Saatlı rayon M. Əliyev adına Əlisoltanlı kənd tam orta ümumtəhsil məktəbi

  • Home
  • Azerbaijan
  • Saotly
  • Saatlı rayon M. Əliyev adına Əlisoltanlı kənd tam orta ümumtəhsil məktəbi

Saatlı rayon M. Əliyev adına Əlisoltanlı kənd tam orta ümumtəhsil məktəbi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Saatlı rayon M. Əliyev adına Əlisoltanlı kənd tam orta ümumtəhsil məktəbi, Education, Saotly.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Game TV təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ...
08/06/2026

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Game TV təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ümumtəhsil məktəblərinin 8-10-cu sinif şagirdləri arasında keçirilən “Nə? Harada? Nə zaman?” intellektual oyunun qalibi olmuş "Birlik" komandası məktəb rəhbərliyi tərəfindən mükafatdırıdı.
Bu qalibiyyətdən sonra "Breyn Rinq" verlişinin televiziya çəkilişlərinə vəsiqə qazanmış komanda üzvləri adının deyilməsini istəməyən yardımsevər şəxs tərəfindən 300 manat pul mükafat ilə mükafatlandırıldı.
Komandamızı ürəkdən təbrik edir,yardımsevər qardaşımıza da təşəkkür edirik.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Game TV təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ...
06/06/2026

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Game TV təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ümumtəhsil məktəblərinin 8-10-cu sinif şagirdləri arasında keçirilən “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə məktəb çempionatının zona mərhələsi keçirildi.
Yarış İmişli, Beyləqan, Saatlı və Sabirabad rayonlarının ümumi təhsil müəssisələrini təmsil edən şagird komandalarını bir araya gətirib.
İntellektual bilik, məntiqi düşünmə və komanda işi bacarıqlarının ön plana çıxdığı yarışda iştirakçılar müxtəlif mövzularda hazırlanmış sualları cavablandıraraq öz bilik və hazırlıq səviyyələrini nümayiş etdiriblər.
Saatlı rayon M.Əliyev adına Əlisoltanlı kənd tam orta ümumtəhsil məktəbini "Birlik" komandası təmsil edirdi.
Məktəbimizi təmsil edən “Birlik” komandası bütün komandalardan tam üstün oyun göstərərək çempion adını əldə elədi.

Qalib komanda təşkilatçılar tərəfindən kubok və medallarla mükafatlandırılıb. Bundan əlavə, “Birlik” komandası uğurlarının davamı olaraq müvafiq televiziya kanalı tərəfindən həyata keçiriləcək xüsusi çəkilişlərdə iştirak etmək hüququ da qazanıb.

Saatlı rayon M.Əliyev adına Əlisoltanlı kənd tam orta ümumtəhsil məktəbin şagirdlərindən təşkil olunmuş "Rəsm" dərnəyini...
04/06/2026

Saatlı rayon M.Əliyev adına Əlisoltanlı kənd tam orta ümumtəhsil məktəbin şagirdlərindən təşkil olunmuş "Rəsm" dərnəyinin fəal üzvləri məktəb rəhbərliyi tərəfindən sertifikatla təltif olunublar

Saatlı rayon M.Əliyev adına Əlisoltanlı kənd tam orta ümumtəhsil məktəbin rəhbərliyi kollektiv üzvləri ilə "Korrupsiyaya...
03/06/2026

Saatlı rayon M.Əliyev adına Əlisoltanlı kənd tam orta ümumtəhsil məktəbin rəhbərliyi kollektiv üzvləri ilə "Korrupsiyaya qarşı mübarizə" adlı tədbir təşkil etmişdir.

AzərbaycanRespublikasıElmVəTəhsilNazirliyi

Saatlı rayon M.Əliyev adına Əlisoltanlı kənd tam orta ümumtəhsil məktəbin V-VIII və X sinifləri üçün BSQ-2 keçirildi.   ...
02/06/2026

Saatlı rayon M.Əliyev adına Əlisoltanlı kənd tam orta ümumtəhsil məktəbin V-VIII və X sinifləri üçün BSQ-2 keçirildi.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzinin və Sa...
27/05/2026

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzinin və Saatlı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 28 May – Müstəqillik Günü və 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə “Ən yaxşı ssenari” müsabiqəsində seçilən “Erkən və qohum evliliklərinin fəsadları” mövzusunda ssenarinin təqdimat mərasimi keçirilib.
Saatlı rayon M.Əliyev adına Əlisoltanlı kənd tam orta ümumtəhsil məktəbinin şagirdləri tərəfindən nümayiş olunan səhnəcik iştirakçılar tərəfindən maraqla qarşılanıb. Sonda şagirdlərə hədiyyə təqdim olunub.





Salyan şəhərində məktəblilər arasında “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilib.Gənclə...
26/05/2026

Salyan şəhərində məktəblilər arasında “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilib.Gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin artırılması məqsədilə təşkil olunan yarışlarda müxtəlif rayonların məktəb komandaları öz bilik və bacarıqlarını nümayiş etdiriblər.
Yarışda Saatlı rayonu M.Əliyev adına Əlisoltanlı kənd tam orta ümumtəhsil məktəbinin şagirdləri rayonumuzu təmsil edirdi. Komandamız yarışda uğurla iştirak edərək mükafatçılar arasında yer almağı bacarıb. Gərgin və maraqlı keçən yarışda komandamız zona birinciliyində III yerə layiq görülüb.
Şagirdlərimizi təbrik edirik.

Saatlı rayon M.Əliyev adına Əlisoltanlı kənd tam orta ümumtəhsil məktəbinin 1977-1987-ci il məzunları 39 il sonra parta ...
25/05/2026

Saatlı rayon M.Əliyev adına Əlisoltanlı kənd tam orta ümumtəhsil məktəbinin 1977-1987-ci il məzunları 39 il sonra parta arxasında görüşdülər.

Saatlı rayon M.Əliyev adına Əlisoltanlı kənd tam orta ümumtəhsil məktəbinin X sinifləri Yer kürəsinin tarazlığının qorun...
22/05/2026

Saatlı rayon M.Əliyev adına Əlisoltanlı kənd tam orta ümumtəhsil məktəbinin X sinifləri Yer kürəsinin tarazlığının qorunması naminə 22 may Beynəlxalq Biomüxtəliflik gününə həsr edilmiş "Hər canlı bu sistemin ayrılmaz hissəsidir, onu qoruyaq" adlı tədbir təşkil etmişdir.


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə 18 may – 18 iyun 2026-cı il tarixləri ölkəmiz...
22/05/2026

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə 18 may – 18 iyun 2026-cı il tarixləri ölkəmizdə “İnsan Hüquqları Aylığı” kimi qeyd olunur.
Bu çərçivədə M. Əliyev adına Əlisoltanlı kənd tam orta ümumtəhsil məktəbində şagirdlərlə insan hüquqlarına dair maarifləndirici söhbətlər keçirilmiş, onların hüquq və vəzifələri, bərabərlik, qarşılıqlı hörmət və təhlükəsiz mühitin əhəmiyyəti barədə məlumat verilmişdir.
İnsan hüquqlarının qorunması və təbliği hər birimizin ümumi məsuliyyəti olmaqla yanaşı, sağlam və ədalətli cəmiyyətin formalaşmasının əsas şərtlərindən biridir.

Address

Saotly

Telephone

+994516603232

Website

Alerts

Be the first to know and let us send you an email when Saatlı rayon M. Əliyev adına Əlisoltanlı kənd tam orta ümumtəhsil məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Saatlı rayon M. Əliyev adına Əlisoltanlı kənd tam orta ümumtəhsil məktəbi:

Shortcuts

Share

Category