Şuşa STEAM Mərkəzi

Şuşa STEAM Mərkəzi Elm və Təhsil Nazirliyinin STEAM layihəsinin Şuşa STEAM Mərkəzi

🌟 Şuşaya Zəfər Yaraşır! 🏆✨Bu gün Şuşa STEAM Mərkəzi üçün qürur dolu və tarixi bir gündür! 💛SAF 2025 Beynəlxalq Festivalı...
19/12/2025

🌟 Şuşaya Zəfər Yaraşır! 🏆✨

Bu gün Şuşa STEAM Mərkəzi üçün qürur dolu və tarixi bir gündür! 💛
SAF 2025 Beynəlxalq Festivalında 1-ci yerə layiq görülən şagirdlərimiz üçün Şuşa 1 nömrəli məktəbdə xüsusi tədbir təşkil olundu.
Uşaqlarımız diplomlarını alarkən gözlərindəki sevinc, bu uğurun nə qədər dəyərli olduğunu bir daha göstərdi.
Onların hər biri zəhmətin, əzmin və yaradıcılığın simvoludur. 🌟
Bu qələbə təkcə bir yarışın uğuru deyil —
bu, uşaqlarımızın özlərinə inamının, yaradıcı düşüncəsinin və komandadakı birliyinin nəticəsidir. 🤝✨
Məktəb rəhbərliyinə göstərdiyi diqqət və dəstəyə görə dərin təşəkkür! 🙏
Sizlərin dəstəyi, uşaqlarımızın əzmkarlığını daha da qiymətli etdi və bu qələbənin sevincini hər birimiz üçün xüsusi etdi.
Sevincimizi tortumuzla bölüşdük, qələbəmizi bir daha yaşadıq. 🎉🍰
Bu uğur — birlik, əmək, inam və sevginin nəticəsidir. 💛
Qaliblərimiz, sizinlə fəxr edirik!

Bu qələbə həm də Şuşanın ruhuna, azadlığına və tarixinə bir hörmətdir. 🏰✨
Yeni hədəflərə, yeni zirvələrə doğru — daha böyük, daha güclü və daha inamlı addımlarla! ✨️

Şuşa STEAM Mərkəzinin şagirdləri bilik, yaradıcılıq və əzmlə qazandıqları nailiyyətlərlə qürur doğurdular. Onların uğurl...
15/12/2025

Şuşa STEAM Mərkəzinin şagirdləri bilik, yaradıcılıq və əzmlə qazandıqları nailiyyətlərlə qürur doğurdular. Onların uğurları yüksək dəyərləndirilərək şagirdlərimiz Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev tərəfindən şəxsən mükafatlandırıldı. Bu dəyərli diqqət və göstərilən etimad gənc nəslin inkişafına verilən böyük önəmin bariz nümunəsidir. Şuşada formalaşan bu istedadlı gənclərin ölkəmizin elmi və innovativ gələcəyində mühüm rol oynayacağına inanırıq!




Nilay Məmmədli və Dəniz Nəsirova 2025 SAF STEAM yarışında iştirak edərək böyük zəhmət və əzmkarlıq nümayiş etdirdilər. B...
15/12/2025

Nilay Məmmədli və Dəniz Nəsirova 2025 SAF STEAM yarışında iştirak edərək böyük zəhmət və əzmkarlıq nümayiş etdirdilər. Bu mərhələyə çatmaq üçün uzun müddət çalışdılar, çətinliklərdən keçdilər və heç vaxt ruhdan düşmədilər. Onların əziyyəti, məsuliyyəti və öyrənməyə olan sevgisi hər kəs üçün gözəl nümunədir.

Yarış zamanı Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli və Şuşa 1 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Səbinə Gözəlova da iştirak edərək uşaqlara mənəvi dəstək göstərdilər. Bu diqqət və qayğı gənc iştirakçılar üçün böyük motivasiya oldu.

Bu yolda göstərdikləri səylə qürur duyuruq!






📣 Qeyd olunan STEAM Mərkəzlərində vakansiyalar elan olunur!📍Şəmkir STEAM Mərkəzi📍Masazır STEAM Mərkəzi📍Ağdaş STEAM Mərkə...
09/12/2025

📣 Qeyd olunan STEAM Mərkəzlərində vakansiyalar elan olunur!

📍Şəmkir STEAM Mərkəzi
📍Masazır STEAM Mərkəzi
📍Ağdaş STEAM Mərkəzi
📍Bərdə STEAM Mərkəzi
📍Qax STEAM Mərkəzi

📝 Tələblər:
- Kompüter elmləri, texniki fənlər, mühəndislik və ya əlaqəli sahədə ali təhsil;
- STEAM sahəsinə dair iş təcrübəsi;
- Analitik və problem həlletmə bacarıqları;
- Əməkdaşlıq və kommunikasiya bacarıqları;
- Çevik iş mühiti və dəyişkən layihələrə uyğunlaşma bacarığı;
- Uşaqlarla işləməyi sevən, öyrətməyə və öyrənməyə açıq.

📧 Müraciət etmək istəyən şəxslər CV-lərini 20 dekabr 2025-ci il tarixinə qədər [email protected] ünvanına göndərə bilər. CV göndərərkən mütləq mövzu bölməsində hansı STEAM Mərkəzi üçün müraciət olunduğunu qeyd etmək lazımdır. (Nümunə: Ağdaş STEAM Mərkəzi).

Əməkhaqqı müsahibə zamanı namizədin bilik, bacarıq və təcrübəsinə uyğun təyin olunacaq.

Bu gün uşaqlarımız bir daha sübut etdilər ki, böyük uğurlar kiçik addımlarla başlayır.BuildIt komandamız NextGen Creator...
01/12/2025

Bu gün uşaqlarımız bir daha sübut etdilər ki, böyük uğurlar kiçik addımlarla başlayır.
BuildIt komandamız NextGen Creators kateqoriyası üzrə STEAM Award mükafatını qazandı!

Bu yol yaradıcı düşüncənin və çalışqanlığın gücünü bir daha göstərdi. 🚀💙

Qürurluyuq! ✨

🌞 Bu yay yalnız günəş yox, ideyalar da parladı! ✨🎨 Uşaqlar yay boyu öyrəndi, yaratdı və çox əyləndi! 🤖🔬🌟 Hər gün yeni kə...
18/08/2025

🌞 Bu yay yalnız günəş yox, ideyalar da parladı! ✨

🎨 Uşaqlar yay boyu öyrəndi, yaratdı və çox əyləndi! 🤖🔬
🌟 Hər gün yeni kəşflər, maraqlı layihələr və gülüş dolu anlarla yadda qaldı. 😄💡
❤️ STEAM dərsləri sayəsində yalnız bilik qazanmır, həm də dostluqlar qurur və yaradıcılığını göstərirlər. 🤝🎉
🌈 Uşaqların enerjisi və marağı yay məktəbini daha da rəngarəng etdi! 🌟✨
🙏 Valideynlərimizə dəstəyinə görə təşəkkür edirik.
🎯 Yeni tədris ilində daha böyük macəralar və maraqlı layihələrlə görüşmək ümidi ilə! 🚀

"STEAM, təbiət, yaradıcılıq və sevgi bir arada! 🌍💡Bu gün məktəbimizdə həm fərqli, həm də ilhamverici bir gün yaşadıq.Val...
06/08/2025

"STEAM, təbiət, yaradıcılıq və sevgi bir arada! 🌍💡
Bu gün məktəbimizdə həm fərqli, həm də ilhamverici bir gün yaşadıq.
Valideyn Günündə şagirdlərimiz tullantılardan hazırladıqları ekoloji layihələri, Zəka Blokları ilə qurduqları strukturları, elektron kitlər və Matatalab ilə işlədikləri kodlaşdırma nümunələrini, eləcə də öz gözəl rəsmlərini böyük sevgi ilə təqdim etdilər.

Ətraf mühitin qorunması, yaradıcılıq, elm və texnologiya bu gün uşaqların əlində gözəl bir bütövlüyə çevrildi.
Bu tədbir bizim üçün sadəcə bir sərgi deyildi – gələcək nəsillərə verilən dəyərin, onların düşüncəsinə və potensialına olan inamın təntənəsi idi.

Valideynlərimizin marağı, dəstəyi və fəxarət dolu baxışları hər şeyi daha da gözəlləşdirdi.
Belə anlar göstərir ki, məktəb yalnız dərs demək deyil – sevgi, əmək, ilham və birlik deməkdir.

Bu gözəl gündə əməyi olan hər kəsə – şagirdlərimizə, valideynlərə və məktəb rəhbərliyinə sonsuz təşəkkür edirəm.
Birlikdə yaratdıq, birlikdə inkişaf edirik! 💚✨”

🔬Kiçik əllərdə böyük ideyalar👑🚀Steam yay məktəbində Enerji Dolusu Günlər 🎭Steam yay məktəbi təlimləri başlayıb artıq. Şa...
20/07/2025

🔬Kiçik əllərdə böyük ideyalar👑
🚀Steam yay məktəbində Enerji Dolusu Günlər 🎭
Steam yay məktəbi təlimləri başlayıb artıq.
Şagirdlərimiz bu təlimlərə böyük həvəslə qoşulur, öyrənir,təcrübə aparır və öz yaradıcı ideyalarını gerçəkləşdirirlər 💡✨️
“Texnologiya və yaradıcılığın birləşdiyi yer!
“Sən də STEAM dünyasına qoşul! 🚀”
“Birlikdə öyrənir, birlikdə inkişaf edirik! ❤️📚”
Qeydiyyat üçün müraciət etməyə tələs🎭🚀



Beynəlxalq STEAM Azərbaycan Festivalına qeydiyyat başladı!🚀 Dünyanın müxtəlif ölkələrindən yüzlərlə gənc texnologiya, el...
29/06/2025

Beynəlxalq STEAM Azərbaycan Festivalına qeydiyyat başladı!🚀

Dünyanın müxtəlif ölkələrindən yüzlərlə gənc texnologiya, elm, mühəndislik və yaradıcılığı bir araya gətirən bu möhtəşəm festivalda bir araya gələcək.

Hər il olduğu kimi, bu il də bir-birindən maraqlı və rəngarəng yarış kateqoriyaları ilə Beynəlxalq STEAM Azərbaycan Festivalı öz iştirakçılarının yolunu gözləyir!🤩🤖

Qeydiyyat və ətraflı məlumat üçün:
🔗www.saf.steam.edu.az
📞+994 51 206 78 18

🎉 STEAM MƏRKƏZLƏRİNDƏ YAY MƏKTƏBİNƏ QEYDİYYAT BAŞLAYIRI! İyul–Avqust aylarında keçiriləcək Yay Məktəbi proqramı çərçivəs...
24/06/2025

🎉 STEAM MƏRKƏZLƏRİNDƏ YAY MƏKTƏBİNƏ QEYDİYYAT BAŞLAYIRI!

İyul–Avqust aylarında keçiriləcək Yay Məktəbi proqramı çərçivəsində şagirdlərə texnologiya, mühəndislik və incəsənət sahələrində maraqlı təlimlər və praktiki fəaliyyətlər təqdim olunacaq! 🧠🤖

Ətraflı məlumat və qeydiyyat üçün:
www.steam.edu.az / ‪+994 51 226 78 18‬

🔬 Yaradıcı düşün, öyrən, tətbiq et!

Məktəbimizin 7-8-ci sinif şagirdləri mərkəzimizə ekskursiya etdilər .Gənclər innovativ texnologiyalarla tanış oldu,✨️ pr...
15/06/2025

Məktəbimizin 7-8-ci sinif şagirdləri mərkəzimizə ekskursiya etdilər .
Gənclər innovativ texnologiyalarla tanış oldu,✨️ praktiki məşğələlərdə iştirak etdi🫠 və STEAM dünyasının sirrlərinə bir addım daha yaxınlaşdılar.⭐️🪐 Şuşa Steam mərkəzinin köməyilə gələcəyin ixtiraçıları formalaşır .🚀👑

🇦🇿 ̇jan🚀 # ̇xtiraçıları💡 # 🎭 ̇nkişaf

04/06/2025

Address

Shusha

Website

Alerts

Be the first to know and let us send you an email when Şuşa STEAM Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category