Şəki rayonu İnçə-Zunud kənd tam orta məktəbi

Şəki rayonu İnçə-Zunud kənd tam orta məktəbi Ümumtəhsil məktəbi

2025–2026-cı tədris ilinin yekun Pedaqoji Şura iclası.____________________________________________      2025–2026-cı təd...
22/06/2026

2025–2026-cı tədris ilinin yekun Pedaqoji Şura iclası.
____________________________________________

2025–2026-cı tədris ilinin yekunlarına həsr olunmuş Pedaqoji Şura iclası keçirildi.
İclasda tədris ili ərzində görülən işlər, şagird nailiyyətləri, buraxılış və monitorinq nəticələri, məktəbdə həyata keçirilən layihələr, tədbirlər və qarşıda duran vəzifələr müzakirə olundu. Müəllimlərin fəaliyyəti təhlil edildi, əldə olunan uğurlar qeyd edildi və növbəti tədris ili üçün qarşıya qoyulan hədəflər müəyyənləşdirildi.
Tədris ilinin yekunları barədə ətraflı məlumat verildi, pedaqoji kollektivə səmərəli fəaliyyətlərinə görə təşəkkür edildi. İclas qarşılıqlı fikir mübadiləsi şəraitində keçdi və müvafiq qərarlar qəbul edildi.

13.06.2026 tarixdə ölkənin bütün məktəblərində olduğu kimi Şəki rayonu İnçə-Zunud  kənd tam orta ümumtəhsil məktəbində d...
13/06/2026

13.06.2026 tarixdə ölkənin bütün məktəblərində olduğu kimi Şəki rayonu İnçə-Zunud kənd tam orta ümumtəhsil məktəbində də "son zəng" tədbiri keçirilmişdir. Tədbirdə Məktəbin şagird və müəllim kollektivi ilə yanaşı qonaqlar da iştirak etmişdir. Kənd icra nümayəndəsi və kənd bələdiyyəsindən nümayəndə, əvvəlki illərdə təqaüdə çıxmış müəllimlər, məktəbin 1986 - cı il məzunları, valideynlər tədbirin qonaqları olmuşdur. Tədbirdə çıxış edən məktəb direktoru 2025-2026-cı dərs ilində əldə olunmuş uğurlar barədə məlumat vermiş , müxtəlif tədbirlərdə fərqlənən və uğur əldə edən müəllim və şagirdlər fəxri fərmanla təltif olunmuşlar. Məzunlar və birinci sinif şagirdləri bir birindən maraqlı rəqs və çıxış etmişlər.
Məzunlarımızı təbrik edir, onlara gələcək həyatlarında uğurlar arzulayırıq..

09/06/2026
İnçə-Zunud kənd tam orta məktəbinin Rəsm dərnəyi üzvlərinin "Rənglərin dünyası" adlı sərgisi keçirildi.
09/06/2026

İnçə-Zunud kənd tam orta məktəbinin Rəsm dərnəyi üzvlərinin "Rənglərin dünyası" adlı sərgisi keçirildi.

Məktəbimizin Vl sinif şagirdlərinə məktəb rəhbərliyi tərəfindən keçiriləcək monitorinq imtahanında iştirak etmələri üçün...
05/06/2026

Məktəbimizin Vl sinif şagirdlərinə məktəb rəhbərliyi tərəfindən keçiriləcək monitorinq imtahanında iştirak etmələri üçün buraxılış vərəqələri təqdim olunub.

Görüş zamanı şagirdlərə monitorinq imtahanında uğur qazanmaq üçün dəyərli tövsiyələr verilib, onlara öz bilik və bacarıqlarına güvənmələri tövsiyə olunub və yüksək nəticələr əldə etmələri üçün motivasiyaedici söhbətlər aparılıb. Məktəb rəhbərliyi bütün şagirdlərə uğurlar arzulayıb.

Məktəbimizin IV sinif şagirdlərinə məktəb rəhbərliyi tərəfindən keçiriləcək monitorinq imtahanında iştirak etmələri üçün...
04/06/2026

Məktəbimizin IV sinif şagirdlərinə məktəb rəhbərliyi tərəfindən keçiriləcək monitorinq imtahanında iştirak etmələri üçün buraxılış vərəqələri təqdim olunub.

Görüş zamanı şagirdlərə monitorinq imtahanında uğur qazanmaq üçün dəyərli tövsiyələr verilib, onlara öz bilik və bacarıqlarına güvənmələri tövsiyə olunub və yüksək nəticələr əldə etmələri üçün motivasiyaedici söhbətlər aparılıb. Məktəb rəhbərliyi bütün şagirdlərə uğurlar arzulayıb.

Şagirdlərə "Yaşıl kart"lar təqdim olundu.Məktəbdə şagirdlərin davranış və akademik nailiyyətlərinin qiymətləndirilməsi m...
04/06/2026

Şagirdlərə "Yaşıl kart"lar təqdim olundu.
Məktəbdə şagirdlərin davranış və akademik nailiyyətlərinin qiymətləndirilməsi məqsədi ilə tətbiq olunan şagird davranış qaydalarına uyğun olaraq bir qrup nümunəvi şagirdə yaşıl kartlar təqdim olunmuşdur. Yaşıl kartlar yüksək akademik nailiyyətləri, əldə etdikləri uğurlar, nümunəvi davranışları, həmçinin məktəbin ictimai və sosial həyatında fəallıq göstərən şagirdlərə verilmişdir.

🚀 “Kosmosa Məktub” layihəsində şagirdlərimizin uğurlu iştirakı Bu gün məktəbimizin şagirdləri Azərbaycan Kosmik Agentliy...
04/06/2026

🚀 “Kosmosa Məktub” layihəsində şagirdlərimizin uğurlu iştirakı

Bu gün məktəbimizin şagirdləri Azərbaycan Kosmik Agentliyinin (Azərkosmos) təşkil etdiyi “Kosmosa Məktub” layihəsində fəal iştirak ediblər.

Layihə çərçivəsində məktəbimizin V, VI, VII və VIII siniflərindən seçilmiş 30 şagird öz yaradıcılıq qabiliyyətlərini, zəngin təxəyyüllərini və gələcəyə baxışlarını əks etdirən maraqlı məktublar hazırlayıblar. Şagirdlər yazılarında elmə, kosmosa və gələcək texnologiyalara dair düşüncələrini ifadə edərək öz xəyal dünyalarını nümayiş etdiriblər.

Bu cür layihələr şagirdlərdə yaradıcılıq, tədqiqatçılıq və innovativ düşüncə bacarıqlarının inkişafına mühüm töhfə verir.

Layihədə iştirak edən bütün şagirdlərimizə uğurlar arzulayır, onların gələcək nailiyyətlərinin davamlı olacağına inanırıq.

Məktəbimizdə uzun illər Fiziki tərbiyə müəllimi kimi  çalışmış İzzət Mustafayevin 65 yaşı tamam olub. Bu münasibətlə ETİ...
03/06/2026

Məktəbimizdə uzun illər Fiziki tərbiyə müəllimi kimi çalışmış İzzət Mustafayevin 65 yaşı tamam olub. Bu münasibətlə ETİHİ tərəfindən fəxri fərman və hədiyyə təqdim olundu.
Məktəb kollektivi adından müəllimimizi təbrik edir,uzun ömür, möhkəm can sağlığı arzulayırıq.

1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.Dünyamızın bəzəyi uşaqlar,bayramınız mübarək olsun!!!Sakit səma altında, x...
01/06/2026

1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.Dünyamızın bəzəyi uşaqlar,bayramınız mübarək olsun!!!
Sakit səma altında, xoşbəxt və sağlam böyüyəsiz.

Address

İnçə-Zunud Kəndi
Shäki
AZ5523

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 14:00

Telephone

+994242434137

Website

Alerts

Be the first to know and let us send you an email when Şəki rayonu İnçə-Zunud kənd tam orta məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Şəki rayonu İnçə-Zunud kənd tam orta məktəbi:

Shortcuts

Share

Category