Şəki rayonu Orta Zəyzid kənd 2 nömrəli tam orta məktəbi

Şəki rayonu Orta Zəyzid kənd 2 nömrəli tam orta məktəbi Şəki rayon Orta Zəyzid kənd Ə.Məmmədov adına 2 nömrəli tam orta məktəbi 1999-cu ildən fəaliyyət göstərir

🥋 Daha bir qürurverici uğur!16 avqust 2026-cı il tarixində Ağdaş rayonunda Şəki, Gəncə, Ağdaş və Göyçay karate məktəblər...
18/08/2026

🥋 Daha bir qürurverici uğur!

16 avqust 2026-cı il tarixində Ağdaş rayonunda Şəki, Gəncə, Ağdaş və Göyçay karate məktəbləri arasında yoldaşlıq görüşü keçirilib.

10–11 yaşlı idmançılar arasında mübarizə aparan Məmmədli Uğur bütün rəqibləri üzərində qələbə qazanaraq I yerə layiq görülüb və çempion olub!

Uğuru münasibətilə Uğuru, ailəsini və məşqçilərini təbrik edir, ona gələcək yarışlarda yeni qələbələr arzulayırıq!

Uğurların davamlı olsun, Uğur!

17/07/2026

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycan ilə Slovakiya arasında münasibətlər son illərdə məzmun və intensivlik baxımından yeni inkişaf mərhələsinə qədəm qoyub. Siyasi dialoqun fəallaşması, iqtisadi və enerji əməkdaşlığının genişlənməsi, müdafiə sənayesi, nəqliyyat, humanitar sahələrdə yeni istiqamətlərin formalaşması, eləcə də Qarabağın bərpasında birgə layihələrin həyata keçirilməsi Bakı ilə Bratislava arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
İkitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlər mühüm rol oynayıb.
Azərbaycan və Slovakiya beynəlxalq platformalarda ortaq maraq doğuran məsələlər üzrə dialoqu davam etdirir, regional və qlobal çağırışlarla bağlı mövqelərini əlaqələndirirlər. Parlament diplomatiyası da əməkdaşlığın mühüm istiqamətlərindən biridir.
Bu günədək iki ölkə arasında müxtəlif sahələri əhatə edən 19 sənəd imzalanıb. Xüsusilə 2021-ci ildə imzalanan iqtisadi əməkdaşlıq haqqında hökumətlərarası saziş və onun əsasında yaradılan Birgə İşçi Qrupu sənaye, kənd təsərrüfatı, logistika, innovasiya və investisiya istiqamətlərində yeni layihələrin həyata keçirilməsi üçün institusional mexanizm formalaşdırıb.
Enerji sahəsi Azərbaycan–Slovakiya əməkdaşlığının strateji istiqamətlərindən biri kimi xüsusi əhəmiyyət daşıyır.

17/07/2026

Slovakiya Qarabağın bərpasında fəal iştirak edir

Dostluq və etimad prinsiplərinə əsaslanan Azərbaycan və Slovakiya münasibətləri son illərdə sürətlə yüksələn strateji tərəfdaşlıq mərhələsinə qədəm qoyub. Qarabağın bərpası Azərbaycan–Slovakiya əməkdaşlığına yeni məzmun qazandıran istiqamətlərdəndir. Slovakiya şirkətləri işğaldan azad edilmiş Ağdam rayonunun Baş Qərvənd kəndində "Ağıllı kənd" konsepsiyası çərçivəsində həyata keçirilən layihələrdə fəal iştirak edirlər. 2025-ci ilin sentyabrında bu ölkənin "Concago j.s.a." şirkəti və onun yerli tərəfdaşı "IMA ENERGY" MMC tərəfindən fərdi yaşayış evlərinin tikintisinə dair müqavilə imzalanıb və layihənin icrasına başlanılıb. Bu əməkdaşlıq Avropa texnologiyalarının və innovativ həllərin Qarabağın yenidən qurulmasına cəlb edilməsinin uğurlu nümunəsidir.

Məktəbimizin fiziki tərbiyə müəllimi Rzayeva Rəvanə "Təhsilverənlərin Sertifikatlaşdırılması imtahanı"nda 39 bal toplaya...
28/06/2026

Məktəbimizin fiziki tərbiyə müəllimi Rzayeva Rəvanə "Təhsilverənlərin Sertifikatlaşdırılması imtahanı"nda 39 bal toplayaraq uğurlu nəticə əldə etmişdir.

Müəllimimizi əldə etdiyi yüksək nailiyyət münasibətilə səmimi-qəlbdən təbrik edir,gələcək işlərində daim müvəffəqiyyət qazanmasını arzulayırıq.

Uğurlarınız davamlı olsun!

Məktəbimizin adları aşağıda qeyd edilən müəllimləri Təhsilverənlərin Sertifikatlaşdırılması imtahanında uğurlu nəticə əl...
18/06/2026

Məktəbimizin adları aşağıda qeyd edilən müəllimləri Təhsilverənlərin Sertifikatlaşdırılması imtahanında uğurlu nəticə əldə etmişdir.
Əhmədova Yaqut Əhməd qızı-Musiqi fənni-55 bal
Mehdiyeva Gülnur İskəndər qızı-Təsviri incəsənət müəllimi-37 bal

Müəllimlərimizi əldə etdikləri yüksək nailiyyət münasibətilə səmimi-qəlbdən təbrik edir, onlara peşə fəaliyyətlərində yeni uğurlara imza atmalarını,gələcək işlərində daim müvəffəqiyyət qazanmalarını arzulayırıq.

Uğurlarınız davamlı olsun!

15/06/2026

Milli iradənin zəfərini təcəssüm etdirən Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edirik.

🔔 SON ZƏNG – 2026 🔔Məktəbimizdə 2025–2026-cı tədris ilinin başa çatması münasibətilə "Son Zəng" tədbiri keçirildi.Tədbir...
14/06/2026

🔔 SON ZƏNG – 2026 🔔

Məktəbimizdə 2025–2026-cı tədris ilinin başa çatması münasibətilə "Son Zəng" tədbiri keçirildi.

Tədbirdə məktəbin pedaqoji kollektivi, valideynlər, kənd ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri, eləcə də uzun illər təhsil sahəsində çalışaraq gənc nəslin yetişməsinə töhfə vermiş təqaüdçü müəllimlər iştirak etdilər.

XI sinif məzunlarının sinif rəhbəri Aytən İbrahimxəlilova çıxış edərək şagirdlərinə gələcək həyatlarında uğurlar arzuladı, məktəb illərinin dəyərini və müəllim əməyinin əhəmiyyətini vurğuladı.

Tədbir zamanı tədris ili ərzində müxtəlif fənn müsabiqələrində, idman yarışlarında, layihələrdə və ictimai tədbirlərdə fərqlənən şagirdlər, eləcə də yüksək nailiyyətlər göstərən siniflər məktəb rəhbərliyi tərəfindən fəxri fərman və təşəkkürnamələrlə təltif olundular.

Məzunlarımızın hazırladıqları bədii kompozisiyalar, şeirlər və musiqi nömrələri tədbirə xüsusi rəng qatdı. Son zəngin sədaları altında məktəb illəri ilə vidalaşan məzunlarımız üçün bu gün həm sevinc, həm də kövrək duyğularla yadda qaldı.

Əziz məzunlar! Qarşıda sizi yeni yollar, yeni hədəflər və yeni uğurlar gözləyir. İnanırıq ki, məktəbimizdə qazandığınız bilik və dəyərlər gələcək həyatınızda sizə daim yol göstərəcək. Hər birinizə sağlam, xoşbəxt və uğurlu gələcək arzulayırıq.

🔔 Son zənginiz mübarək olsun!

Voleybol aylığı çərçivəsində məktəbimizdə siniflərarası voleybol yarışı uğurla keçirildi.Tədbir Rzayeva Rəvanə müəllimən...
10/06/2026

Voleybol aylığı çərçivəsində məktəbimizdə siniflərarası voleybol yarışı uğurla keçirildi.

Tədbir Rzayeva Rəvanə müəllimənin təşkilatçılığı ilə yüksək səviyyədə təşkil olundu və şagirdlər arasında sağlam rəqabət mühiti formalaşdırıldı.

Gərgin və maraqlı keçən oyunların yekununda X sinif qalib adını qazandı.

Bütün iştirakçıları təbrik edir, qalib komandaya uğurlarının davamını arzulayırıq.


"Təbiəti qoruyaq və təmiz dünya yaradaq" dərnəyinin üzvləri "5 iyun_Ətraf mühiti mühafizə günü" münasibətilə 5- ci sinif...
05/06/2026

"Təbiəti qoruyaq və təmiz dünya yaradaq" dərnəyinin üzvləri "5 iyun_Ətraf mühiti mühafizə günü" münasibətilə 5- ci sinif şagirdlərinə maarifləndirici məlumat verdilər.V sinif şagirdləri də öz növbəsində öyrəndikləri bilikləri esse və rəsm şəklində nümayiş etdirdilər.


🇦🇿 Milli-mənəvi dəyərlərimiz gələcəyimizin ən möhkəm təməlidir!04.06.2026-cı il tarixində məktəbimizin Hərbi Hazırlıq Rə...
04/06/2026

🇦🇿 Milli-mənəvi dəyərlərimiz gələcəyimizin ən möhkəm təməlidir!

04.06.2026-cı il tarixində məktəbimizin Hərbi Hazırlıq Rəhbəri Rüstəm İbadullayev tərəfindən şagirdlər üçün “Milli-mənəvi dəyərlər” mövzusunda maarifləndirici dərs keçirildi.

Dərs zamanı şagirdlərə xalqımızın zəngin tarixi-mədəni irsi, milli adət-ənənələrimiz, vətənpərvərlik hissinin formalaşdırılması, milli kimliyimizin qorunması və mənəvi dəyərlərimizin gələcək nəsillərə ötürülməsinin əhəmiyyəti barədə ətraflı məlumat verildi. Mövzu ətrafında aparılan müzakirələr şagirdlərin böyük marağına səbəb oldu.

Bu cür maarifləndirici tədbirlərin keçirilməsi gənc nəslin milli ruhda formalaşmasına, Vətənə, dövlətə və xalqın mənəvi irsinə bağlılığının daha da güclənməsinə xidmət edir.

Address

Sheki

Opening Hours

Monday 08:00 - 05:05
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00

Telephone

+994506915245

Alerts

Be the first to know and let us send you an email when Şəki rayonu Orta Zəyzid kənd 2 nömrəli tam orta məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Şəki rayonu Orta Zəyzid kənd 2 nömrəli tam orta məktəbi:

Shortcuts

Share

Category