Salyan şəhər Y.Qasımov adına 4 saylı tam orta məktəb

Salyan şəhər Y.Qasımov adına 4 saylı tam orta məktəb TƏHSİLDƏ İNKİŞAF VƏ İNNOVASİYALAR ÜZRƏ IV QRANT MÜSABİQƏSİNİN QALİBİ

Məktəbimizin XIa sinif məzunu Hüseynova Seyidasiyə Səməd qızı qəbul imtahanında 605,3 bal toplayaraq yüksək nəticə göstə...
15/08/2026

Məktəbimizin XIa sinif məzunu Hüseynova Seyidasiyə Səməd qızı qəbul imtahanında 605,3 bal toplayaraq yüksək nəticə göstərmişdir. Bu münasibətlə məzunumuzu,onun valideynlərini və bütün pedaqoji kollektivimiz təbrik edir,daha böyük uğurlar arzulayırıq.


“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1532-VQ nömrəli Qanununun tətbiqi barədə” ...
11/08/2026

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1532-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 may tarixli 711 nömrəli Fərmanının 1.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərarına əsasən təsdiq edilmiş
“Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”indən Salyan şəhəri Yusif Qasımov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbi üçün seçilmiş forma yeni tədris ilində qüvvədə qalır .
Hörmətli valideynlər və qanuni nümayəndələr , sizdən xahişimiz şagirdlərin məktəbə yalnız müəyyən edilmiş qaydalara uyğun olaraq gəlməsini təmin etməkdir.Bu məsuliyyət sizin üzərinizə düşür .

11/08/2026
Məktəbimizin VI b sinif şagirdi Əliyarlı Xatirə təbiət fənni üzrə  RFM-in final mərhələsində III yeri tutaraq Bürünc med...
30/06/2026

Məktəbimizin VI b sinif şagirdi Əliyarlı Xatirə təbiət fənni üzrə RFM-in final mərhələsində III yeri tutaraq Bürünc medala layiq görülmüşdür. Şagirdimizi və əziyyəti olan hər kəsi təbrik edirik. Təbiət fənni üzrə müəllim: Qədirova Lətifə

08/06/2026

"İnsan Hüquqları Aylığı" çərçivəsində şagirdlərimizin hazırladığı möhtəşəm tədbir uğurla keçirildi. Tədbir insan hüquqlarının təbliğinə və maarifləndirilməsinə dəyərli töhfə oldu.

05.06.2026-cı il və 06.06.2026-cı il tarixlərində təşkil olunacaq monitorinq imtahanları ilə əlaqədar olaraq məktəb rəhb...
05/06/2026

05.06.2026-cı il və 06.06.2026-cı il tarixlərində təşkil olunacaq monitorinq imtahanları ilə əlaqədar olaraq məktəb rəhbərliyi tərəfindən IV və VI sinif şagirdlərinə buraxılış vərəqələri paylanılmış,imtahan qaydaları izah olunmuş,tövsiyə və tapşırıqlar verilmişdir.
Şagirdlərimizə uğurlar arzulayırıq!

05/06/2026

“İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilmişdir.
Sinif: 8b

28/05/2026

28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə şagirdlər Azərbaycanın şanlı tarixi, dövlət müstəqilliyimizin əhəmiyyəti və vətənpərvərlik mövzusunda çıxışlar etmiş, şeirlər səsləndirmiş və müxtəlif səhnəciklər nümayiş etdirmişlər.
Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərdə milli-mənəvi dəyərlərə bağlılıq, vətən sevgisi və müstəqillik ruhunun aşılanması olmuşdur. Sonda müəllim və şagirdlər tərəfindən müstəqil Azərbaycanın gələcəyi naminə xoş arzular ifadə edilmişdir.

Address

Ə. Hüseynov 2
Salian

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00

Telephone

+994212552487

Website

Alerts

Be the first to know and let us send you an email when Salyan şəhər Y.Qasımov adına 4 saylı tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Salyan şəhər Y.Qasımov adına 4 saylı tam orta məktəb:

Shortcuts

Share

Category