Dağlıq Şirvan RTİ Həmyəli kənd tam orta məktəbi

Dağlıq Şirvan RTİ Həmyəli kənd tam orta məktəbi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dağlıq Şirvan RTİ Həmyəli kənd tam orta məktəbi, Middle School, Shamakhy.

09/08/2026
09/08/2026
11/06/2026

Tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə mərhələsinə start verilir
-----
Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vəzifələrinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinə qeydiyyat başlayır.

Müsahibədə iştirak etmək istəyən namizədlər 11 iyun-15 iyun 2026-cı il tarixlərdə aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər.

https://docs.google.com/forms/d/13yT4wU7OkLznZ03kxchCyhGgwxvXqfnr1CkE81cQTnw/edit

Qeyd edək ki, qeydiyyatdan yalnız 2025-ci ildə keçirilən tərbiyəçi-müəllimlərin işə qəbul müsabiqəsinin test mərhələsində iştirak etmiş və müvafiq keçid balını (40 bal və daha yuxarı) toplamış namizədlər müraciət edə bilərlər.

Vakansiya üzrə müraciət etmiş və keçid balını toplamış bütün namizədlər müsahibəyə dəvət ediləcəklər. Müsahibədə uğur qazanmış və ən yüksək test balına malik olan namizəd vakant yerə təyin olunacaqdır. Digər namizədlər isə növbəti müsabiqənin müsahibə mərhələsinədək ehtiyat kadrlar siyahısına daxil ediləcəkdir.
Qeydiyyat başa çatdıqdan sonra müsahibə mərhələsinin keçirilmə yeri və tarixi barədə namizədlərə məlumat veriləcəkdir.

Müsahibələrdə iştirak edəcək bütün namizədlərə uğurlar arzu edirik.

04/06/2026

📢 2026–2027-ci tədris ilindən etibarən Şamaxıda “Tam orta məktəb” layihəsi həyata keçiriləcək

⭐ Niyə məhz "Tam orta məktəb" layihəsi?

✅ Yalnız məqsədli və yüksək nəticəyə fokuslanan şagirdlər üçün.
Layihəyə IX və X sinif şagirdləri qəbul olunur.

✅ İxtisas qrupuna uyğun təhsil
Artıq bütün fənlərə eyni vaxt sərf etməyə ehtiyac yoxdur. Şagirdlər seçdikləri ixtisas qrupuna uyğun fənlər üzrə təhsil alaraq qəbul imtahanlarına daha sistemli və məqsədyönlü hazırlaşırlar.

✅ Peşəkar müəllim heyəti
Dərslər rayonun ən yüksək akademik nəticələrə malik, təcrübəli, müsahibə yolu ilə seçilmiş müəllimləri tərəfindən tədris olunur.

✅ Müasir və motivasiyaedici təhsil mühiti
Şamaxı Avropa liseyinin müasir infrastrukturu, zəngin təhsil imkanları və eyni hədəfə sahib şagirdlərin bir arada təhsil alması uğura aparan mühiti formalaşdırır.

✅ Daimi sınaqlar və nəticələrin izlənilməsi
Şagirdlərin inkişafı müntəzəm monitorinq və sınaq imtahanları vasitəsilə izlənilir, çatışmazlıqlar vaxtında aradan qaldırılır.

✅ Uğura aparan doğru yol
Layihənin əsas məqsədi şagirdlərin ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərməsinə və gələcək karyeralarını uğurla qurmasına dəstək olmaqdır.

📍 Ünvan: Şamaxı şəhəri, Səttar Bəhlulzadə küçəsi, 1

📝 Qeydiyyat üçün: Aşağıdakı linkə keçid edərək məlumatlarınızı daxil edin və seçim imkanı qazanın!

Qeydiyyat üçün linkə keçid edin: 👇

https://forms.gle/cvzN8QcYp4n8i2zKA

Address

Shamakhy

Telephone

+994507192884

Website

Alerts

Be the first to know and let us send you an email when Dağlıq Şirvan RTİ Həmyəli kənd tam orta məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Dağlıq Şirvan RTİ Həmyəli kənd tam orta məktəbi:

Shortcuts

Share

Category