25/05/2026
Şəki rayonu İbrahimkənd kənd tam orta məktəbində riyaziyyat müəllimi Quliyeva Ceyran tərəfindən 5-ci sinifdə “Ədədi orta” mövzusunda açıq dərs keçirilmişdir.
Dərsdə şagirdlər mövzunu maraqlı və interaktiv fəaliyyətlər vasitəsilə öyrənmiş, müxtəlif çalışmalar üzərində işləyərək bilik və bacarıqlarını nümayiş etdirmişlər. Açıq dərsin məqsədi şagirdlərdə riyazi təfəkkürü inkişaf etdirmək və mövzunun praktik tətbiqini aşılamaq olmuşdur.
Açıq dərsdə Təlim-tərbiyə işləri üzrə direktor müavini Məhərrəmova Mirvari, məktəbin təşkilatçısı və riyaziyyat ixtisası üzrə fənn müəllimi Vəliyeva Ləman iştirak etmişlər.
Dərsin sonunda şagirdlərin fəallığı və müəllimin mövzunu təqdimetmə bacarığı yüksək qiymətləndirilmişdir.