Sumqayıt şəhər M.Əsədov adına İnteqrasiya təlimli internat tipli gimnaziya

Sumqayıt şəhər M.Əsədov adına İnteqrasiya təlimli internat tipli gimnaziya

Share

Sumqayıt şəhər General.M.Əsədov adına İnteqrasiya təlimli internat tipli gimnaziya

09/06/2026

📢 Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə 2026–2027-ci tədris ili üçün yeni təmayül tədris modelinin tətbiq ediləcəyi ümumi təhsil müəssisələrinə şagird qəbulu elan olunur.

Layihəyə 2026–2027-ci tədris ilində X və XI siniflərdə təhsil alacaq şagirdlər müraciət edə bilərlər.
ℹ️Yeni təmayül tədris modeli tam orta təhsil səviyyəsində məktəbin akademik rolunun gücləndirilməsinə, şagirdlərin ali təhsilə hazırlıq prosesinin məktəb daxilində daha səmərəli təşkilinə xidmət edir. Layihə çərçivəsində ali təhsil müəssisələrinə hazırlıq prosesi birbaşa məktəb mühitində həyata keçirilir. Qəbul proqramına uyğun planlaşdırılmış tədris prosesi, intensiv dərslər və məqsədyönlü akademik dəstək şagirdlərin zəruri bilik və bacarıqları məktəb daxilində əldə etməsinə imkan yaradır.
Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən aşağıdakı ümumi təhsil müəssisələrində X və XI siniflər üzrə şagird qəbulu elan edilir:
📍 Sumqayıt şəhəri • Sumqayıt şəhəri 20 nömrəli tam orta ümumtəhsil məktəbi (Sumqayıt şəhər 33 nömrəli tam orta ümumtəhsil məktəbinin binasında) •

Sumqayıt şəhəri 37 nömrəli tam orta ümumtəhsil məktəbi •

Sumqayıt şəhəri 46 nömrəli tam orta ümumtəhsil məktəbi (Sumqayıt şəhər 36 nömrəli tam orta ümumtəhsil məktəbinin binasında) •

📍 Xırdalan şəhər 12 nömrəli tam orta ümumtəhsil məktəbi (Xırdalan şəhər 11 nömrəli tam orta ümumtəhsil məktəbinin binasında)

📍 Saray qəsəbə 5 nömrəli tam orta ümumtəhsil məktəbi (Saray qəsəbə 4 nömrəli tam orta ümumtəhsil məktəbinin binasında) •

Saray qəsəbə 6 nömrəli tam orta ümumtəhsil məktəbi (Saray qəsəbə 2 nömrəli tam orta ümumtəhsil məktəbinin binasında)

📍 Mehdiabad qəsəbə 8 nömrəli tam orta ümumtəhsil məktəbi (Mehdiabad qəsəbə 5 nömrəli tam orta ümumtəhsil məktəbinin binasında)

📝 Qeydiyyat zamanı aşağıdakı məlumatlar seçilməlidir: • Təhsil alacağınız rayon və ya şəhər; • Təhsil alacağınız məktəb.
🔗 Qeydiyyat linki: https://forms.cloud.microsoft/r/kQeiMG20uR

Bu məktəblər tam orta təhsil səviyyəsində təhsilini davam etdirmək istəyən şagirdlərə müasir tələblərə cavab verən, akademik nailiyyətlərin yüksəldilməsinə və ali təhsil müəssisələrinə hazırlığın gücləndirilməsinə yönəlmiş geniş imkanlar təqdim edir.
Yeni təmayül tədris modelinin əsas üstünlükləri:
✅ Akademik nəticələrin yüksəldilməsinə yönəlmiş tədris mühiti;
✅ Abituriyent hazırlığının sistemli və ödənişsiz təşkili;
✅ Səriştəli müəllim kollektivi;
✅ Aylıq sınaq imtahanlarının təşkili;
✅ Akademik hazırlıqla yanaşı, şagirdlərin yaradıcılıq, liderlik və sosial bacarıqlarının inkişafına imkan yaradan dərnəklər.
📌 Qəbul ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələri əsasında həyata keçirilir.
🛜 Yeni təmayül tədris modeli şagirdlərin yalnız imtahan nəticələrini deyil, onların akademik, sosial və şəxsi inkişafını da dəstəkləyir.

Photos from Sumqayıt şəhər M.Əsədov adına İnteqrasiya təlimli internat tipli gimnaziya's post 05/06/2026

18 May – 18 İyun İnsan Hüquqları Aylığı çərçivəsində məktəbizin şagirdləri üçün Uşaq Səfirlər Məclisinin məktəb üzrə üzvlərin VIIa sinif şagirdləri Fəzayılzadə Miran və Alimova Əsmamın təşkilatçılığı maarifləndirici görüş keçirilib.
Görüşün məqsədi şagirdlərin insan hüquqları, uşaq hüquqları, təhsil hüququ, bərabərlik və qarşılıqlı hörmət prinsipləri barədə məlumatlılığını artırmaq olub. Uşaq Səfirlər Məclisinin əsas fəaliyyət istiqamətlərindən biri də uşaqların hüquqları ilə bağlı maarifləndirmə işinin aparılması və onların ictimai fəallığının artırılmasıdır.
Görüş zamanı üzvlər insan hüquqlarının əhəmiyyəti, uşaqların cəmiyyətdə rolu, hüquq və vəzifələri barədə fikir mübadiləsi aparıblar. Şagirdləri maraqlandıran suallar cavablandırılıb, onların təklif və fikirləri dinlənilib.
Sonda belə görüşlərin şagirdlərin hüquqi biliklərinin artırılmasına, fəal və məsuliyyətli vətəndaş kimi formalaşmalarına mühüm töhfə verdiyi vurğulanıb. Şagirdlər qonaqlara maraqlı və faydalı görüş üçün təşəkkürlərini bildiriblər.

Photos from Sumqayıt şəhər M.Əsədov adına İnteqrasiya təlimli internat tipli gimnaziya's post 05/06/2026

İnsan Hüquqları Aylığı çərçivəsində məktəbimizin qız şagirdləri ilə “Erkən nikahların fəsadları və qızların təhsil hüququ” mövzusunda maarifləndirici seminar keçirildi.
Seminar zamanı erkən nikahların yeniyetmələrin fiziki və psixoloji sağlamlığına, təhsil imkanlarına və gələcək həyat perspektivlərinə mənfi təsirləri barədə ətraflı məlumat verildi. Qeyd olundu ki, hər bir qızın keyfiyyətli təhsil almaq, öz potensialını reallaşdırmaq və gələcəyi ilə bağlı müstəqil qərarlar vermək hüququ vardır.
Şagirdlərlə mövzu ətrafında fikir mübadiləsi aparıldı, onları maraqlandıran suallar cavablandırıldı və erkən nikahların qarşısının alınmasında ailə, məktəb və cəmiyyətin birgə məsuliyyət daşıdığı vurğulandı.
Seminarın keçirilməsində əsas məqsəd şagirdlər arasında hüquqi maarifləndirməni gücləndirmək, insan hüquqlarına hörmət hissini formalaşdırmaq və qızların təhsil hüququnun əhəmiyyətini diqqətə çatdırmaq olmuşdur.


03/06/2026

Məktəbimizin VIII a sinif şagirdi Əhmədli Əhməd Taekvando yarışında 1-ci yerə layiq görülmüşdür! Əhmədi təbrik edir,uğurlarının davamlı olmasını arzulayırıq!

Want your school to be the top-listed School/college in Sumqayıt?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


20 Yanvar
Sumqayıt
AZ5004