14/06/2026
Məktəbimizdə "Son zəng" həyəcanı!
Bu gün məktəbimizdə həm qürurlu, həm də duyğu dolu anlar yaşandı. "Son zəng" tədbiri böyük coşqu və yüksək əhval-ruhiyyə ilə qeyd olundu.
Tədbirdə rəhbərlik, müəllimlər, valideynlər və dəyərli qonaqlar bir araya gələrək məzunlarımızın bu əlamətdar gününə şahidlik etdilər. Şagirdlərimiz məktəb illərinin unudulmaz xatirələrini canlandıran bir-birindən rəngarəng çıxışlar, doğma müəllimlərinə həsr olunmuş şeirlər və musiqi nömrələri təqdim etdilər.
Quba-Xaçmaz Regional Təhsil İdarəsi
Siyəzən rayonu üzrə təhsil sektoru