13/06/2026
🔔🎓 SON ZƏNG – 2026 🎓🔔
13 iyun 2026-cı il tarixində Goranboy rayonu R.Qasımov adına Qırıqlı kənd tam orta ümumtəhsil məktəbində “Son Zəng” tədbiri böyük coşqu və yüksək əhval-ruhiyyə ilə keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin məzunlara ünvanladığı təbrik məktubu səsləndirildi.
Valideynlərin və məzunların çıxışları tədbirə xüsusi rəng qatdı. Məktəb rəhbərliyi tərəfindən təhsildə və ictimai fəaliyyətdə fərqlənən şagirdlərə fəxri fərmanlar təqdim olundu.
Həyəcanla gözlənilən Son Zəng səsləndirildi və məzunlar məktəb illəri ilə vidalaşdılar. Tədbirin sonunda xatirə şəkilləri çəkdirildi.
Elm və Təhsil Nazirliyi tərəfindən göndərilmiş müvafiq təlimata uyğun təşkil olunan tədbir yüksək səviyyədə başa çatdı.
Əziz məzunlar, sizə gələcək həyatınızda uğurlar, yeni nailiyyətlər və parlaq gələcək arzulayırıq!