Salyan rayonu Marışlı kənd Ramiz Qafarov adına tam orta ümumtəhsil məktəb

  • Home
  • Azerbaijan
  • Salyan
  • Salyan rayonu Marışlı kənd Ramiz Qafarov adına tam orta ümumtəhsil məktəb

Salyan rayonu Marışlı kənd Ramiz Qafarov adına tam orta ümumtəhsil məktəb Müasir cəmiyyətdə məktəb uşaqların təhsil almaq hüquqlarını təmin etməkdə əsas rol oynayır. O həm də uşaqların təlim və tərbiyəsi ilə məşğul olur.

MƏKTƏBİMİZ ÖZ SAVADLI MƏZUNLARI İLƏ ÖYÜNÜR.

📚 Uşaq Hüquqları Aylığı çərçivəsində Salyan rayonu Marışlı kənd Ramiz Qafarov adına tam orta ümumtəhsil məktəbi ndə 1 iy...
02/06/2026

📚 Uşaq Hüquqları Aylığı çərçivəsində Salyan rayonu Marışlı kənd Ramiz Qafarov adına tam orta ümumtəhsil məktəbi ndə 1 iyun 2026-cı il tarixində məktəbin psixoloqu Səfərova Röyalə tərəfindən şagirdlərlə maarifləndirici söhbət keçirildi.
Söhbət zamanı uşaqların hüquqları, onların müdafiəsi, təhlükəsiz davranış qaydaları, təhsil hüququ və cəmiyyətdəki rolu barədə ətraflı məlumat verildi. Şagirdlərlə mövzu ətrafında fikir mübadiləsi aparıldı, onları maraqlandıran suallar cavablandırıldı.
Belə maarifləndirici tədbirlərin keçirilməsində məqsəd şagirdlərin hüquqi biliklərinin artırılması və onların hüquq və vəzifələri barədə məlumatlandırılmasıdır.

📌 Salyan rayonu Marışlı kənd Ramiz Qafarov adına tam orta ümumtəhsil məktəbində 18 may 2026-cı il tarixində valideyn icl...
22/05/2026

📌 Salyan rayonu Marışlı kənd Ramiz Qafarov adına tam orta ümumtəhsil məktəbində 18 may 2026-cı il tarixində valideyn iclası keçirildi.
İclas zamanı şagirdlərin təlim-tərbiyəsi, dərsə davamiyyəti, məktəb-valideyn əməkdaşlığının gücləndirilməsi və qarşıda duran vəzifələr müzakirə olundu. Valideynlərin fikir və təklifləri dinlənildi, onları maraqlandıran suallar cavablandırıldı.
Məktəb rəhbərliyi tərəfindən qeyd olundu ki, şagirdlərin uğurlu gələcəyi üçün müəllim-valideyn əməkdaşlığı mühüm əhəmiyyət daşıyır.

Salyan rayonu Marışlı kənd Ramiz Qafarov adına tam orta ümumtəhsil məktəbində şagirdlərin maarifləndirilməsi məqsədilə 8...
15/05/2026

Salyan rayonu Marışlı kənd Ramiz Qafarov adına tam orta ümumtəhsil məktəbində şagirdlərin maarifləndirilməsi məqsədilə 8 may 2026 cı il tarixində“Narkotik maddələrin istifadəsinə qarşı mübarizə tədbirləri” mövzusunda görüş keçirildi.
Tədbirdə Salyan Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini, Polis Polkovniki Etibar Balakişiyev iştirak edərək narkotik vasitələrin insan sağlamlığına, cəmiyyətə və gənclərin gələcəyinə vurduğu zərərlər barədə geniş məlumat verdi. Şagirdlərə sağlam həyat tərzinin əhəmiyyəti, zərərli vərdişlərdən uzaq olmağın vacibliyi və hüquqi məsuliyyət haqqında maarifləndirici tövsiyələr təqdim olundu.
Görüş zamanı şagirdləri maraqlandıran suallar cavablandırıldı, narkomaniyaya qarşı mübarizədə birgə fəaliyyətin önəmi vurğulandı.

Salyan rayonu Marışlı kənd Ramiz Qafarov adına tam orta ümumtəhsil məktəb ində 8 may 2026 -cı ildə Ümummilli Lider Heydə...
08/05/2026

Salyan rayonu Marışlı kənd Ramiz Qafarov adına tam orta ümumtəhsil məktəb ində 8 may 2026 -cı ildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə çıxış edən məktəb rəhbərliyi Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində, təhsilimizin və gənclərin inkişafında göstərdiyi misilsiz xidmətlərdən bəhs etdi. Bildirildi ki, Ulu Öndərin zəngin irsi bu gün də gənc nəslin vətənpərvər ruhda yetişməsində mühüm rol oynayır.

Salyan rayonu Marışlı kənd Ramiz Qafarov adına tam orta ümumtəhsil məktəbində 4 -7 may 2026 - cı il tarixində VI - XI si...
08/05/2026

Salyan rayonu Marışlı kənd Ramiz Qafarov adına tam orta ümumtəhsil məktəbində 4 -7 may 2026 - cı il tarixində VI - XI siniflər arasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş futbol yarışıları təşkil olundu.
Tədbirin keçirilməsində əsas məqsəd şagirdlər arasında sağlam həyat tərzinin təbliği, idmana marağın artırılması və vətənpərvərlik ruhunun gücləndirilməsi olmuşdur.
Yarış iştirakçıları böyük həvəslə mübarizə apararaq komanda ruhu və dostluq nümayiş etdirdilər.



Salyan rayonu Marışlı kənd Ramiz Qafarov adına tam orta ümumtəhsil məktəbində 30 aprel 2026 - cı il tarixində VIII və IX...
01/05/2026

Salyan rayonu Marışlı kənd Ramiz Qafarov adına tam orta ümumtəhsil məktəbində 30 aprel 2026 - cı il tarixində VIII və IX sinif arasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş futbol yarışı təşkil olundu. ⚽
Tədbirin keçirilməsində əsas məqsəd şagirdlər arasında sağlam həyat tərzinin təbliği, idmana marağın artırılması və vətənpərvərlik ruhunun gücləndirilməsi olmuşdur.
Yarış iştirakçıları böyük həvəslə mübarizə apararaq komanda ruhu və dostluq nümayiş etdirdilər.




Salyan rayon Marışlı kənd Ramiz Qafarov adına tam orta ümumtəhsil məktəbində görkəmli Azərbaycan şairi Səməd Vurğunun an...
29/04/2026

Salyan rayon Marışlı kənd Ramiz Qafarov adına tam orta ümumtəhsil məktəbində görkəmli Azərbaycan şairi Səməd Vurğunun anadan olmasının 120 illiyinə həsr olunmuş tədbir təşkil olundu.
Tədbirdə məktəbin direktoru Abdulxeyir Nəcəfov çıxış edərək Səməd Vurğunun Azərbaycan ədəbiyyatındakı böyük rolundan, onun yaradıcılığının gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində əhəmiyyətindən bəhs etdi.
Şagirdlər şairin şeirlərini səsləndirdi, səhnəciklər təqdim olundu və onun həyat və yaradıcılığına həsr edilmiş təqdimatlar nümayiş etdirildi.
Belə tədbirlər şagirdlərin ədəbiyyata marağının artırılması və milli dəyərlərimizin təbliği baxımından xüsusi əhəmiyyət daşıyır.
Məktəbin direktoru: Abdulxeyir Nəcəfov
Kitabxana müdiri: Tünzalə Usubova


Salyan rayonu Marışlı kənd Ramiz Qafarov adına tam orta ümumtəhsil məktəb ində 24 aprel 2026 - cı il tarixində  valideyn...
27/04/2026

Salyan rayonu Marışlı kənd Ramiz Qafarov adına tam orta ümumtəhsil məktəb ində 24 aprel 2026 - cı il tarixində valideyn iclası keçirilib. İclasın əsas mövzusu “Ümumi məmnunluq və məktəbin nüfuzu” olub.
İclas zamanı şagirdlərin təlim-tərbiyə prosesi, dərsə davamiyyəti, nizam-intizam qaydaları və valideyn–məktəb əməkdaşlığının əhəmiyyəti müzakirə edilib. Valideynlərin fikir və təklifləri dinlənilib, qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb.
Qeyd olunub ki, məktəbin nüfuzunun qorunması və daha da yüksəldilməsi hər birimizin birgə məsuliyyətidir.



Salyan rayonu Marışlı kənd Ramiz Qafarov adına tam orta ümumtəhsil məktəbinin şagirdi Mirəşrəf Rzalı Respublika Fənn Oli...
24/04/2026

Salyan rayonu Marışlı kənd Ramiz Qafarov adına tam orta ümumtəhsil məktəbinin şagirdi Mirəşrəf Rzalı Respublika Fənn Olimpiadasında (RFO) coğrafiya fənni üzrə gümüş medal qazanaraq böyük uğura imza atmışdır.
Bu nailiyyət münasibətilə şagirdimizi ürəkdən təbrik edir, ona gələcək təhsil həyatında daha böyük zirvələr arzulayırıq!
Bu uğurun qazanılmasında əməyi olan dəyərli müəllim Şəfəq Süleymanovaya təşəkkür edir, ona yeni nailiyyətlər diləyirik.
Zəhmət, əzmkarlıq və bilik hər zaman qələbə gətirir!

Salyan rayonu Marışlı kənd Ramiz Qafarov adına tam orta ümumtəhsil məktəb in X və XI siniflər arasında 22 aprel 2026-cı ...
23/04/2026

Salyan rayonu Marışlı kənd Ramiz Qafarov adına tam orta ümumtəhsil məktəb in X və XI siniflər arasında 22 aprel 2026-cı il tarixində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş voleybol yarışı keçirildi. Yarışın məqsədi — Heydər Əliyevin xatirəsini yad etmək, gənclər arasında sağlam həyat tərzini təşviq etmək, voleybol idman növünə marağı artırmaq və şagirdlərdə komanda ruhu, dostluq və rəqabət mədəniyyətini formalaşdırmaq olmuşdur.

Address

Marisli
Salyan

Website

Alerts

Be the first to know and let us send you an email when Salyan rayonu Marışlı kənd Ramiz Qafarov adına tam orta ümumtəhsil məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Salyan rayonu Marışlı kənd Ramiz Qafarov adına tam orta ümumtəhsil məktəb:

Shortcuts

Share

Category