalq çalğı alətləri şöbəsi şagirdlərinin iştirakı ilə şöbənin hesabat Konserti keçirilmişdir.

Photos from Sumqayıt şəhər Bülbül adına 2 nömrəli UİM's post 17/02/2024

Abşeron-Xızı Regional Mədəniyyət idarəsinə tabeli Sumqayıt Bülbül adına 2 nömrəli uşaq incəsənət məktəbində 2-ci Qarabağ şəhidi Akif Cabbarovun xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdən öncə müəllim kollektivi şəhidin məzarını ziyarət etdi. Tədbirdə Akifə ana olan xalası Maya xanım,yaxın qohumları Nigar xanım, Fəxriyyə xanım, Xalidə xanım, şəhid anaları Sevda xanım, Sürəyya və Maisə xanım iştirak etmişdir. Tədbirdə Akif Cabbarovla yanaşı Səbuhi Həsənquliyev, Elgün Abbaslı, Elmar Nəsibov, 1-ci Qarabağ müharibəsi şəhidi Maya xanımın həyat yoldaşı Həsənov Sərdarın xatirəsi anılmışdır. Tədbirdə məktəbin fəal şagirdləri konsert proqramı ilə çıxış etmişlər. Tədbirin sonunda şəhid Akif Cabbarovun xalası tədbirə görə məktəbin müəllim və şagird heyətinə minnətdarlığını bildirdi. Sonda məktəbin direktoru Samir müəllim nəzəriyyə şöbəsinin adından Maya xanıma hədiyyələr təqdim etdi.

Photos from Sumqayıt şəhər Bülbül adına 2 nömrəli UİM's post 17/02/2024

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinə tabeli Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin fortepiano şöbəsinin müəllimləri 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış gizir Nəsibov Elmar Şirzad oqlunun ailəsini ziyarət etdilər. Elmar Nəsibov 12 oktyabr 2020-ci ildə Füzuli rayonunun Qaraxanbəyli kəndində gedən döyüşlər zamanı qəhrəmancasına həlak olmuşdur. Müəllimlər Sürəyya anayla birlikdə şəhidin məzarını ziyarət etmişlər.

Photos from Sumqayıt şəhər Bülbül adına 2 nömrəli UİM's post 20/01/2024

Abşeron-Xızı Regional Mədəniyyət idarəsinə tabeli Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin rəssamlıq şöbəsi şagirdləri
Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar tarixinə həsr olunmuş rəsm işlərini təqdim etmişlər.

Xalqımızın vətənpərvər övladlarının əziz xatirəsini hörmət və ehtiramla anırıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Photos from Sumqayıt şəhər Bülbül adına 2 nömrəli UİM's post 30/12/2023

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinə tabeli Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində təhsil alan şagird Azərbaycan Gənclər İttifaqının təşkil etdiyi “ Payız Əfsanələri 2023” adlı müsabiqəsində uğur qazanıb.
Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin şagirdi Azərbaycan Gənclər İttifaqının təşkil etdiyi “Payız Əfsanələri 2023”adlı müsabiqəsində məktəbin 2-ci sinif şagirdi Nuray Hüseynova 1-ci yerə layiq görülərək diplomla təltif olunub. Şagirdi müsabiqəyə müəllimi Rasim Novruzov hazırlayıb.

Photos from Sumqayıt şəhər Bülbül adına 2 nömrəli UİM's post 30/12/2023

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinə tabeli Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində təhsil alan şagirdlər Azərbaycan Gənclər İttifaqının təşkil etdiyi “ Payız Əfsanələri 2023” adlı müsabiqəsində uğur qazanıblar.
Sumqayır şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin şagirdləri Azərbaycan Gənclər İttifaqının təşkil etdiyi “Payız Əfsanələri 2023”adlı müsabiqəsində 3-cü yerə layiq görülərək diplomla təltif olunublar. Şagirdləri müsabiqəyə Zeynalova Mailə, Qəhrəmanov Məhərrəm və konsertmeyster Ağalarova Züleyxa müəllimə hazırlayıb.

Photos from Sumqayıt şəhər Bülbül adına 2 nömrəli UİM's post 30/12/2023

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinə tabeli Sumqayıt şəhər Bülbül adına 2 saylı Uşaq İncəsənət məktəbində skripka ixtisası üzrə təhsil alan 4-cü sinif şagirdi Qənizadə Nəriman “Cantabile” lX Beynəlxalq Musiqi müsabiqəsində 1-ci yerə layiq görülmüşdür. Şagirdi müsabiqəyə hazırlayan müəllimi Zeynalova Mailə və konsertmeysteri Ağalarova Züleyxa müəllimə olmuşdur.

Photos from Sumqayıt şəhər Bülbül adına 2 nömrəli UİM's post 30/12/2023

Abşeron-Xızı Regional Mədəniyyət idarəsinə tabeli Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində Dünya Azərbaycanlıların Həmrəklik günü və Yeni ilə həsr olunmuş “Qış nağılları” adlı tədbir keçirilmişdir.

Photos from Sumqayıt şəhər Bülbül adına 2 nömrəli UİM's post 30/12/2023

Abşeron-Xızı Regional Mədəniyyət idarəsinə tabeli Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbin direktoru Samir İsmayılov və məktəbin müəllimləri 44 günlük Vətən müharibəsində 18 yaşında canından keçərək qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış məktəbin keçmiş şagirdi Hüseyn Yusifovun ailəsini ziyarət etmişdir.

Photos from Sumqayıt şəhər Bülbül adına 2 nömrəli UİM's post 26/12/2023

Abşeron-Xızı Regional idarəsinə tabeli Sumqayıt Bülbül adına 2 nömrəli uşaq incəsənət məktəbində 44 günlük Vətən müharibəsində 18 yaşında canından keçərək qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış məktəbin keçmiş şagirdi Hüseyn Yusifovun anım gecəsi keçirilmişdir. Məktəbin şagirdləri bədii proqramla çıxış etmişlər. Anım tədbirində Hüseynin anası Asya xanım, bacısı, dayısı, babası, orta məktəb müəllimləri Hüseyn haqqında öz xatirələrini bölüşdülər. Məktəbimizin simli-nəfəsli alətlər şöbəsinin müdiri Faiq Balamiyev müəllim öz şagirdi haqqında danışdı. Hüseynin truba alətinə marağını, necə fəal, ağıllı şagird olduğunu qeyd etdi. Tədbirin yekununda son söz məktəbin direktoru Samir İsmayılova verildi. Samir müəllim şəhidimizin anasına məktəbin rəsm şöbəsinin müəllimi Əli Qaffarlı tərəfindən hazırladığı Hüseynin portretini bağışladı.

Photos from Sumqayıt şəhər Bülbül adına 2 nömrəli UİM's post 21/12/2023

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinə tabeli Sumqayıt şəhər Bülbül adına 2 nömrəli UİM-də 14.12.2023-cü il tarixində “Narkomaniyaya qarşı mübarizə” mövzusunda tədbir keçirilib. Tədbirdə məktəbin rəsm şöbəsinin şagirdlərinin bu mövzuya aid rəsm əsərləri təqdim edilib.

Want your school to be the top-listed School/college in Sumqayıt?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Sumqayıt
5001