Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsi

  • Home
  • Azerbaijan
  • Sheki
  • Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsi

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsi Təhsil işçilərinin əmək, sosial, iqtisadi hüquqları və qanuni mənafelərinin müdafiəçisidir

Muğam xalqımızın zəngin musiqi mədəniyyətini, milli ruhunu və əsrlərdən süzülüb gələn mənəvi yaddaşını yaşadan böyük sən...
26/08/2026

Muğam xalqımızın zəngin musiqi mədəniyyətini, milli ruhunu və əsrlərdən süzülüb gələn mənəvi yaddaşını yaşadan böyük sənət xəzinəsidir.

26 avqust Laçın Şəhəri Günüdür.Laçının doğma sakinlərinə qovuşması, şəhərin sürətlə yenilənməsi və quruculuq işləri Azər...
26/08/2026

26 avqust Laçın Şəhəri Günüdür.

Laçının doğma sakinlərinə qovuşması, şəhərin sürətlə yenilənməsi və quruculuq işləri Azərbaycanın Böyük Qayıdış strategiyasının parlaq nümunələrindən birini formalaşdırır.

Tələbə adını qazanan bütün gənclərimizi ürəkdən təbrik edirik!Tələbəlik illərinizin uğurlu və yaddaqalan keçməsini arzul...
25/08/2026

Tələbə adını qazanan bütün gənclərimizi ürəkdən təbrik edirik!

Tələbəlik illərinizin uğurlu və yaddaqalan keçməsini arzulayırıq!

24/08/2026
Komitənin dəstəyi ilə Şəkidə intellektual bilik yarışı keçirilib- - - - - Avqustun 11-də Şəki-Zaqatala Regional Təhsil İ...
11/08/2026

Komitənin dəstəyi ilə Şəkidə intellektual bilik yarışı keçirilib
- - - - -
Avqustun 11-də Şəki-Zaqatala Regional Təhsil İdarəsinin və ETİHİ Şəki Şəhər Komitəsinin dəstəyi, Təhsil Oyunları Platformasının təşkilatçılığı ilə intellektual bilik yarışı keçirilib.

Şəki şəhər Rasim Ocaqov adına Uşaq-Gənclər İnkişaf Mərkəzində təşkil olunan yarışda təhsil işçilərindən, eləcə də müxtəlif dövlət və özəl qurumlarda çalışan gənclərdən ibarət komandalar iştirak ediblər.

Bilik yarışı Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

12 komandanın mübarizə apardığı yarışın nəticələrinə əsasən, müəllimlərdən ibarət “Maestro” komandası I yerə, Şəki şəhər 8 nömrəli tam orta məktəbinin müəllim və şagirdlərindən ibarət “Ares” komandası II yerə, Şəki şəhər 18 nömrəli tam orta məktəbin “Çələbi Xan” komandası isə III yerə layiq görülüb.

Qalib komandalara diplom və hədiyyələr təqdim olunub.

Qeyd edək ki, bilik yarışının keçirilməsində məqsəd təhsil işçilərinin və gənclərin intellektual dünyagörüşünün inkişaf etdirilməsi, müxtəlif dövlət və özəl qurumlarda çalışan gənclər arasında sosial əlaqələrin və əməkdaşlığın gücləndirilməsi, həmçinin onların asudə vaxtlarının səmərəli təşkilinə dəstək göstərilməsidir.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsi-nin  dəstəyi  ilə Şəki şəhər M.F.Axundov adına  2 nömrəli ...
10/08/2026

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsi-nin dəstəyi ilə Şəki şəhər M.F.Axundov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin kollektivi Zaqatala rayonuna səfər edib.

Səfərin məqsədi ittifaq üzvlərinin asudə vaxtının səmərəli təşkili, onların istirahətinin təmin olunması, eləcə də ölkəmizin tarixi-mədəni irsi və füsunkar təbiəti ilə yaxından tanış olmaları olub. Səfər iştirakçıları Zaqatala rayonunun görməli yerlərini ziyarət edib, rayonun zəngin təbiəti və tarixi haqqında ətraflı məlumat əldə ediblər.

Sonda məktəb kollektivi göstərilən diqqət və qayğıya, görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsinin rəhbərliyinə və səfərin təşkilində əməyi olan hər kəsə öz minnətdarlıqlarını bildiriblər.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin tabeliyində fəaliyyət göstərən Təhsil İstirahət Mərkəzi...
07/08/2026

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin tabeliyində fəaliyyət göstərən Təhsil İstirahət Mərkəzində istirahət edən həmkarlar ittifaqı üzvləri – müəllimlərlə Milli Məclisin deputatları, Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov, İnsan hüquqları komitəsinin və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov görüş keçiriblər.

Ətraflı linkdə: https://etihi.org/xeberler/milli-meclisin-deputatlari-tehsil-stirahet-merkezinde-muellimlerle-gorusubler

Address

Zərifə Əliyeva Küçəsi 86
Sheki
AZ5500

Alerts

Be the first to know and let us send you an email when Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share