28/04/2026
Qubadlı rayon Bərxudar Əsgərov adına Xələc kənd tam orta məktəbinin IX sinif şagirdi Babullayeva Zəhra İlqar qızı Azərbaycan dili fənnindən Respublika Fənn Olimpiadasında gümüş medala nail olmuşdur. Şagirdimizi təbrik edir, uğurlar arzulayırıq.
27/04/2026
Qubadlı rayon Bərxudar Əsgərov adına Xələc kənd tam orta məktəbin 2025/2026 buraxılış ilində maksimum nəticə göstərən şagirdlərimiz
1. Hadılı Eltun-271.5
2. Hadılı Nuray-238.6
3. Quliyev Əli-218
4. Babayev Asiman-212.4
5. Balayev Rəvan-206.6
Şagirdlərimizi təbrik edir, uğurlar arzulayırıq.
15/04/2026
Aprel ayında məktəbdə yaradılmış “oxu klubunun” fəaliyyəti kitabxana müdiri Aidə Əliyeva tərəfindən davam etdirilmişdir. Müxtəlif siniflərdə şagirdlərin mütaliləyə marağın artırılması diqqət mərkəzində saxlanılır.
08/04/2026
Qubadlı rayon B.Əsgərov adına Xələc kənd tam orta məktəbin müəllimi Şirinova Mələk Məhəmməd qızı Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illik yubileyi münasibəti ilə rayon müəllimləri arasında keçirilən “Şahmat” yarışında III yer tutduğuna görə təltif olunmuşdur. Müəllimimizi təbrik edir, uğurlar arzu edirik.
08/04/2026
Qubadlı rayon B.Əsgərov adına Xələc kənd tam orta məktəbinin VI ç sinif şagirdi Eynullayev Cavidan “Beyin olimpiadası mərkəzi tərəfindən keçirilən Paskal Riyaziyyat Olimpiadasında Gümüş medal qazandığına görə təltif olunmuşdur. Şagirdimizi təbrik edir, uğurlarının davamlı olmasını arzu edirik.
02/04/2026
2 aprel 2026-cı il tarixində IX sinifin Həyat bilgisi dərsində “Zərərli vərdişlərə yox deyək və yol hərəkəti qaydaları” mövzusunda marifləndirici söhbət aparıldı.
20/03/2026
19 mart 2026-cı il tarixində məktəbimizdə Novruz şənliyi ilə bağlı geniş tədbir keçirildi. Həmçinin məktəbdə keçirilən sınaq imtahanında yüksək nəticə göstərən şagirdlərimiz və müəllimləri fəxri fərmanla təltif olundu.
11/03/2026
5 Mart-Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təşkil olunan “İdman həftəsi”nə start verilib.
“İdman həftəsi”nin ilk günü çərçivəsində basketbol yarışı təşkil olunub, xüsusi dərslər və maarifləndirici görüşlər keçirilib.
Xüsusi dərslərdə şagirdlərə idmanın müxtəlif növləri, sağlam həyat tərzinin əhəmiyyəti, fiziki fəallığın insan sağlamlığına müsbət təsiri barədə ətraflı məlumat verilib. Maarifləndirici görüşlər zamanı isə şagirdlərlə idmanın insanın fiziki və mənəvi inkişafındakı rolu müzakirə olunub.
“İdman həftəsi”nin təşkilində əsas məqsəd şagirdlər arasında sağlam həyat tərzinin təbliği, idmana marağın artırılması, fiziki fəallığın təşviqi və komanda ruhunun gücləndirilməsidir.