Şamaxı şəhəri S.M.Qənizadə adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi

  • Home
  • Azerbaijan
  • Samaxı
  • Şamaxı şəhəri S.M.Qənizadə adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi

Şamaxı şəhəri S.M.Qənizadə adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Şamaxı şəhəri S.M.Qənizadə adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi, Middle School, A. Əhmədov 3, Samaxı.

24/08/2026

Uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə işə qəbul üzrə elektron qeydiyyat başlayır
-----
🗓️24 avqust 2026-cı il saat 15:00-dan etibarən Uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsi vakant olan dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu prosesinin elektron sənəd qəbulu mərhələsinə başlanılır. Namizədlər 27 avqust 2026-cı il saat 15:00-dək (https://docs.google.com/forms/d/e/1FAIpQLSc-BYt0S7nBV2XPSoG8-hJHspAqvLT0XMeHhVgQL1gZmeqtcQ/viewform?usp=header) linki vasitəsilə elektron qeydiyyatdan keçə bilərlər.

📌Müsabiqə seçim və müsahibə mərhələlərindən ibarətdir.
Müsabiqədə iştirak üçün tələblər:
✍️pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsil;
✍️3 (üç) ildən az olmayaraq pedaqoji staj;
✍️təhsilalanların sayı 500-dən çox olan təhsil müəssisələri, eləcə də lisey, gimnaziya, internat tipli lisey və gimnaziyalar üzrə – təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində 51 bal və daha yuxarı nəticə, təhsilverənlərin
sertifikatlaşdırılması prosesinin test imtahanında iştirak etməmiş namizədlərə münasibətdə isə müəllimlərin işə qəbulu müsabiqəsinin və ya müəllimlərin diaqnostik qiymətləndirilməsinin test imtahanında 85% və daha yuxarı nəticə;
✍️digər təhsil müəssisələri üzrə – namizədlərin müsabiqə üçün müraciət etdiyi tarixə təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində 42 bal və daha yuxarı nəticə, təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanında iştirak etməmiş namizədlərə münasibətdə isə müəllimlərin işə qəbulu müsabiqəsinin və ya müəllimlərin diaqnostik qiymətləndirilməsinin test imtahanında 70% və daha yuxarı nəticə.

Seçim mərhələsində namizədlərin təqdim etdiyi məlumat və sənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra müsabiqənin
müsahibə mərhələsinə buraxılacaqlar.

Namizədlərin müsahibə mərhələsinə dəvəti aşağıdakı ardıcıllıq əsasında aparılır:
◀️ vakansiyanın mövcud olduğu müəssisədə çalışan müəllimlər;
◀️ vakansiyanın mövcud olduğu rayon (şəhər) üzrə müəssisələrdə çalışan direktor müavinləri və məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçılar;
◀️vakansiyanın mövcud olduğu rayon (şəhər) üzrə müəssisələrdə çalışan müəllimlər;
◀️vakansiyanın mövcud olduğu müəssisənin tabe olduğu yerli bölmə üzrə müəssisələrdə çalışan direktor müavinləri və məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçılar;
◀️vakansiyanın mövcud olduğu müəssisənin tabe olduğu yerli bölmə üzrə müəssisələrdə çalışan müəllimləri;
◀️müvafiq tələblərə cavab verən digər şəxslər.

Bir vakant yer üzrə iki və daha artıq sayda eyni nəticə göstərmiş namizəd seçildikdə aşağıdakı ardıcıllıqla əlavə göstəricilər nəzərə alınır:
* təhsilverənlərin sertifikatlaşdırılmasının və müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində daha yüksək nəticə göstərən;
* pedaqoji sahə üzrə magistr ali elmi-ixtisas dərəcəsinə malik olan;
* pedaqoji staj müddəti daha çox olan;
* daha əvvəl rəhbər vəzifədə işləyən və ya rəhbər vəzifədə stajı daha çox olan.

❗️ Nəzərinizə çatdırırıq ki, namizədlər müsahibə mərhələsində liderlik və strateji idarəetmə, pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, eləcə də sosial və emosional bacarıqları
üzrə qiymətləndiriləcəklər.

Vakant yerlərin siyahısı ilə aşağıdakı linkə daxil olaraq tanış ola bilərsiniz:
https://docs.google.com/spreadsheets/d/1mGz7-AbKS_4nC9DGsstY6l7-o37o6Snc/edit?usp=sharing&ouid=106744144860254304334&rtpof=true&sd=true

🤝Müsabiqədə iştirak edəcək bütün namizədlərə uğurlar arzulayırıq!

24/08/2026

Dağlıq Şirvan RTİ üzrə I sinfə qəbulla bağlı 2764 sorğu yerləşdirilib
-----
24 avqust saat 11:00-a olan məlumata əsasən, Dağlıq Şirvan RTİ üzrə ümumtəhsil müəssisələrinin birinci sinfinə 2764 uşaq üçün elektron sistem (https://mektebeqebul.edu.az/) vasitəsilə sorğu yerləşdirilib.
Qeyd edək ki, mayın 6-dan etibarən həyata keçirilən 2026-2027-ci tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi davam edir. Nəzərinizə çatdırırıq ki, qəbul prosesi www.mektebeqebul.edu.az
portalı vasitəsilə elektron şəkildə həyata keçirilir.

23/08/2026

📢 Direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayır

🗓️ 24 avqust 2026-cı il saat 15:00-dan etibarən təlim-tərbiyə işləri üzrə direktor müavini və digər profillər üzrə direktor müavini vəzifəsi vakant olan dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu prosesinin elektron sənəd qəbulu mərhələsinə başlanılacaq. Namizədlər 27 avqust 2026-cı il saat 15:00-dək (miq.edu.az/muavin) linki vasitəsilə elektron qeydiyyatdan keçə bilərlər.

📌 Müsabiqə seçim və müsahibə mərhələlərindən ibarət olacaq. Seçim mərhələsində namizədlərin təqdim etdiyi məlumat və sənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra müsabiqənin müsahibə mərhələsinə buraxılacaqlar. Namizədlər müsahibə mərhələsinə qaydalara uyğun olaraq ardıcıllıq əsasında dəvət ediləcəklər.

❗️ Nəzərinizə çatdırırıq ki, namizədlər müsahibə mərhələsində liderlik və strateji idarəetmə, pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, eləcə də sosial və emosional bacarıqları üzrə qiymətləndiriləcəklər.

📌 Qeyd edək ki, müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlərlə əmək münasibətləri qanunvericilikdə müəyyən olunmuş qaydada rəsmiləşdiriləcək.

🤝 Müsabiqədə iştirak edəcək bütün namizədlərə uğurlar arzulayırıq!

19/08/2026

📢 XI sinif şagirdlərinin nəzərinə
-----
2026–2027-ci tədris ilindən "Yeni təmayül tədris modeli" tətbiq ediləcək İnternat tipli Şamaxı Avropa liseyi və İsmayıllı şəhər E.Məmmədov adına 3 nömrəli məktəb-liseyinə XI siniflər üzrə qeydiyyat davam edir!

🎯 Niyə məhz "Tam orta məktəb" layihəsi?

✅ Məqsədyönlü təhsil
Şagirdlər seçdikləri ixtisas qrupuna uyğun fənlər üzrə təhsil alaraq qəbul imtahanlarına daha sistemli və səmərəli hazırlaşırlar.

✅ Peşəkar müəllim heyəti
Dərslər rayonun yüksək akademik nəticələr göstərən, təcrübəli və müsahibə yolu ilə seçilmiş müəllimləri tərəfindən tədris olunur.

✅ Uğurlu təhsil mühiti
Eyni hədəfə sahib, ali təhsil almağı qarşısına məqsəd qoymuş şagirdlərlə birlikdə təhsil almaq motivasiyanı və nailiyyətləri artırır.

✅ Daimi monitorinq və sınaqlar
Şagirdlərin bilik və bacarıqları müntəzəm sınaq imtahanları və monitorinqlər vasitəsilə qiymətləndirilir, inkişaf istiqamətləri müəyyən edilir.

✅ Ali təhsilə aparan etibarlı yol
Layihənin əsas məqsədi şagirdlərin qəbul imtahanlarında yüksək nəticə əldə etməsinə və gələcək peşə seçimində uğur qazanmasına dəstək olmaqdır.

📝 Qeydiyyat üçün linkə keçid edin: 👇

🔹 İnternat tipli Şamaxı Avropa liseyi üzrə qeydiyyat:
Link: https://forms.gle/Wnn9G9QaezXELr6PA

🔹 İsmayıllı şəhər E.Məmmədov adına 3 nömrəli məktəb-lisey üzrə qeydiyyat:
Link: https://forms.gle/8TtVzvjF2CRm5rUb9

18/08/2026
17/08/2026

📢 Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır

🗓️ 20 avqust saat 15:00-dan etibarən 2026–2027-ci tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktivləşdiriləcək. Proses 2–9-cu və 11-ci sinif şagirdlərini əhatə edəcək.

💻 Şagirdlərin elektron yerdəyişməsi sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

📌 Nəzərinizə çatdırırıq ki, internetə çıxış imkanı olmayan vətəndaşlar yerdəyişmə prosesi ilə bağlı aidiyyəti üzrə Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə, Agentliyin Vətəndaşlara Xidmət Mərkəzinə, eləcə də ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.

14/08/2026

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsi davam edir

🗓️ 12 avqust saat 15:00-dan etibarən başlayan müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətsiz müqavilə ilə ümumi vakansiya seçimi mərhələsi davam edir

📌 Məktəblərin pedaqoji kadr təminatının gücləndirilməsi məqsədilə vakansiyalar müəllimlərin seçiminə təqdim olunub. Belə ki, namizədlər elektron ərizə formalarında ən çoxu 8 vakant yer seçmək hüququna malikdirlər. Seçilmiş vakant vəzifələrə yerləşdirilmə namizədin göstərdiyi ardıcıllıq nəzərə alınmaqla həyata keçirilir.

❗️ Nəzərinizə çatdırırıq ki, həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu ümumi təhsil müəssisələri üzrə vakansiyaya uyğun namizədlər üçün maddi və digər dəstək mexanizmləri, mentorluq və peşəkar inkişaf imkanları, müəllimlərin məktəb mühitinə daha rahat uyğunlaşmasına dəstək tədbirləri təqdim olunur.

📌 Qeyd edək ki, ümumi vakansiya seçimi prosesi 15 avqust saat 18:00-dək davam edəcək. Namizəd seçdiyi vakant yerə yerləşdirildikdən sonra həmin yerdən imtina etdiyi halda, müsabiqənin növbəti vakansiya seçimi mərhələlərində iştirakı təmin olunmayacaq.

🤝 Vakansiya seçimi mərhələsində iştirak edəcək bütün namizədlərə uğurlar arzulayırıq!

13/08/2026

168 nəfər məktəbi fərqlənmə attestatı ilə bitirib
‎- - - - -
‎Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin 168 məzunu məktəbi fərqlənmə attestatı ilə bitirib.

‎Belə ki, onlardan 91 nəfər ümumi orta təhsil səviyyəsi üzrə, 77 nəfər isə tam orta təhsil səviyyəsi üzrə təhsilini fərqlənmə attestatı ilə başa vurub.

‎Qeyd edək ki, fərqlənmə attestatı oxuduğu müddətdə bütün fənlərdən attestata yazılan illik (yekun) qiymətləri 5 (beş) olan və buraxılış imtahanlarında hər bir fənn üzrə ən azı 75 (yetmiş beş) bal toplayan məzunlara verilir.

Məzunlara tam orta təhsil və ümumi orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin Pedaqoji Şurasında baxılır və müvafiq qərar qəbul edilir.

Onu da qeyd edək ki, 2025–2026-cı tədris ilindən etibarən ümumi təhsil müəssisələrinin məzunlarına təhsil haqqında dövlət sənədləri elektron formatda təqdim olunur. 2026-cı il məzunları attestatlarını artıq myGov platformasından əldə edə bilərlər.

12/08/2026

Address

A. Əhmədov 3
Samaxı
123456789

Website

Alerts

Be the first to know and let us send you an email when Şamaxı şəhəri S.M.Qənizadə adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category