Siyəzən şəhər N.Əsədov adına 4 nömrəli tam orta məktəb

Siyəzən şəhər N.Əsədov adına 4 nömrəli tam orta məktəb Səhifədə məktəbimizin fəaliyyəti ilə tanış ola bilərsiniz.

İLK PEDAQOJİ ŞURA İCLASI KEÇİRİLDİ2026–2027-ci tədris ilinin başlanması ilə əlaqədar məktəbdə yeni tədris ilinin ilk Ped...
09/09/2026

İLK PEDAQOJİ ŞURA İCLASI KEÇİRİLDİ

2026–2027-ci tədris ilinin başlanması ilə əlaqədar məktəbdə yeni tədris ilinin ilk Pedaqoji Şura iclası keçirildi.

İclasda 2025–2026-cı tədris ilinin yekunları, IV, VI, IX və XI siniflər üzrə keçirilmiş imtahanların nəticələri ətraflı təhlil olundu, əldə olunan nailiyyətlər və qarşıda duran vəzifələr müzakirə edildi.

Pedaqoji Şura iclasında 2026–2027-ci tədris ili üzrə Məktəbin İllik Fəaliyyət Planı, əsas fəaliyyət istiqamətləri və prioritetlər nəzərdən keçirildi, rəhbər və inzibati heyətin iş planlarının təsdiqi ilə bağlı məsələlər müzakirə olundu.

Həmçinin məktəbdaxili nizam-intizam qaydaları, növbətçiliyin təşkili, iş rejimi və dərs cədvəlinin təsdiqi, müəllimlərin dərs yükünün bölüşdürülməsi, Metodik Şuranın sədri və üzvlərinin, sinif rəhbərlərinin və sinif komplektlərinin müəyyənləşdirilməsi məsələlərinə baxıldı.

İclas zamanı evdə təhsilin təşkili, şagirdlərin maraq və meyllərinə uyğun dərsdənkənar məşğələlərə cəlb olunması, I və X siniflərə şagird qəbulunun və siniflərin komplektləşdirilməsinin vəziyyəti də diqqət mərkəzində oldu.

Bununla yanaşı, məktəbdə təhlükəsizliyin təmin edilməsi, təhlükəsizlik tədbirlərinin təşkili və yeni tədris ilində təhsil prosesinin daha səmərəli qurulması istiqamətində qarşıda duran məsələlər müzakirə edildi.

Pedaqoji Şura iclasında yeni tədris ilinin uğurlu təşkili, təhsilin keyfiyyətinin yüksəldilməsi və şagird nailiyyətlərinin daha da artırılması istiqamətində qarşıya qoyulan vəzifələr müəyyənləşdirildi.

Yeni tədris ilinin bütün müəllim və şagirdlərimiz üçün uğurlu, məhsuldar və nailiyyətlərlə zəngin olmasını arzulayırıq!

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi
Quba-Xaçmaz Regional Təhsil İdarəsi
Siyəzən şəhər N.Əsədov adına 4 nömrəli tam orta məktəb

2025-2026-cı tədris ilində ali məktəblərə qəbul olan məzunlarımızı təbrik edir, növbəti təhsillərində uğurlar arzulayırı...
27/08/2026

2025-2026-cı tədris ilində ali məktəblərə qəbul olan məzunlarımızı təbrik edir, növbəti təhsillərində uğurlar arzulayırıq!

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi
Quba-Xaçmaz Regional Təhsil İdarəsi
Siyəzən rayonu üzrə təhsil sektoru

13/08/2026

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrində inzibati-təsərrüfat və tədris-köməkçi
vəzifələrə (təsərrüfat işləri üzrə direktor müavinləri, təsərrüfat müdiri, uşaq birliyi təşkilatının rəhbəri, kitabxanaçı, kitabxana müdiri, gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, psixoloq, katibə-kargüzar, laborant) işə qəbul üzrə müsabiqəyə sənəd qəbulu elan edilir.

Müsabiqə iki mərhələdən – sənəd qəbulu və test imtahanı mərhələlərindən ibarətdir.
Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlər:

➡️ şəxsiyyət vəsiqəsinin surəti;
➡️ əmək kitabçasının surəti;
➡️ təhsil haqqında sənədin surəti

Namizədlər tələb olunan sənədləri 14 avqust – 21 avqust 2026-ci il tarixlərində, həftənin iş günləri, saat 10:00-dan 17:00-a kimi Quba-Xaçmaz Regional Təhsil İdarəsinə təqdim etməlidirlər.
DİQQƏT !!! Müsabiqə qaydalarına görə namizəd yalnız bir vəzifə üzrə müsabiqədə iştirak edə bilər.

Vakansiyalar: https://docs.google.com/spreadsheets/d/1-Zp__2JNfvHIMwUz9YdW4Uaf2-0eQvH2oT1BxkOFkq4/edit?gid=257600747 =257600747

Təqdim olunmuş sənədlərə əsasən namizədlər tələblərə uyğunluğu yoxlanıldıqdan sonra müvafiq olaraq test imtahanı mərhələsinə dəvət olunacaqdır.

Namizədə təqdim olunacaq imtahan buraxılış vərəqəsində test imtahanının keçirilmə tarixi və yeri göstəriləcəkdir.

Şəhid ailəsi üzvləri qanunvericiliyin tələblərinə uyğun olaraq müsabiqədənkənar işə qəbul ediləcəkdir.

Test imtahanı prosesi zamanı namizədlərə ümumilikdə 60 sual təqdim olunacaqdır:
* 15 sual – qanunvericilik üzrə;
* 15 sual – informasiya-kommunikasiya texnologiyaları (İKT) üzrə;
* 30 sual – vakant vəzifənin tələblərinə uyğun olaraq.

Müsabiqə proqramı və imtahan qiymətləndirmə çərçivəsi: https://drive.google.com/drive/folders/15S011enK9qzGTJoZpZ0n8pIbNlfln-rH?usp=drive_link

İmtahan prosesinə 120 dəqiqə vaxt ayrılacaq. İmtahan zamanı səhv cavablar düzgün cavablara təsir göstərmir.

30 bal və daha yüksək nəticə göstərmiş namizədlər müsabiqədə uğur qazanmış hesab ediləcəklər.

Təyinatlar namizədlərin topladıqları balların ardıcıllığı nəzərə alınmaqla həyata keçiriləcəkdir.
Bir vakant vəzifə üzrə iki və ya daha çox namizəd eyni bal topladığı halda, aşağıdakı meyarlara uyğun namizədlərə üstünlük veriləcək:

1. Müharibə iştirakçılarına və onların ailə üzvlərinə;
2. Təhsil səviyyəsi daha yüksək olan şəxslərə;
3. İş stajı daha çox olan şəxslərə;
4. Vakant vəzifənin yerləşdiyi əraziyə daha yaxın ərazidə yaşayan şəxslərə.

Test imtahanının nəticələri keçirildiyi tarixdən etibarən 10 iş günündən gec olmayaraq elan edilir. Müsabiqə nəticələrindən narazı qalan namizədlərin apellyasiya müraciətlərinə baxılması apellyasiya komissiyası tərəfindən həyata keçirilir. Test imtahanının nəticələri elan edildikdən sonra namizədlər 3 iş günü müddətində apellyasiya müraciəti edə bilər.

Müsabiqədən uğurla keçmiş, lakin vakant vəzifəyə yerləşdirilməmiş namizədlər cari tədris ilinin sonunadək ehtiyat kadr kimi saxlanılır.

Məktəbimizdə "Yay Məktəbi" Layihəsi Uğurla Davam Edir!Məktəbimizdə təşkil olunan "Yay Məktəbi" şagirdlərimizin böyük mar...
19/06/2026

Məktəbimizdə "Yay Məktəbi" Layihəsi Uğurla Davam Edir!
Məktəbimizdə təşkil olunan "Yay Məktəbi" şagirdlərimizin böyük marağı və enerjisi ilə davam edir!
Dərslərin bitməsinə baxmayaraq, elmə, yaradıcılığa və fərdi inkişafa maraq göstərən istedadlı şagirdlərimiz hər günü fərqli bir macəraya çevirirlər. Burada keçirilən hər bir məşğələ uşaqların həm sosiallaşmasına, həm də yay tətilini darıxmadan, səmərəli keçirməsinə kömək edir.

11-14 iyun 2026-cı  il tarixlərində Sumqayıt şəhərində Boks üzrə kadetlər arasında şəhid Cavid Ələkbərovun xatirəsinə hə...
19/06/2026

11-14 iyun 2026-cı il tarixlərində Sumqayıt şəhərində Boks üzrə kadetlər arasında şəhid Cavid Ələkbərovun xatirəsinə həsr olunmuş turnir keçirilmişdir. Həmin turnirdə 38 kq çəki dərəcəsində məktəbimizin şagirdi Bəylərov Böyükağa 1-ci yerə layiq görülmüşdür. Sevindirici haldır ki, Bəylərov Böyükağa yarışda Ən Əzimkar Döyüşçü mükafatı ilə də təltif olunmuşdur.

Şagirdimizi və onu hazırlayan idman müəllimimiz Abdullayev Elman müəllimi təbrik edirik.

"Məktəbimizdə təşkil olunan Yay Məktəbi çərçivəsində şagirdlərimiz bilik və bacarıqlarını inkişaf etdirməyə davam edirlə...
18/06/2026

"Məktəbimizdə təşkil olunan Yay Məktəbi çərçivəsində şagirdlərimiz bilik və bacarıqlarını inkişaf etdirməyə davam edirlər. Dərslər maraqlı, faydalı və interaktiv şəkildə keçirilərək onların yay tətilini səmərəli keçirməsinə şərait yaradır. Hər bir şagirdimizə uğurlar arzulayırıq!"

Məktəbimizdə təşkil olunan Yay məktəbi çərçivəsində şagirdlərin asudə vaxtlarının səmərəli təşkili, bilik və bacarıqları...
17/06/2026

Məktəbimizdə təşkil olunan Yay məktəbi çərçivəsində şagirdlərin asudə vaxtlarının səmərəli təşkili, bilik və bacarıqlarının möhkəmləndirilməsi istiqamətində müxtəlif məşğələlər keçirilir. Dərslər zamanı şagirdlər maraqlı tapşırıqlar yerinə yetirir, yaradıcı fəaliyyətlərdə iştirak edir və yeni biliklər əldə edirlər. Yay məktəbi proqramı şagirdlərin həm öyrənməsinə, həm də sosial bacarıqlarının inkişafına müsbət təsir göstərir.

Məktəbdə 2025-2026-cı tədris ilinin  yekunlarına həsr olunmuş VIII Pedaqoji Şura iclası keçirildi. İclasda cari dərs ili...
16/06/2026

Məktəbdə 2025-2026-cı tədris ilinin yekunlarına həsr olunmuş VIII Pedaqoji Şura iclası keçirildi. İclasda cari dərs ilində əldə olunan nəticələr təhlil edildi, görülən işlərə nəzər salındı və qarşıda duran vəzifələr müzakirə olundu. Yeni tədris ilində təhsilin keyfiyyətinin yüksəldilməsi, şagird nailiyyətlərinin artırılması, təlim-tərbiyə prosesinin daha da təkmilləşdirilməsi istiqamətində görüləcək işlər barədə fikir mübadiləsi aparıldı. Sonda qarşıdakı dövr üçün məqsəd və hədəflər müəyyənləşdirildi.

Məktəbin son, gələcək uğurların ilk sədası - "Son zəng"Ömrümüzün ən şirin, duyğulu və qayğısız günlərinin birləşdiyi mək...
13/06/2026

Məktəbin son, gələcək uğurların ilk sədası - "Son zəng"

Ömrümüzün ən şirin, duyğulu və qayğısız günlərinin birləşdiyi məktəb illəri "Son zəng"in sədaları altında bitir. Bu zəngin sədaları isə ən çox onbirincilərin qəlbinin simlərini titrədir. Bu zəng ilə onbirincilər tənəffüs üçün dəhlizə yox, müstəqil həyat üçün yeni mərhələyə qədəm qoyurlar.
Sizin hər biriniz bizim üçün dəyərli və əvəzolunmazsınız!
Yolunuz açıq olsun əziz məzunlar! Arzularınızın arxasınca gedin!










09/06/2026

Məktəblilərarası Milli Kosmik Poçt Kartı Müsabiqəsinə start verilib! 🌍

Bu gün məktəbimizdə şagirdlərin yaradıcılığını, elmə və kosmosa marağını təşviq etmək məqsədilə təşkil olunan Milli Kosmik Poçt Kartı Müsabiqəsinin məktəb mərhələsi keçirildi.

Müsabiqə iştirakçıları kosmosa göndərmək istədikləri mesajları, arzularını və gələcəyə baxışlarını poçt kartlarında əks etdirdilər.Bu layihə şagirdlərə öz fantaziyalarını nümayiş etdirmək, kosmosun sirrləri haqqında düşünmək və yaradıcılıqlarını ortaya qoymaq üçün gözəl imkan yaradır.

Gələcəyin alimləri, mühəndisləri və astronavtları ola biləcək şagirdlərimizə uğurlar arzulayırıq!

Address

Gənclik Qəsəbəsi H. Talıbov Küçəsi 13
Siazan'

Alerts

Be the first to know and let us send you an email when Siyəzən şəhər N.Əsədov adına 4 nömrəli tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category