Siyəzən Peşə Məktəbi

Siyəzən Peşə Məktəbi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Siyəzən Peşə Məktəbi, Education Website, Tofiq İsmayılov küçəsi 9, Siazan'.

01/08/2026

1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü

Ana dili xalqın milli kimliyini, tarixini və mənəvi irsini yaşadan ən böyük sərvətdir. Dilimizi qorumaq, düzgün istifadə etmək və gələcək nəsillərə olduğu kimi ötürmək hər birimizin məsuliyyətidir.

🎓 Peşə təhsil müəssisələrinə tələbə qəbulu başladı!Gələcəyinizi etibarlı peşə ilə qurmaq üçün indi ən doğru zamandır!Əgə...
23/07/2026

🎓 Peşə təhsil müəssisələrinə tələbə qəbulu başladı!

Gələcəyinizi etibarlı peşə ilə qurmaq üçün indi ən doğru zamandır!

Əgər siz də gələcəyinizi peşə ilə qurmaq, yeni bilik və bacarıqlar qazanmaq, dövlət sifarişi və ya ödənişli əsaslarla təhsil almaq istəyirsinizsə, seçimlərinizi vaxtında edin.

📚 Peşəni seç, gələcəyini qur!
Sizi peşə təhsili müəssisələrində görməkdən məmnun olarıq.

10/07/2026
🎓 2026–2027-ci tədris ilində Siyəzən Peşə Məktəbində göstərilən ixtisaslar üzrə tələbə qəbulu aparılacaq.Gələcəyini peşə...
10/07/2026

🎓 2026–2027-ci tədris ilində Siyəzən Peşə Məktəbində göstərilən ixtisaslar üzrə tələbə qəbulu aparılacaq.
Gələcəyini peşə təhsili ilə qur – seçimini et, uğura doğru ilk addımını at!

30 iyun 2026-cı il tarixində Siyəzən Peşə Məktəbində Məzun Günü münasibətilə tədbir keçirilmişdir.Tədbir Azərbaycan Resp...
30/06/2026

30 iyun 2026-cı il tarixində Siyəzən Peşə Məktəbində Məzun Günü münasibətilə tədbir keçirilmişdir.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamış, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Daha sonra məktəbin direktoru və tədbirdə iştirak edən qonaqlar çıxış edərək məzunları təbrik etmiş, onlara gələcək həyat və peşə fəaliyyətlərində uğurlar arzulamışlar. Tədbir çərçivəsində məzunlar səhnəyə dəvət olunmuş, müəllim və istehsalat təlimi ustalarına təşəkkürnamələr təqdim edilmişdir.
Tədbir xatirə şəkillərinin çəkilməsi ilə başa çatmışdır.

🏫 29 iyun 2026-cı il tarixində Siyəzən Peşə Məktəbində Dövlət buraxılış-ixtisas imtahanı uğurla keçirilmişdir.İmtahanda ...
29/06/2026

🏫 29 iyun 2026-cı il tarixində Siyəzən Peşə Məktəbində Dövlət buraxılış-ixtisas imtahanı uğurla keçirilmişdir.

İmtahanda 3 qrup iştirak etmişdir. Bunlardan 2 qrup “Kimyəvi analiz laborantı”, 1 qrup isə “Elektrik avadanlıqları xidmət və təmiri üzrə elektrik montyoru” ixtisası üzrə təhsil alan tələbələrdən ibarət olmuşdur.

Dövlət Attestasiya Komissiyasının iştirakı ilə keçirilən imtahan şəffaf və obyektiv şəkildə təşkil edilmiş, tələbələrimiz nəzəri bilik və praktik bacarıqlarını uğurla nümayiş etdirmişlər.

Məzunlarımızı təbrik edir, gələcək peşə fəaliyyətlərində uğurlar və yeni nailiyyətlər arzulayırıq.

📢Hər bir son yeni başlanğıcların təməlidir. Tələbələrimizin təcrübə müddəti başa çatdı. Bu müddət ərzində qazanılan bili...
25/06/2026

📢Hər bir son yeni başlanğıcların təməlidir. Tələbələrimizin təcrübə müddəti başa çatdı. Bu müddət ərzində qazanılan biliklər, təcrübələr və unudulmaz xatirələr onların gələcək peşə fəaliyyətində mühüm rol oynayacaq. Tələbələrimizə uğurlar arzulayırıq!✓

📢Tələbələrin istehsalat təcrübəsi uğurla başa çatmışdır. Təcrübə müddəti ərzində tələbələr nəzəri biliklərini praktik fə...
25/06/2026

📢Tələbələrin istehsalat təcrübəsi uğurla başa çatmışdır. Təcrübə müddəti ərzində tələbələr nəzəri biliklərini praktik fəaliyyətlə birləşdirərək peşə bacarıqlarını inkişaf etdirmiş, dəyərli təcrübə qazanmışlar. Onlara gələcək təhsil və peşə fəaliyyətlərində uğurlar arzulayır, əldə etdikləri bilik və bacarıqların gələcək karyeralarında mühüm rol oynayacağına inanırıq.✓

25/06/2026

📢Tələbələrin istəhsalat təcrübəsindən görüntülər.✓

23/06/2026

Elm və təhsil naziri Emin Əmrullayevin Xəzər TV, APA və Trend İnformasiya Agentliklərinə verdiyi müsahibədə Azərbaycan təhsil sistemində aparılan islahatlar, məktəbəqədər, ümumi, peşə və ali təhsilin inkişafı, tədrisin keyfiyyəti, rəqəmsallaşma, gələcəyin təhsil modeli və digər aktual məsələlər müzakirə olunub.

Nazir həmçinin müəllimlərin sertifikatlaşdırılması, məktəblərin rasionallaşdırılması, repetitorluq, dərsliklərin məzmunu, süni intellektin təhsildə tətbiqi və təhsildə keyfiyyətin artırılması istiqamətində görülən işlər barədə fikirlərini bölüşüb.

Ətraflı: ⤵️
https://www.youtube.com/watch?v=x9xIH21tk7g
https://az.trend.az/azerbaijan/society/4200459.html
https://apa.az/elm-ve-tehsil/emin-emrullayev-azerbaycan-tehsilinde-en-cetin-isle-mesgul-olanlar-muellimlerdir-onlarin-ehtiyaclarini-anlamaq-vacibdir-musahibe-975180

Address

Tofiq İsmayılov Küçəsi 9
Siazan'

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Siyəzən Peşə Məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share