13/06/2026
“Son Zəng” tədbiri keçirilib
13 iyun 2026-cı il tarixində Şəki rayon Köbər Zəyzid kənd tam orta ümumtəhsil məktəbində 2025–2026-cı tədris ilinin başa çatması və XI sinif şagirdlərinin məktəb həyatı ilə vidalaşması münasibətilə “Son Zəng” tədbiri keçirilib.
Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, valideynlər, şagirdlər və dəvət olunmuş qonaqlar iştirak ediblər. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub. Çıxış edənlər məzunları məktəb həyatının uğurla başa çatması münasibətilə təbrik edib, onlara qarşıdakı imtahanlarda və müstəqil həyat yollarında uğurlar arzulayıblar. Bildirilib ki, məktəb illəri hər bir insanın həyatında mühüm mərhələdir. Bu illər ərzində şagirdlər yalnız bilik və bacarıqlar qazanmır, həm də vətənpərvərlik, məsuliyyət, əməksevərlik, dostluq, hörmət və insanlıq kimi dəyərlərə yiyələnirlər. Tədbirdə çıxış edən məktəb rəhbərliyi 11 il ərzində şagirdlərin təlim-tərbiyəsində zəhməti olan müəllimlərə, övladlarının təhsilinə dəstək göstərən valideynlərə təşəkkürünü bildirib. Qeyd olunub ki, məzunların gələcəkdə layiqli vətəndaş, savadlı mütəxəssis və cəmiyyət üçün faydalı şəxsiyyət kimi formalaşması məktəb kollektivinin əsas arzularındandır. “Son Zəng” tədbiri şagirdlərin bədii çıxışları, musiqi nömrələri və 11-ci sinif məzunlarının hazırladıqları təqdimatlarla davam edib. Məzunlar müəllimlərinə minnətdarlıqlarını ifadə edərək məktəb illəri ilə bağlı xatirələrini bölüşüblər. Sonda “Son Zəng” səsləndirilib və məzunlar üçün unudulmaz anlar yaşanıb.
Əziz məzunlar, yolunuz açıq, gələcəyiniz parlaq olsun!