Vafa Kahraman ICF & Adler Certified Professional Coach, teacher trainer

  • Home
  • Azerbaijan
  • Sheki
  • Vafa Kahraman ICF & Adler Certified Professional Coach, teacher trainer

Vafa Kahraman ICF & Adler Certified Professional Coach, teacher trainer Coach, trainer, storyteller�

08/06/2026
Bətnində Nuh gəzdirən qadın,Doğuş sancıları çox yaxın.Yığar gəmisinə bir-bir.Tədarükü nə nifrət, kindir.Yelkənləri qaldı...
21/05/2026

Bətnində Nuh gəzdirən qadın,
Doğuş sancıları çox yaxın.
Yığar gəmisinə bir-bir.
Tədarükü nə nifrət, kindir.
Yelkənləri qaldırmadan,
Üzər həzin-həzin, gizlin.
Sahildə səbirsiz liman,
Yolun gözlər, arzusu çindir.
Nuh diləkdir.
Qadın ruhdur.
Liman bədən.
Gəminin ucu sahilə toxunar anidən.
Dəmir atar-
Ruh bədənə,
Dilək dərgaha qovuşar.
Bir tablonu canlandıran,
Rənglər aradan sovuşar.

Yeni günəş, yeni səma
Gələr bir varlıq dünyaya!

VK🌻

22 May, 2023

📍 Ağ Şəhər ( yer elan ediləcək)📅 15 May🕔 19:00📲 Əlaqə: 0707778848 (Ad soyadınızı qeyd edin)
11/05/2026

📍 Ağ Şəhər ( yer elan ediləcək)
📅 15 May
🕔 19:00
📲 Əlaqə: 0707778848 (Ad soyadınızı qeyd edin)

20/04/2026
Nepaldan söz düşmüşkən, orada fərqli təqvim istifadə olunur, hazırda 2082-ci ildir. Demək, mən orada olanda 2081-ci il i...
15/04/2026

Nepaldan söz düşmüşkən, orada fərqli təqvim istifadə olunur, hazırda 2082-ci ildir. Demək, mən orada olanda 2081-ci il idi. Bu çox maraqlıdır. Saatları da fərqlidir , bizdən 1 saat 45 dəqiqə irəlidədir. Nepal həqiqətən fərqli bir dünyadır.

Keçən il bu günləri xatırladım…

Şəvval orucunun son günlərindən biri qalmışdı və mən onu qaçırmaq istəmirdim. Şəvval orucu mənim üçün ən əziz hədiyyələrdən biridir. Belə bir hədiyyəni könül qapımın arxasında qoya bilməzdim.

Amma qarşıda Everest yolu var idi çətin, tələbkar və riskli. O şəraitdə oruc tutmaq, qidalanmamaq əlavə enerji itkisi demək idi. Bərpası çətin , həm də təhlükəli ola bilərdi.

İlk gün düşündüm. İkinci gün yenə ölçüb-biçdim.
Üçüncü gün artıq bələdçimdən soruşdum: növbəti gün yol nə qədər davam edəcək, nə qədər çətin olacaq?

Cavab belə oldu: indiyə qədər gəldiyin iki gün qədər yol və çətinlik. Məhz o an qərarımı verdim ki, Şəvvalın son orucunu Everest yolunda tutum.

O gün oruclu idim. Bütün yolu dua ilə keçdim. Qəlbim sakit idi. Harada olduğumu, niyə bu yolda olduğumu bir daha düşündüm. Axşam isə… dağlardan süzülüb gələn su ilə və kiçik bir peçenye ilə iftarımı açdım. Bəlkə də həyatımın ən dadlı, ən mənalı iftarı idi.

Yadımdadır, çox kövrəlmişdim. Göz yaşlarımı saxlaya bilmirdim. Amma bu, sevinc göz yaşları idi. Çünki bu mənə öz yolumda, öz missiyamda, o zirvəyə gedən yolda şükr edərək oruc tutmaq qismət olmuşdu.

Bu gün, bu ilin son Şəvval orucunu tutarkən, həmin anlar yenidən canlandı. Həm o xatirəni, həm də o duyğuları sizinlə bölüşmək istədim.

Şükürlər olsun.🙏

Bu Şəvval ilə də belə sevgi ilə sağollaşdım.🙂‍↔️

Xoş gəldin 45❤️
25/03/2026

Xoş gəldin 45❤️

Address

Sheki

Website

Alerts

Be the first to know and let us send you an email when Vafa Kahraman ICF & Adler Certified Professional Coach, teacher trainer posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Vafa Kahraman ICF & Adler Certified Professional Coach, teacher trainer:

Shortcuts

Share