Dağlıq Şirvan Regional Təhsil İdarəsi

Dağlıq Şirvan Regional Təhsil İdarəsi Dağlıq Şirvan Regional Təhsil İdarəsinin rəsmi "Facebook" səhifəsi

Direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayır🗓️ 24 avqust 2026-cı il saat 15:00-dan etibarən təlim-...
23/08/2026

Direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayır

🗓️ 24 avqust 2026-cı il saat 15:00-dan etibarən təlim-tərbiyə işləri üzrə direktor müavini və digər profillər üzrə direktor müavini vəzifəsi vakant olan dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu prosesinin elektron sənəd qəbulu mərhələsinə başlanılacaq. Namizədlər 27 avqust 2026-cı il saat 15:00-dək (miq.edu.az/muavin) linki vasitəsilə elektron qeydiyyatdan keçə bilərlər.

📌 Müsabiqə seçim və müsahibə mərhələlərindən ibarət olacaq. Seçim mərhələsində namizədlərin təqdim etdiyi məlumat və sənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra müsabiqənin müsahibə mərhələsinə buraxılacaqlar. Namizədlər müsahibə mərhələsinə qaydalara uyğun olaraq ardıcıllıq əsasında dəvət ediləcəklər.

❗️ Nəzərinizə çatdırırıq ki, namizədlər müsahibə mərhələsində liderlik və strateji idarəetmə, pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, eləcə də sosial və emosional bacarıqları üzrə qiymətləndiriləcəklər.

📌 Qeyd edək ki, müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlərlə əmək münasibətləri qanunvericilikdə müəyyən olunmuş qaydada rəsmiləşdiriləcək.

🤝 Müsabiqədə iştirak edəcək bütün namizədlərə uğurlar arzulayırıq!

📢 Direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayır

Direktorların işə qəbulu müsabiqəsinə elektron sənəd qəbulunun müddəti uzadılıb🗓️ 18 avqust 2026-cı il saat 11:00-dan et...
21/08/2026

Direktorların işə qəbulu müsabiqəsinə elektron sənəd qəbulunun müddəti uzadılıb

🗓️ 18 avqust 2026-cı il saat 11:00-dan etibarən direktor vəzifəsi vakant olan dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə elektron sənəd qəbulu mərhələsinə başlanılıb. Namizədlər 24 avqust 2026-cı il saat 11:00-dək miq.edu.az/direktor linki vasitəsilə elektron qeydiyyatdan keçə bilərlər.

📌 Seçim mərhələsində namizədlərin təqdim etdikləri məlumat və sənədlərin düzgünlüyü yoxlanılacaq. Bu mərhələni uğurla başa vuran namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaqlar.

📍 Qeyd edək ki, müsabiqənin nəticələri namizədlərin şəxsi səhifələrində yerləşdiriləcək. Müsabiqədə uğur qazanan namizədlərlə əmək münasibətləri qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdiriləcək.

📢 Direktorların işə qəbulu müsabiqəsinə elektron sənəd qəbulunun müddəti uzadılıb

🗓️ 18 avqust 2026-cı il saat 11:00-dan etibarən direktor vəzifəsi vakant olan dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə elektron sənəd qəbulu mərhələsinə başlanılıb. Namizədlər 24 avqust 2026-cı il saat 11:00-dək miq.edu.az/direktor linki vasitəsilə elektron qeydiyyatdan keçə bilərlər.

📌 Seçim mərhələsində namizədlərin təqdim etdikləri məlumat və sənədlərin düzgünlüyü yoxlanılacaq. Bu mərhələni uğurla başa vuran namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaqlar.

📍 Qeyd edək ki, müsabiqənin nəticələri namizədlərin şəxsi səhifələrində yerləşdiriləcək. Müsabiqədə uğur qazanan namizədlərlə əmək münasibətləri qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdiriləcək.

📢 XI sinif şagirdlərinin nəzərinə-----2026–2027-ci tədris ilindən "Yeni təmayül tədris modeli" tətbiq ediləcək İnternat ...
19/08/2026

📢 XI sinif şagirdlərinin nəzərinə
-----
2026–2027-ci tədris ilindən "Yeni təmayül tədris modeli" tətbiq ediləcək İnternat tipli Şamaxı Avropa liseyi və İsmayıllı şəhər E.Məmmədov adına 3 nömrəli məktəb-liseyinə XI siniflər üzrə qeydiyyat davam edir!

🎯 Niyə məhz "Tam orta məktəb" layihəsi?

✅ Məqsədyönlü təhsil
Şagirdlər seçdikləri ixtisas qrupuna uyğun fənlər üzrə təhsil alaraq qəbul imtahanlarına daha sistemli və səmərəli hazırlaşırlar.

✅ Peşəkar müəllim heyəti
Dərslər rayonun yüksək akademik nəticələr göstərən, təcrübəli və müsahibə yolu ilə seçilmiş müəllimləri tərəfindən tədris olunur.

✅ Uğurlu təhsil mühiti
Eyni hədəfə sahib, ali təhsil almağı qarşısına məqsəd qoymuş şagirdlərlə birlikdə təhsil almaq motivasiyanı və nailiyyətləri artırır.

✅ Daimi monitorinq və sınaqlar
Şagirdlərin bilik və bacarıqları müntəzəm sınaq imtahanları və monitorinqlər vasitəsilə qiymətləndirilir, inkişaf istiqamətləri müəyyən edilir.

✅ Ali təhsilə aparan etibarlı yol
Layihənin əsas məqsədi şagirdlərin qəbul imtahanlarında yüksək nəticə əldə etməsinə və gələcək peşə seçimində uğur qazanmasına dəstək olmaqdır.

📝 Qeydiyyat üçün linkə keçid edin: 👇

🔹 İnternat tipli Şamaxı Avropa liseyi üzrə qeydiyyat:
Link: https://forms.gle/Wnn9G9QaezXELr6PA

🔹 İsmayıllı şəhər E.Məmmədov adına 3 nömrəli məktəb-lisey üzrə qeydiyyat:
Link: https://forms.gle/8TtVzvjF2CRm5rUb9

Direktorların işə qəbulu müsabiqəsi ilə bağlı tez-tez verilən suallara cavab
19/08/2026

Direktorların işə qəbulu müsabiqəsi ilə bağlı tez-tez verilən suallara cavab

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsinin nəticələri şəxsi səhifələrə göndərildi12-15...
19/08/2026

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsinin nəticələri şəxsi səhifələrə göndərildi

12-15 avqust tarixlərində keçirilmiş müəllimlərin işə qəbulu üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib. Vakansiya seçimi mərhələsində uğur qazanan namizədlər müsahibə mərhələsində iştirak hüququ əldə ediblər.

ℹ️ Nəzərinizə çatdırırıq ki, uğur qazanmayan və ya vakansiya seçimində iştirak etməyən namizədlər müsabiqənin növbəti vakansiya seçim mərhələsində iştirak edə bilərlər.

📌Qeyd edək ki, müsahibə mərhələsi ilə bağlı məlumat əvvəlcədən namizədlərin şəxsi səhifələrinə göndəriləcəkdir.

🤝🏻Növbəti mərhələdə iştirak edəcək namizədlərə uğurlar arzulayırıq!

📢 Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsinin nəticələri şəxsi səhifələrə göndərildi

12-15 avqust tarixlərində keçirilmiş müəllimlərin işə qəbulu üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib. Vakansiya seçimi mərhələsində uğur qazanan namizədlər müsahibə mərhələsində iştirak hüququ əldə ediblər.

ℹ️ Nəzərinizə çatdırırıq ki, uğur qazanmayan və ya vakansiya seçimində iştirak etməyən namizədlər müsabiqənin növbəti vakansiya seçim mərhələsində iştirak edə bilərlər.

📌Qeyd edək ki, müsahibə mərhələsi ilə bağlı məlumat əvvəlcədən namizədlərin şəxsi səhifələrinə göndəriləcəkdir.

🤝🏻Növbəti mərhələdə iştirak edəcək namizədlərə uğurlar arzulayırıq!

Yeni təmayül tədris modeli üzrə müəllimlərin müsahibə mərhələsinə başlanılıb-----Dağlıq Şirvan Regional Təhsil İdarəsini...
18/08/2026

Yeni təmayül tədris modeli üzrə müəllimlərin müsahibə mərhələsinə başlanılıb
-----
Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən və 2026–2027-ci tədris ilindən etibarən yeni təmayüllü tədris modelinin tətbiq olunacağı ümumi təhsil müəssisələrinə fənn müəllimlərinin işə qəbulu üzrə müsahibə mərhələsinə start verilib.

Müsahibələr zamanı namizədlərin peşəkar bilik və bacarıqları, pedaqoji fəaliyyət göstəriciləri, səriştələri, eləcə də tədrisin keyfiyyətinə təsir edən digər meyarlar üzrə göstəriciləri müvafiq komissiyalar tərəfindən qiymətləndirilir.

Yeni təmayül tədris modeli tam orta təhsil səviyyəsində məktəbin akademik rolunun gücləndirilməsinə, şagirdlərin ali təhsilə hazırlığının məktəb daxilində daha səmərəli təşkilinə, həmçinin onların maraq və qabiliyyətlərinə uyğun istiqamətlər üzrə inkişafının dəstəklənməsinə xidmət edir.

Müsahibə mərhələsində iştirak edən bütün müəllimlərə uğurlar arzulayırıq!‎

Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır🗓️ 18 avqust saat 11:00-dan etibarən direktor vəzifəsi vakant o...
18/08/2026

Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır

🗓️ 18 avqust saat 11:00-dan etibarən direktor vəzifəsi vakant olan dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə başlanılır. Namizədlər 21 avqust saat 17:00-dək [miq.edu.az/direktor] linki vasitəsilə elektron qeydiyyatdan keçə bilərlər.

📌 Proses Elm və Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada, proqram təminatı vasitəsilə müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə seçim və müsahibə mərhələlərindən ibarətdir.
📍 Seçim mərhələsində namizədlərin təqdim etdikləri məlumat və sənədlərin düzgünlüyü yoxlanılacaq. Bu mərhələni uğurla keçən namizədlər müsahibəyə dəvət olunacaqlar. Namizədlər müsahibə mərhələsinə qaydalara uyğun olaraq ardıcıllıq əsasında dəvət ediləcəklər.

❗️ Nəzərinizə çatdırırıq ki, müsahibə mərhələsi Elm və Təhsil Nazirliyi tərəfindən yaradılmış müvafiq komissiyalar tərəfindən keçiriləcək. Namizədlər liderlik və strateji idarəetmə, pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, eləcə də sosial və emosional bacarıqları üzrə qiymətləndiriləcəklər.
📌 Qeyd edək ki, hər bir namizəd müsabiqənin nəticələri ilə “Şəxsi səhifə” vasitəsilə tanış ola biləcək. Müsabiqədə uğur qazanan namizədlərlə əmək münasibətləri qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdiriləcək.
🤝 Direktorların işə qəbulu üzrə müsabiqədə iştirak edəcək bütün namizədlərə uğurlar arzulayırıq!

📢 Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır

Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır🗓️ 20 avqust saat 15:00-dan etibarən 2026–2027-ci tədris ili üzrə ...
17/08/2026

Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır

🗓️ 20 avqust saat 15:00-dan etibarən 2026–2027-ci tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktivləşdiriləcək. Proses 2–9-cu və 11-ci sinif şagirdlərini əhatə edəcək.

💻 Şagirdlərin elektron yerdəyişməsi sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

📌 Nəzərinizə çatdırırıq ki, internetə çıxış imkanı olmayan vətəndaşlar yerdəyişmə prosesi ilə bağlı aidiyyəti üzrə Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə, Agentliyin Vətəndaşlara Xidmət Mərkəzinə, eləcə də ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.

📢 Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır

🗓️ 20 avqust saat 15:00-dan etibarən 2026–2027-ci tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktivləşdiriləcək. Proses 2–9-cu və 11-ci sinif şagirdlərini əhatə edəcək.

💻 Şagirdlərin elektron yerdəyişməsi sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

📌 Nəzərinizə çatdırırıq ki, internetə çıxış imkanı olmayan vətəndaşlar yerdəyişmə prosesi ilə bağlı aidiyyəti üzrə Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə, Agentliyin Vətəndaşlara Xidmət Mərkəzinə, eləcə də ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsi davam edir🗓️ 12 avqust saat 15:00-dan etibarən...
14/08/2026

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsi davam edir

🗓️ 12 avqust saat 15:00-dan etibarən başlayan müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətsiz müqavilə ilə ümumi vakansiya seçimi mərhələsi davam edir

📌 Məktəblərin pedaqoji kadr təminatının gücləndirilməsi məqsədilə vakansiyalar müəllimlərin seçiminə təqdim olunub. Belə ki, namizədlər elektron ərizə formalarında ən çoxu 8 vakant yer seçmək hüququna malikdirlər. Seçilmiş vakant vəzifələrə yerləşdirilmə namizədin göstərdiyi ardıcıllıq nəzərə alınmaqla həyata keçirilir.

❗️ Nəzərinizə çatdırırıq ki, həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu ümumi təhsil müəssisələri üzrə vakansiyaya uyğun namizədlər üçün maddi və digər dəstək mexanizmləri, mentorluq və peşəkar inkişaf imkanları, müəllimlərin məktəb mühitinə daha rahat uyğunlaşmasına dəstək tədbirləri təqdim olunur.

📌 Qeyd edək ki, ümumi vakansiya seçimi prosesi 15 avqust saat 18:00-dək davam edəcək. Namizəd seçdiyi vakant yerə yerləşdirildikdən sonra həmin yerdən imtina etdiyi halda, müsabiqənin növbəti vakansiya seçimi mərhələlərində iştirakı təmin olunmayacaq.

🤝 Vakansiya seçimi mərhələsində iştirak edəcək bütün namizədlərə uğurlar arzulayırıq!

168 nəfər məktəbi fərqlənmə attestatı ilə bitirib‎- - - - -‎Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi...
13/08/2026

168 nəfər məktəbi fərqlənmə attestatı ilə bitirib
‎- - - - -
‎Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin 168 məzunu məktəbi fərqlənmə attestatı ilə bitirib.

‎Belə ki, onlardan 91 nəfər ümumi orta təhsil səviyyəsi üzrə, 77 nəfər isə tam orta təhsil səviyyəsi üzrə təhsilini fərqlənmə attestatı ilə başa vurub.

‎Qeyd edək ki, fərqlənmə attestatı oxuduğu müddətdə bütün fənlərdən attestata yazılan illik (yekun) qiymətləri 5 (beş) olan və buraxılış imtahanlarında hər bir fənn üzrə ən azı 75 (yetmiş beş) bal toplayan məzunlara verilir.

Məzunlara tam orta təhsil və ümumi orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin Pedaqoji Şurasında baxılır və müvafiq qərar qəbul edilir.

Onu da qeyd edək ki, 2025–2026-cı tədris ilindən etibarən ümumi təhsil müəssisələrinin məzunlarına təhsil haqqında dövlət sənədləri elektron formatda təqdim olunur. 2026-cı il məzunları attestatlarını artıq myGov platformasından əldə edə bilərlər.

Address

Şəhriyar Küç, 21
Samaxı
AZ5600

Alerts

Be the first to know and let us send you an email when Dağlıq Şirvan Regional Təhsil İdarəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Dağlıq Şirvan Regional Təhsil İdarəsi:

Shortcuts

Share

Category