Rasim Ocaqov adına Şəki şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzi

  • Home
  • Azerbaijan
  • Sheki
  • Rasim Ocaqov adına Şəki şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzi

Rasim Ocaqov adına Şəki şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzi Şəki şəhər Uşaq-Gənclər Inkişaf Mərkəzi məktəbdənkənar dövlət təhsil müəssisəsidir. Şagirdlərin asudə vaxtlarının səmərəlı keçirməsini təşkil edir -2448527

Şəki şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzi məktəbdənkənar dövlət təhsil müəssisəsidir. Məktəblilərin asudə vaxtının səmərəli keçirilməsi və əlavə biliklərin əldə olunması üçün yaradılmış təhsil müəssisəsidir.Ünvan- S.Rəhman küçəsi 1 (köhnə pioner evi (universitetlərə sənəd qəbulu binası)-qoxmux körpüsü istiqamətdə)

15/08/2026

Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilib, Naxçıvan da yaşıl enerji zonasıdır
Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr regionu Azərbaycanın əsas “yaşıl enerji” mərkəzlərindən birinə çevirir. İşğaldan azad olunmuş ərazilər “yaşıl enerji” zonası elan edilib və bölgədə alternativ enerji mənbələrinin inkişafına xüsusi diqqət yetirilir. Regionda istehsal olunacaq enerji yalnız yerli tələbatı ödəməyəcək, həm də ixrac imkanları yaradacaq. Bu gün Naxçıvan da yaşıl enerji zonasıdır. Muxtar respublikanın yerləşdiyi əlve¬rişli coğrafi mövqe və iqlim şəraiti burada ekoloji cəhətdən təmiz enerji istehsalına imkan verir. Bu sırada isə Günəş enerji¬sindən istifadə imkanları daha çox ön pla¬na çıxır. Hesablamalara görə, Naxçıvan ərazisində günəşli saatların orta illik miq¬darı 2600-2800 saat, hər kvadratmetrə düşən Günəş enerjisinin intensivliyi isə 0,8-1,2 kilovat–saat təşkil edir. Bu isə o deməkdir ki, bütün fəsillərdə Günəş ener¬jisindən istifadə imkanı mövcuddur. Qeyd etmək lazımdır ki, son illərdə muxtar respublikada ekoloji cəhətdən təmiz enerji istehsalı məqsədilə bir sıra addımlar atılıb. Xüsusilə yeni Günəş və külək elektrik stansiyalarının tikilib isti¬fadəyə verilməsi Naxçıvanda istehsal edilən ümumi enerjidə bərpaolunan ener¬jinin payını artırıb.

15/08/2026

Zəngəzur dəhlizinin yaradılması bizim təşəbbüsümüz olub.
Azərbaycanın təşəbbüsü ilə irəli sürülən Zəngəzur dəhlizi Cənubi Qafqazın gələcək inkişafı üçün strateji əhəmiyyət kəsb edən mühüm layihədir. Azərbaycanın əsas hissəsini onun ayrılmaz hissəsi olan Naxçıvanla birləşdirmək bizim çoxdankı arzumuz olub. Biz bu hədəfə doğru inamla və çox böyük məharətlə addımlayırdıq, yaxınlaşırdıq və artıq yaxınlaşmışıq. 2025-ci il avqustun 8-də tarixi Vaşinqton Zirvə Görüşündə bu məsələ öz həllini tapmışdır və TRIPP adını daşıyan bu layihənin icrasına artıq start verilmişdir. Dəhliz ətrafında infrastrukturun yenilənməsi istiqamətində işlər görülür. Azərbaycan dövləti hələ İkinci Qarabağ müharibəsindən sonra bu prosesə start verib. Həm dəmir yolu, həm də avtomobil yolunun bərpası istiqamətində mühüm işlər görülüb. Azərbaycan qurucu dövlətdir və Zəngəzur dəhlizi Azərbaycanın təşəbbüsü olaraq regionda daha sabit nəqliyyat marşrutunun yaradılmasına imkan verə bilər.

15/08/2026

Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir
Bu gün Azərbaycan Silahlı Qüvvələri Qafqazda ən müasir ordu hesab olunur. İkinci Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur. Azərbaycan Ordusunun dünyanın ən güclü 50 ordusu sırasında olması həm də belə gərəkli və vaxtında aparılan islahatlarla bağlıdır. Prezident İlham Əliyev tərəfindən Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsinə, müasir infrastrukturun yaradılmasına, hərbi qulluqçuların sosial müdafiəsinə, mənzil təminatının yaxşılaşdırılmasına, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə hər zaman xüsusi diqqət yetirilir. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan Silahlı Qüvvələri bu gün necə güclüdürsə, gələcəkdə daha da güclü olacaq. O cümlədən Naxçıvanda hərbi potensial gündən-günə gücləndirilir və gücləndiriləcək. Naxçıvanda yaradılmış Əlahiddə Ordu Azərbaycan Silahlı Qüvvələrinin ayrılmaz tərkib hissəsidir. Naxçıvanın spesifikası, coğrafiyası, Azərbaycanla, Azərbaycanın əsas hissəsi ilə coğrafi bağlantısının olmaması, bu diyarın - muxtar respublikanın təhlükəsizliyinə daha böyük diqqət göstərilməsini labüd edir.

15/08/2026

“Bu gün yerləşdiyimiz regionda əgər elektrik enerjisi ilə problemi olmayan nadir ölkələr varsa, Azərbaycan onların sırasında birincidir. Çünki bu və ya digər səbəblər üzündən bölgəmizdə enerji böhranı yaşanmaqdadır və bu böhran dərinləşə bilər. Həm bölgəmizdə gedən müharibələr, həm artan risklər, enerji daşıyıcılarının nəqli ilə bağlı nəqliyyat zəncirlərinin qırılması və digər amillər. İstisna edilmir ki, gələcəkdə yeni xoşagəlməz hadisələr baş verməsin. Ona görə burada Azərbaycanın xüsusi rolu danılmazdır. Biz elə etməliyik ki, Naxçıvanın davamlı və dayanıqlı enerji təminatı heç vaxt pozulmasın.”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

15/08/2026

“Bu illər ərzində bir çox önəmli layihələr icra olundu, Naxçıvanın ümumi inkişafı təmin edildi. Bugünkü tədbirlər də bir növ görülən işlərin davamıdır və təbii ki, bundan sonra da lazımi qərarlar veriləcək və Naxçıvanın sürətli sosial-iqtisadi inkişafı təmin ediləcək.”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

12/08/2026
Qazaxıstan Milli UNESCO Klubları Federasiyası tərəfindən , UNESCO və ICESCO üzrə Milli Komissiyanın, Qazaxıstan Respubli...
08/08/2026

Qazaxıstan Milli UNESCO Klubları Federasiyası tərəfindən , UNESCO və ICESCO üzrə Milli Komissiyanın, Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyinin, Elm və Ali Təhsil Nazirliyinin, Mədəniyyət və İnformasiya Nazirliyinin və Almatı Şəhər Akimatının (İcra Hakimiyyətinin) dəstəyi ilə UNESCO-nun 80 illiyinə və WRUCA -nın 45 illiyinə həsr olunmuş "Beynəlxalq Gənclər Festivalı İncəsənət Planeti - 2026" müsabiqəsi təşkil edilmişdir.
Güclü sosial və təhsil yönümlü olan bu layihə istedadlı uşaq və yeniyetmələrin yaradıcılıq potensialını inkişaf etdirmək və qeyri-maddi mədəni irsi kəşf etmək üçün imkanlar yaratmağı hədəfləyir.
Həmçinin 2026-cı ildə festivalın incəsənət dövrü “UNESCO-nun Qeyri Maddi Mədəni İrsinin Qorunmasında və Təbliğində Qadınların Rolu” mövzusuna həsr olunan müsabiqədə gənc yaradıcılar bədii ifadə vasitəsilə biliklərin, sənətkarlığın, ritualların və mədəni təcrübələrin nəsildən-nəslə ötürülməsində qadınların vacibliyini nümayiş etdiriblər.
Bu müsabiqədə iştirak etmiş mərkəzimizin “Rəsm” dərnəyinin 8 nəfər üzvü-Yusifli Yusif, Muxtarov Zəka, Mustafayeva Nuray, Yaqubova Zəhra, Hüseynəlizadə Nəzrin, Bəkirova Yağmur, Mustafayeva Mədinə və Abdullayeva Fidan Qazaxıstan UNESCO-nun sertifikatları ilə mükafatlandırılıb. Şagirdlərimizə uğurlarının daimi olmağını arzu edirik.

02/08/2026

Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında ikitərəfli münasibətlər
XXI əsrdə qlobal və regional münasibətlər sistemində baş verən dinamik dəyişikliklər dövlətlər arasında çoxtərəfli əməkdaşlığın əhəmiyyətini daha da artırır. Qlobal dəyişikliklər fonunda türk dünyasının birliyi istiqamətində yeni və misilsiz dinamika qazanılması diqqət çəkir. Bu tarixi prosesdə xüsusi yer tutan iki köklü dövlət - Azərbaycan və Qırğızıstan öz aralarındakı dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərini ən uca pilləyə daşıyır. İyulun sonunda Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfəri, Çolpon-Ata şəhərində keçirilən Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası, eləcə də baş tutan yüksəksəviyyəli görüşlər ikitərəfli əlaqələr salnaməsində keyfiyyətcə yeni bir eranın başlanğıcı oldu. İki ölkə arasında illərdir formalaşan qarşılıqlı etimad, siyasi iradə və mənəvi yaxınlıq bu zirvə görüşündə rəsmi olaraq müttəfiqlik səviyyəsinə yüksəldildi. İki qardaş xalqın gələcəyinə işıq salan bu dönüş nöqtəsinin təkcə diplomatik protokol deyil, eyni zamanda böyük bir coğrafiyada sabitliyin və tərəqqinin yeni dayaq sütunu olacağı da şübhə doğurmur.

02/08/2026

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni mərhələ - Çolpon-Ata Bəyannaməsi
Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlığın institusional əsaslarının daha da möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılır. Bu baxımdan cari ilin iyulun 31-də Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi Məşvərət Görüşü xüsusi əhəmiyyət kəsb edir. Görüşün yekunu olaraq imzalanan Çolpon-Ata Bəyannaməsi tərəflərin ortaq siyasi iradəsini əks etdirən, əməkdaşlığın prioritet istiqamətlərini müəyyənləşdirən və gələcək qarşılıqlı fəaliyyətin əsas prinsiplərini təsbit edən mühüm siyasi sənəd kimi qiymətləndirilir. Bəyannamədə, ilk növbədə, tərəflər arasında əsrlər boyu formalaşmış tarixi, mədəni və sivilizasiya əlaqələrinin xüsusi vurğulanması təsadüfi deyil. Bu müddəa göstərir ki, əməkdaşlıq yalnız cari siyasi və iqtisadi maraqlara deyil, ortaq tarixi köklərə, mədəni yaxınlığa və ümumi mənəvi dəyərlərə söykənir. Xüsusilə türk xalqları arasında mövcud olan ortaq dil, mədəniyyət və ənənələr bu münasibətlərin daha da dərinləşdirilməsi üçün əlverişli zəmin yaradır.

02/08/2026

Ağdam bölgəsində Manasın adını daşıyan məktəb qardaşlığımızın daha bir rəmzidir
Azərbaycan İkinci Qarabağ müharibəsində tarixi Zəfər qazandı, torpaqlarını işğaldan azad etdi, ərazi bütövlüyü bərpa olundu. Dövlət başçımızın müvafiq sərəncamları ilə işğaldan azad olunmuş ərazilərdə quruculuq işləri başladı. Bu mühüm, əhəmiyyətli prosesdə Azərbaycana dövləti ehtiramı olan dövlətlər də iştirak edir. Qırğızıstan da onların sırasındadır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qırğızıstana rəsmi səfərində mətbuata verdiyi bəyanatda bu məqamı da diqqətə çatdırdı. Qarabağın bərpasına göstərilən kömək üçün Qırğızıstanın dövlət başçısına minnətdarlığını bildirən dövlət başçımız Ağdam rayonunda azərbaycanlıların da sevdiyi “Manas”ın adını daşıyan məktəbin açılışı olduğunu, bu açılışda Qırğızıstanın dövlət başçısının da iştirak etdiyi, bunun Qırğız xalqının 30 il ərzində işğaldan zərər çəkən Qarabağın bərpası işinə böyük töhfəsi olduğunu bildirdi.

Address

S. Rəhman Küçəsi 1
Sheki
AZ5500

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+994242448527

Website

Alerts

Be the first to know and let us send you an email when Rasim Ocaqov adına Şəki şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category