Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki Filialı

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki Filialı www.sheki-adpu.az
[email protected]
Tel: +994242460665
Azərbaycan Respublikası, Şəki şəhəri, M. Ə. Rəsulzadə 305

Azərbaycan Dövlət Pedaqoji Universitetində  Prezident təqaüdçüsü, Əməkdar müəllim, Azərbaycan Dövlət Pedaqoji Universite...
06/11/2025

Azərbaycan Dövlət Pedaqoji Universitetində Prezident təqaüdçüsü, Əməkdar müəllim, Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, şair, ictimai xadim, filologiya elmləri doktoru, professor Mahirə Nağı qızı Hüseynovanın 65 illik yubileyi qeyd olunub.
ADPU-nun Şəki filialının kollektivi olaraq dəyərli professorumuzu bu əlamətdar yubiley münasibətilə səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və yeni yaradıcılıq uğurları arzulayırıq.

İyunun 11-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Dövlət Komitəsinin Şəki regional bölməsin...
11/06/2025

İyunun 11-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Dövlət Komitəsinin Şəki regional bölməsinin təşkilatçılığı ilə “Dində sosial ədalət və bərabərlik prinsipi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Şəki regional bölməsinin məsləhətçisi Minarə Məmmədhüseynova, ADPU-nun Şəki filialının Karyera mərkəzinin müdiri Xuraman Həmidova, Humanitar fənlər kafedrasının baş müəllimi Tahir Məhərrəmov və tələbələr iştirak ediblər.
Çıxışlar zamanı bərabərlik və ədalət anlayışının dini zəmində mahiyyətindən bəhs olunub. Eyni zamanda natiqlər öz çıxışlarında Azərbaycan dövlətinin dünyəvi bir dövlət olmasına baxmayaraq, islam dininin cəmiyyətimiz üçün bir ideologiya olmasını qeyd ediblər. Həmin ideologiyaya görə isə insanlar sahib olduqları dini inancdan, milli və irqi kimlikdən asılı olmayaraq, hər kəslə eyni ədalətə və bərabərlik prinsipinə sahibdirlər. Çıxışlar zamanı tolerant və multikultural bir dövlət olan Azərbaycanda bərabərlik və ədalət prinsipinin günümüzə qədər öz əhəmiyyətini qoruyub saxlamasına, digər din nümayəndələri ilə sıx dostluq əlaqələrinin qurulmasına, ibadətlərini yerinə yetirə bilməsinə münbit şərait yaradılmasının və aparılan maarifləndirmə işlərinin təsirinin böyük olması vurğulanıb.

İyunun 10-da Şəkidə çağdaş Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin Şəki bölməsini...
11/06/2025

İyunun 10-da Şəkidə çağdaş Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin Şəki bölməsinin sədri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin baş müəllimi, şair-publisist Vaqif Aslanın anadan olmasının 75 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.
Şəki şəhər Heydər Əliyev Mərkəzində keçirilən yubiley tədbirində Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatları, AR Mədəniyyət Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndələri, Azərbaycan Yazıçılar Birliyinin üzvləri, ziyalılar, şəhər ictimaiyyətinin nümayəndələri, tələbələr iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə şairin kitablarından ibarət sərgi ilə tanış olublar.
Yubiley tədbirində qonaqları və tədbir iştirakçılarını salamlayan Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Şəkinin görkəmli şəxsiyyətləri, istedadlı insanları ilə Azərbaycanın mədəniyyət, incəsənət, ədəbiyyat tarixində önəmli rol oynadığını, belə şəxslərdən birinin də məhsuldar və istedadlı qələm ustası Vaqif Aslan olduğunu bildirib. Vaqif Aslanın şairliyi ilə yanaşı, dramaturq, tədqiqatçı və tərcüməçi kimi də tanındığını qeyd edən icra başçısı onu yubileyi münasibətilə şəhər ictimaiyyətinin adından təbrik edib, yeni yaradıcılıq uğurları arzulayıb.
Tədbirdə Milli Məclisin deputatları Cavanşir Feyziyev, Əli Məsimli, AR Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri Fariz Yunisli, AMEA-nın şöbə müdiri, filologiya elmləri doktoru Asif Rüstəmli, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair İbrahim İlyaslı, BDU-nun professoru Allahverdi Məmmədli, filologiya elmləri doktoru, şair İslam Sadıq, fizika üzrə fəlsəfə doktoru, şair Fikrət Əsgərov, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, ADPU-nun Şəki filialının direktoru, dosent Vurğun Məmmədov, Azərbaycan Yazıçılar birliyinin əməkdaşı Taleh Mansur çıxış edərək Vaqif Aslana yubiley təbriklərini çatdırıb, şairin yaradıcılığını, pedaqoji fəaliyyətini yüksək dəyərləndirib, onun haqqında səmimi ürək sözlərini, xatirələrini bölüşüblər, həmçinin şairin 75 illik yubileyi münasibətilə hazırlanmış “Ruhlarla danışan adam” adlı kitab haqqında məlumat verilib.
75 illik yubileyi münasibətilə şair-publisist Vaqif Aslana Şəki Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanı və xatirə hədiyyəsi, həmçinin Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın yubilyara ünvanladığı təbrik məktubu, çıxış edənlər tərəfindən muxtəlif mukafatlar və xatirə hədiyyələri təqdim edilib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında əməkdaşların peşəkar inkişafının dəstəklənməsi məqsədilə ingi...
10/06/2025

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında əməkdaşların peşəkar inkişafının dəstəklənməsi məqsədilə ingilis dili üzrə 6 həftəlik təlim proqramına start verilib. Təlimlərin təşkili filial əməkdaşları arasında aparılmış ehtiyacların müəyyənləşdirilməsi üzrə sorğunun nəticələrinə əsaslanır.
Təlimlər Keyfiyyətin təminatı şöbəsinin təşəbbüsü və Dillər və onların tədrisi texnologiyası kafedrasının təşkilatçılığı ilə həyata keçirilir. Proqramın məqsədi filial əməkdaşlarının xarici dil bacarıqlarını inkişaf etdirmək, eləcə də beynəlxalq elmi-akademik mühitə inteqrasiyanı təşviq etməkdir.
Qeydiyyatdan keçmiş iştirakçılar təlimə başlamazdan əvvəl pre-test (səviyyə testi) mərhələsində iştirak edərək 50 sualdan ibarət testə cavab veriblər. Test nəticələrinə əsasən 20-dən çox düzgün cavab vermiş 24 əməkdaş ilkin mərhələdə təlimlərə cəlb olunub. Səviyyə göstəriciləri nisbətən aşağı olan əməkdaşlar üçün isə yeni tədris ilinin əvvəlində əlavə 6 həftəlik təlimlərin təşkili planlaşdırılır.
Təlimləri Dillər və onların tədrisi texnologiyası kafedranın TKT, CELTA, IELTS, TESOL kimi beynəlxalq sertifikatlara malik təcrübəli müəllim heyəti aparır. Təlim proqramının sonunda iştirakçılara və təlimçilərə sertifikatların təqdim olunması nəzərdə tutulur.
Bu təşəbbüsün ADPU-nun Şəki filialında beynəlmiləlləşmə siyasətinin və keyfiyyətin təminatı mexanizmlərinin tərkib hissəsi kimi, tədris və idarəetmədə dil kompetensiyalarının artırılmasına mühüm töhfə verəcəyi gözlənilir.

Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı ağır itki ilə üzləşdi - yüksək nüfuzu və mənəvi dəyərləri...
05/06/2025

Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı ağır itki ilə üzləşdi - yüksək nüfuzu və mənəvi dəyərləri ilə seçilən görkəmli bir ziyalısını itirdi. Filialımızın dəyərli əməkdaşı, yüksək intellekti, peşəkarlığı və nümunəvi insani keyfiyyətləri ilə seçilən, səmərəli fəaliyyəti ilə pedaqoji kollektivin dərin rəğbətini qazanmış, hörmətli pedaqoq, İnformasiya-Kommunikasiya Texnologiyaları şöbəsinin müdiri Gülnara Abdurahmanova vəfat etdi. Gülnara Abdurahmanova 1961-ci ilin 11 iyun tarixində anadan olmuş, həyatının böyük bir hissəsini təhsilə, elmə və gələcək nəslin formalaşmasına həsr etmişdir. O, 30 ildən artıq müddətdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında çalışaraq, bu ali təhsil ocağının inkişafında və texnoloji imkanlarının genişləndirilməsində əvəzsiz rol oynamışdır. Onun rəhbərliyi ilə filialda informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində mühüm yeniliklər həyata keçirilmiş, tədris və idarəetmə proseslərində müasir yanaşmalar formalaşmışdır.
Təhsil sahəsindəki səmərəli fəaliyyətinə və ictimai nüfuzuna görə Gülnara Abdurahmanova “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuş, eyni zamanda universitetin rəhbərliyi tərəfindən dəfələrlə Fəxri Fərmanlarla təqdir edilmişdir. Bu təltiflər onun əməyinə verilən qiymətin parlaq təzahürü olmuşdur.
Gülnara Abdurahmanova həm də yüksək mədəniyyəti, prinsipiallığı, zəhmətsevərliyi və insani keyfiyyətləri ilə seçilirdi. Həmkarlarının dərin hörmətini, tələbələrin isə sonsuz sevgisini qazanmışdı. O, sadəcə bir mütəxəssis deyil, eyni zamanda ali təhsilin inkişafına töhfə verən, şəxsiyyəti ilə ətrafına örnək olan əsl ziyalı idi.
Onun itkisi təkcə bir kollektivin deyil, bütün pedaqoji ictimaiyyətin, onu tanıyan və sevən hər kəsin ürəyində dərin kədər doğurur.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının kollektivi adından mərhumun ailəsinə, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Onun parlaq xatirəsi yaddaşlarda daim yaşayacaq, gərəkli və şərəfli ömür yolu gələcək nəsillərə örnək olacaqdır.
Ruhu şad, məkanı cənnət olsun.

03/06/2025

İyunun 2-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında təntənəli “Məzun günü” tədbiri keçirilib. Karyera Mərkəzinin müdiri Xuraman Həmidova və Tələbə Həmkarlar İttifaqının sədri, Təbiət fənləri və onların tədrisi texnologiyası kafedras....

03/06/2025

İyunun 2-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında əməkdaşlar arasında ingilis dili biliklərinin səviyyəsini müəyyənləşdirmək və növbəti mərhələdə onları dil kurslarına cəlb etmək məqsədilə səviyyə testi təşkil olunub. Səviyyə testi...

30/05/2025

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında bir müddət əvvəl təşkil olunmuş "Sənətçi ruhum" adlı sərgi-müsabiqə uğurla yekunlaşıb. Ümumelmi fənlər kafedrasının müəllimi Vüsalə Qaragözovanın təşəbbüsü ilə təşkil olunan sərgidə "İbtida...

30/05/2025

Mayın 29-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Keyfiyyət komissiyasının növbəti iclası baş tutub. İclasın sədri tədris işləri üzrə direktor müavini dos. Gülarə Abdullayeva gündəlikdə duran məsələləri diqqətə çatdırıb. İclasda üç ...

Türk dünyasının böyük şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi ilə əlaqədar Şəkiyə gəlmiş  Milli ...
20/05/2025

Türk dünyasının böyük şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi ilə əlaqədar Şəkiyə gəlmiş Milli Məclisin deputatı, Mahmud Kaşğari adına Beynəlxalq Fondun prezidenti Cavanşir Feyziyev, türkdilli ölkələrin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatların rəhbərləri, Şəki Şəhər İcra Hakimiyyətinin rəsmiləri, elm adamları, ziyalılar may ayının 19-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında olublar. Qonaqların ADPU-nun Şəki filialının professor-müəllim heyəti və tələbələri ilə görüşü keçirilib. Görüşdə millət vəkili Cavanşir Feyziyev, Qazaxıstan, Türkmənistan, Qırğızıstanın Azərbaycandakı səfirləri, AMEA-nın Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli, Azərbaycan Yazıçılar Birliyinin Şəki bölməsinin sədri, ADPU-nun Şəki filialının baş müəllimi Vaqif Aslan, filialın əməkdaşları – t.ü.f.d., b.m. Vüsal Baxışov, b.m. Həbibulla Manaflı və b. çıxış edərək Xalq şairi Bəxtiyar Vahabzadənin yaradıcılığından, onun ana dilimizin inkisafına verdiyi töhfələrdən, Azərbaycan söz sənətinin inkişafındakı xidmətlərindən danışıblar. Qeyd olunub ki, Bəxtiyar Vahabzadə nəinki Azərbaycanın, eləcə də bütün türk dünyasının ən qüdrətli söz ustalarından biri olub. Onun əsərləri Azərbaycanda olduğu kimi, Türkiyədə də, türkdilli ölkələrdə də sevilir.
Görüş zamanı türkdilli ölkələr arasında əməkdaşlığın inkişafı məsələlərinə toxunulub.
Sonda qonaqlar iştirakçıları maraqlandıran sualları cavablandırıblar.

"Konstitusiya və Suverenlik ili" ilə bağlı Şəki Apelyasiya Məhkəməsində «Açıq Qapı» günləri elan edilib. Bu məqsədlə may...
19/05/2025

"Konstitusiya və Suverenlik ili" ilə bağlı Şəki Apelyasiya Məhkəməsində «Açıq Qapı» günləri elan edilib. Bu məqsədlə mayın 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının 25 tələbəsi və müəllimləri Şəki şəhər Məhkəmə kompleksində hazırda davam edən “Açıq Qapı” günlərində iştirak edib. Öncə filialın fmüəllim və tələbələri üçün müasir standartlara cavab verən Şəki Məhkəmə Kompleksi ilə tanışlıq gəzintisi təşkil edilib. Sonra məhkəmənin rəyasət heyətinin zalında hakimlərlə görüş keçirilib. Hakimlər ölkəmizdə həyata keçirilən köklü məhkəmə-hüquq islahatları nəticəsində əldə olunmuş nailiyyətlərdən bəhs edərək ədalət mühakiməsinin məqsəd və məramına, ayrı-ayrı kateqoriyalı işlər üzrə şəxslərin hüquq və vəzifələrinə, habelə bütövlükdə insan hüquq və azadlıqlarına dair məlumat verib. Görüşdə iştirak edən hakimlər ədalət mühakiməsinin məqsəd və məramı barədə çıxış ediblər. Daha sonra tədbir iştirakçılarının sualları cavablandırılıb. Tədbirin sonunda xatirə şəkilləri çəkilib.

16/05/2025

Mayın 16-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında “SİRR Academy” Təlim Tədris Mərkəzi "Kitabla Bu Gün" adlı görüş keçirib. Filialın Karyera mərkəzinin təşkilatçılığı ilə keçirilən görüşdə “SİRR Academy” Təlim Tədris Mərkəzin...

Address

Azərbaycan Respublikası, Şəki şəhəri, ADPU-nun Şəki Filialı, M. Ə. Rəsulzadə 305
Sheki
5500

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki Filialı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki Filialı:

Shortcuts

Share