Kiş kənd Aydın Məmmədov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbi

  • Home
  • Azerbaijan
  • Sheki
  • Kiş kənd Aydın Məmmədov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbi

Kiş kənd Aydın Məmmədov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kiş kənd Aydın Məmmədov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbi, Education, Sheki.

Zərərli vərdişlərə yox deyək!​Məktəbimizdə şagirdlərin sağlam həyat tərzinə yönləndirilməsi və maarifləndirilməsi məqsəd...
30/04/2026

Zərərli vərdişlərə yox deyək!
​Məktəbimizdə şagirdlərin sağlam həyat tərzinə yönləndirilməsi və maarifləndirilməsi məqsədilə növbəti tədbir keçirilib. 9-cu sinif şagirdləri ilə təşkilatçı Seymur İslamovun tərəfindən baş tutan görüşdə zərərli vərdişlərin insan orqanizminə və sosial həyatına vurduğu ciddi fəsadlar müzakirə olunub.
​Tədbir zamanı yeniyetmələrin asudə vaxtının səmərəli təşkili, fiziki aktivliyin önəmi və iradəli seçim etməyin vacibliyi vurğulanıb. Şagirdləri maraqlandıran suallar cavablandırılıb.
​Gələcəyimizi sağlam təməllər üzərində quraq!
!.

Təbiət dərsləri praktik məşğələlər davam edir. ​Məktəbimizdə şagirdlərin sağlam həyat tərzini mənimsəməsi və təhlükəsiz ...
30/04/2026

Təbiət dərsləri praktik məşğələlər davam edir.
​Məktəbimizdə şagirdlərin sağlam həyat tərzini mənimsəməsi və təhlükəsiz davranış qaydalarına yiyələnməsi məqsədilə praktik məşğələlər davam edir. Növbəti məşğələ Vəfa Xəlilova tərəfindən "Sağlam həyat tərzi sağlam qidalanma" mövzusunda keçirildi. Şagirdlərimiz həm öyrəndilər, həm də faydalı vərdişləri təcrübədən keçirdilər.

29.04.2026-cı il tarixində məktəbimizdə valideyn seminarı təşkil olunmuşdur.      Seminar zamanı şagirdlərin təlim-tərbi...
30/04/2026

29.04.2026-cı il tarixində məktəbimizdə valideyn seminarı təşkil olunmuşdur.
Seminar zamanı şagirdlərin təlim-tərbiyə prosesində valideynlərin rolu, onların övladlarının inkişafına təsiri və məktəb-valideyn əməkdaşlığının əhəmiyyəti barədə geniş müzakirələr aparılmışdır.
Görüş çərçivəsində valideynlərin sualları cavablandırılmış, qarşılıqlı fikir mübadiləsi həyata keçirilmişdir.
Bu cür tədbirlərin keçirilməsi təhsil prosesinin keyfiyyətinin artırılmasına və əməkdaşlığın daha da möhkəmləndirilməsinə xidmət edir.

29 aprel 2026-cı il tarixdə məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Kəmalə Yunusova tərəfindən "Azərbaycan dili ...
29/04/2026

29 aprel 2026-cı il tarixdə məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Kəmalə Yunusova tərəfindən "Azərbaycan dili aylığı" çərçivəsində VI sinifdə Azərbaycan dili fənnindən "İlon Mask - Uğurun sirri" mövzusunda ustad dərs keçirilmişdir.
Dərsdə məktəbin məktəb rəhbərliyi , fənn müəllimləri iştirak etmişdir.

Ümumi təhsil müəssisələrində Həyat bilgisi fənni çərçivəsində sağlam həyat tərzinin təbliği, təhlükəsiz davranış qaydala...
28/04/2026

Ümumi təhsil müəssisələrində Həyat bilgisi fənni çərçivəsində sağlam həyat tərzinin təbliği, təhlükəsiz davranış qaydalarının öyrədilməsi və zərərli vərdişlərdən qorunma bacarıqlarının formalaşdırılması məqsədilə hazırlanmış praktik təlimata əsasən 27.04.2026-cı il tarixdə ibtidai sinif müəllimi Yetər Abdullayeva tərəfindən Həyat bilgisi fənnindən maarifləndirici məşğələ keçirilmişdir. Məqsəd sağlam və təhlükəsiz həyat tərzinin təbliğ edilməsidir.

Milli-mənəvi dəyərlərimiz filmlərdə yaşayır! “Milli-mənəvi dəyərlər” haqqında təlimatın 5.1-ci bəndinə uyğun olaraq, 28 ...
28/04/2026

Milli-mənəvi dəyərlərimiz filmlərdə yaşayır!
“Milli-mənəvi dəyərlər” haqqında təlimatın 5.1-ci bəndinə uyğun olaraq, 28 aprel 2026-cı il tarixində məktəbimizdə təşkilatçı Seymur İslamovun və ibtidai sinif müəllimi Əsmər Feyzullayevanın təşkilatçılığı və 3-cü sinif şagirdlərinin iştirakı ilə Azərbaycan kinematoqrafiyasının şah əsərlərindən olan “Sehirli xalat” filmi nümayiş etdirilib. Filmin nümayişindən sonra şagirdlərlə birlikdə geniş müzakirələr aparılıb. Müzakirə zamanı dövrün tarixi şəraiti, milli xarakter və mərdlik nümunələri, vətənpərvərlik və mənəvi bağlılıq mövzularına toxunulub.
Bu cür tədbirlərin keçirilməsində əsas məqsəd böyüməkdə olan nəslə tariximizi tanıtmaq və onlarda milli ruhu formalaşdırmaqdır.
.

Oxu dəqiqələri davam etdirilir.Məktəbimizin II, V və IX siniflərində təşkil edilən oxu prosesi zamanı şagirdlərin fəallı...
28/04/2026

Oxu dəqiqələri davam etdirilir.
Məktəbimizin II, V və IX siniflərində təşkil edilən oxu prosesi zamanı şagirdlərin fəallığı və kitaba olan marağı xüsusi sevinc doğurdu.
Mütaliə – düşünən, araşdıran və inkişaf edən nəslin formalaşmasının əsas şərtidir.
Oxuyaq, öyrənək və inkişaf edək!

Fiziki tərbiyə fənni üzrə siniflərdə normativlər götürülüb.
28/04/2026

Fiziki tərbiyə fənni üzrə siniflərdə normativlər götürülüb.

Fiziki tərbiyə fənninin tədrisinin keyfiyyətinin artırılması və şagirdlərin fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi m...
28/04/2026

Fiziki tərbiyə fənninin tədrisinin keyfiyyətinin artırılması və şagirdlərin fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə “Fiziki tərbiyə fənni üzrə normativlər” mövzusunda dəyirmi masa keçirilib.
Dəyirmi masa zamanı fiziki tərbiyə fənni üzrə mövcud normativlər, onların tətbiqi mexanizmləri və qiymətləndirmə meyarları ətrafında geniş müzakirələr aparılıb. Müəllim tərəfindən şagirdlərin yaş xüsusiyyətlərinə uyğun olaraq normativlərin düzgün seçilməsi, təhlükəsizlik qaydalarına riayət olunması və sağlam həyat tərzinin təşviqi məsələlərinə xüsusi diqqət çəkilib.

“Tanınmış şəxsiyyətlər təqvimi” – Səttar Bəhlulzadə.Məktəbin təsviri incəsənət müəllimi Mətanət Nəbiyevanın təşkilatçılı...
28/04/2026

“Tanınmış şəxsiyyətlər təqvimi” – Səttar Bəhlulzadə.
Məktəbin təsviri incəsənət müəllimi Mətanət Nəbiyevanın təşkilatçılığı ilə Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, xalq rəssamı Səttar Bəhlulzadəyə həsr olunmuş maarifləndirici dərs keçirildi.
Müəllim Səttar Bəhlulzadənin həyat yolu, zəngin və çoxşaxəli yaradıcılığı haqqında ətraflı məlumat verildi. Rəssamın təbiətə olan dərin sevgisini əks etdirən əsərləri, özünəməxsus rəngkarlıq üslubu, fəlsəfi düşüncə tərzi və sənətə gətirdiyi yeniliklər şagirdlər tərəfindən böyük maraqla qarşılandı. Eyni zamanda Səttar Bəhlulzadənin əsərlərinin milli-mənəvi dəyərlərimizin təbliğindəki rolu, Azərbaycan təbiətinin bənzərsiz gözəlliklərini bədii boyalarla ifadə tərzi vurğulandı. Şagirdlər mövzu ətrafında fəal müzakirələr apararaq fikirlərini bölüşdülər.
Tədbirin əsas məqsədi şagirdlərdə incəsənətə və bədii yaradıcılığa maraq oyatmaq, milli-mədəni irsimizin tanıdılması, estetik zövqün və oxu mədəniyyətinin formalaşdırılmasına töhfə vermək olmuşdur.

Oxu dəqiqələri davam etdirilir.Məktəbimizin IV sinfində oxu prosesi zamanı şagirdlərin fəallığı və kitaba olan marağı xü...
27/04/2026

Oxu dəqiqələri davam etdirilir.
Məktəbimizin IV sinfində oxu prosesi zamanı şagirdlərin fəallığı və kitaba olan marağı xüsusi sevinc doğurdu.
Mütaliə – düşünən, araşdıran və inkişaf edən nəslin formalaşmasının əsas şərtidir. 📖
Oxuyaq, öyrənək və inkişaf edək!

Oxu dəqiqələri davam etdirilir.Məktəbimizin VII sinfində oxu prosesi zamanı şagirdlərin fəallığı və kitaba olan marağı x...
27/04/2026

Oxu dəqiqələri davam etdirilir.
Məktəbimizin VII sinfində oxu prosesi zamanı şagirdlərin fəallığı və kitaba olan marağı xüsusi sevinc doğurdu.
Mütaliə – düşünən, araşdıran və inkişaf edən nəslin formalaşmasının əsas şərtidir. 📖
Oxuyaq, öyrənək və inkişaf edək!

Address

Sheki

Alerts

Be the first to know and let us send you an email when Kiş kənd Aydın Məmmədov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Kiş kənd Aydın Məmmədov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbi:

Share

Category