Şəki rayonu Ə.Namazov adına Şəki kənd tam orta məktəbi

Şəki rayonu Ə.Namazov  adına Şəki kənd tam orta məktəbi Средняя школа

Şagirdlərimizin ali məktəblərə qəbul uğuru 🎓🇦🇿Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Şə...
25/08/2026

Şagirdlərimizin ali məktəblərə qəbul uğuru 🎓🇦🇿

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Şəki rayonu Şəki kənd Əyyub Namazov adına tam orta ümumtəhsil məktəbinin 2025–2026-cı tədris ilində ali məktəblərə qəbul olan məzunlarını böyük qürur hissi ilə təqdim edirik! 👏🎉

Məktəbimizin məzunları müxtəlif ixtisaslar üzrə ölkəmizin nüfuzlu ali təhsil müəssisələrinə qəbul olaraq müəllimlərinin, valideynlərinin və doğma məktəblərinin sevincinə səbəb olublar:

🎓 Vəliyev Saleh — UNEC, Maliyyə
🎓 Hacıyev Elsevər — UNEC, İqtisadiyyat
🎓 İsmayıllı Nihad — ADAU, İqtisadiyyat
🎓 Müseyibov Əli — Polis Akademiyası
🎓 Əliyeva Aytən — ADAU, İnformasiya texnologiyaları
🎓 Həsənova Məryəm — SDU, Proseslərin avtomatlaşdırılması mühəndisliyi
🎓 Xalapova Könül — ADPU Şəki filialı, Tarix-coğrafiya müəllimliyi
🎓 Rzayev Röyal — MDU, Mühasibat

🌟 Əziz məzunlarımız! Sizi bu uğur münasibətilə ürəkdən təbrik edir, tələbəlik həyatınızda, gələcək təhsil və peşə fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayırıq!

Sizin uğurunuz bizim qürurumuzdur! ❤️
Uğurlarınız bol, yolunuz daim açıq olsun! 🇦🇿🎓

🎓 Şəki-Zaqatala Regional Təhsil İdarəsi nin tabeliyində olan Şəki rayonu Şəki kənd Əyyub Namazov adına tam orta məktəbin...
15/08/2026

🎓 Şəki-Zaqatala Regional Təhsil İdarəsi nin tabeliyində olan Şəki rayonu Şəki kənd Əyyub Namazov adına tam orta məktəbin daha bir uğuru! 🇦🇿
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Şəki rayonu Şəki kənd Əyyub Namazov adına tam orta ümumtəhsil məktəbinin məzunu Müseyibov Əli Şamil oğlu topladığı 535 balla Azərbaycan Respublikası Dövlət Polis Akademiyasına qəbul olmuşdur. 👏🎉
Bu əlamətdar nailiyyət münasibətilə Əlini, onun valideynlərini, müəllimlərini və bütün məktəb kollektivini ürəkdən təbrik edir, gələcək təhsil və xidmət həyatında uğurlar arzulayırıq! 🇦🇿
Əzmlə çalışan, məqsədinə inamla addımlayan gənclərimizlə fəxr edirik! ❤️
Uğurların bol olsun, Əli! 👏🇦🇿

🇦🇿 Şəhidimizin əziz xatirəsi dərin ehtiramla anıldı19.07.2026-cı il tarixdə Şəki rayonu Şəki kəndində Vətən uğrunda canı...
19/07/2026

🇦🇿 Şəhidimizin əziz xatirəsi dərin ehtiramla anıldı

19.07.2026-cı il tarixdə Şəki rayonu Şəki kəndində Vətən uğrunda canından keçmiş şəhid Zülfüqar Hümbət oğlu Kərimovun mövlud mərasimi keçirilib.
Tədbirdə Şəki kənd İƏD üzrə nümayəndəsi Müslüm Əliyev və əməkdaşları, Turan Bələdiyyəsi nin sədri Sərkar Namazov və bələdiyyə əməkdaşları, Şəki kənd Əyyub Namazov adına tam orta ümumtəhsil məktəbinin direktoru Şahin Məmmədov, məktəb rəhbərliyi müəllim və şagird kollektivi, Şəki kənd Folklor Evinin əməkdaşları, şəhid ailələri, kənd ictimaiyyəti və ağsaqqallar iştirak ediblər.
Əvvəlcə şəhid Zülfüqar Hümbət oğlu Kərimovun əziz xatirəsi dərin ehtiramla yad olunub, ruhuna dualar oxunub. Tədbir iştirakçıları şəhidlərimizin Vətən qarşısındakı misilsiz xidmətlərindən bəhs edərək, onların qəhrəmanlıq salnaməsinin gələcək nəsillər üçün örnək olduğunu vurğulayıblar.
Tədbirdə çıxış edən Şəki kənd Əyyub Namazov adına tam orta ümumtəhsil məktəbinin direktoru Şahin Məmmədov, "Turan" bələdiyyəsinin sədri Sərkar Namazov və digər natiqlər şəhid Zülfüqar Kərimovun keçdiyi şərəfli ömür yolundan, Vətənə sədaqətindən, xalqımızın qəhrəman övladlarının göstərdiyi misilsiz igidlik nümunələrindən danışıblar. Qeyd olunub ki, torpaqlarımızın azadlığı və dövlətimizin suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi hər zaman xalqımızın qəlbində yaşayacaq, onların qəhrəmanlığı daim böyük ehtiramla anılacaq.
Mərasimdə şəhid ailələrinə diqqət və qayğının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğu vurğulanıb, Vətən uğrunda canından keçmiş bütün qəhrəman oğullarımıza Allahdan rəhmət, ailələrinə səbir dilənib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun.

🇦🇿 Şəhidlər ölməz, Vətən bölünməz!

📚 2025–2026-cı tədris ilinin yekununa dair pedaqoji şura iclası keçirildi22 iyun 2026-cı il tarixində Şəki-Zaqatala Regi...
23/06/2026

📚 2025–2026-cı tədris ilinin yekununa dair pedaqoji şura iclası keçirildi

22 iyun 2026-cı il tarixində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Şəki rayonu Şəki kənd Əyyub Namazov adına tam orta ümumtəhsil məktəbində 2025–2026-cı tədris ilinin yekunlarına həsr olunmuş məktəb rəhbərliyinin fəaliyyət planına uyğun olaraq 6 nömrəli pedaqoji şura iclası keçirildi.
İclasda məktəbin pedaqoji kollektivi iştirak etmiş, cari tədris ilinin nəticələri geniş müzakirə olunmuşdur. Şura gündəliyinə uyğun olaraq 2–8-ci və 10-cu sinif şagirdlərinin sinifdən-sinfə keçirilməsi, yekun qiymətləndirmənin nəticələri, ümumi orta və tam orta təhsil haqqında attestatların verilməsi məsələlərinə baxılmış, müvafiq qərarlar qəbul edilmişdir.
Eyni zamanda məktəb rəhbərliyinin, sinif rəhbərlərinin, metodbirləşmə rəhbərlərinin və dərnək rəhbərlərinin illik fəaliyyətlərinə dair hesabatları dinlənilmiş, əldə olunan nailiyyətlər və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılmışdır.
İclasda məktəbin direktoru Sahin Memmedov , təlim-tərbiyə işləri üzrə direktor müavini Piri Piriyev və sinif rəhbərləri çıxış edərək tədris ilinin yekunlarını təhlil etmiş, şagird nailiyyətləri, təlim-tərbiyə prosesinin təşkili, məktəbdə həyata keçirilən tədbirlər və gələcək hədəflər barədə ətraflı məlumat vermişlər.
Pedaqoji şura iclasının sonunda 2025–2026-cı tədris ilinin uğurla başa çatdığı qeyd olunmuş, məzunlara gələcək həyat və təhsillərində uğurlar arzulanmış, yeni tədris ilində daha yüksək nəticələrin əldə olunacağına əminlik ifadə edilmişdir.

🎓 Bütün müəllimlərimizi, şagirdlərimizi və valideynlərimizi tədris ilinin uğurla başa çatması münasibətilə təbrik edir, hər kəsə gələcək fəaliyyətində yeni nailiyyətlər arzulayırıq!

🇦🇿 Şəhidlərimiz qəlbimizdə əbədi yaşayır!16.06.2026-cı il tarixində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində...
16/06/2026

🇦🇿 Şəhidlərimiz qəlbimizdə əbədi yaşayır!

16.06.2026-cı il tarixində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Şəki rayonu Şəki kənd Əyyub Namazov adına tam orta ümumtəhsil məktəbinin rəhbərliyi, müəllim və şagird kollektivi Vətən müharibəsi şəhidi Kamal Vilayət oğlu Kamallının Anım Gününə həsr olunmuş tədbirdə iştirak etmişdir.

Anım mərasimində Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının rəhbərliyi, ərazi partiya təşkilatının sədri, şəhidin ailə üzvləri, Şəki və qonşu rayonlardan gəlmiş şəhid valideynləri, qazilər, Şəki kənd icra nümayəndəsi Müslüm Əliyev və əməkdaşları, Turan Bələdiyyəsi nin əməkdaşları, Dövlət Sərhəd Xidmətinin Şəki Sərhəd Dəstəsinin əsgər və zabitləri, məktəb kollektivi, şagirdlər, Şəki kənd Folklor evinin əməkdaşları və kənd sakinləri iştirak etmişlər.

Tədbir Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır.

Çıxış edənlər şəhid Kamal Vilayət oğlu Kamallının keçdiyi şərəfli ömür yolundan, Vətənə bağlılığından, döyüşlərdə göstərdiyi qəhrəmanlıq və igidlik nümunələrindən bəhs etmiş, onun müqəddəs xatirəsinin hər zaman xalqımızın yaddaşında yaşayacağını vurğulamışlar. Bildirilmişdir ki, şəhidlərimizin qanı və canı bahasına qazanılmış tarixi Zəfər Azərbaycan xalqının qürur mənbəyidir və gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində onların həyat yolu örnəkdir.

Məktəb kollektivi adından çıxış edən məktəbin direktoru Şahin Məmmədov qeyd etmişdir ki, Vətən uğrunda canından keçən qəhrəman oğullarımızın xatirəsinin yaşadılması, onların döyüş yolunun məktəblilərə çatdırılması hər bir təhsil işçisinin mənəvi borcudur. Şəhid Kamalın qəhrəmanlığı gələcək nəsillər üçün vətən sevgisinin, fədakarlığın və milli ruhun parlaq nümunəsidir.

Şəhidin ailə üzvləri və tədbir iştirakçıları göstərilən diqqət və ehtirama görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə etmiş, şəhidlərin xatirəsinin daim uca tutulmasının onların ailələri üçün böyük təsəlli olduğunu bildirmişlər.

Tədbirin sonunda şəhid Kamal Vilayət oğlu Kamallının məzarı ziyarət olunmuş, önünə gül dəstələri düzülmüş, ruhuna dualar oxunmuşdur.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

🇦🇿 Şəhidlər ölməz, Vətən bölünməz!

Milli iradənin zəfərini təcəssüm etdirən Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edirik.
15/06/2026

Milli iradənin zəfərini təcəssüm etdirən Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edirik.

🎓🔔 Bir zəngin səsi, bir ömrün xatirəsi...13 iyun 2026-cı il tarixində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyin...
13/06/2026

🎓🔔 Bir zəngin səsi, bir ömrün xatirəsi...
13 iyun 2026-cı il tarixində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Şəki rayonu Şəki kənd Əyyub Namazov adına tam orta ümumtəhsil məktəbində Elm və Təhsil Nazirliyinin müvafiq təlimatına uyğun olaraq "Son zəng" tədbiri keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənimizin azadlığı, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

Tədbirdə Şəki İƏD nümayəndəliyinin rəhbəri və əməkdaşları, Turan Bələdiyyəsi nin sədri və əməkdaşları, Şəki kənd Folklor Evinin əməkdaşları, məktəb rəhbərliyi, müəllimlər, şagirdlər, valideynlər, şəhid ailələri və kənd ictimaiyyətinin nümayəndələri iştirak etdilər.

"Son zəng" hər zaman həm sevincin, həm də kövrək ayrılığın səsidir. Bu gün məktəbimizin məzunları uşaqlıq illərinə, müəllimlərinə və doğma məktəblərinə əlvida deyərək yeni həyat mərhələsinə qədəm qoydular. Onların gözlərində gələcəyə inam, ürəklərində isə məktəb illərinin unudulmaz xatirələri vardı.
Bu əlamətdar gündə məktəb kollektivimiz üçün xüsusi və duyğulu bir an da yaşandı. Uzun illər ərzində yüzlərlə şagirdin ilk müəllimi olmuş, öz biliyi, qayğısı və zəhməti ilə neçə-neçə nəslin formalaşmasına töhfə vermiş ibtidai sinif müəllimi Fatma Abbasova 65 yaşının tamam olması münasibətilə əmək fəaliyyətini başa vuraraq təqaüdə yola salındı.
Fatma müəllimənin məktəbimizdə keçirdiyi illər sadəcə iş fəaliyyəti deyil, bir müəllim ömrünün şərəfli salnaməsidir. Onun yetişdirdiyi şagirdlər bu gün müxtəlif sahələrdə fəaliyyət göstərir, qazandıqları uğurlarda ilk müəllimlərinin əvəzsiz əməyini daim minnətdarlıqla xatırlayırlar.
Tədbir iştirakçıları Fatma müəlliməyə göstərdiyi fədakar xidmətə görə təşəkkürlərini bildirərək ona möhkəm can sağlığı, uzun ömür və xoş günlər arzuladılar.
Həm məzunlarımız üçün yeni başlanğıcların, həm də dəyərli müəllimimiz üçün şərəfli bir müəllimlik yolunun yekunlaşdığı bu gün hər birimizin yaddaşında xüsusi bir xatirə kimi qalacaq.
Məzunlar tərəfindən hazırlanan bədii-kompozisiyalar, şeirlər və musiqi nömrələri tədbirə xüsusi rəng qatmışdır. Məktəblilər üçün unudulmaz xatirəyə çevrilən "Son zəng" tədbiri xoş ovqat və yüksək əhval-ruhiyyə ilə başa çatmışdır.

🔔 Məzunlarımıza işıqlı gələcək, Fatma müəlliməyə isə sağlam, xoşbəxt və mənalı təqaüd həyatı arzulayırıq!

12/06/2026

🇦🇿 🎶 Milli-mənəvi dəyərlər, azərbaycançılıq və vətənpərvərlik ruhunda tədbirlərin təşkili ilə əlaqədar məktəbimizdə silsilə tədbirlər keçirilir.
Tədbirlər planının 5.5. bəndinə uyğun olaraq Milli- mənəvi dəyərlər, azərbaycançılıq və vətənpərvərlik ruhunda tədbirlərin təşkili üzrə Təlimata əsasən gənclərdə azərbaycançılıq ruhunu, vətənpərvərlik hissini və Milli - mənəvi dəyərlərə hörməti formalaşdırmaq məqsədilə 12 iyun 2026-cı il tarixində Şəki-Zaqatala Regional Təhsil idarəsinin tabeliyində olan Şəki rayonu Şəki kənd Əyyub Namazov adına tam orta ümumtəhsil məktəbin Sinifdənxaric və məktəbdənkənar işləri üzrə direktor müavini Müjgan Əlizadənin təşkilatçılığı ilə milli musiqilərimizin təbliği, eləcə də Azərbaycan Respublikasının Dövlət Himninin ifası həyata keçirilmişdir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Dövlət Himni hər gün dərsə başlayanda şagirdlər tərəfindən sıra xəttində ifa edilir
Məktəbimizdə “Milli-mənəvi dəyərlər, azərbaycançılıq və vətənpərvərlik ruhunda tədbirlərin təşkili üzrə Təlimat”a uyğun olaraq silsilə maarifləndirici dərslər mütəmadi keçirilir: Təlimatın 2.2-ci bəndinə əsasən şagirdlərə milli-mənəvi dəyərlərin mahiyyəti, xalqımızın adət-ənənələri haqqında geniş məlumat verilir;
4.1-ci bəndə uyğun olaraq Azərbaycan Respublikasının dövlət rəmzləri — bayraq, gerb və himn barədə maarifləndirici söhbətlər aparılır;
4.3-cü bənd çərçivəsində Azərbaycan mədəniyyəti, milli irsimiz və mədəni dəyərlərimiz şagirdlərə izah edilir.
Keçirilən maarifləndirici söhbətlər şagirdlərdə milli kimlik şüurunun, vətənpərvərlik hissinin formalaşdırılmasına və milli-mənəvi dəyərlərimizin təbliğinə xidmət edir.

📚🚦 Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Şəki rayonu Şəki kənd Əyyub Namazov adına tam...
11/06/2026

📚🚦 Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Şəki rayonu Şəki kənd Əyyub Namazov adına tam orta ümumtəhsil məktəbində "Həyat bilgisi" tədbirləri çərçivəsində maarifləndirici xüsusi dərs təşkil olunmuşdur.

Məktəbin 3-cü sinfində müəllim Aynur Quliyevanın təşkilatçılığı ilə keçirilən "Yol hərəkəti qaydaları" mövzusunda dərsdə şagirdlərə yol hərəkəti təhlükəsizliyi, piyadaların hüquq və vəzifələri, yol nişanlarının əhəmiyyəti və düzgün davranış qaydaları haqqında ətraflı məlumat verilmişdir.

İnteraktiv müzakirələr və maarifləndirici fəaliyyətlərlə zəngin keçən dərs şagirdlərin böyük marağına səbəb olmuş, onların yol hərəkəti qaydaları ilə bağlı bilik və bacarıqlarının artırılmasına xidmət etmişdir.

✅ Təhlükəsiz gələcək üçün maariflənək və maarifləndirək!

10/06/2026

Address

Şəki Kəndi
Sheki
5531

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

0242433246

Website

Alerts

Be the first to know and let us send you an email when Şəki rayonu Ə.Namazov adına Şəki kənd tam orta məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Şəki rayonu Ə.Namazov adına Şəki kənd tam orta məktəbi:

Shortcuts

Share

Category