20/08/2026
📢Yeni təmayül tədris modeli üzrə fəaliyyət göstərən müəllimimizi tanıyaq
✅️Tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Mehparə Məmmədova – 21 illik pedaqoji təcrübəyə malik peşəkar müəllim.
🔹 Təhsil: Azərbaycan Müəllimlər İnstitutunun bakalavr məzunu
🔹 Diaqnostik qiymətləndirmə: 54/60 bal
🔹 Sertifikasiya imtahanı: 58/60 bal
Peşəkar üstünlükləri: müasir təlim metodlarından səmərəli istifadə, şagirdyönümlü və fərdi yanaşma, yaradıcı təlim mühitinin formalaşdırılması, buraxılış və blok imtahanlarına məqsədyönlü hazırlığın təşkili.
Nailiyyətləri: şagirdlərinin buraxılış və blok imtahanlarında yüksək nəticələr əldə etməsinə, inşa müsabiqələrində uğur qazanmasına dəstək göstərib. Şəmkir Rayon İcra Hakimiyyəti və Qazax–Tovuz Regional Təhsil İdarəsi tərəfindən fəxri fərmanlarla təltif olunub.
Yeni təmayül tədris modeli çərçivəsində peşəkar və nəticəyönümlü müəllimlərin fəaliyyətinə geniş imkanlar yaradılır. Pilot layihə olan model X–XI sinif şagirdlərinin maraq və meyillərinə uyğun fərdiləşdirilmiş, ixtisas yönümlü və məqsədyönlü təhsil imkanlarının yaradılmasını nəzərdə tutur.
Əsas məqsəd müasir təhsil mühiti formalaşdırmaq, şagirdlərin potensialını üzə çıxarmaq və onların gələcək təhsil və ixtisas seçimlərinə məqsədyönlü istiqamət verməkdir.