Şamaxı rayon H.Həmidov adına Şərədil kənd ümumi orta məktəbi

Şamaxı rayon H.Həmidov adına Şərədil kənd ümumi orta məktəbi Elmi beşikdən qəbrədək öyrən! Education

19/08/2026

📢 XI sinif şagirdlərinin nəzərinə
-----
2026–2027-ci tədris ilindən "Yeni təmayül tədris modeli" tətbiq ediləcək İnternat tipli Şamaxı Avropa liseyi və İsmayıllı şəhər E.Məmmədov adına 3 nömrəli məktəb-liseyinə XI siniflər üzrə qeydiyyat davam edir!

🎯 Niyə məhz "Tam orta məktəb" layihəsi?

✅ Məqsədyönlü təhsil
Şagirdlər seçdikləri ixtisas qrupuna uyğun fənlər üzrə təhsil alaraq qəbul imtahanlarına daha sistemli və səmərəli hazırlaşırlar.

✅ Peşəkar müəllim heyəti
Dərslər rayonun yüksək akademik nəticələr göstərən, təcrübəli və müsahibə yolu ilə seçilmiş müəllimləri tərəfindən tədris olunur.

✅ Uğurlu təhsil mühiti
Eyni hədəfə sahib, ali təhsil almağı qarşısına məqsəd qoymuş şagirdlərlə birlikdə təhsil almaq motivasiyanı və nailiyyətləri artırır.

✅ Daimi monitorinq və sınaqlar
Şagirdlərin bilik və bacarıqları müntəzəm sınaq imtahanları və monitorinqlər vasitəsilə qiymətləndirilir, inkişaf istiqamətləri müəyyən edilir.

✅ Ali təhsilə aparan etibarlı yol
Layihənin əsas məqsədi şagirdlərin qəbul imtahanlarında yüksək nəticə əldə etməsinə və gələcək peşə seçimində uğur qazanmasına dəstək olmaqdır.

📝 Qeydiyyat üçün linkə keçid edin: 👇

🔹 İnternat tipli Şamaxı Avropa liseyi üzrə qeydiyyat:
Link: https://forms.gle/Wnn9G9QaezXELr6PA

🔹 İsmayıllı şəhər E.Məmmədov adına 3 nömrəli məktəb-lisey üzrə qeydiyyat:
Link: https://forms.gle/8TtVzvjF2CRm5rUb9

17/08/2026

📢 Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır

🗓️ 20 avqust saat 15:00-dan etibarən 2026–2027-ci tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktivləşdiriləcək. Proses 2–9-cu və 11-ci sinif şagirdlərini əhatə edəcək.

💻 Şagirdlərin elektron yerdəyişməsi sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

📌 Nəzərinizə çatdırırıq ki, internetə çıxış imkanı olmayan vətəndaşlar yerdəyişmə prosesi ilə bağlı aidiyyəti üzrə Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə, Agentliyin Vətəndaşlara Xidmət Mərkəzinə, eləcə də ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.

14/08/2026

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsi davam edir

🗓️ 12 avqust saat 15:00-dan etibarən başlayan müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətsiz müqavilə ilə ümumi vakansiya seçimi mərhələsi davam edir

📌 Məktəblərin pedaqoji kadr təminatının gücləndirilməsi məqsədilə vakansiyalar müəllimlərin seçiminə təqdim olunub. Belə ki, namizədlər elektron ərizə formalarında ən çoxu 8 vakant yer seçmək hüququna malikdirlər. Seçilmiş vakant vəzifələrə yerləşdirilmə namizədin göstərdiyi ardıcıllıq nəzərə alınmaqla həyata keçirilir.

❗️ Nəzərinizə çatdırırıq ki, həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu ümumi təhsil müəssisələri üzrə vakansiyaya uyğun namizədlər üçün maddi və digər dəstək mexanizmləri, mentorluq və peşəkar inkişaf imkanları, müəllimlərin məktəb mühitinə daha rahat uyğunlaşmasına dəstək tədbirləri təqdim olunur.

📌 Qeyd edək ki, ümumi vakansiya seçimi prosesi 15 avqust saat 18:00-dək davam edəcək. Namizəd seçdiyi vakant yerə yerləşdirildikdən sonra həmin yerdən imtina etdiyi halda, müsabiqənin növbəti vakansiya seçimi mərhələlərində iştirakı təmin olunmayacaq.

🤝 Vakansiya seçimi mərhələsində iştirak edəcək bütün namizədlərə uğurlar arzulayırıq!

14/08/2026

168 nəfər məktəbi fərqlənmə attestatı ilə bitirib
‎- - - - -
‎Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin 168 məzunu məktəbi fərqlənmə attestatı ilə bitirib.

‎Belə ki, onlardan 91 nəfər ümumi orta təhsil səviyyəsi üzrə, 77 nəfər isə tam orta təhsil səviyyəsi üzrə təhsilini fərqlənmə attestatı ilə başa vurub.

‎Qeyd edək ki, fərqlənmə attestatı oxuduğu müddətdə bütün fənlərdən attestata yazılan illik (yekun) qiymətləri 5 (beş) olan və buraxılış imtahanlarında hər bir fənn üzrə ən azı 75 (yetmiş beş) bal toplayan məzunlara verilir.

Məzunlara tam orta təhsil və ümumi orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin Pedaqoji Şurasında baxılır və müvafiq qərar qəbul edilir.

Onu da qeyd edək ki, 2025–2026-cı tədris ilindən etibarən ümumi təhsil müəssisələrinin məzunlarına təhsil haqqında dövlət sənədləri elektron formatda təqdim olunur. 2026-cı il məzunları attestatlarını artıq myGov platformasından əldə edə bilərlər.

11/08/2026

📢 Ümumi təhsil müəssisələrinin məzunlarına elektron attestatlar təqdim olunur

🎓 2025–2026-cı tədris ilindən etibarən ümumi təhsil müəssisələrinin məzunlarına təhsil haqqında dövlət sənədləri ilk dəfə elektron formatda təqdim olunur. Belə ki, 2026-cı il məzunları attestatlarını artıq myGov platformasından əldə edə bilərlər.

📊 Yeni tətbiq çərçivəsində təxminən 300 min məzunun attestatı elektron sənəd formasında hazırlanıb. Təhsil müəssisələrinin rəhbərləri tərəfindən elektron imza ilə təsdiqlənmiş attestatlar artıq myGov platformasında əlçatandır.

💻 Məzunlar elektron attestatlarını myGov (web) → “Təhsil məlumatlarım” → “Elektron təhsil sənədlərim” bölməsindən əldə edə bilərlər. Valideynlər isə övladlarına aid təhsil sənədlərinə “Övladlarımın təhsil sənədləri və məlumatları” bölməsi vasitəsilə baxa bilərlər.

🔎 Elektron attestatın üzərindəki QR kodu oxutmaqla və ya edu.gov.az saytının “Sənəd yoxlama” bölməsində sənədin nömrəsi və doğum tarixini daxil etməklə attestatın həqiqiliyini yoxlamaq mümkündür.

📌 Qeyd edək ki, elektron attestatların yaxın günlərdə myGov mobil tətbiqində də əlçatan olması təmin ediləcək.

🎯 Elektron attestatların tətbiqi məzunlara təhsil sənədlərini daha rahat, operativ və əlçatan şəkildə əldə etmək imkanı yaradır.

11/08/2026
11/08/2026

Ümumi təhsil müəssisələrində vakant olan vəzifələr üzrə işə qəbul üçün müsabiqə elan edilir
-----
Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində hazırda vakant olan kitabxanaçı, kitabxana müdiri, psixoloq, uşaq birliyi təşkilatının rəhbəri, təsərrüfat işləri üzrə direktor müavini, təsərrüfat müdiri və gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifələri üzrə işə qəbul üzrə müsabiqə elan edilir.

Müsabiqə iki mərhələdən - sənəd qəbulu və test imtahanından ibarət olmaqla həyata keçiriləcəkdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”na uyğun olaraq, həmin Qaydada nəzərdə tutulmuş şəhid ailəsi üzvlərinin inzibati-təsərrüfat və tədris-köməkçi vəzifələrə işə qəbulu vəzifə üzrə uyğunluqları yoxlanılmaqla müsabiqədənkənar qaydada həyata keçiriləcəkdir.

Müsabiqənin test imtahanı mərhələsində qanunvericilik, informasiya-kommunikasiya texnologiyaları və tutulacaq vəzifənin tələbləri üzrə biliklərinin yoxlanılması məqsədilə 60 sual təqdim ediləcək. Test imtahanında hər bir suala düzgün cavab 1 (bir) balla qiymətləndiriləcək və səhv cavablar düzgün cavablara təsir göstərməyəcək. Test imtahanında 30 bal və daha yüksək nəticə göstərən namizədlər uğur qazanmış hesab ediləcək.

Test imtahanının nəticələri imtahanın keçirildiyi tarixdən etibarən 10 (on) iş günündən gec olmayaraq elan ediləcək. Müsabiqə nəticələrindən narazı qalan namizədlər nəticələr elan edildikdən sonra 3 (üç) iş günü müddətində apellyasiyaya müraciət edə bilərlər.

İmtahandan uğurla keçmiş namizədlər topladıqları bala əsasən mövcud vakant vəzifələrə yerləşdirilir. Daha yüksək nəticə göstərmiş namizədlər vakant vəzifələri ilk növbədə seçmək hüququna malikdirlər. Vakant vəzifələrin seçimi namizədlərin nəticələrinə uyğun olaraq balların azalan sırası ilə həyata keçiriləcəkdir.
Bir vakant yerə iki və daha artıq sayda eyni bal toplamış namizəd olduqda aşağıdakı ardıcıllıqla namizədlərə üstünlük verilir:
- müharibə iştirakçıları və onların ailə üzvləri
- təhsil səviyyəsi daha yüksək olan şəxslər
- iş stajı daha çox olan şəxslər
- müəssisəyə daha yaxın ərazidə yaşayan şəxslər

Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsi üzrə namizədlərə VTİSK-də nəzərdə tutulan ixtisas tələbləri və dərəcələri üzrə müəyyənləşdirilmiş ardıcıllıqla üstünlük verilir.

Müsabiqədən uğurla keçmiş, lakin vakant vəzifəyə yerləşdirilməmiş namizədlər cari tədris ilinin sonunadək ehtiyat kadr kimi saxlanılır.
Ehtiyat kadrlar siyahısına daxil edilmiş namizədlərin vakant vəzifələrə yerləşdirilməsi vakant yer yarandıqca onların bal ardıcıllığı nəzərə alınmaqla həyata keçiriləcəkdir.

Vakant vəzifəyə yerləşdirilməsi nəzərdə tutulan namizəd tərəfindən ona təklif edilən vəzifədən imtina edildiyi təqdirdə, o, ehtiyat kadrlar siyahısından çıxarılır.

Qeyd: Laborant və katibə-makinaçı vəzifələri üzrə yaxın müddətdə işə qəbul həyata keçirildiyindən və həmin vəzifələr üzrə ehtiyat kadrlar mövcud olduğundan, hazırda qeyd olunan vəzifələr üzrə işə qəbul aparılmır.

Müsabiqədə iştirak etmək istəyən namizədlər 11-16 avqust 2026-cı il tarixlərində qeyd olunan linkə keçid edərək qeydiyyatdan keçə bilərlər.
Qeydiyyat üçün link:
https://docs.google.com/forms/d/e/1FAIpQLSefnDuzVQVkoNRsE7gjgHQUnqffzDh7vzCUIoe0Mum-npycJw/viewform?usp=publish-editor

Vəzifələr üzrə ixtisas tələbləri və müsabiqə proqramı ilə aşağıdakı linkə daxil olaraq tanış ola bilərsiniz:

https://drive.google.com/drive/folders/1ziFCVnfw_BIJ0yNmigJHgUQmpe2w1pcM

Address

Şərədil Kəndi
Shamakhy
AZ5600

Website

Alerts

Be the first to know and let us send you an email when Şamaxı rayon H.Həmidov adına Şərədil kənd ümumi orta məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category