Şəmkir rayonu uşaq-gənclər inkişaf mərkəzi

Şəmkir rayonu uşaq-gənclər inkişaf mərkəzi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Şəmkir rayonu uşaq-gənclər inkişaf mərkəzi, Education Website, Şəmkir, Shamkhor.

13/05/2026
🏆🇦🇿 Quba rayonu uşaq-gənclər inkişaf mərkəzinin təşkilatçılığı ilə keçirilən "MƏN FƏXR EDİRƏM Kİ, AZƏRBAYCANLIYAM" III B...
12/05/2026

🏆🇦🇿 Quba rayonu uşaq-gənclər inkişaf mərkəzinin təşkilatçılığı ilə keçirilən "MƏN FƏXR EDİRƏM Kİ, AZƏRBAYCANLIYAM" III Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalında Şəmkir rayonu uşaq-gənclər inkişaf mərkəzinin dərnək üzvləri böyük uğura imza atıblar.

Müsabiqədə Şəmkir rayonu uşaq-gənclər inkişaf mərkəzinin dərnək üzvləri:
İbrahimli Arzu İkram qızı rəsm nominasiyası,
Cəfərova Nuray Arzu qızı və
İsayeva Lalə Ülfət qızı əl işi nominasiyaları üzrə çıxış edərək yüksək nəticələr əldə ediblər.

🥇 İbrahimli Arzu İkram qızı
"Dahi" (Heydər Əliyevin kətan üzərində portreti) adlı rəsm işi ilə I yerə layiq görülüb.

🥇 Cəfərova Nuray Arzu qızı
"Muncuqlarda dövlət rəmzi" (Gerb) əl işi üzrə I yerə layiq görülüb.

🥈 İsayeva Lalə Ülfət qızı
"Əbədi imza" (dekorativ-tətbiqi sənət “string art” mismar və sap) adlı əl işi üzrə II yerə layiq görülüb.

🌍 Festivalda Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan olan qonaqlarla yanaşı, ölkəmizin müxtəlif bölgələrindən 33 uşaq-gənclər inkişaf mərkəzini təmsil edən ümumilikdə 248 şagird iştirak edib. 🤝🇹🇷🇰🇿🇰🇬🇺🇿

Türk dünyasının gənclərini bir araya toplayan bu festival dostluq, qardaşlıq və ortaq milli-mənəvi dəyərlərin təbliği baxımından böyük əhəmiyyət daşıyır.
Eyni zamanda mədəni əlaqələrin möhkəmləndirilməsinə və gənclər arasında əməkdaşlığın inkişafına töhfə verir.

Bu münasibətlə qaliblərimizi və kollektivimizi ürəkdən təbrik edir, gələcək fəaliyyətlərində daha böyük nailiyyətlər arzulayırıq.

🇦🇿 Biz fəxr edirik ki, Azərbaycanlıyıq!

Ulu Öndər Heydər Əliyevi dərin hörmət və ehtiramla anırıq!
10/05/2026

Ulu Öndər Heydər Əliyevi dərin hörmət və ehtiramla anırıq!

🇦🇿 Bu gün müasir Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin əziz xatirəsini dərin hörmət və ehtiramla anırıq...
10/05/2026

🇦🇿 Bu gün müasir Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin əziz xatirəsini dərin hörmət və ehtiramla anırıq. Onun sonsuz sevgisi və dövlətçilik prinsipləri Azərbaycanın inkişaf yolunda möhkəm təməl yaratdı.

Heydər Əliyevin həyat yolu hər bir azərbaycanlı üçün vətənə xidmət, qətiyyət və mübarizə nümunəsidir. Onun “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” sözləri daim qəlbimizdə yaşayır.

🏛️ Şəmkir rayonu uşaq-gənclər inkişaf mərkəzində Ulu Öndərin anadan olmasının 103-cü ildönümü münasibətilə dəyirmi masa təşkil edilib.

Ruhu şad olsun.

18/04/2026

18 Aprel Beynəlxalq Tarixi Abidələr və Tarixi Yerlər Günü münasibətilə Şəmkir rayonu uşaq-gənclər inkişaf mərkəzində fəaliyyət göstərən “Gənc dizayner” dərnəyinin istedadlı şagirdi Qarayeva Banuçiçək ölkə miqyaslı əhəmiyyətli bir layihədə iştirak edib.

Şəmkir şəhəri Əhməd Cavad adına tam orta ümumtəhsil məktəbinin 5”B” sinif şagirdi olan Banuçiçək, bu layihədə tarixi irsimizin qorunması və təbliği istiqamətində yaradıcı işi ilə çıxış edərək diqqətləri üzərinə çəkib.

⛪ O, Şəmkirin memarlıq incilərindən sayılan Alman Lüteran kilsəsini maket şəklində təqdim edərək rayonumuzun qədim tarixi və mədəni dəyərlərini uğurla nümayiş etdirib. 🏛️

📌 Qeyd edək ki, şagirdimiz hazırladığı maketi “Gənc dizayner” dərnəyində, dərnək rəhbəri Elgün Talıbzadənin dəstəyi ilə ərsəyə gətirib.

👏 Banuçiçəyə və onun müəlliminə gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

18/04/2026

18 aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü 🏛️

Şəmkir rayonu uşaq-gənclər inkişaf mərkəzində fəaliyyət göstərən Ekologiya dərnəyinin üzvləri İmanlı Nəzrin Saləddin qızı, Abdullayeva Fatimə Cahid qızı və Toxuculuq dərnəyinin üzvü Rzaquliyeva Aydan Anar qızı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi və Respublika uşaq-gənclər inkişaf mərkəzinin təşkilatçılığı ilə keçirilən “Mənim irsim danışır” adlı respublika müsabiqəsində “tarixi yerlər” nominasiyası üzrə "Şəmkir qala minarəsi" əl işini təqdim etmişlər. 🎨

Şagirdlərimizin hazırladıqları bu əl işi onların yaradıcı təfəkkürünü, incə estetik zövqünü və doğma irsə olan dərin bağlılıqlarını aydın şəkildə nümayiş etdirir. ✨

Onlara uğurlar arzulayır, gələcək fəaliyyətlərində daha böyük nailiyyətlər qazanacaqlarına inanırıq 🌟👏

Şəmkir rayonu uşaq-gənclər inkişaf mərkəzində fəaliyyət göstərən "Gənc dizayner" dərnəyinin üzvü Qələndərli Nuray Bakı ş...
15/04/2026

Şəmkir rayonu uşaq-gənclər inkişaf mərkəzində fəaliyyət göstərən "Gənc dizayner" dərnəyinin üzvü Qələndərli Nuray Bakı şəhərində fəaliyyət göstərən 3 nömrəli uşaq-gənclər inkişaf mərkəzinin təşkilatçılığı ilə keçirilən "Azərbaycanın memarlıq inciləri" adlı rəsm müsabiqəsində iştirak etmiş və uğurlu nəticə göstərərək III yerə layiq görülmüşdür.🎨🥉🎊

Bu münasibətlə şagirdimizi təbrik edir və gələcək fəaliyyətində uğurlar arzulayırıq.🎊

🇦🇿 Aprel döyüşləri – Qürur və Qəhrəmanlıq salnaməsi 🇦🇿2016-cı ilin Aprel döyüşləri Azərbaycan xalqının yaddaşında şanlı ...
06/04/2026

🇦🇿 Aprel döyüşləri – Qürur və Qəhrəmanlıq salnaməsi 🇦🇿

2016-cı ilin Aprel döyüşləri Azərbaycan xalqının yaddaşında şanlı tarix kimi əbədi yaşayır. Bu qısa, lakin taleyüklü günlərdə Azərbaycan Ordusu öz gücünü, əzmini və torpaq sevgisini bütün dünyaya göstərdi.

Cəbhə xəttində gedən ağır döyüşlərdə qəhrəman əsgər və zabitlərimiz canlarını Vətən uğrunda fəda edərək tarix yazdılar. Onların göstərdiyi şücaət nəticəsində strateji yüksəkliklər və yaşayış məntəqələri azad edildi, xalqımızın qələbə ruhu daha da gücləndi.

Aprel döyüşləri bir daha sübut etdi ki, Azərbaycan əsgəri Vətən uğrunda son nəfəsinə qədər mübarizə aparmağa qadirdir. Bu döyüşlər həm də 44 günlük Vətən müharibəsinə gedən yolun başlanğıcı oldu.

Şəhidlərimizi dərin ehtiramla anır, qazilərimizə sonsuz minnətdarlığımızı bildiririk. Onların qəhrəmanlığı heç vaxt unudulmayacaq!

🇦🇿 Qarabağ Azərbaycandır! 🇦🇿

31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Şəmkir rayonu uşaq-gənclər inkişaf mərkəzində dəyirmi masa təşki...
31/03/2026

31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Şəmkir rayonu uşaq-gənclər inkişaf mərkəzində dəyirmi masa təşkil edilib.

1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba və digər bölgələrdə azərbaycanlılara qarşı kütləvi qırğınlar törədilmiş, minlərlə günahsız insan həyatını itirmiş, yaşayış məntəqələri dağıdılmışdır. Bu hadisələr Azərbaycan tarixinin ən faciəli səhifələrindən biri kimi yadda qalmışdır.

Dəyirmi masa zamanı bu tarixi hadisələrin mahiyyəti haqqında məlumat verilib, qurbanların xatirəsi ehtiramla yad edilib və bu kimi faciələrin unudulmamasının vacibliyi vurğulanıb.

Şəmkir şəhər Bayraq Meydanında Novruz bayramı münasibətilə təşkil olunan ümumrayon tədbirində Şəmkir rayonu uşaq-gənclər...
19/03/2026

Şəmkir şəhər Bayraq Meydanında Novruz bayramı münasibətilə təşkil olunan ümumrayon tədbirində Şəmkir rayonu uşaq-gənclər inkişaf mərkəzinin sərgisi nümayiş olunub.🎨

Bayram şənliyi çərçivəsində mərkəzin dərnək üzvlərinin hazırladıqları rəsm əsərləri və müxtəlif əl işlərindən ibarət sərgi nümayiş etdirilib. Sərgidə uşaqların və gənclərin yaradıcılıq bacarıqlarını əks etdirən rəngarəng nümunələr tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Təqdim olunan rəsm və əl işləri Novruz ənənələrini, baharın gəlişini və milli-mənəvi dəyərlərimizi əks etdirərək bayram ab-havasına xüsusi rəng qatıb.

🔥 Novruz bayramınız mübarək!

Şəmkir rayonu uşaq-gənclər inkişaf mərkəzi -də fəaliyyət göstərən "Proqramlaşdırma" dərnəyinin üzvlərinin bilik  və baca...
18/03/2026

Şəmkir rayonu uşaq-gənclər inkişaf mərkəzi -də fəaliyyət göstərən "Proqramlaşdırma" dərnəyinin üzvlərinin bilik və bacarıqlarının yoxlanılması məqsədi ilə test imtahanı təşkil edilib.

Address

Şəmkir
Shamkhor

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Şəmkir rayonu uşaq-gənclər inkişaf mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share