Qubadlı Rayon İsmət Qayıbov adına Saray kənd tam orta məktəb

Qubadlı Rayon İsmət Qayıbov adına Saray kənd tam orta məktəb Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Qubadlı Rayon İsmət Qayıbov adına Saray kənd tam orta məktəb, High School, Məhəmməd Əsədov 135, Sumqayıt.
(1)

18/08/2026
18/08/2026

📢 Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır

🗓️ 20 avqust saat 15:00-dan etibarən 2026–2027-ci tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktivləşdiriləcək. Proses 2–9-cu və 11-ci sinif şagirdlərini əhatə edəcək.

💻 Şagirdlərin elektron yerdəyişməsi sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

📌 Nəzərinizə çatdırırıq ki, internetə çıxış imkanı olmayan vətəndaşlar yerdəyişmə prosesi ilə bağlı aidiyyəti üzrə Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə, Agentliyin Vətəndaşlara Xidmət Mərkəzinə, eləcə də ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.

18/08/2026

📢 Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır

🗓️ 18 avqust saat 11:00-dan etibarən direktor vəzifəsi vakant olan dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə başlanılır. Namizədlər 21 avqust saat 17:00-dək [miq.edu.az/direktor] linki vasitəsilə elektron qeydiyyatdan keçə bilərlər.

📌 Proses Elm və Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada, proqram təminatı vasitəsilə müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə seçim və müsahibə mərhələlərindən ibarətdir.

📍 Seçim mərhələsində namizədlərin təqdim etdikləri məlumat və sənədlərin düzgünlüyü yoxlanılacaq. Bu mərhələni uğurla keçən namizədlər müsahibəyə dəvət olunacaqlar. Namizədlər müsahibə mərhələsinə qaydalara uyğun olaraq ardıcıllıq əsasında dəvət ediləcəklər.

❗️ Nəzərinizə çatdırırıq ki, müsahibə mərhələsi Elm və Təhsil Nazirliyi tərəfindən yaradılmış müvafiq komissiyalar tərəfindən keçiriləcək. Namizədlər liderlik və strateji idarəetmə, pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, eləcə də sosial və emosional bacarıqları üzrə qiymətləndiriləcəklər.

📌 Qeyd edək ki, hər bir namizəd müsabiqənin nəticələri ilə “Şəxsi səhifə” vasitəsilə tanış ola biləcək. Müsabiqədə uğur qazanan namizədlərlə əmək münasibətləri qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdiriləcək.

🤝 Direktorların işə qəbulu üzrə müsabiqədə iştirak edəcək bütün namizədlərə uğurlar arzulayırıq!

15/08/2026
12/08/2026

📢 Təhsil sənədləri artıq myGov-da!

💻 Təhsil haqqında dövlət nümunəli sənədlər artıq mygov platformasında əlçatandır.

🎓 2026-cı il məzunları təhsil müəssisələri tərəfindən imzalanmış elektron təhsil sənədlərini mygov (web) → “Təhsil məlumatlarım” → “Elektron təhsil sənədlərim” bölməsindən əldə edə bilərlər.

📌 Elektron sənədin üzərindəki QR kodu oxudaraq və ya edu.gov.az saytının “Sənəd yoxlama” bölməsində sənədin nömrəsi və doğum tarixini daxil etməklə sənədin həqiqiliyini yoxlamaq mümkündür.

📱 Yaxın günlərdə elektron təhsil sənədləri mygov mobil tətbiqində də əlçatan olacaq.

🎯Təhsil sənədləri artıq rəqəmsal formatda — daha rahat və əlçatan.

Address

Məhəmməd Əsədov 135
Sumqayıt

Opening Hours

Monday 07:00 - 17:00
Tuesday 07:00 - 17:00
Wednesday 07:00 - 17:00
Thursday 07:00 - 17:00
Friday 07:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Qubadlı Rayon İsmət Qayıbov adına Saray kənd tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Qubadlı Rayon İsmət Qayıbov adına Saray kənd tam orta məktəb:

Shortcuts

Share

Category