Şamaxı şəhər 10 saylı tam orta məktəbi

Şamaxı  şəhər  10  saylı  tam  orta  məktəbi Təhsilimizlə dünyaya günəş tək parlayacağıq!

Prezident İlham Əliyevin 21 iyul 2026-cı il tarixində Almaniya Federativ Respublikasına rəsmi səfəri zamanı verdiyi bəya...
23/07/2026

Prezident İlham Əliyevin 21 iyul 2026-cı il tarixində Almaniya Federativ Respublikasına rəsmi səfəri zamanı verdiyi bəyanat

İlham Əliyevin Almaniyaya rəsmi səfəri iki ölkə araında münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə xidmət edən mühüm siyasi hadisədir. Bu səfər çərçivəsində AFR prezidenti və kansleri də daxil olmaqla, dövlət və hökümət rəsmiləri ilə görüşlər keçirilmiş, müxtəlif sahələri əhatə edən sənədlər, o cümlədən strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanmışdır. Səfərin yekunu haqqında isə ölkə başçısı tərəfindən bəyanat verilmişdir. Həmin bəyanatda aşağıdakı diqqət çəkən məsələlər qeyd olunur.
İmzalanmış sənədlər bizim əlaqələrimizi yeni səviyyəyə qaldıracaq. Biz artıq strateji dialoqun başlanmasını arzulayırdıq və buna nail olmuşuq. Eyni zamanda, iqtisadi əlaqələrin genişləndirilməsi üçün bu gün imzalanmış Birgə Bəyannamə əminəm ki, çox fəal işləyib yaxşı nəticələr hasil edəcəkdir.
İkitərəfli gündəliyimiz kifayət qədər genişdir. Almaniya Avropa İttifaqının aparıcı ölkəsi kimi Cənubi Qafqazda öz təsirini artırmaqdadır. Azərbaycan-Almaniya əlaqələri təkcə ikitərəfli münasibətlərə yox, bütövlükdə bölgəmizdə əməkdaşlığa, sülhə, əmin-amanlığa öz töhfəsini verəcəkdir.
Bir çox Almaniya şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərir. Fəal iş görən şirkətlərin sayı 200-dən çoxdur. Əminəm ki, bugünkü səfərdən sonra onların sayı daha da artacaq. Qarşılıqlı sərmayə qoyuluşu məsələləri müzakirə edilir. Alman şirkətlərinin daha geniş çərçivədə Azərbaycanda fəaliyyəti üçün konkret təkliflər irəli sürülmüşdür.
Bu ildən başlayaraq Azərbaycan öz təbii qazını Almaniyaya ixrac etməyə başlamışdır. Beləliklə, bizim qazımız bu gün Avropa İttifaqına üzv 10 ölkəyə çatdırılır və şübhəsiz, bu, enerji təhlükəsizliyi üçün çox böyük töhfədir. Nəzərə alsaq ki, Azərbaycan öz neftini də Almaniyaya ixrac edir və gələcəkdə yaşıl enerjisini də Avropa məkanına çatdırmaq əzmindədir, enerji sahəsində əməkdaşlıq çox genişmiqyaslı olacaqdır.
Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var. Çünki Almaniya şirkətləri bu istiqamətdə çox böyük uğurlar əldə edib. Azərbaycan öz nəqliyyat infrastrukturunu təkmilləşdirir. Keçən il Orta Asiya məşvərət formatına tamhüquqlu üzv olmaqla, Azərbaycan bir növ Orta Asiya ilə Avropa arasında körpü rolunu oynayır və bu rol getdikcə artacaqdır. Bir çox istiqamətlər üzrə konkret fəaliyyət planı nəzərdə tutulur. Bu gün imzalanmış Bəyannamənin icrası ilə bağlı fikir mübadiləsi əsnasında konkret təkliflər irəli sürülmüşdür. Bir neçə işçi qrup yaradılacaq ki, bu gün imzalanmış sənədlər tezliklə həyatda öz əksini tapsın.
Eyni zamanda, Almaniyanın Cənubi Qafqazdakı sülh prosesinə verdiyi töhfəyə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Uzun illərdən sonra Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və sülh sazişinin paraflanması, Vaşinqtonda, Ağ Evdə Prezident Trampın iştirakı və imzası ilə Birgə Bəyannamənin imzalanması faktiki olaraq 30 il davam edən münaqişəyə son qoydu. Azərbaycan bu razılaşmadan dərhal sonra praktiki addımlara keçdi. Bu gün Azərbaycan tərəfindən təchiz edilmiş benzin və dizel yanacağı Ermənistanın enerji təhlükəsizliyinə çox böyük töhfədir. Xüsusilə nəzərə alsaq ki, bu gün neft məhsullarının ixracı və idxalı ilə bağlı bir çox problemlər müəyyən səbəblərə görə mövcuddur və eyni zamanda, Azərbaycan ərazisindən Ermənistana tranzit yüklərin göndərilməsi də artıq geniş vüsət alıb.
Biz çox tarixi bir dövr yaşayırıq. Torpaqları uzun illər işğal altında olan Azərbaycan işğala öz gücü ilə son qoydu, ərazi bütövlüyünü bərpa etdi, suverenliyini bərpa etdi. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini özü icra etdi, Ermənistana sülh təklif etdi və müsbət cavab aldı. Ona görə yenə də deyirəm, Almaniya hökumətinin də bu sahədə rolunu biz yüksək qiymətləndiririk. Danışıqlar prosesində, o cümlədən Almaniyada xarici işlər nazirləri səviyyəsində görüşlər də keçirilmişdir.
Son olaraq, Avropa İttifaqı-Azərbaycan əlaqələrinə toxunmaq istəyirəm. Bu il biz həm Avropa İttifaqı Şurasının Prezidenti cənab Koştanın, həm Avropa Komissiyasının Prezidenti xanım Fon der Lyayenin Azərbaycana səfərlərinin şahidi olmuşuq. Bu səfərlərin çox böyük siyasi mənası var. Bu, Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələri daha da gücləndirəcək. Almaniya Avropa İttifaqına üzv olan ölkələr arasında lider olduğu üçün burada təbii ki, həm Almaniyanın rolu çox böyükdür, eyni zamanda, gələcək əməkdaşlıq üçün də əminəm ki, Almaniya öz səylərini göstərəcək.
21 iyul 2026-cı ildə keçirilən görüşün yekununda Prezident İlham Əliyev və Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”ni imzaladılar. Həmçinin Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair Birgə Bəyannamə imzalandı.

21/07/2026
Əziz məzunumuz ürəkdən təbrik edir, gələcək tələbəlik həyatında sənə  uğurlar diləyirik. Qoy bu, yeni qələbələrin başlan...
16/07/2026

Əziz məzunumuz ürəkdən təbrik edir, gələcək tələbəlik həyatında sənə uğurlar diləyirik. Qoy bu, yeni qələbələrin başlanğıcı olsun!

Məktəbimizin şagirdləri idmanda da sözünü dedilər..Hər birinizi ürəkdən təbrik edirik!Talıbov Elmir Qadir oğlu Nəcəfov Y...
30/06/2026

Məktəbimizin şagirdləri idmanda da sözünü dedilər..Hər birinizi ürəkdən təbrik edirik!
Talıbov Elmir Qadir oğlu
Nəcəfov Yusif Sədrəddin oğlu
Mahmudov Söhrab Yadigar oğlu

30/06/2026

Müəllimlərimizin Sertifikasiya Uğuru

Məktəbimizin müəllimləri sertifikasiya imtahanında əldə etdikləri uğurlu nəticələrlə peşəkarlıqlarını və bilik səviyyələrini bir daha nümayiş etdirmişlər.

Nəticələr:

Vasif Şıxıyev – Tarix müəllimi – 57 bal
Nərgiz Məmmədova – Tarix müəllimi – 53 bal
Ceyhun Həsənov – Coğrafiya müəllimi – 53 bal
Nərgiz İsmayılova – Texnologiya müəllimi – 53 bal
Anar Xıdırlı – Tarix müəllimi – 50 bal
Ziya Şahbazov – Fiziki tərbiyə müəllimi – 49 bal
Toğrul Şıxıyev – Fiziki tərbiyə müəllimi – 49 bal
Xəyalə Səmədova – Təsviri incəsənət müəllimi – 48 bal
Zülfiyyə Qədirova – Təsviri incəsənət müəllimi – 33 bal

Müəllimlərimizi qazandıqları uğurlu nəticələr münasibətilə ürəkdən təbrik edir, onlara gələcək fəaliyyətlərində yeni nailiyyətlər və davamlı uğurlar arzulayırıq. Onların peşəkarlığı məktəbimizin təhsil keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verir.

Address

H. Z. Şirvani
Shemakha
56

Opening Hours

Monday 00:00 - 23:59
Tuesday 00:00 - 23:59
Wednesday 00:00 - 23:59
Thursday 00:00 - 23:59
Friday 00:00 - 23:59
Saturday 00:00 - 23:59
Sunday 00:00 - 23:59

Website

Alerts

Be the first to know and let us send you an email when Şamaxı şəhər 10 saylı tam orta məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Şamaxı şəhər 10 saylı tam orta məktəbi:

Shortcuts

Share

Category