21/08/2026
İnzibati-təsərrüfat və tədris-köməkçi vəzifələr üzrə işə qəbul müsabiqəsinə start verilir 📢
🏫 Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində vakant olan inzibati-təsərrüfat və tədris-köməkçi vəzifələr üzrə işə qəbul müsabiqəsinə start verilir.
📌 Müsabiqə aşağıdakı vəzifələri əhatə edir:
🔹 Təsərrüfat işləri üzrə direktor müavini
🔹 Təsərrüfat müdiri
🔹 Uşaq birliyi təşkilatı rəhbəri
🔹 Kitabxana müdiri
🔹 Kitabxanaçı
🔹 Çağırışaqədərki hazırlıq rəhbəri
🔹 Psixoloq
🔹 Laborant
🔹 Katibə
📝 Müsabiqə 2 mərhələdən ibarətdir:
1️⃣ Sənəd qəbulu
2️⃣ Test imtahanı
👤 Namizədlər elan olunmuş vakant vəzifələrdən yalnız biri üzrə qeydiyyatdan keçə bilərlər.
📅 Qeydiyyat: 21–28 avqust 2026-cı il
⏰ Saat: 09:00–18:00
🍽️ Nahar fasiləsi: 13:00–14:00
📍 Qeydiyyat rayon təhsil sektorlarında həftənin iş günlərində aparılır.
💻 Test imtahanında 60 sual təqdim olunacaq:
📚 Vəzifə bilikləri – 30 sual
⚖️ Qanunvericilik – 15 sual
💻 İnformasiya-kommunikasiya texnologiyaları – 15 sual
⏱️ Test üçün 120 dəqiqə vaxt veriləcək.
✅ 30 və daha yüksək bal toplayan namizədlər imtahandan uğurla keçmiş hesab olunacaqlar.
❌ Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərməyəcək.
🏆 İmtahandan uğurla keçən namizədlər topladıqları bala əsasən vakant vəzifələrə yerləşdiriləcəklər.
📌 Eyni bal toplayan namizədlər arasında üstünlük aşağıdakı ardıcıllıqla müəyyən ediləcək:
🔸 Müharibə iştirakçıları və onların ailə üzvləri
🔸 Təhsil səviyyəsi daha yüksək olan şəxslər
🔸 İş stajı daha çox olan şəxslər
🔸 Müəssisəyə daha yaxın ərazidə yaşayan şəxslər
📋 Müsabiqədən uğurla keçib vakant vəzifəyə yerləşdirilməyən namizədlər cari tədris ilinin sonunadək ehtiyat kadr kimi saxlanılacaq.
⭐ Şəhid ailəsi üzvlərinin inzibati-təsərrüfat və tədris-köməkçi vəzifələrə işə qəbulu müvafiq tələblərə uyğunluğu yoxlanılmaqla müsabiqədənkənar qaydada həyata keçirilir.
📄 Qeydiyyat zamanı tələb olunan sənədlər:
🔹 Şəxsiyyət vəsiqəsinin surəti
🔹 Təhsil haqqında sənədin surəti
🔹 Əmək kitabçasının surəti (olduğu halda)
🔹 Əlavə sənədlər – sertifikat, diplom və s. (istəyə bağlı)
🎖️ Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsinə müraciət edən namizədlər hərbi biletin surətini də təqdim etməlidirlər.
⚠️ İxtisas tələbi müəyyən edilmiş vəzifələr üzrə yalnız müvafiq tələblərə cavab verən namizədlərin rayon təhsil sektorlarına yaxınlaşaraq qeydiyyatdan keçməsi tələb olunur.
📱 Test imtahanının tarixi və yeri barədə məlumat namizədlərin qeydiyyat zamanı təqdim etdikləri mobil telefon nömrələrinə SMS vasitəsilə göndəriləcək. Məlumat, həmçinin, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin rəsmi “Facebook” səhifəsində paylaşılacaq.
📌 Müsabiqənin nəticələrindən narazı qalan namizədlər nəticələr elan edildikdən sonra 3 iş günü müddətində rayon təhsil sektoruna yaxınlaşaraq apellyasiya müraciəti edə bilərlər.
🔗 Vakant vəzifələr və test imtahanı proqramı ilə tanış olmaq üçün:
https://drive.google.com/drive/folders/1IdgtztQHnYrtgzPbrV65f5aqFur7hbRT?usp=sharing